Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

 
251 
şəkildə iki obrazın – Batırın oğlu Bokenbayın və Koblandının 
həmyaşıdı Qaramanın xarakteristikası verilir.  
Bokenbay obrazı mahiyyət etibarilə böyük batır və onun 
atasının obrazını təkrar edir. Belə ki, artıq altı yaşlı Bokenbay 
batırla  bağlı  metaforalardan  istifadə  olunur;  o  güclü,  cavan 
şirdir.  Onun  batır  xarakteristikasının  mahiyyəti  ənənəvi  sətir-
lərdə  özünəməxsus  epik  klişelərdə  öz  əksini  tapır  ki,  əsərdə 
onlardan Koblandı obrazına tətbiq olunan məqamlarda da geniş 
istifadə olunmuşdur: 
 
Özü altı yaşında, 
Dəri börkü başında, 
Altında səmənd atı, 
Yanında yox yoldaşı.  
 
Atası kimi Bokenbay da artıq gənc yaşında ilxılara gedir 
və  Yestemis  tərəfindən  hərbi-köçəri  həyatı  ruhunda  tərbiyə 
olunur.  Uşaq  ikən  o,  düşmən  batırlar  üzərinə  yürüşlər  etmiş, 
onların ən güclülərinə qalib gəlmiş, təkbaşına çoxsaylı düşmən 
ordusunu  məğlubiyyətə  uğratmışdır.  Heç  də  təsadüfi  deyildir 
ki, ona daim atasının Tayburıl adlı döyüş atı xidmət edir, o da 
onunla  birlikdə  Şoşay  xanı  izləyərək  atasını  yaraladığına  görə 
ondan  qisas  alır.  Bu  döyüşdə  Bokenbay  məğlubedilməz  batır 
kimi təsvir olunur. Onun siması mənəvi epitetlərin batıra tətbiq 
olunan  müqayisələrin  köməyindən  istifadə  edilməklə  formala-
şır. Batırın at çapdığı məqamların təsvirində poemada hiperbo-
lalardan daha geniş istifadə olunmuşdur. 
Bokenbayın simasının yaradılmasında müqayisə və epitet-
lərdən  Koblandının  özünə  nisbətən  daha  xəsisliklə  istifadə  olu-
nur.  Onun  batır  obrazı  hiperbolalardan  istifadənin  köməyi  ilə 
mükəmməl görünür. Bu isə türk qəhrəmanlıq eposu üçün səciy-
yəvi  xüsusiyyətdir. Yenicə  doğulmuş  Bokenbayı  qırx qadın bə-
ləyə bilmir. Bokenbayın cəmi bir yaşı olanda o, dağlara, daşlara 
ox tuşlayır, üç yaşında isə olduqca böyük daşları sındıra bilir: 


 
252 
 Altı yaşlı Bokenbay, 
 Oxşardı atasına. 
 Dağlar, daşlar yanırdı, 
 Bokenbayın zəhmindən, 
 Gücündən, qəzəbindən. 
 
 Əgər Bokenbay obrazı böyük batır Koblandının obrazını 
zənginləşdirirsə,  yaşıdı  Qaraman  onunla  ziddiyyət  təşkil  et-
məklə,  həm  də  qəhrəmanın  kişiliyini,  cəsurluğunu,  xeyirxahlı-
ğını sübut edir. Qaraman adi insanlardandır. Bununla belə onun 
adi insanlara xas olan cəhətləri ilə yanaşı, xoşagəlməz xüsusiy-
yəti  ondadır  ki,  onun  obrazı  həm  də  baş  qəhrəman  obrazının 
əksidir.  Qəhrəmanın  davranış  və  hərəkətləri  digər  batırların 
davranış  və  hərəkətlərinə  ziddir.  O,  cəsurluğu  əsasən  sözdə 
ortaya qoyur və  nümayiş  etdirir.  Digər batırların  qarşısında öz 
şöhrətindən  danışır,  özünü  öyür,  lovğalanır.  Koblandını  qərar 
qəbul  edə  bilməməkdə  qınayır,  onun  növbəti  yürüşlərdə  ehti-
yatlı olmasını söyləyir. Bəzən onu qadın da adlandırır. Birbaşa 
döyüşə  gəldikdə  isə,  Qaraman  daha  güclü  rəqiblə  döyüşdən 
kənarlaşır.  Çətinliyə  düşdükdə  Koblandıdan  kömək  istəyir. 
Köməyə  gəlib,  düşmən  Qazan  xanın  qalasını  ələ  keçirmə  ilə 
bağlı  ona  müraciət  edir.  Batır  da  bundan  incimədən  onun 
köməyinə  çatır.  Koblandıdan  fərqli  olaraq  Qaramana  məğ-
rurluq,  öz  şəxsiyyətini  qorumaq  yaddır.  O,  əsirlikdə  olanda 
qəhrəmanın qarşısında özünü alçaldır, ondan onu azad etməyə, 
ona kömək etməyə çağırır. Belə olduqda Koblandı ona acıqla-
nır  və  onu  qovur.  Koblandı  təkbətək  döyüşdə  Kobikti  xanla 
döyüşdüyü zaman Qaraman öz dostunu səhrada atıb, axsaq atla 
aradan  çıxır  və  Koblandının  əldə  etdiyi  qəniməti  özü  ələ 
keçirərək özünü qalib hesab edib, digərlərindən ona qalib kimi 
müraciət  etməyi  tələb  edir.  Qaramanın  alçaqlığı  eposda  son 
dərəcə geniş şəkildə təsvir olunur. O, hətta tayfanın adi qanun-
larından  belə  sui-istifadə  edir.  Tayfada  belə  bir  qayda  hökm 
sürürdü  ki,  əgər  batır  hər  hansı  bir  düşməndən  qənimət  ələ 


 
253 
keçirmiş  olsaydı,  onu  birgə  bölməli  idi.  O,  Qarlıqanı  sevən 
batırdan  onu  azad  etməyi  xahiş  edir,  pul  aldıqdan  sonra  qızı 
buraxmağa  razılıq  verir,  əvəzində  isə  Alşaqır  xanın  iki  ba-
cılarını  ələ  keçirir.  Qarlıqa  əvəzində  pul  verdiyinə  görə  Qara-
manı  ifşa  edir  və  hamıya  söyləyir  ki,  o,  yığdığı  bütün  var-
dövləti, mal-qaranı əsil ər döyüşçü, batır kimi yox, özgələrdən 
qənimət kimi ələ keçirmişdir.  
Qaraman bir sıra qalibiyyətli  görüşlərdə iştirak etməsinə 
baxmayaraq, o, xüsusi qəhrəmanlıq nümayiş etdirmir. Ona yal-
nız bircə dəfə batır döyüşü zamanı əsil batırlığını sübut etmək 
üçün  ənənəvi  epik  formula  tətbiq  edilir.  Məsələn,  döyüşdən 
qabaq  o,  Koblandıya  Alşaqırla  köməyə  gedəndə  Qaramanın 
qaşlarında  qar  donur,  kiprikləri  buzla  örtülmüş  kimi  təsvir 
olunur.  Buradaca  onun  portretini  xarakterizə  edən  qonur  göz, 
çil sifət yeganə detal kimi verilir. 
Batır  Koblandı  ilə  bağlı  təhkiyədə  Qaramana  qarşı 
ənənəvi  epitetdə müqayisələr tətbiq edilməsi  təsadüfi deyildir. 
Onun obrazının mahiyyəti mənfi paralelizmin köməyi ilə açılır 
və  bu,  məhz  Qarlıqaya  müraciətdə  özünü  daha  aydın  göstərir. 
Batırın köməkçilərinin obrazlarının fərdi xarakteristikası ümu-
miləşdirilmiş  şəkildə  verilir.  Məsələn,  Koblandının  kürəkəni 
Oraq, ilxıının başçısı Yestemis məhz belələrindəndir. 
Yestemis  obrazı  qəhrəmanın  xalq  arasından  çıxması, 
xanın  nökəri  və  kiçik  yaşlı  batırın  tərbiyələnməsi,  bir  müddət 
atasını əvəz etməsi kimi türk dastanları üçün ənənəvi xarakterik 
xüsusiyyətə malikdir. Yestemis uzun müddət Koblandını öyrə-
dir. Ona məsləhətlər verir və ona qızın ələ keçirilməsində yarış-
larda  necə  qalib  gəlməyi  öyrədir,  sonra  isə  onun  oğlunu  batır 
ruhunda tərbiyə edir. O, yaralanmış batırı tapır, onun xilasında 
və müalicə olunmasında böyük rol oynayır. 
Yestemisin zahiri simasının təsviri batıra bərabər şəkildə 
tutulmaqla, ənənəvi obrazlı vasitələr çərçivəsindən kənara çıx-
mır. Yestemis döyüşə gedir.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə