276
Qədərsiz idi varı,
Çoxluca qoyunları.
Gözdi gölü yaylağı,
Gözdi gölü oylağı.
Qalın qıpçaq elinə,
Bəsdi dövləti, varı.
İndi sətri tərcüməyə müraciət edək:
Lap keçmiş zamanlarda,
Qaraqıpçaq Koblandı vardı.
Atasının adı Toktarbəy,
Xalqdan asılı olmayan bəy.
Bəyliyində əsəb yox idi.
Varının sayı-hesabı yox idi,
Sürüsü otlaqlarda otlayırdı.
Yaz yaylağı Gözdi göl,
Gözdi göldü yaylağı.
Qalın qıpçaq yaylağına gedirdi.
Sətri tərcüməni orijinalla və bizim tərcümə ilə tutuşdur-
duqda onunla orijinal və tərcümə əsasında xeyli fərqlərin mey-
dana çıxdığını görürük. Digər göstəricilər bir yana, prozaiklik
mətnin oxunuşunu çətinləşdirir, oxucunun mətnə münasibətini
ciddi şəkildə soyudur.
Epik mətnlərin tərcüməsi türk xalqlarının bu tipli bədii
nümunələrinin adekvat səsləndirilməsi tərcümə edilən materia-
lın bütün aspektlərini, yəni dil və qeyri-dil aspektlərini, daha
doğrusu, onun oxucuya emosional bədii təsirini nəzərdə tutma-
lıdır. Çünki tərcümədə əsərin emosional - ekspressiv, yaxud
estetik funksiyasının saxlanılması oxucunun orijinal mətnin
dilini bilmədiyindən hiss etməsi ilə bağlı olmamalıdır, əksinə
tərcümə mətni xalq dastanının milli-emosional xüsusiyyətlərini
oxucuya dürüst çatdırmağa borcludur.
277
Tərcümə zamanı nəzərə aldıq ki, milli abidələrin, xüsu-
sən nəzm şəklində olanların əksər xüsusiyyətlərini Azərbaycan
oxucusuna çatdırmaq üçün sətri tərcümə yolu ilə getmək
“Koblandı-batır” kimi sırf milli qazax ənənəsindən qaynaqlan-
mış bir əsərin özünəməxsusluğunun saxlanılması ilə bağlı
klassiklərin – V.Belinskinin, A.Puşkinin, N.Qoqolun, M.Qorki-
nin; tərcümə nəzəriyyəçiləri A.Fyodorovun, K.Çukovskinin,
V.Rosselsin, N.Lyubimovun, P.Skosırevin mülahizələrini qula-
ğımızda sırğa etmişdik. Yəni tərcümədə milliliyi ştamp kimi
yox, əsərin danılmaz keyfiyyət göstəricisi kimi əks etdirməyə
çalışdıq. Yüksək milli özünəməxsusluğu ilə seçilən əsərlər
müəllifi N.Qoqol yazırdı: “Əsil millilik heç də sarafanın təsviri
deyil, xalqın ruhunun nümayişidir. Şair o zaman da milli ola
bilər ki, nə zaman o, ... təsvir olunanlara öz milli stixiyasının,
xalqının gözü ilə baxır, elə danışır, elə hisslər keçirir ki, onun
həmvətənlərinə elə gəlir ki, sanki oradakı onların hissləri,
onların danışığıdır ” (1, 51).
Düzdür, opponentlər deyə bilərlər ki, həm qazaxlar, həm
də azərbaycanlılar türkdürlər. Onlardan biri qıpçaqlara, digəri
oğuzlara aid olsalar da, aralarında xeyli ümumi cəhətlər vardır.
Biz də bunu inkar etmirik. Lakin bu da faktdır ki, bu xalqların
etnogenezi, tarixi, mədəni-mənəvi ənənələri nə qədər ümumi
olsa da, onları bir-birindən fərqləndirən xüsusiyyətləri də gör-
məliyik və elə şəkildə bir-birinə uğunlaşdırmalıyıq ki, onlar
tərcümə mətnində yamaq kimi görünməsin:
Teрi тамып иектен,
Tугi шыгып бiлектен,
Жаны бiр тулап журектен,
Неше бiр курдас айтса да
Караманнын бул сöзi
Öтiп бiр кеттi суйектен.
Сöз суйектен öткен сон
278
Тобылгы атка ер салды,
Ак алмасты колга алды.
Камшы басып сауырга,
Екпiнi усап дауылга (3, 85-86)
Tərcümə:
Çənəsindən tər axdı,
Tükləri biz-biz çıxdı,
Bu hiss ürəyin sıxdı,
Həmyaşıdım olsa da,
Qaramanın sözləri
Mənə yamanca dəydi.
Sanki bu sözlər mənim,
Lap beynimə işlədi.
Kəhər atını mindi,
Oxun əlinə aldı,
Qırmancla onu vurdu.
Orijinalda Azərbaycan türkcəsində işlədilən xeyli söz və
ifadələr var. Məsələn: “tər”, “tük”, “damıb”, “çığıb”, “yanı”,
“ürek”, “qardaş”, “söz”, “saldı”, “aldı”, “qamçı” və s. Bəlkə də,
bu sözlərin, leksik vahidlərin düzümü və köməyi ilə bu bəndi
tərcümə də edə bilərdik. Lakin bununla biz işimizi heç də bit-
miş hesab etmədik. Dilimizin zəngin lüğət fondundan yaradıcı-
lıqla yararlanmağa üstünlük verdik. Və nəticədə orijinalın milli
ruhunu verməyə çalışdıq. Bəziləri epik mətnlərin tərcüməsində
sətriliyə üstünlük verirlər. Onlar yaddan çıxarırlar ki, A.S.Puş-
kin demişkən «sətri tərcümə heç vaxt dürüst ola bilməz. Çünki
hər bir dil özünəməxsus şərti dövrələrə malik olduğundan”
sətrilikdə bədiiliyi, xüsusən də poetikliyi saxlamaq mümkün
deyildir. Digər tərəfdən, sətrilik ilk növbədə əsərin milli özünə-
məxsusluğunu heçə endirir. Azərbaycan ədəbiyyatının yaxın
dostu prof. P.Skosırev milliliklə bağlı yazırdı: “... milli
279
kolorit... müəllifin milli xarakterindən başlayır... Milli formada
isə millətin, xalqın bütün keçmişi – onun məişəti, tarixi, onun
rəğbəti, ona xas olan assosiasiyalar sistemi
aynada əks olunan
kimi öz əksini tapır” (6, 36).
“Koblandı-batır” qəhrəmanlıq dastanı, məlum olduğu
kimi, məhz hər şeydən öncə qazax məişətini, tarixini, həyat tər-
zini, düşüncəsini bariz şəkildə özündə əks etdirən əsərdir. Yəni
“Koblandı-batır” heç də yalnız oxucuda dastan təsiri bağışla-
mır. Burada xalq ənənələri, onun yaşam tərzi, mərasimləri,
dosta rəğbət, düşmənə nifrət hissi və duyğuları və s. o qədər
qabarıq verilmişdir ki, onların tarixi kökünə varmadan tərcü-
mədə uğura imza atmaq da inandırıcı görünmür. Aşağıda
nümunə gətirəcəyimiz sətirlərdə Koblandının Burıl ata minib
döyüşə çıxdığını, doxsan yaşlı Toxtarbəy, altmış yaşlı Analıq,
bacısı Qarlıqaş və sevgilisi Qurtqanın onun ardınca kiyatlar
elinə üz tutduğunun orijinalda və tərcümədə təsvirinə diqqət
yetirək:
Тайбурыл атка мiнедi,
Ак сауытын киедi,
Белiне семсер iледi,
Ногай бöркiн киедi,
Дуйсенбi кунi сескеде
Караспан тауын бöктерлеп,
Кешеги кеткен кыяттын
Кобландыдай батырын
Сонынан желiп жöнелдi.
Токсандагы Токтарбай,
Алпыстагы Аналык,
Карындасы Карлыгаш
Жан косагы Кыз Курка
Тöртеуi калмай сонынан,
Кескелеп кет деп колыннан,
Кобландынын iзiнен.
Dostları ilə paylaş: |