Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

 
236 
olan  müraciətlərdə  bu  müqəddəslərin  hamısı,  hifzedici,  müa-
licəedici,  qoruyucu  və  xilasedici  kimi  çıxış  edir.  Onların  adı 
poemada  digər  müqəddəslərlə,  peyğəmbərlərlə  yanaşı  dayan-
mışdır.  Onlarla  birlikdə  qəhrəmanların  monoloqlarında  qədim 
epik ənənəyə əsasən mifik qəhrəmanların adları çəkilir ki, bun-
lar  da  müsəlmanlığa  qədər  çoxallahlıqla  bağlı  olan  düşüncə-
lərin əksi kimi qiymətləndirilməlidir.  
Digər çoxsaylı  epik  poemalarda olduğu kimi  “Koblandı-
batır”dakı  hadisələrin  magistral  süjeti  qəhrəmanın  şəxsi 
maraqları ilə yox, onun ictimai borcu ilə bağlıdır (8, 32).  
Epik  qəhrəman  obrazında  qazaxların  ictimai  şüurunun 
uzun zaman kəsiyində formalaşmış etik, mənəvi-əxlaqi norma-
ları  ifadə  olunmuşdur.  Batır  doğma  Vətəndə  yalnız  xeyirxah-
lıqlar etmək üçün dünyaya gəlmişdir. Koblandı obrazının baş-
lıca mahiyyəti də məhz  bundan ibarətdir. Dastanın  süjet xətti, 
orada yer almış hadisələr qazax torpağının yadellilərdən müda-
fiəsi  kimi  ümumi,  aparıcı  ideya  ətrafında  qruplaşmaqla,  epik 
təhkiyənin vahidliyi üçün münbit zəmin yaradır.  
Bir  daha  qeyd  edək  ki,  əsərin  başlıca  ideya  istiqaməti 
batırın öz qəbilələrini yadelli işğalçılardan qoruyub hifz etmək-
lə  bağlı  hərbi  qəhrəmanlıq  və  cəsurluğun  əks  olunmasıdır. 
Poemanın əsas ideyası öz əksini ənənəvi epik mövzularda tapır. 
Qəhrəmanların  başlıca  vəzifəsi  öz  tayfasını,  qəbiləsini  qoru-
maqdan  ibarətdir.  Bu  mövzu  kifayət  qədər  xəlqidir.  Təsadüfi 
deyildir  ki,  etnik-milli  əxlaqa  uyğun  olaraq  poemanın  bütün 
variantlarında  yadellilərin  bütün  yürüşləri  pislənir.  Koblandı 
yalnız  bircə  dəfə  məğlub  olur.  Onun  tərəfdarlarını  düşmən  o, 
Qaramanla  kalmık  xanı  Kobiktinin  üzərinə  hücuma  keçən 
zaman  yaxalayır.  Poemanın  başlıca  ideyası  epik  qəhrəmanlığı 
ön  plana  çıxarmaqdan  ibarətdir.  Bu  isə  məhz  əsərin  başlıca 
pafosunu  müəyyənləşdirir.  Epik  təhkiyənin  mərkəzində  qalib 
batır  dayanır.  O,  bütün  mümükünsüz  çətinlikləri  dəf  edir  və 
hətta ölüm təhlükəsinə də qalib gələ bilir. Batır öz doğmaların-
dan  kənarda  olsa  da,  o,  daim  öz  dostları,  öz  qıpçaqları  ilə 


 
237 
birlikdədir.  Hadisələr  isə  qəhrəman  batırın  ətrafında  inkişaf 
etməklə, onun vətənpərvərliyini əks etdirir. Qəhrəmanlığın belə 
etalonu xalq epopeyasının ruhuna tamamilə uyğundur. 
Məlum  olduğu  kimi,  xalq  epopeyasının  başlıca  əlaməti 
qəhrəmanlıqdır. Bu faktlar əsərin kompozisiyasına, obrazlarına, 
bədii təsvir vasitələrinə və s. yetərincə təsir edir. Bu, “Koblan-
dı-batır” üçün də xarakterikdir. Bu da daha mükəmməl şəkildə 
əsərin nəşrində öz əksini tapır. 
Poemanın  məzmunu  üçün  əsasən  mifoloji  elementlərin 
yoxluğu  xarakterikdir.  Burada  nağıl  elementlərindən  istifadə 
qəhrəmanların  idealizasiyasını  güncləndirməyə  xidmət  edir. 
Hərbi cəngavərliyin təsviri isə batır obrazının romantikləşdiril-
məsi  məqsədini  güdür.  Qəhrəmanın  geneologiyası,  tayfası, 
batırın  doğulması,  onun  tərbiyə  alması,  sevdiyi  qız  uğrunda 
mübarizəsi  və  s.  iştirakı,  baş  qəhrəmanların  taleyi  haqqında 
söhbətlər və s. burada mühüm yer tutur. 
Poemanın süjeti xətti, yuxarıda qeyd etdiyimiz kimi, ayrı-
ayrı  tamamlanmış  epizodlardan  ibarətdir.  Bu  isə  onların 
təhkiyənin vahid həlqələr üzərində qurulmasını şərtləndirir. 
Poema  batırın  doğulmasına  qədərki  tarixdən  başlayır. 
Belə  başlanğıc  qəhrəmanlıq  eposunun  epik  ənənələrində  möv-
cuddur  və  eyni  zamanda  bu  türk  xalqlarının  batırlıq  nağılları 
üçün də xarakterikdir. Qaraqıpçaq tayfasından olan Toktarbəy 
artıq qocalıb, Allahdan, övliyalardan, pirlərdən özünə davamçı, 
müdafiəçi  arzulayır.  Bu  məqsədlə  o,  müqəddəs  yerləri  ziyarət 
edir.  Allahın,  müqəddəslərin  şəninə  qurbanlar  kəsir,  nəhayət, 
onun arvadı bəybişə Analığın əkizi - oğlu Koblandı, qızı Qarlı-
qaş  doğulur.  Koblandının  uşaqlığı  ənənəvi  olaraq  batırlıq 
ənənələri ilə bağlıdır. Oğlan çox tez böyüyür. Altı yaşında artıq 
o,  atasının  ilxısına  gedir  və  orada  baş  ilxıçı  Yestimislə  hərbi, 
köçəri həyat ruhunda tərbiyə alır. 
Qəhrəmanlıq  eposu  ənənələrində  batırın  uzaqda  yaşayan 
gözəl  qızla  evlənməsi  və  eləcə  də  batır  atlarının  böyüdülüb 
saxlanması da öz əksini tapır. 


 
238 
Qız  uğrunda  mübarizədə  iştirak  batırın  qəhrəmanlığının 
birinci mərhələsidir. Burada Koblandı gənc oğlanların sırasında 
ən cavanı kimi qızın atasının şərtlərini yerinə yetirməklə bir ox 
ilə  qızıl  sikkəni  vurur.  Yarışda  qalib  gəlməklə,  o  gözəl  Qurt-
qanı  öz  doğma  köçəri  torpaqlarına  aparır.  Batırın  evlənməsi 
onun  qəhrəmanlıq  bioqrafiyasının  ən  mühüm  mərhələlərindən 
birini təşkil edir. Koblandı çox güclü və döyüşkən batır atı əldə 
edir.  Burada,  təbii  ki,  ən  mühüm  rolu  müdrik  Qurtqa  oynayır. 
O,  əvvəlcədən  özü  üçün  ilxıdan  seçdiyi  madyandan  doğulmuş 
qulunu  qəbul  edir,  onu  böyüdür,  öyrədir,  ərinə  batır  sursatı 
hazırlayır.  Koblandı  Yestimislə  birlikdə  öz  atasının  ilxısını 
otarmaqda  davam  edir,  ov  ovlamaqla  məşğul  olur,  at  çapmağı 
öyrənir və i. a. və s. 
Batırın qəhrəmanlığı bir neçə seriyadan ibarət yürüşlərdə 
və  döyüşlərdə  yadellilərə,  qızılbaşlara,  kalmıklara  qarşı  müba-
rizələrdə öz əksini tapır. Batırın ilk qalibiyyət  yürüşü qızılbaş-
lar xanı Qazana qarşıdır. O, qıpçaqlardan çox-çox kənarda olan 
noğayların köçəri torpaqları üzərinə yürüş edir. Artıq Koblandı 
burada  qəhrəmanlıq  göstərməklə  öz  batır  keyfiyyətlərini  nü-
mayiş etdirir. Öz yaşıdı Qaramanın xahişi ilə kiyat tayfasından 
olan  Seili  və  daha  beş  kiyat  batırını  götürməklə,  geyinib-
kecinib, yaraqlanıb-yasaqlanıb yürüşə çıxır və Qazan xanı onun 
möhkəmləndiyi  qala  –  şəhərdən,  noğay  şəhərləri  Qırlıqala  və 
Sirliqaladan  kənara  atır.  Əgər  Koblandı  müdrik  Qurtqanın 
qıpçaqların möhkəmləndiyi yerdən düşmənlərin üzərinə getmiş 
olsa  uduza  bilər.  Yenə  də  Koblandı  atası,  anası,  bacısı,  arvadı 
və bütün yaxınları ilə vidalaşır. Qurtqanın böyüdüb yetişdirdiyi 
Tayburıl ata minib  tezliklə kiyatlar ordusunun  yanına çatır ki, 
elə  bu  anda  onlar  Qazan  xana  qarşı  vuruşmağı  planlaşdırır. 
Koblandı  tək  başına  Qazan  tərəfindən  tutulmuş  atları  qovur, 
sonra  isə  öz  atına  minib  Qarlıqayla  qızılbaşların  ordusunun 
başçısı  Qazan  xana  qarşı  birgə  döyüşə  girir.  Koblandı  uzun 
müddətli  qanlı-qadalı  təkbaşına  döyüşdə  Qazanı  onun  öz  oxu 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə