Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

 
239 
ilə vurub öldürür və atdan yerə sərir. Bundan sonra min süvari 
qızılbaş ordusunu yerlə-yeksan edir. 
Koblandının ikinci yürüşü, onun artıq bir sıra hərbi baca-
rıq  və  vərdişlər  əldə  etməsinə  baxmayaraq,  müvəffəqiyyətsiz-
liklə  nəticələnir. Batır və  Qaraman birgə  əsir düşürlər. Məğlu-
biyyətin  əsas  səbəbi  Koblandının  Qaramana  qulaq  asması  ilə 
bağlıdır.  Bu  zaman  Qaraman  düşmənlərin  tutduğu  yeri  azad 
etmək məqsədi ilə oraya yürüş edir. Məqsəd ilxını ordan kənar-
laşdırmaq, Kobikti xanın şəhərini darmadığın  etməkdən ibarət 
idi. Əsərdə dağıdıcılıq yürüşləri ifşa edilir. Bununla belə onlar 
yola  tələsərkən  daim  möcüzəli  köməkçilər  olan  pirlərə  dua 
etməyi  yaddan çıxarmışlar. Çünki  qədim türklərin epik  ənənə-
lərinə uyğun olaraq pirlər və övliyalar belə vəziyyətdə batırlara 
kömək  edirlər.  Belə  olduqda  Qurtqanın  əvvəlcədən  dediyi  öz 
yerini alır. Kobikti xanın kəhər atı ilxıdan kənarda qalsa da, öz 
sahibinin üstünə gəlir. Koblandı isə öz Tayburıl atında ona çata 
bilməyib  geri  dönür.  Çünki,  o,  bundan  sonra  hələ  qırx  üç  gün 
yetişdirildiyi  yerdə qalmalı idi. Kobikti xan Tərlan atını çapa-
raq  ilxıya  çatır.  Koblandı  burada  yatdığı  zaman  Kobikti  əlin-
dəki  toru  onun  üzərinə  atır  və  onu  Qaramanla  birlikdə  öz 
ordusuna aparır. 
Batırların əsir alındığı  epizoddan sonra bu janr üçün zə-
ruri  hesab  edilən  sevgi  epizodları  gəlir.  Burada  sevgi  intriqası 
Kobiktinin  qızı  Qarlıqanın  əsir  düşmüş  batırla  görüşüdür.  İlk 
görüşdən o, Koblandıya  vurulur. Kobiktinin lap uzaq  yürüşlə-
rindən  biri  zamanı  qızılbaşlar  tərəfindən  tutulmuş  müsəlman 
doğulmuş  Qarlıqa  rəhmətə  getmiş  anasının  vəsiyyətini  yerinə 
yetirmək  məqsədi  ilə  özünə  uyğun  bir  müsəlman  qıpçağa  ərə 
getməsi haqqında düşünür. 
Təhkiyənin davamında Koblandı ilə onun Qarlıqa arasın-
dakı  qarşılıqlı  münasibətləri  aydınlaşır,  bu  da  onun  sevgisi 
uğrunda  öz  doğmalarına  qarşı  satqınçılıq  etməsi  ilə  bağlıdır. 
Mahiyyət  etibarilə  batırın  qəhrəmanlıq  bioqrafiyasının  ikinci 
hissəsi onun batırlığının ikinci evliliyi ilə başa çatmasıdır.  


 
240 
Kolliziyanın  əsasında  əksər  xalqların  batır  nağılları  və 
eposları  üçün  xarakterik  olan  qədim  motiv  dayanır.  Burada 
batırın  öz  gələcək  arvadı  ilə  təkbətək  vuruşu  baş  verməlidir. 
Yalnız  öz  qüvvəsində  olan  qıza  qalib  gəldikdən  sonra  batır 
onunla  evlənmək  hüququna  malik  ola  bilərdi.  Poemada  bu 
ənənəvi  motiv  özünəməxsus  izahını  sonrakı  dövrlərdə  qədim 
süjetin  kontaminasiyasında  tapır.  Qarlıqa  ilə  döyüşdə  qələbini 
batır yox, onun oğlu Bokenbay qazanır. O, da altı yaşında ikən 
batır  adına  layiq  görülmüşdür.  Yalnız  bundan  sonra  Koblandı 
əvvəl  Qarlıqadan  kənarlaşmaq  istədiyi  halda,  arzu-istəyinin 
əksinə  gedərək,  onunla  evlənməyə  razı  olur.  Üstəlik  batırın 
evlənməsinə onun Qarlıqa üzərində mənəvi qələbəsi də kömək 
edir.  Epizodlar  bir-birinin  ardınca  Qarlıqanın  öz  sevgilisinə 
çatması uğrunda mübarizəsini də dərindən açır. 
Qarlıqa Koblandı və Qaramanı əsirlikdən azad etməmiş-
dən  öncə  onlara  qaçmaqda  kömək  edir.  Qızın  əsir  qəhrəmana 
köməyi qədim epik ənənə üçün xarakterikdir. Bu tipli və buna 
oxşar  hallarla  biz  “Kitabi  Dədə-Qorqud”da,  “Alpamış”da, 
“Yusif  və  Əhməd”də,  “Koroğlu”da  da  qarşılaşırıq.  Belə  epi-
zodlar  psixologizmlərlə  səciyyəvidir.  Qarlıqa  nəyin  bahasına 
olursa olsun sevdiyi  batırı azad etmək istəyir. Koblandı Qara-
manı  da,  Qarlıqanı  da  ona  qaçmağa  kömək  etdiyinə  görə  pis-
ləyir. Onda Qarlıqa bicliyə əl atır. Onun məsləhəti ilə Qaraman 
xəlvəti  olaraq  Kobikti  xan  tərəfndən  ələ  keçirilmiş  Tayburıl 
batır atını ona yaxınlaşdırır. Onlar atın ayağını iplə bağlayırlar. 
Tayburıl  kişnəməyə  başlayır.  Koblandı  zindanı  dağıdıb  ordan 
çıxır və öz atının köməyinə tələsir. Belə olduğu halda Qarlıqa 
batırı  öz  silah-sursatı  ilə  yaraqlayır.  O,  Qaramanla  birgə  dü-
zənliyə çapır. Kobiktinin ilxısını da öz ardınca aparır. Atasının 
diqqətini yayındıran Qarlıqa özünün Akmonşah atını minib ata 
evini birdəfəlik tərk edib, batırların ardınca çapır. 
Qarlıqa  ikinci  dəfə  öz  sevgi  hissinin  yüksəkliyini  və 
batıra  bağlığını  doğma  atasına  xəyanət  etməklə  nümayiş 
etdirmişdir.  O,  atasının  dəbilqəsində  batıra  zəif  yeri  bildir-


 
241 
dikdən  sonra  Koblandı  oxdan  atəş  açmaqla,  Kobiktini  vura 
bilmişdi. 
Qarlıqa batıra onun qəhrəmanlığının digər bir məqamın-
da da kömək edir. Bu,  Alşaqır xan və digər düşmən batırlarla 
birlikdə gedən döyüşdən qalib çıxan zaman ona Qarlıqanın kö-
mək etməsi ilə bağlıdır. Düzənlikdə geridə qalmış kiyat ordus-
unu  axtarıb  tapan  Koblandının  atı  birdən  axsamağa  başlayır. 
Qarlıqa ona kömək etməyə gəlməyi vəd edir. O, atını çapıb ba-
tırları Koblandıya köməyə çağırır. Düşmənlərlə döyüşə hazırla-
şarkən Koblandı Qarlıqanı gözləyir. Öz vədinə əməl edən Qar-
lıqa lazımı vaxta və lazımi yerə Qaraman batır və Oraqla birgə 
gəlir.  Döyüşdə  Koblandı  Alşaqırı  öldürür.  Bu  arada  qaladan 
çıxmış kalmık  batırları Ağanas və Toğanas  Koblandını  müha-
sirəyə  alırlar.  Qarlıqa  elə  o  andaca  köməyə  çatır  və  Ağanası 
mübarizədən  o  an  kənarlaşdırır  ki,  Koblandı  artıq  bu  zaman 
düşmən  oxu  ilə  vurulmuş  halda  yerə  sərilməkdə  idi.  Bundan 
sonra Qarlıqa və Koblandı təkbətək döyüşdə də qalib gəlirlər. 
Lakin  döyüşün  əsas  hissəsini  yenə  də  elə  Qarlıqa  həll 
edir. Koblandı və digər qıpçaq batırları əldən düşmüş vəziyyət-
də qızılbaşların  Birşimbay  kimi  güclü  batırları ilə  döyüşdükdə 
(o,  Qarlıqanın  doğma  qardaşı  idi)  öz  sevgilisini  xilas  etmək 
naminə  Qarlıqa  yenidən  xəyanətə  əl  atır.  Bicliyə  əl  atmaqla, 
Qarlıqa öz oxu ilə qardaşına sarsıdıcı zərbə endirir. Burada da 
Koblandının salamat qalmasına görə onu sevən qıza minnətdar 
olması fikri ortaya gəlir.  
Bütün bunlardan sonra Qarlıqa inanır ki, o, Koblandının 
məhəbbətini  qazanmağa  layiqdir.  O,  bütün  fəaliyyəti  ilə  Kob-
landıya  sadiqliyini  nümayiş  etdirdiyindən,  nəhayət  Koblandı 
onunla  evlənir.  Burada  batırın  evlənməsinə  xeyli  bir-biri  ilə 
əlaqəli  zəncirvari  hadisələr  də  yardımçı  olur.  Beləliklə,  əsər-
dəki  ən  müxtəlif  psixoloji  nüanslar  qəhrəmanın  hərəkət  və 
davranışının motivirovkasını əks etdirir.  
Koblandı  Qarlıqanın  arzusuna  qarşı  çıxmaq  istəyir.  Bu 
zaman  qıpçaplar  Alşaqırı  darmadağın  edib  ələ  doyunca  qəni-


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə