Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

 
260 
olan  qədim  oğuz  eposunda  rast  gəldiyimiz  müraciətlər  təşkil 
edir: Məsələn, “Sözlərimə qulaq as!”, “Sənin qurbanın olum!”, 
“Başım sənə qurbandır!”, “Sənə fəda olum!” və s. Bunlara həm 
də  ikisətirlik  stabil  formulalı  nidalar  aiddir.  Dialoqlarda  oldu-
ğuğu  kimi  monoloqlara  da  əsərin  kompozisiyasında  xeyli  yer 
verilir. 
Monoloqların başlanğıcı əksər hallarda ənənəvi frazeoloji 
sabit  birləşmələrlə  gedir.  Onların  mənaca  növbəti  poetik  sətir-
lərlə bağlı olması da müəyyən psixoloji əhval-ruhiyyə  yaradır. 
Bu  tipli  başlanğıclarda  təbiət  mənzərəsinin  səciyyəsi  qədim 
köçəri  məişət  adət-ənənələrinin  xüsusiyyətləri  və  təkrarlar  ək-
sini tapır ki, onlarda epik hekayət bir qədər aramlı tərzdə apa-
rılır və bütün bunlar təsvir olunanlara özünəməxsusluq gətirir. 
Əsərdə  yer  alan  dördsətirli,  üçsətirli  və  ikisətirli  başlanğıc 
məqamlar  batırların  monoloqlarında  və  digər  personajların 
nitqində bunu yaxşı sübut edir. 
Bir sıra hallarda stereotip frazeoloji birləşmələr vardır ki, 
onlar qarışıq sətirlərlə əlaqəsizdir, lakin improvizasiya zamanı 
onlar  da  öz  qafiyəsini  axtarıb  tapır.  Yeni  epizodun  şərhinə 
keçid isə bəzən stereotip tipli frazalardan başlayır.  
Təhkiyənin  həcmini  xeyli  digər  hissələrin  təkrarları 
genişləndirir ki, onlar müxtəlif situasiyalarda açılır. Məsələn, o 
qədər də uğurlu olmayan yürüşdən sonra Qurtqanın əvvəlcədən 
Alşaqıra dediyi sözlər təkrar edilir. Əsərdə batır atının öyrədil-
məsi  sözbəsöz  təkrarlanır.  Alşaqır  düşmən  əsirliyində  olduqda 
Qurtqa Tayburılı ona köməyə çağırır.  
“Koblandı-batır”  dastanının  kompozisiyası  üçün  həm  də 
hekayətçinin  müraciəti  xarakterikdir  ki,  bu  da  dünya  xalqları-
nın eposu üçün səciyyəvidir. Belə müraciətlər poemada zəngin 
obrazlılıqla fərqlənir, bəzən onlar sabit, stabil forma qazanır və 
təhkiyə zamanı xeyli müddət ərzində təkrarlana bilir.  
Digər qazax epik nümunələrində olduğu kimi bu poema-
da  da  obrazlılıq  özünəməxsusluğu  və  rəngarəngliyi  ilə  seçilir. 
Məsələn,  “Koblandı-batır”ın  simvolikasında  təbiətə  xalq 


 
261 
baxışı, qazax qəbilələrinin keçmişi, əsrlər boyu həyat xüsusiy-
yətləri, həyat həqiqətləri xalqın bədii qavrayışı, xalq akınlarının 
həyat  müşahidələri,  köçəri  maldarların  estetikası  əks  olunur. 
Məsələn, söyüd nərmənaziklik, irqay və şam möhkəmlik, vəhşi 
heyvanlar və quşlar, şir, pələng, şahin batırın çəsurluq rəmzləri 
kimi  təqdim  olunur.  Tozun  göyə  duman  olması  atın  bərk  qaç-
masının,  çayın  aşıb-daşması  sevincin  göstəricisidir.  Dastanda 
ümumtürk simvolikası  ilə bərabər, həm də milli  özünəməxsus 
obrazlılığına da rast gəlinir. Qaraspan dağı öz-özlüyündə bərə-
kət  və  var-dövlət  simvolunu  əks  etdirir;  qəşəng  qızlar  berkuta 
bənzədilir. 
Xalqın  tarixi  təcrübəsinin  özünəməxsusluğu  və  həyat 
şəraiti  nəinki  “Koblandı-batır”  eposunun  ideya-məzmununu 
şərtləndirir,  həm  onun  bədii  strukturunun  özəlliyini,  həm  də 
poetik  baxımdan  səslənməsinin  orijinallığını  göstərir.  Qazax 
eposunun  sona  qədər  formalaşması  və  təsdiqi  daha  gec  tarixi 
dövrə  aid  olduğundan,  burada  bədii  təfəkkür  və  təhkiyənin 
arxaik  forması  –  məsələn,  qəhrəmanın  möcüzəli,  sirli-sehrli 
qüvvələr ilə fantastik tipli mübarizə süjetləri yox, həyat hadisə-
lərinin realist  təsvirinə  daha çox canatma özünü əks etdirmək-
dədir. Dastanda hər şey sanki real gerçəklik fonunda keçməklə, 
həyatda açıq səma altında gedir. Uczus-bucaqsız gen səhraların 
əsrarəngiz  gözəlliyi,  gecələr  səmanı  öz  ağuşuna  alan  saysız-
hesabsız  ulduzlar,  yaz  günəşinin  bərq  vuran  şüaları,  gömgöy 
çəmənliklərin  yaratdığı  bənzərsiz  mənzərələr,  gözyaşı  kimi 
dumduru buz bulaqlar, quşların cəhcəhi, güllə kimi saçan atlar, 
ağ  alaçıqlar  və  s.  qazax  eposundan  gələn  poetik  gözəllik  və 
qaynar patetika kimi dinləyicini və oxucunu ovsunlamaqdadır.  
Dastanın  təsvir  vasitələrində  ənənəvi  troplar  mühüm  yer 
tutur.  Onlar  ümumi,  estetik  dəyərə  malik  olmaqla,  əşya  və 
predmetlərin,  hadisələrin  mühüm  cəhətlərini  əks  etdirir.  Bu-
nunla  belə  əsərdəki  dəyər  xarakteristikasında  müstəsnalıq  ka-
terqoriyası mühüm yer tutur. Məsələn, qəhrəmanların sifəti, əli 
daim ağdır, döyüş silah-sursatları, yəhər qızıl epiteti ilə verilir. 


 
262 
Qəhrəmanın  və  onun  arvadının  təsviri,  dəbilqənin  müxtəlif 
şəkildə təkrarlanması, batırın qırğı,  yaxud ağ şahin kimi veril-
məsi  onların  ən  yaxşı  və  gözəl  olduğunu  bildirir.  “Ağ”  epiteti 
burada  o  qədər  geniş  ümumiləşdirilmiş  şəkildə  istifadə  olun-
muşdur ki, bu qəhrəmanlıq eposu üslubunun qədim elementlə-
rindən  olan  xoşbəxtliyi,  şadyanalığı  əks  etdirir.  Burada  türk 
eposu üçün xarakterik olan “qara” epitetinin daim istifadə olun-
ması da məqsədəuyğundur. A.N.Kononov qeyd edir ki, “qara” 
epiteti  türk  dillərində  qara  rəngi  ilə  yanaşı,  həm  də  pisliyi, 
solğunluğu, bədbəxtliyi və s. əks etdirir (5, 259). Dastanda həm 
də “çıraq” sözündən geniş istifadə olunur ki, bu da batıra müra-
ciətdə  əziz,  doğma,  yaxınım,  gözümün  işığı  mənasında  işlədi-
lir.  Onun  müsəlmançılığa  qədər  dini  ayinlər,  rituallarla  əlaqə-
dar  olduğu  konkret  göstərilir.  Yağdan  qidalanan  və  yundan 
olan  çırağı  qazaxlar  vaxtı  ilə  dualar  oxuya-oxuya  müqəddəs-
lərin məzarları üstündə yandırırdılar. Bu, həm də köçəri düzlərə 
islam  gəldiyi  ilk  dövrlərdə  də  özünü  göstərir.  Yuxarıda  biz 
batırların,  ümumilikdə  türklərin  həm  də  pələnglər,  şirlər, 
şahinlər və qırğılarla ümumi şəkildə eyniləşdirilməsini demiş-
dik. Onlar məğrurluq və ruhun gücü kimi dəyərləndirilir. Batır 
düşməni  sürüyə  soxulmuş  canavar  kimi,  qulanları  sürüsünə 
dadanmış  pələng  kimi  qovur,  düşməni  qamış  bağı  kimi  sıxır, 
batırın atı döşünü nər döşü kimi  irəli verir (xalq  poeziyasında 
nər  güclü  dəvə  -  dözmlülük  simvoludur  –  N.T).  Batırın  düş-
məndən elini azad edib doğma torpaqlarına qayıtması, heyvan-
ların mələşməsi, atların kişnərtisi ilə müşayiət olunur. Dastanda 
ifadəli metaforalar ənənəvi obrazlılığa söykənilərək verilir. Bu 
da  köçəri  həyat  tərzi  keçirən  insanların  ətraf  mühitlə,  ətraf 
təbiətin zənginliyi ilə bağlılığını göstərir.  
Qazax  epik  nəğmələrini  –  jırlarını  jıraular  və  akınlar 
reçitativlə  deyir  və  dombra  musiqi  alətinin  müşaiyəti  ilə  oxu-
yurdular. Bu günün özündə də akınların sənətə belə münasibəti 
öz aktuallığını itirməmişdir. Ənənəvi dastanları ifa edən akınlar 
epik nəğmələri yeni mövzuda səsləndirməklə, çoxəsrlik ənənə-


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə