Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

 
242 
mət keçirdikdən sonra öz doğma torpaqlarına qayıdıb Qaraspan 
dağının ətəyində şad, xürrəm  yaşayırlar. Hamı tərəfindən  yad-
dan  çıxarılmış  Qarlıqa  kədərə,  qəmə-qüssəyə  batıb,  sevdiyi 
batır  haqqında  düşünür.  Yalnız  müdrik  Qurtqanın  Qarlıqaya 
yazığı  gəlir  və  o,  ərindən  təvəqqe  edir  ki,  ona  diqqət  və  sevgi 
göstərsin. O, bütün  həyatı ilə Qarlıqaya borclu  olduğunu dərk 
edir. Koblandısa Qarlıqaya əyilmir. 
Əsərdə  konflikt  kulminasiya  nöqtəsinə  Koblandı  ilə  Şo-
şayın  döyüşü  epizodunda  çatır.  Qarlıqa  sevgilisi  tərəfindən 
doğru  dərk  edilmədiyindən  üzüntülü  hisslər  keçirir  və  bunu 
Koblandıya  bağışlamaq  istəmir.  Rəqibinin  gözləri  qarşısında 
ona  oxla  yandan,  böyüründən  bir  zərbə  endirir.  Bu  zərbədən 
sonra  Qarlıqa  Qaraspan  dağının  başındakı  alaçığına  çəkilir. 
Qıpçaq  batırları,  başda  Koblandının  oğlu  olmaqla,  qızılbaşları 
qovaraq, Koblandını öz alaçığına aparırlar. Qurtqa buraya onun 
yarasını  müalicə  etmək  üçün  gəlir.  Bokenbay  isə  atasının 
xahişini yerinə yetirməklə Şoşayı addımbaaddım izləyərək onu 
öldürür.  
Epizodun  sonuncu  hissələrində  poemanın  romantik  xətti 
sona  yetir.  Batırın Qarlıqanı öz arvadı etməmək istəyi və  eləcə 
də  birdən  birə  onunla  evlənməsinin  səbəbi  açıqlanır.  Qurtqa  öz 
ərinin yarasını müalicə edə-edə Qarlıqadan incik düşür. Koblan-
dı  qadın  əli  ilə  yaralandığından  barışığı  batırın  yalnız  bu  qız 
üzərində qələbə çala bilməsində görür. Qurtqa Bokenbaya Qarlı-
qanı  atasının  yanına  gətirməyi  tapşırır.  O,  öz  Tayburıl  atında 
hündür dağ zirvəsinə qalxır. Orada təkbətək döyüş başlayır və bu 
zaman  Bokenbay  öz  oxu  ilə  Qarlıqanı  atdan  saldıqdan  sonra, 
yanına gətirir. Məğlub olmuş Qarlıqanı görmüş batır onunla ev-
lənməyə  razı  olduğunu  bildirir.  Lakin  onların  nikah  bağlaması 
qarşılıqlı  umu-küsülər  aydınlaşmadan  mümkün  deyildir.  Qara-
manla  arasında  olan  münasibətlərdəki  mürəkkəblik  müəyyən-
ləşir. Qarlıqanın uzun müddətli tənhalığının səbəbi aydınlaşır.  
Qarlıqa Koblandıya müraciət edərək nə əzablar çəkdiyini 
onun yadına salır və ona görə doğma torpağını, doğma vətənini 


 
243 
atdığını, atasına, qardaşına qarşı xəyanət etdiyini bildirir, bun-
ların nəticəsində isə Koblandıdan müsbət münasibət və hisslər 
görmədiyini  bildirir.  Qız  Koblandıdan  onun  qarşısında  nəyə 
görə günahkar olduğunu soruşur. Qarlıqaya cavab verən Kob-
landı  ona  olan  sadiq  sevgisini  bildirməklə,  həm  də,  öz  sevgi-
sinə  görə  atasına  və  qardaşına  xəyanət  etdiyinə  və  qıpçaqların 
yanına gəldiyinə görə onu məzəmmət edir.  
Beləliklə,  burada  biz  batırın  öz  dilindən  eyni  bir  tayfa, 
qəbilə ittifaqında öz doğma valideynlərinə qarşı xəyanət edən-
lərin əxlaqı ilə tanış oluruq. Faciə burada onunla sona yetir ki, 
batır  Qarlıqa  ilə  nikah  bağlayıb  onu  öz  Ordasına  aparır. 
Beləliklə, Qurtqa Qarlıqa ilə bütün qıpçaqlara əsil dostluğun nə 
olduğunu nümayiş etdirir. 
Əsərdə  iki  –  qəhrəmanlıq  və  sevgi  xətlərinin  bir-birini 
tamamlaması  bu  poemanın  süjet  quruluşunun  özünəməxsuslu-
ğunu  sübut  edir.  Qəhrəman  batır  nəinki  zahiri  konfliktli 
vəziyyətləri dəf edir, həm də döyüşlərdə çoxsaylı düşmənlərinə 
qalib gəlir. Onun mənəvi gücü daxili konflikti həll etməkdə, öz 
şəxsi taleyində, daha doğrusu, əsərdəki qəhrəmanların xarakter-
lərinin  psixoloji  xüsusiyyətlərinin  dramatizmliyinin  güclənmə-
sində özünü göstərir. 
Qəhrəmanların  xarakteri  əsərdə  epik  qaydalara  uyğun 
olaraq açılır. Qəhrəmanlıq eposunun ənənələrinə  görə obrazlar 
müsbətlərə  (batır,  onun  öz  ailəsinin  dairəsi;  onun  yaxın  silah-
daşları)  və  mənfilərə  (batırın  düşmənləri)  bölünür.  Poemada 
bunların hamısı  son dərəcə  dərin psixologizmlərlə işlənmişdir. 
Tədqiqatçılar  qeyd  etdikləri  kimi,  poema  qeyri-adi  rəngarəng 
xarakterlər  və  obrazlıqla  seçilir  (1,  173).  Burada  daha  bütöv 
şəkildə  Koblandı  obrazı,  onun  döyüş  atı  Tayburıl,  batırın  iki 
arvadı  Qarlıqa  və  Qurtqa,  Qaraman  batır  və  onun  tayfasından 
olan  digər  batırların  surəti  və  eləcə  də  Qazan  xan,  Kobikti, 
Alşaqır,  Birşimbay,  Şoşay  xüsusi  bədii  boyalarla  təsvir 
olunmuşlar. 


 
244 
Koblandı obrazının xarakteristikası epik qəhrəmanın əsas 
aparıcı  funksiyasına  tabe  edilmişdir.  Batır  burada  ümumxalq 
marağı  uğrunda  mübarizə  aparır  və  özündə  qəhrəman  xalq 
idealını  əsil  cəsur,  mənəviyyatlı,  müsbət,  ədalətli,  yenilməz 
azadlıq carçısı obrazını təcəssüm etdirir. 
Obrazın  xarakteristikasında  batırın  başqalarından  üstün-
lüyü  göstərilir.  Digər  qəhrəmanlıq  abidələrində  olduğu  kimi 
Koblandı  uşaq  yaşında  böyük  qüvvəyə  malik  olmaqla  hərb 
sirlərinə  yiyələnməkdə  daha  üstün  olub,  bütün  batırlara  qız 
uğrunda  mübarizədə  qalib  gəlir.  Poemada  ənənəvi  olaraq  tək-
başına vuruşan batır əsgərin obrazı verilir. Bütün təhkiyə boyu 
bir neçə dəfə həm qəhrəman, həm personajlar onun atasının tək 
oğlu  olduğunu  qeyd  etməklə  uzaq  səfərlərlərdə  döyüşdüyünü 
qeyd  edirlər.  Koblandının  nə  böyük,  nə  də  kiçik  qardaşı 
yoxdur. Onun heç kimə bel bağlamağa ümidi də yoxdur, o heç 
kimdən  kömək  də  gözləmir. Bəzən o,  təkbaşına  çoxminli düş-
mən ordusuna batırlarla birlikdə qalib gəlir. 
Batırın  üstünlüyü  burada  metaforaların  köməyi  ilə  yük-
sək şəkildə təqdim edilir. Batır bir neçə dəfə onu əhatə edənlə-
rin yanında deyir ki, onun atı ilxıda yeganə rəngə malik olub, 
hamının atından seçilməklə, yalı da, tükü də son dərəcə fərqli-
dir. Belə obrazlı paralel onu göstərir ki, batır öz gücü, qüvvəsi, 
qəhrəmanlığı, cəsurluğu ilə digər insanlardan seçilir, onun özü 
digərlərindən  seçildiyi  kimi,  atı  da  digər  atlardan  fərqlənmə-
lidir.  
Xalqın vətənpərvərlik ruhunu əks etdirən batır doğma el-
obası, torpağı, doğma ailəsi ilə daim sıx əlaqədədir. Düşmənlər 
üzərində qalibiyyətdən sonra o, öz tayfa, qəbiləsinə qayıdır, öz 
evində qərar tutur. 
Batırın  böyüklüyü  hiperbolalarla  qəhrəmanlıq  eposunun 
ənənəvi  priyomlarının  köməyi  ilə  verilir.  Döyüşə  gedən  Kob-
landı  özü  ilə  dəmir  silah-sursat  götürür.  Onun  qaşları  qarla, 
kiprikləri buzla örtülür, bu isə qəzəbin son dərəcə özünəməxsus 
formulasıdır.  Batırın  özü  qızmış  dəmirə  bənzədilir,  nərə  çəkir 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə