Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

 
233 
landırırlar. Həmin bu dövrdə cunqar hücumu nəticəsində məhz 
Alatau,  Qaratau  poemada  Qarataunun  köhnə  adı  Qaraspan 
adlanır (2, 456) və o ələ keçrilir. Bundan sonra qazax tayfaları 
Embaya,  Yaikə,  Uyu  və  Oru  ərazilərinə  köçməyə  məcbur 
olurlar. Yadellilərə qarşı mübarizədə qazax dəstələri işğalçılara 
güclü  zərbələr  endirir,  bəzi  hallarda  tutarlı  qələbələr  əldə 
edirlər. Bu döyüşlərə rəhbərlik edən batırların adları akın nəğ-
mələrində  daim  yada  salınır,  oxunurdu.  1726-cı  ildə  Sarısu 
çayından qərbə tərəf qanjiqalı tayfasından olan Bokenbay batır 
kalmıklar üzərində böyük qələbə qazanır. Görünür, bu o qədər 
böyük  bir  hadisə  olmuşdur  ki,  xalq  yaddaşında,  qəhrəmanlıq 
nəğməsi kimi qalmış və “Koblandı-batır”ın süjetində öz əksini 
tapmışdır. Onun epizodlarından birində Bokenbayın döyüş səh-
nəsi son dərəcə böyük ekspressivliklə təsvir olunur. O, Koblan-
dının oğludur və məhz o, kalmıklar üzərində qələbə qazanmış-
dır. Poemada döyüşlərin getdiyi epik yer, ərazilər bir neçə dəfə 
göstərilir ki, bu məhz Sarısu çayı ərazisidir. Bundan başqa epik 
mətndə  həm  də  yadellilərlə  mübarizə  öz  əksini  tapmışdır  ki, 
onlar,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  eposda  qızılbaşlar  və 
kalmıklar kimi adlanırlar. Qıpçaqlar, kiyatlar və noğaylar da bir 
yerə  toplaşaraq məhz onlara qarşı mübarizə  aparmışlar. Məsə-
lən,  kiyat  tayfasından  olan  batır  Qaraman  “Koblandı  batır”a 
çatdırır ki, noğay tayfaları Qazan xan tərəfindən ələ keçirilmiş-
dir.  Koblandı  onlarla  birlikdə  düşmən  üzərinə  hücuma  keçir. 
Qeyd edək ki, eposda kalmık və qızılbaş eyni – yadelli düşmən 
mənasını  verdiyindən  mətndə  tez-tez  eyni  düşmən  adı  kimi 
çəkilməklə, onlar gah qızılbaşlar, gah da kalmık adlandırılırlar. 
Poemada  nəinki  hərbi  qəhrəmanlıq,  həm  də  asudə  həyat 
mənzərələri,  zəngin  təbiət  panoramı  epik  səciyyədə  öz  əksini 
tapmışdır. Geniş təsvirlərdə feodal-patriarxal cəmiyyətinin uk-
ladı,  yaşam  tərzi,  köçəri  maldarların  həyat  realiyaları  olduqca 
relyefli  təqdim  olunmuşdur.  Burada  ailələrarası,  tayfalararası 
münasibətlər, qəhrəmanın öz yaxınları və düşmənləri ilə müna-
sibətləri,  tayfaların  köçü,  qışda  qışlaqlara,  yayda  yaylaqlara, 


 
234 
çayların,  göllərin  kənarlarında  qərar  tutmaları,  qışda  küləkdən 
qorunduqları  yerlər  (Çözdi  gölünün  ətrafı,  Qaraspan  dağı)  və 
eyni  zamanda  bəylərin,  ordaların,  heyvanların  saxlandığı  yer, 
yurtalar,  tayfa  başçıları,  onların  ailə  üzvləri  (məsələn,  Toktar-
bəy,  arvadı  Analıq,  oğlu Koblandı  və  arvadı  Qurtqa, qızı  Qar-
lıqaş) çoxsaylı tört-tülik – daha doğrusu, saysız-hesabsız ilxılar 
– dəvələri, atları, iri buynuzlu mal-qarası, qoyunu, keçisi və s., 
tayfa  başçısnın  saysız-hesabsız  var-dövləti,  otlaqlar,  xanların 
qorunan, müdafiə olunan, qala – şəhərləri və s. hamısı olduqca 
maraqlı şəkildə əksini tapmışdır. “Koblandı-batır” da batırların 
paltarları,  onların  atlarının  rəngi,  xəz  paltarları,  məxmər 
paltarları, qızılla, gümüşlə bəzədilmiş paltarlar, məişət əşyaları, 
hərbi  arabalar,  dörd  təkərli  at  arabaları,  yurtaların  detalları, 
sicimləri,  ipləri,  madyanlar,  onların  qulunları,  mehtərlərin  və 
ilxıçıların  paltarları  müxtəlif  yüklə  doldurulmuş  karvanlar, 
milli yemək, köçərilərin uzun müddət ərzində istifadə etdikləri 
bütün nə varsa hamısı – yerli xalq təbabəti, dərmanları, atların 
yemi  və  s.  göstərilmişdir.  Bütün  bu  detalların  hamısı  köçəri 
həyatının  və  zəngin  qazax  torpağının  təbiəti,  mal-qaranın  rən-
garəngliyi,  bitki  aləmi,  xüsusən  köç  vaxtı  qanadlı  atlarda 
batırların  yarış  təşkil  etdiyi  anlar,  susuz  çöllər,  dağ  aşırımları, 
qamışlarla ötürülmüş göllər, bol sulu çaylar, ətrafdakı möcüzəli 
batır  qəhrəmanlığı  və  s.  özünəməxsus  şəkildə  reallıqla 
fantastikanın sintezini ortaya qoyur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  poemada  patriarxal  tayfa 
qəbiləsinin  mənəviyyatı,  həyatı,  adət-ənənəsi,  mənəvi-əxlaqi 
dəyərləri  və  s.  əksini  tapmışdır.  Bunlar  ilk  növbədə  əsərdəki 
ayrı-ayrı qəhrəmanlıq eposunun müxtəlif epizodlarında, motivlə-
rində, mövzularında özünü  göstərir. Məsələn, Koblandı bu dəs-
tənin  başçısı  kimi  öz  yaxınları,  qohumları  ilə  sıx  bağlıdır.  İlk 
növbədə onun həmyaşıdı Qaramanla (o, dostluğa sadiq olmayıb 
qorxaqlıq  göstərməsinə  baxmayaraq)  çox  yaxşı  münasibətlərdə 
olub  qədim  adətə  görə  qardaş  (kürdas)  kimi  yaxınlığı  göstərir, 
Koblandı  onu  bağışlayır.  Doğma  torpağa  patriarxal  sevgi, 


 
235 
valideynlərə, böyüklərə hörmət, tayfa başçısının nüfuzu, tayfalar 
arasındakı  həmrəylik,  ələ  keçirilmiş  qəniməti  birgə  bölmək, 
məsələn, Koblandı qıpçaqlarla öz böyük qələbəsindən ələ keçir-
diyi bütün qiymətli şeyləri bölür. Qızılbaş Kobikti qızı Qarlıqanı 
Qaramana  verir.  İctimai  tədbirlərin,  xalq  bayramlarının,  toy-
büsatların  qurulması,  hər hansı  bir hadisə ilə bağlı bayramların 
keçirilməsi, məsələn, yürüşdən qayıtma, tayfanın gələcək başçı-
sının  adının  qoyulması  ilə  bağlı  keçirilən  bayramlar  və  məra-
simlər, ənənəvi zuriyətsizlik motivi və xana zuriyət arzulanması 
–  bütün  bunların  hamısı  batırın  doğulma  tarixi,  onun  öz 
hakimiyyətini  əldə  saxlama  ilə  bağlı  qayğısı  ictimai  xarakterli 
olub,  patriarxal  əxlaq  mədəniyyətinin  səviyyəsini  əks  etdir-
məklə, poemanın məzmununa orqanik şəkildə daxil edilmişdir.  
Xalq  həyatının  özünəməxsus  ensiklopediyası  olan  bu 
dastan  əsrlər  ərzində  yaranmaqla  onu  yaradanların  ideologiya-
sını ortaya qoyur və onun məzmununda, xüsusən bədii, obrazlı 
sistemində  qədim  dövrün  inancları  –  avamlıq,  mərasimlər, 
rituallar  (məsələn,  heyvan  kultu  -  qurban  kəşmə,  ölüləri  anma 
və  s.)  və  eləcə  də  islamın  sonrakı  dövrlərdə  təfəkkürə  təsiri, 
köçəri həyatında, mənəviyyatında özünə çətinliklə də olsa  yer 
alması  və s.  göstərir. Qazaxlarda iki inancın  yarımşamançı  və 
yarımislamçılığın  izləri  qəhrəmanların  poetik  müraciətlərində 
Allaha  yox,  ruhların,  heyvanların  gücünə  söykənməsi,  onların 
köməyə çağırılması, gah da Allahı, müsəlman peyğəmbərlərini 
və  müqəddəslərini  səsləmə  və  s.  maraqlıdır.  Poemada  həm  də 
Orta  Asiya  xalqlarının  digər  epik  nümunələri  üçün  xarakterik 
olan  müsəlman  düşüncə  tərzi  öz  əksini  tapmışdır.  Bundan 
başqa  poemada  həm  də  islamdan  əvvəlki  köçəri  tayfalarını 
əhatə edən fakt və hadisələr yer almışdır ki, onların da folklora 
müsəlman  əfsanələrinin  təsiri  ilə  əlaqədar  daxil  ola  biləcəyi 
təxmin edilir.  Əsərdə Bibliya peyğəmbərinin və  İslam  müqəd-
dəslərinin,  övliyalarının  adları  çəkilir.  İslamın  köçəri  düzlərdə 
və səhralarda yayılması dövrü XIX əsrə təsadüf edir ki, burada 
Süleyman  peyğəmbər  haqqında  əfsanələr,  Xızır  peyğəmbərə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə