Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

 
266 
Üçüncü  növ  –  musiqili  mükəmməl  (proqramlı)  instru-
mental  əsərin  bütün  proqram  məzmununu  əhatə  edir.  Jırçı, 
yaxud küyçü (instrumentalçı) ifadan öncə eposun əsas məzmu-
nunu ortaya qoyduqdan sonra çıxışını aşağıdakı sözlərlə yekun-
laşdırır: “İndi isə dinləyin, görün bu barədə dombra nə deyir”, 
bununla  da  musiqi  vasitələrinin  köməyi  ilə  hekayət  olunanları 
yenidən  yaradır.  Eposun  bu  tipli  ifa  növündə  əsas  etibarı  ilə 
instrumental sənət ustadlarının hekayətçi ustalığı birləşir. 
“Koblandı-batır”  eposunun  ilk  musiqili  nəğmə-reçitativ 
təcəssümü Təliqə Bekxojinadan yazılmışdır. İlk yazıyaalma üç 
parçadan  ibarət  olmaqla,  1962-ci  ildə  Qaraqalpaqstan  Res-
publikasının  Kunqrat  rayonunda  jırau  Erejep  Amanjolovdan 
alınmışdır.  Eposun  ikinci  yazıyaalması  yenə  də  nəğməli-reçi-
tativ  formada  1970-ci  ildə  Alma-Atada  Təliqə  Bekxojinadan 
yazılmışdır  ki,  o,  onu  gənc  jırçı  Kuşeney  Üristembekovdan 
götürmüşdür.  
Bununla  belə  “Koblandı-batır”ın  musiqili  təcəssümünün 
musiqili-illüstrativ  formada  fraqmentinin  fiksasiyasını  ilk  dəfə 
A.V.Zatayeviç etmişdir. O, bu fraqmenti XX əsrin 20-ci illərin-
də  Orenburqda  nəşr  etdirdiyi  “Qazax  xalqının  1000  nəğməsi” 
kitabında vermişdir.  
 “Koblandı-batır”ın  proqramlı  epik  küyünü  isə  1939-cu 
ildə  B.Q.Yerzakoviç  Pavlodar  vilayətinin  İrtış  rayonunda 
dombraçı Sunqat Kalibayevdən nota köçürmüşdür. “Koblandı-
batır”  eposunun  təqdim  olunmuş  nümunələrdəki  müstəqil 
təcəssümündə  xalqın  musiqi  dilinin  çoxsaylı  xarakterik  xüsu-
siyyətləri öz əksini tapmışdır (12, 426).  
Yeri  gəlmişkən  qeyd  edək  ki,  digər  türk  xalq  dastanla-
rının not yazıları da məlumdur. Məsələn, bu sırada mühüm yer 
tutmuş “Koroğlu” eposunun çoxsaylı yerləri ilhamlı nəğməkar 
aşıqlar tərəfindən ifa olunmuş və onlar da nota alınmışdır. Belə 
ki,  Koroğlunun  igidliyini  əks  etdirən  “Koroğlu”,  “Atlı 
Koroğlu”,  “Piyada  Koroğlu”,  “Koroğlu  cəngisi”,  “Qaytarma 
Koroğlu”,  “Koroğlunun  zil  qaytağısı”,  “Döşəmə  Koroğlu”, 


 
267 
“Koroğlunun  sürütməsi”,  “Koroğlunun  Çənlibeli”  və  başqa 
havalarda,  Koroğlu  haqqında  tam  bir  silsilə  təşkil  edən  qəhrə-
manlıq mahnılarında da onun özü ilə bərabər sevgilisi Nigarın, 
mübariz yoldaşlarının – Koroğlunun dəlilərinin məişəti və mü-
barizəsi,  onun  əfsanəvi  atının  –  Qıratın  vəfa  və  sədaqəti  əks 
olunur. 
Koroğlu  adı  ilə  bağlı  olan  bütün  havalarda  melodiya 
mayenin kiçik septimasından kəskin, gərgin avazla başlanır və 
ritmik cəhətdən xüsusilə nəzərə çarpır. Təsadüfi deyil ki, sazın 
bu  pərdəsi  Koroğlu  pərdəsi  adlandırılmışdır.  Coşğun  ritmik 
başlanğıc,  mətin  intonasiyalar,  aşıq  melosu  üçün  nadir  olan, 
yuxarıya doğru tersiya və kvarta sıçrayışları, böyük diapazonun 
üstünlüyü havanın  quruluşunda kvadratlıq  əsasən qəhrəmanlıq 
havacatına xasdır. 
“Koroğlu” dastanı əsasında yazılan havalar şifahi ənənəli 
Azərbaycan  xalq  musiqisinin  mühüm  hissəsini  təşkil  etməklə, 
Koroğlu  havaları kimi  Azərbaycan xalq  musiqisində öz  yerini 
tutur.  Bunu  da  söyləməyə  ehtiyac  vardır  ki,  digər  türk  epik 
nümunələrinin not yazılarından fərqli olaraq “Koroğlu”nun not 
nümunələri  hələ  XIX  əsrin  1842-ci  ilindən  başlayaraq  folk-
lorşünaslara məlum olmuşdur (7, 445, 449).  
“Koblandı-batır”  poemasının  nəzərdən  keçirdiyimiz 
xüsusiyyətləri,  üslubu  və  kompozisiyası  onu  qazax  xalqının 
bədii irsində  qəhrəmanlıq  epopeyasının klassik  nümunəsi  kimi 
dəyərləndirməyə  imkan  verir.  Nəğməkarlar  və  söyləyicilər 
tərəfindən  əsrlərlə  qorunulub  saxlanılmış  və  bizim  dövrümüzə 
ötürülmüş  “Koblandı-batır”  dastanı  bədii  dəyərini  bu  gün  də 
itirməmişdir. 
Beləliklə,  “Koblandı-barır”  qəhrəmanlıq  eposu,  yuxarıda 
qeyd  etdiyimiz  bütün  xüsusiyyətlərinə  görə,  qazax  xalqının 
möhtəşəm  mənəvi  abidəsi  olmaqla,  şifahi  söz  sənəti  inciləri 
kimi  dünya  xalqlarının  qəhrəmanlıq  dastanları  sırasında  özünə 
layiqli yer tutmaqdadır. 
  


 
268 
 
İstifadə olunmuş ədəbiyyat 
 
1.
 
Ауэзов  М.И.  Соболев  Л.О.  Эпос  и  фольклор 
казахского народа. «Литературныи критик», М., 1940, №1. 
2.
 
Ауззов  М.О.  Проблемы  изучения  казахской 
литературы.  //  Ауэзов  М.  Мысли  разных  лет.  Алма-Ата, 
1975. 
3.
 
Əbülqazi Bahadır xan. Şəcərei – Tərakimə (Türklərin 
soy  kitabı).  Rus  dilindən  tərcümə  edən,  ön  söz,  göstəricilərin 
müəllifi  və  biblioqrafiyasının  tərtibçisi  İ.M.Osmanlı.  Bakı, 
“Azərbaycan  Milli  Ensiklopediyası”  Nəşriyyat  Poliqrafiya 
Birliyi, 2002. 
4.
 
Кидайш – Покровская Н.В., Нурмагамбетова О.А. 
Героическая поэма «Кобланды-батыр». // Кобланды-батыр. 
Казахский  героический  эпос.  М.,  Главная  редакция 
восточной литературы «Наука», 1975. 
5.
 
«Книга 
моего 
деда 
Коркута. 
Огузский 
героический  эпос».  Пер.  акад.  В.В.Бартольда.  М.,  -  Л., 
1962. 
6.
 
Мамедов  Н.  Методическое  пособие  по  курсу 
Казахская литература. Баку, 1993. 
7.
 
Məmmədova  H.  Azərbaycan  “Köroğlu”  havaları. 
“Köroğlu” Dastanı Esasında. // 21. Yüzyılda Köroğlu və Bolu 
Araştırmaları.  Uluslararası  Köroğlu,  Bolu  Tarih  ve  Kültürü 
sempozyumu  bildirileri.  17-18  ekim  2009.  Bolu,  Dörtdivan  / 
Türkiye.  Bolu  Halk  Kültürünü  Araşdırma  və  Uyğulama 
Mərkəzi. Bolu, 2011. 
8.
 
Сатпаева 
Ш.К., 
Адибаев 
Х.А. 
Народное 
поэтическое  творчество.  //  Сатпаева  Ш.К.,  Адибаев  Х.А. 
Казахская литература. Алма-Ата, «Мектеп», 1985. 
9.
 
Смирнова  Н.С.  Особенности  развития  казахского 
эпоса  //  История  казахской  литературы.  В  3-х  т.,  Т.  2. 
Алма-Ата, Изд-во «Наука» Казахской ССР, 1968. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə