Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

 
248 
Atın belə möcüzəli görünüşü sanki onun aşağıdakı detal-
larının sadalanması ilə qeyd olunur (onun qızıldan yəhər-yüyə-
ni, qızıldan nalları var), eyni zamanda dastanda biz onun ənə-
nəvi  olaraq  batır  atı  üçün  xarakterik  olan  müraciətlərini  də 
görürük. 
Burada  qəhrəmanın  taleyində  başlıca  rolu  onun  sevgilisi 
və silahdaşları, batır dostları oynayırlar: 
 
 Quyruğu sıx, yumşaq yal
 Sözümə mənim qulaq sal
 Altın, gümüş sıx yalın, 
 Sanki altındur sənin. 
 
 Tədqiqatçılar “Koblandı batır” dastanında aşağıdakıların 
mövcüdluğunu  qeyd  edirlər.  “Qazax  poeması  çoxsaylı  kişi 
obrazlarıyla olduğu kimi, həm də qadın obrazları ilə zəngindir. 
Bundan  başqa  burada  bir  sıra  digər  maraqlı  personajlar 
Koblandının bacısı, onun anası Analıq, Alşaqır xanın anası və 
başqaları vardır ki, onlar da məhz qəhrəmanı sevən qadınların 
obrazının bədii cəhətdən mükəmməl işlənildiyini göstərir. Əgər 
Qurtqa  –  Koblandının  arvadı  –  öz  dostuna  sevgi  və  sədaqətdə 
müdrilklik  simvoludursa,  o,  daim  öz  ərini  müxtəlif  çətinliklər 
və  bədbəxtliklər  zamanı  qoruyursa,  Qarlıqasa  batıra  sonsuz 
sevgisini  əks  etdirir”  (1,  173).  Burada  onun  qarşısında  heç  bir 
sədd  çəkilə  bilməz.  Bu  sevgiyə  görə  də  o,  öz  atası,  doğmaları 
və vətəni ilə vidalaşır və nəhayət özünü də qurban verir. Qarlı-
qanı Koblandıya yaxın edən onun digər keyfiyyətləri də vardır. 
O,  doğrudan  da  döyüşkən  dostdur,  güclü  batırın  inanılmış 
sirdaşıdır.  İki  qadın  xarakterinin  belə  mahiyyəti  öz  əksini 
burada  istifadə  edilən  obrazlı  vasitələrdə  tapır.  Üstəlik  burada 
obrazların  fərdiləşdiləşməsinə  canatma  da  özünü  aydın  göstə-
rir. Qurtqa obrazının mükəmməliyini qeyd etmək üçün poema-
da  xeyli  kompleks,  ənənəvi  epitet  və  müqayisələrdən  də 
istifadə olunur. Onun xeyirxahlığı, gözəlliyi, müdrikliyi, bütün 


 
249 
qadınlardan  yüksəkdə  durması,  öz  həyat  yoldaşı  üçün  əvəzsiz 
bir qadın olmasını biz bu müdrik qadın obrazının mahiyyətində 
necə əks olunduğunu görürük. 
Heyvanlar  aləmi  və  təbiətlə  əldə  edilmiş  ənənəvi  müqa-
yisələr  qəhrəmanın  gözəlliyini  olduqca  yüksək  şəkildə  əks 
etdirir  və  onlardan  bu  qadının  ümumiləşdirilmiş  portretinin 
verilməsində  uğurla  istifadə  olunmuşdur.  Üstəlik  biz  burada 
batır  simasının  təsvirində  verilmiş  portretin  milli  geyimlərdə 
real detallarının necə təzahür etməsini də yaxşı görürük. 
Digər  bir  qadın  obrazı  Qarlıqa  da  batıra  heç  də  qəhrə-
manlıq  və  sücaətdə  uduzmur.  Belə  özünəməxsus  və  koloritli 
obraz poemada onun xarakteristikasının ikitərəfliliyi ilə müəy-
yənləşir və bu, məhz obrazın ziddiyətliliyindən irəli gəlir. Buna 
bariz nümunə qəhrəman qadının təsvirinə cəlb  edilmiş obrazlı 
vasitələrdir. 
Batırın sevgilisinə xas olan adi xüsusiyyətlərlə zənginlə-
şən epik  gözəllik və onun şərti portreti epik standartlar hədlə-
rində  yazıya  alınmışdır.  Qurtqa  kimi  o  da  tam  mükəmməl  gö-
zəlliyə  malikdir.  Qarlıqaya  xas  olan  qadınlıq  mahiyyəti,  eləcə 
də  digər  onun  mühüm  daimi  epitetləri  ilə,  məsələn,  gözəlliyi, 
xeyirxahlığı və digər dəyərli cəhətləri ilə qeyd olunur.  
Qadın  obrazının  sima  və  xarakterlərinin  yapılmasında 
istifadə edilən müqayisələr Qarlıqanın obrazından fərqli olaraq 
incə Qurtqa obrazında xüsusi şəkildə təqdim olunmuşdur. Mə-
sələn,  onun  məğrurluğu,  müstəqilliyi,  gücü  heç  kəs  qarşısında 
əyilməzliyi  də  müqayisələrlə  verilmişdir.  Dastanda  biz  bu 
müqayisələrlə  güclü  heyvanların və quşların timsalında rastla-
şırıq. Məsələn, o, sanki bir yaşına çatmış şahin idi. Maraqlıdır 
ki,  başqa  bir  müqayisə  kontekstində  biz  Qarlıqanın  müstəqil 
olaraq  həddindən  artıq  çevik  qərar  qəbul  edib  döyüşə  atılması 
və  batırın  oğlu  Bokenbay  qarşısında  sücaət  nümayiş  etdirdiyi 
məqamlarla da rastlaşırıq. 
Burada gözəlin portretinin yapılmasında istifadə və tətbiq 
olunan ənənəvi müqayisələr kompleksində batırın arvadı Qurt-


 
250 
qanın  onun  əri  batıra,  batır  simasına  xas  olan  detallarla  zən-
ginləşdirildiyinin də şahidi oluruq. 
Koblandı ilə birlikdə döyüşə gedən Qarlıqanın simasının 
təsviri  şərti  olaraq  batırın  özünün  portretini  ilk  iki  sətrində 
təkrarlayır: 
 
 Düz burun, qonur gözlü
 Xöş sözlü, bəyaz üzlü
 Qarlıqa adlı  qızı, 
 Qarlıqanı çağırdı.  
 
Bir neçə hallarda Qarlıqanın  məxsusi keyfiyyətləri onun 
döyüş silah-sursatının detallarının sadalanması ilə qeyd olunur. 
Bu da Koblandı batırın özünün portretinin yaradılması üçün də 
səciyyəvidir: 
 
 Akmonşah ata mindi
 Belinə nizə aldı, 
 Dəbilqəni geyindi 
 Saçların küt bağladı, 
 Noğay börkün geyindi. 
 
Əsərdə  döyüşə  gedərkən  altı  yaşlı  Bokenbayın  xəz  bör-
künü başına qoyub getməsi dəfələrlə yada salınır.  
Qəhrəman  qadınların  obrazları  bir  sıra  hallarda  həm  də 
əsərin  özünəməxsusluğunu  müəyyənləşdirir.  Burada  qədim 
türk  eposunun  əksəriyyətində  olduğu  kimi  onlar  qadınların 
ideal  xüsusiyyətlərini  müxtəlif  yönlərdən  təcəssüm  etdirirlər. 
Məhz belə qadınların simasında batır arvadlarının isməti, səda-
qəti,  onların  batırların  köməkçisi,  məsləhətçisi  olduğu  gös-
tərilir.  
Batırın silahdaşlarının xüsusiyyətləri epik ənənə ruhunda 
açılır,  onlar  ümumiləşdirilmiş  və  batırın  özünə  xas  olan 
qəhrəmanlığı təcəssüm etdirirlər. Onların içərisində daha geniş 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə