264
Qazax epik poeziyasının tanınmış tədqiqatçısı Z.A.Ax-
metov M.Auzevovun qəhrəmanlıq eposunun şeir quruluşunun
spesifikası ilə bağlı qeyd etdiklərini məqsədəuyğun hesab
etməklə, həm də bu alimin özünün qəhrəmanlıq eposunun ənə-
nəvi şeirşünaslıq spesifikasını zənginləşdirə bildiyini söyləmiş-
dir. Epik poeziyada aparıcı mövqedə dayanan və yeddi-səkkiz
jırlıq belə şeir texnikası bütün türk xalqlarının poeziyasında
sillabik hecanın şeir vəznində ənənəvi olduğunu göstərir.
Z.Axmetov hesab edir ki, jır reçitativi oxumaq, nəğmə-
deklamasiya demək şeiridir. Çevikliyinə görə şeirin ritmik
quruluşu, eləcə də şeirin tiradada sərbəst birləşməsi digər
ölçülərdən fərqli olaraq ifadə intonasiyasına malikdir. Jır şeirin
ən mükəmməl formalarından biridir.
Əgər bu ölçüdə tətbiq olunan iki şeir götürmüş olub, onu
ayrı-ayrılıqda nəzərdən keçirsək, onda görərik ki, 4+3, 3+2+3
strukturludur. Bu sadəlik struktur aydınlığına görə son dərəcə
asan qəbul edilir. Jırın şeiri daim üç hecalı qrup ilə bitir ki, o da
onun ritmik quruluşunun sabitliyini xarakterizə edir. Əgər şei-
rin başlanğıc hissəsi reçitativ ifası ilə tez aparılarsa, gah sürətli,
gah da yavaş, onda şeirin sonu bərabər hecalarla sonuclanır və
daim böyük, yaxud kiçik hissələrə bölünür.
Jırın özünəməxsus ölçüsü qazax şeirinin digər növləri
kimi heca prinsipinə əsaslanır və müxtəlif ölçülü yeddi, səkkiz
hecalı şeirin bir-biri ilə birləşməsini göstərir. Məsələn, yeddi
hecalı sətirlər həm geniş, həm də son dərəcə təntənəli səslənir.
Jır strofik baxımdan təşkili olmayan şeirdir. Jırda poetik nitq
bir neçə şeir qrupuna bölünür ki, o da ümumi tiradanın müx-
təlif həcmini təşkil edir. Tirada sətirlər qrupudur ki, təxminən
dörddən, beşdən, iyirmi beşə və daha artığa qədər gəlib çıxa
bilir. Onlar birlikdə qafiyə bütövlüyü, intonasiya bütövlüyü və
qafiyələrlə birləşir. Jırda tirada bir neçə sadə cümlələrdən
təşkil
olunmaqla, son dərəcə mürəkkəb intonasiyon sintaktik birləş-
mə əmələ gətirir. Müxtəlif nitq dövrəsinin, birləşməsinin daha
geniş şəkildə tirada ilə qarşılaşması jırda lakonik, strofik quru-