Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

 
254 
Döyüşə girərkən o, düşmənləri sağdan-soldan qırıb tökür, 
əsil batırlıq göstərir. Batırın çoxsaylı rəqibləri – düşmən batır-
ları epik qaydaya uyğun olaraq böyük qüvvəyə malik olmaları 
ilə  fərqlənirlər. Guya onların  dəbilqəsini güllə  deşmir, özlərini 
isə  oxlar,  nizələr  dəlib  keçmir.  Məsələn,  onlardan  bəziləri  – 
Alşaqırın  yaxınları  45  arşınlıq  nəhəng  Qızılərin  –  Ağanas  və 
Toğanas  adlı  oğulların  xarakterləri  qroteksklə  verilir.  Onlar 
nəhəngdirlər,  az  qala  Qaraspan  dağı  boydadırlar.  Koblandı 
Qazan xana döyüşdən qabaq müraciət edərkən onu yüksək dağ 
aşırımı  adlandırır  və  onun  nəhəng  cüssəsini  xan  əsilli-nəsilli 
olması  ilə  bağlayır.  Koblandının  düşmənlərinin xarakteristika-
sında  oxşarlıq  və  ümumilik  olmasına  baxmayaraq,  onun  düş-
mənləri  Qazan,  Alşaqır,  Kobikti  və  başqalarından  hər  birinin 
fərdi  simaları  vardır.  Burada  onların  fərdi  xarakteristikası 
nəinki silahlarının bir-bir sadalanması ilə müəyyənləşir, həm də 
obrazlı  parallelərin,  türk  xalqlarının  qəhrəmanlıq  eposunda 
ənənəvi  obrazlı  paralellərdən  istifadəsi  ilə  göstərilir  və  onlar 
batırın öz simasının təsvirində tətbiq olunur. Bununla belə əsər-
də  batıra  qarşı  dayanan  xarakterlərin,  fiqurların  mühümlüyü 
qeyd  olunur.  Onlar  nə  qüvvəsinə,  nə  əsgəri  bacarığına  görə 
batıra uduzmurlar. Lakin bununla belə onun tərəfindən məğlub 
edilirlər.  
Batırın başlıca düşməni Qazan xan isə cəsur batır epiteti 
ilə fərqləndirilir. Onun siması akın dili ilə daha relyefli verilir. 
Qazan  obrazını  onun  digər  çoxsaylı  dostları  zənginləşdirirlər. 
Qazanla  birlikdə  döyüşə  yasavullar  silah,  qoltuqlarında  qara 
şahin, döşlərində medallarla gedən bacarıqlı gənclərdir.  
Batırın  digər  rəqibi  Kobikti  də  adlı-sanlı  batırdır,  dəbil-
qəsi  doqquz  qatdan  ibarət  olduğundan  onu  güllə  dələ  bilmir. 
Kobikti  batırın  digər  bir  rəqibi  Alşaqır  xanı  yadımıza  salaq. 
Alşaqır  eposda  nəhəng  fil  kimi  təsvir  olunur.  Onun  simasının 
təsviri  sabit  epik  formulaya  uyğundur  ki,  bundan  batır  Kobik-
tinin də obrazında istifadə olunmuşdur 


 
255 
Kobiktinin oğlu Birşimbay obrazı da koloritlidir. O, Qar-
lıqanın  doğma  qardaşı,  Alşaqırın  kürəkəni  olmuşdur.  O,  batır 
kimi  anadan  güclü  doğulduğundan  onu,  demək  olar,  heç  bir 
düşmən batırı məğlub edə bilməmişdir. 
 Batır  düşmənlərinin  xarakteri  Qızılbaş  xanı  Şoşay  tərə-
findən sona çatdırılır, ümumiləşdirilir. Burada da özünəməxsus 
batır obrazından, realist cigilərdən istifadə olunmuşdur. Məsə-
lən, o, boz paltar geyinmiş qızılbaş idi.  
Beləliklə,  biz  baş  qəhrəman  obrazlarının  xarakteristika-
sında  nəinki  ardıcıl  olaraq,  həm  də  onların  son  dərəcə  fərqli 
cəhətlərini  görürük.  Burada  həm  də  öz  əksini  tapan  digər 
hadisələr, aparıcı  personajların siması, obrazların  poetizasiyası 
və s. mövcuddur. 
Dastanın  məzmunu  xalq  qəhrəmanlıq  poemaları  üçün 
xarakterik olan ənənəvi mövzulara söykənmişdir.  
Dastanda  arxaik  mövzular  qorunub  saxlanılır,  görünür, 
elə bu da epik nəğmənin əsasını təşkil edir. Bu, batırın Qızılər 
adlı nəhənglə mübarizədə onu məğlub etməsi, qadının kişisinə 
və öz valideynlərinə qarşı zidiyyətlərində, məsələn, Qarlıqanın 
atasını atıb Koblandı ilə getməsində, ona kömək etməsində və 
atasını  öldürməsində  yaxşı  görünür.  Qarlıqa  nəhəng  Ağanasın 
zərbələrini  dəf  edib,  Koblandını  xilas  edir,  düşmən  qızının 
qəhrəman batıra kömək etməsi kimi baxışlar epik şəkildə IX-X 
əsrlərdə oğuz qəbilələrində formalaşımış ilkin feodal dövlətlə-
rinin düşüncəsi üçün xarakterikdir. Noğaylı-qıpçaq silsiləsində 
VIII-IX əsrlər qədim
 
epik motivlərinə gedib çıxan tədqiqatçılar 
həm  də  arvad  əldə  olunmasını,  tayfanı  sonra  idarə  edəcək 
uşağın  doğulması  və  s.  aid  edirlər  (9,  242).  Burada  həm  də 
Koblandının  doğuluşundan  əvvəlki  şamançılıq  və  sonrakı 
müsəlman təsəvvürləri öz əksini tapır. Batır müsəlman müqəd-
dəslərinin  təsiri  ilə  atasının  Allaha  etdiyi  dualarından  sonra 
doğulur. Əsərdəki  arxaik  mövzu və motivlər çoxtərkibli süjeti 
və çoxmövzulu epik nəğməsi olan süjetə daxil edilmişdir.  


 
256 
Dastanın kompozisiyası, təsvir vasitələri sistemi və şeirin 
təşkili  qəhrəmanlıq  poemaları  üçün  müəyyənləşmiş  ənənə 
çərçivəsində gedir. Dastanın kompozisiyasının başlıca xüsusiy-
yəti bir neçə bitmiş epizodlardan ibarətdir. Belə xronoloji ardı-
cıllığa  əsasən  epizodlar  sanki  ayrı-ayrı  həlqələr,  vahid  zəncirə 
bağlı  təhkiyə  əmələ  gətirir.  Kompozisiyanın  belə  xüsusiyyəti 
əsərin  bütün  məlum  variantlarında  özünü  əks  etdirir.  Bu, 
dastanı  ifa  edən  akına  imkan  verir  ki,  ya  təhkiyəni  uzatsın,  ya 
da  onu  müxtəsərləşdirsin.  Belə  olduqda  akın  buraya  gah  ayrı-
ayrı epizodlar əlavə edir, gah da azad, sərbəst improvizasiyada 
poemanın  bəzi  yerlərini  buraxır.  Əsərdə  çoxsaylı  hadisələr, 
təhkiyənin  son  dərəcə  uzun-uzadı  getməsi  belə  bir  təəssürat 
yaradır. Belə xüsusiyyət həm də, onu qeyd edək ki, digər türk 
xalqlarının ənənəvi qəhrəmanlıq poemaları üçün xarakterikdir. 
Bu onunla izah olunur ki, onlar akınların dilində şifahi şəkildə 
gedir.  Lakin  belə  uzunçuluqlu  təkrarlar  kompozisiya  özünə-
məxsusluğunu  pozmur  və  bu  təkrarlar  əsərin  ifa  olunmasına 
xüsusi  dinamizm  gətirir,  hadisələrin  inkişafı,  kulminasiyası, 
razvyazkası  –  bütün  nə  varsa  –  hamısı  epik  ənənə  daxilində 
gedir.  
Təkrarlar eyni tipli süjet vəziyyətlərinin təsvirlərində tez-
tez  özünü  göstərir  ki,  onları  biz  əsərdəki  ümumi  yerlər  kimi 
daha  çox  görə  bilirik.  Məsələn,  qəhrəmanın  döyüşə  getməsi, 
onun  əzizləri  ilə  vidalaşması,  batır  atı  çapması  və  s.  təkrarlar 
həm də burada bədii obrazlı formulların çoxsaylı ifadəsi ilə ya-
ranır ki, nəticədə onlar mühüm əhval-ruhiyyə yaradır. Döyüşün 
başlamasına  qədər  adətən  rəqiblərin  bir-birlərinə  qarşı  sözlə 
atışmaları  onların  müraciətlərində  özünü  göstərir.  Dialoqlarda 
strateji  müraciətlər,  çağırışlar,  hədə-qorxular,  hərbə-zorbalar, 
batırların lovğalanması, özünü öyməsi və s. daha tez-tez nəzərə 
çarpır. Dastandakı belə məqamlar obrazlılıq və ekspressiya ilə 
fərqlənir.  Məsələn,  Koblandı  həm  düşməni  Alşaqıra,  həm  də 
sonra  digər  düşmən  batırlarına  döyüşə  girməklə  bağlı  xüsusi 
çağırış- müraciətlər edir: 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə