Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

 
230 
tarixini və azadlıq uğrunda mübarizəsini əks etdirmişdir. Müx-
təlif  dövrlərdə  olan  bu  tarixi  hadisə  və  proseslər,  sonralar  bat-
ırın adı ilə möhkəmlənmiş və onlar öz hərbi qəhrəmanlıqlarına 
görə xalq arasında daha böyük nüfuz qazanmışlar.  
Batırın  və  onun  dostlarının,  dəstəsinin  başlıca  düşməni 
qızılbaşların başçısı Qazan xandır. Qazan xanı bəzən hulakilər 
dövlətinin  başçısı  Qazan  xan(1295-1304)  ilə  qarışdırırlar.  O, 
Çingizilərdən  birincisi  olmaqla,  islamı  qəbul  etmiş  və  öz  tor-
paqlarında islam dinini rəsmi din elan etmişdir. Lakin Qazan və 
Kazan adlarını Qızılbaş sözünə aid etmək bu eposda Qazan xan 
dövrünə  tətbiqən  işlətmək  də  düzgün  olmazdı.  “Qızılbaş”  ter-
mini yalnız XVI əsrin əvvəllərində yaranmışdır. Bu isə, məlum 
olduğu  kimi,  Şah  İsmayıl  Xətai  dövrünə  aiddir.  O,  Azər-
baycanda  Səfəvilər  sülaləsinin  başçısı  olmaqla,  onun  əsasını 
qoymuş  ordusunda  qırmızı  papaq  geymiş  türklərin  vuruşduğu 
da  məlumdur.  Onlara  “Qızılbaş”lar  deyirdilər.  XVI-XVII 
əsrlərdə Səfəvilər dövləti Orta Asiyada özbək xanları ilə müba-
rizələr zamanı Xorasanda türk qarnizonları yerləşdirmişdilər ki, 
onların da əksəriyyəti qızılbaşlar qəbiləsindən qacarlardan iba-
rət idi. Şərqi fars və türk mənbələrində “qızılbaş” sözü yarandı-
ğı vaxtdan səfəvilər ordusunun adında əksini tapmışdır. Qazan 
xan, hər şeydən əvvəl, epik qəhrəman olmaqla oğuz eli qəbilə-
sinin  “Kitabi  Dədə-Qorqud”da  göstərildiyi  kimi  epik  qəhrə-
manla birbaşa əlaqədə olduğuna işarə edir. Bununla bağlı xeyli 
məlumatları biz həm də Əbülqazi Bahadır xanın “Şəcərei-təra-
kimə  (Türkmənlərin  soy  kitabı)”  kitabında  tapırıq.  Burada  Sa-
lur Qazanın həyatının nə qədər dəqiq göstərildiyini söyləyə bil-
məsək  də,  onunla  bağlı  bu  məlumat  müəyyən  dərəcədə  maraq 
doğurur və Qorqud ata Salur Qazanı alp kimi öyür (3, 97-98). 
Prof. Xaliq Koroğlu qeyd etdiyi kimi, bu obraz, demək olar ki, 
(V-VI  dastandan  başqa  II,  IV,  XI,  XII-  əsrlərdə)  baş  personaj 
kimi çıxış etməklə, bütün qalan dastanlarda öz əksini tapmışdır. 
“Qızılbaş” sözü (kalmık sözü kimi) qazax eposunda daim 
mənfi mənada işlənir və bu özgə yerli və yadelli düşmən anla-


 
231 
mına uyğun gəlib, Orta Asiya və digər xalqlara məxsus olmaq-
la onlar tərəfindən işlədilir. Onu da qeyd edək ki, tarixi mənbə-
lərdə  qazax  qəbilələrinin  qızılbaşlarla  qarşı-qarşıya  gəlməsi 
faktı  haqqında  da  heç  bir  söhbət  yoxdur.  Bununla  belə  biz 
burada  yalnız  Nadir  şah  ordusunu  oradan  istisna  edə  bilərik. 
Nadir  şah  (1736-1747)  məhz  bu  dövrdə  kiçik  Cuz  hökmdarı 
Əbül  Xayr  xanla  Xarəzmdə  üz-üzə  gəlmiş  və  vuruşmuşdur. 
Eləcə  də  qazax  epik  poemalarında  “qızılbaş”,  “kalmık”  sözü 
həm  də  düşmən  adını,  ayrı  dindən  olanların  adını  göstərməklə 
sinonim kimi işlədilmişdir.  
Batırların  yürüşlərini,  döyüşlərini  təsvir  edən  bu  poema 
tarixi kolliziyalarla, kalmıkların İtil (Volqa) üzərinə XVII əsrdə 
yürüşləri ilə bağlı olmaqla, qazax qəbilələrinin batırlar tərəfin-
dən  müdafiə  olunmasını  göstərir.  Qazax  batırları  köçəri  mal-
qara  saxlayanlar  sırasından  seçilmiş  könüllülər  olmaqla,  daim 
düşmənlərə  qarşı  vuruşmuşlar.  Kalmıkların  bir  hissəsini  tor-
qoutlar  təşkil  edirdilər.  Onlar  Oyrat  İttifaqındakı  qəbilələrdən 
ibarət  olub  Qazaxıstan  ərazilərində  yeni  otlaqlar  ələ  keçirmək 
uğrunda vuruşur və irəliləyirdilər.  
Rus  mənbələrində  kalmık  tayşa  torqoutların  başçısı  Xo-
Urlyuk 1604-cü ildə Oyrat  İttifaqından çıxıb,  İrtışın  orta axın-
ları  ərazilərinə  köçmüş,  xeyli  dərəcədə  cənuba  irəliləmiş  və 
1608-ci  ildə  Emba  çayı  üzərində  möhkəmlənmişdir.  Burada 
onlar  Ural  və  Yaik  çayları  sahillərindən  köçmüş  noğaylarla 
görüşmüşlər. Biçurinə (İakinfə), görə 1616-1621-ci illərdə Xo-
Urlyuk  İşim  çayının  qolları  Tobol  və  Emba  çayının  yuxarı 
hissələrində  və  Sibirdə  yerləşmişdilər.  1619-cu  ildə  kalmıklar 
bir  neçə  Kiçik  Cuzdan  ibarət  olan  qazax  qəbilələrinin  üzərinə 
hücuma  keçmişlər  ki,  onlar  rus  salnamələrində  noğaylı  adı 
altında Noğay İttifaqında öz əksini tapmışlar. 
Kalmık dəstələri Qazaxıstan ərazisində İrtış sahillərindən 
taki Şimal-Qərb istiqamətlərinə qədər  getmişlər. Kalmıklar bu 
rayonlarda  uzun-uzadı  qərar  tutmadan  (hazırda  bu  ərazilər 
Semipalatinsk  və  Pavlodar  ərazilərini  əhatə  edir)  Turqay  düz-


 
232 
lərinə, Ural vilayətinə gedib çıxmışlar. 1628-ci ildə Xo-Urlyuk 
Yaik və Embada məskunlaşmışdı. Salnamələrdə belə məlumat-
lar da vardır ki, Qazax Ordasının şahı İşim kalmıkların üzərinə 
hücuma  keçir  və  onları  darmadağın  edir.  Eyni  zamanda  digər 
kalmık  dəstələri  tayşa Kuyşinin  (yaxud Quşi) başçılığı  altında 
Yesildən, Obdan, İlekdən keçərək noğay torpaqlarında Ural və 
İtil üzərində qərar tutmuşlar. 1630-cu ildə kalmıklar noğayların 
üzərinə  yenidən  hücum  çəkməklə,  onların  21  min  atını  ələ 
keçirmişlər: Astraxan atıcıları onları Astraxandan iki gün ərzin-
də qovmuş, mal-qaralarını ələ keçirmiş, xeyli sayda əsgərlərini 
əsir  götürmüşlər.  1633-cü  ildə  Xo-Urlyuk  Turqay  düzlərinə 
gedərkən İşim və Tobol arasında olmuş, onun oğlu Dayçin isə 
bu  zaman  Yaikin  yuxarı  hissələrinə  köçmüşdür.  1633-cü  ildə 
Xo-Urlyuk yenidən Yaik üzərində görünməyə başlamışdır.  
Bütün  bu  yerdəyişmələr  heç  də  qansız-qadasız  ötüşmə-
mişdir. Bununla belə, kalmıklar yerli əhalinin böyük təzyiqi ilə 
qarşılaşmışlar. Nəticədə kalmıklar qazaxları, türkmənləri, qara-
qalpaqları köçəri yaşadıqları torpaqlardan vurub kənara atmağa 
müvəffəq  olmuşlar.  Qaraqalpaqlar  bu  dövrdə  Emba  rayonu 
ərazisində Uraldan qərb tərəfdə Tobolsk yaxınlığında olan əra-
zilərdə  yaşayırdılar.  XVII  əsrin  20-ci  illərində  onlar  oradan 
artıq  cənub  tərəfə  vurulub  atılmışlar.  Onların  yerini  dəqiqləş-
dirmiş Əbülqazi qeyd edir ki, bu zaman qaraqalpaqlar Sırdərya 
çayı və Aral dənizinin ətrafında idilər. Türkmənlərin bir hissəsi 
kalmıkların  təsirinə  məruz  qalıb,  Manqışlaqdan  daha  cənub 
rayonlara tərəf hərəkəti zamanı onlar kalmık tayfalarının qazax 
köçəriləri üzərinə hücumları ilə rastlaşırlar. Bu hücumlarda kal-
mıklar çoxsaylı mal-qara ələ keçirir, insanları əsir götürürlər.  
“Koblandı-batır”  poemasında  yada  salınan  döyüşlər  bə-
zən  real  rayonların  adı  və  coğrafi  adlar  ilə  üst-üstə  düşür  ki, 
burada  kalmık  torqoutların  Qazaxıstan  ərazilərinə  hərəkəti  də 
eyni dövrü əks etdirir. 
Qazaxlar  üçün  ən  çətin  dövrlər  “Böyük  bədbəxtlik” 
illəridir  ki,  qazaxlar  onu  “Aqtaban  şubırındı”  (XVIII  əsr)  ad-


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə