273
nəşrə hazırlanmışdır. Dastanın həm qazax, həm də qeyri-türk
xalqları üçün əsaslı şəkildə qavranılması ilə bağlı tədqiqatçılar
kitaba “Koblandı-batır” qəhrəmanlıq poeması” adlı geniş şərh
də yazmışlar. Bu şərhdə “Koblandı-batır”ın yaranma tarixi,
onun qazax xalq şifahi yaradıcılığında və epik
təfəkkür tərzində
yeri, əsərdə qazaxların dünyagörüşünün əksi, baş qəhrəmanlar,
əsas obrazlar haqqında məlumatlar, kontaminasiyalar, islam
düşüncə tərzinin, müsəlmanlığın dastan poetikasına təsiri,
yadelli işğalçılara qarşı mübarizə, batırlıq ənənələri və s. məsə-
lələrə diqqət yetirilmiş, bir sözlə, “Koblandı-batır”ın poetikası
ilə bağlı dəyərli fikirlər irəli sürülmüşdür.
“Koblandı-batır” qazax xalqının epik poeziyasının möh-
təşəm nümunəsidir. Qəhrəmanlıq poemaları sırasında öz
irihəcmliliyi ilə seçilən bu əsər bəzi variantlarda altı mindən
doqquz min sətirə qədərdir.
“Koblandı-batır”ın dövrümüzə çatmasında söyləyici-imp-
rovizatorların, jırau və akınların rolu danılmazdır. Böyük qazax
etnoqrafı və folklorşünası G.G.Valixanov hələ XIX əsrin orta-
larında bu əsəri jırauların heç bir hazırlıq olmadan söyləyərkən
yüksək ustalıq nümayiş etdirdiklərini qeyd etmişdir.
“Koblandı-batır”ın Azərbaycan türkcəsinə tərcüməsi
zamanı biz hər şeydən əvvəl tərcümənin orijinalın xarakterik xü-
susiyyətlərini saxlamağa, orijinal mətnin “üslubi açar”ının təbii-
liyini qorumağa çalışmışıq. Təbii ki, “Koblandı-batır”ın sə-
ciyyəvi xüsusiyyətlərini yalnız tərcümə praktikası ilə tanış ol-
maqla həyata keçirmək olmazdı. Burada ilk növbədə karımıza
gələn yaradıcı təsəvvürlərlə tədqiqatçılıq bacarığını üzvi şəkildə
birləşdirmək oldu. Daha doğrusu, tərcümənin tarixinin, nəzəriy-
yəsinin və praktikasının əsaslarını yetərincə mənimsəmə, milli
özünəməxsusluq və onun tərcümə zamanı saxlanılmasının nəyin
köməyi ilə yaranması probleminə dürüst cavab axtarmağımız bu
tərcümənin orijinal səslənməsi üçün şərait yaratdı.
Yeri gəlmişkən qeyd edək ki, rus tərcüməşünası L.L.Nel-
yubin tərcümənin otuzdan yuxarı müddəaları əks etdirdiyini
275
məzmununu öz müasirlərimizə mümkün qədər itkisiz çatdıraq.
Bu isə, təbii ki, o deməkdir ki, tərcümədə biz heç də sözləri
saxlamağa üstünlük vermək yox, mənanı və orijinalın bədii-
ifadə strukturunu çatdırmağa meyilli olduq. Bilərək ki, hərfi
(həm də sətri) tərcümə orijinala münasibətdə heç də səmərəli
üsul hesab edilə bilməz və sərbəst tərcümə zamanı mətn düz-
gün tərcümə olunmadıqda ona ciddi ziyan
dəyə bilər, buna görə
də bu yoldan da kənarlaşmağa üstünlük verdik. Elə etdik ki,
tərcümədə təbiiliyi əldə etməklə, onun orijinal paralelliyinə,
adekvatlığına nail olaq. Bunun canlı illüstrasiyası üçün oriji-
nala və tərcüməyə müraciət edək:
Keшегi öткeн заманда
Karaкыпшак Кобланды
Aтасы мунын Токтарбай
Халыктан аскан болды бай.
Байлыгында есеп жок,
Айдалып багып жайылды
Торт mулiк малдын бəрi сай.
Жаз жайлагы Кöздi кöл,
Кöздi, кöлi жайлаган
Калын кыпшак жагалай. (3, 65)
Xalq dastanlarının başlanğıcının dürüst tərcüməsi vacib
olduğundan biz bu sətirləri mümkün qədər orijinala uyğun
olmaqla, dilimizin leksik-semantik imkanlarından geniş istifadə
etməklə ortaya qoyduq:
Keçmiş, ötmüş zamanda,
Qaraqıpçaq elində
Bir Koblandı varıydı,
Atası bunun Toktarbəy,
Xalqa yaxşı tanış bəy,