Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

 
245 
və  bəzən  qudurğan  dalğalar  kimi  şahə  qalxır.  Batır  üçün  qırx 
minlik qızılbaş ordusu qırx döyüşçü kimi  görünür. Onun tərə-
findən atılmış güllələrsə elə qəzəbli olur ki, düşmən batırlarının 
gözündən dəyir. Onun səsindən torpağın, yerin özü də titrəyir. 
Batırın  silahı,  onun  qəhrəmanlıq  xüsusiyyətləri  ona  digər 
personajların müraciətində əks olunur. Belə ənənəvi xarakterik 
obrazlılıq, demək olar ki, əsərin bir neçə yerində özünü göstə-
rir.  Batırlığı  təsdiq  edən  troplar  digər  türk  xalqlarının  qəhrə-
manlıq  eposu  üçün  də  ənənəvidir.  Onların  sırasında  qədim 
obrazlar,  batırı  vəhşi  heyvanlar  və  quşlara  bənzədən  qədim 
obrazlar  qrupu  vardır.  Koblandı  şirə  bənzədilir.  O,  sanki  şir, 
pələng,  canavar  kimi  doğulmuşdur,  yaxud  da  ki,  “şahindir”. 
Burada digərlərindən batırın fərqliliyini ifadə edən antitezalar – 
sən  –  şahinsən,  biz  qarğalarıq  –  şəklində  verilir.  Bu  sırada 
heyvandar  köçərilərin  dünya  haqqında  təssəvvürləri  öz  əksini 
tapmışdır. Batır dözümlü və cəsur nər, erkək dəvəylə müqayisə 
olunur.  Belə  obrazlılıq  gənc  batırda  həm  də  onun  ənənəvi 
müraciətlərində  özünü  göstərir.  Bir  sıra  troplar  ətraf  aləmin 
batırın  üzərinə  keçirildiyini  əks  etdirir:  -  o  quşdur,  yüksəkdə 
uçan quşdur; o – göldən uçan qazdır, suda qamışın köküdür. 
Poemada  xalq  dini  təsəvvürləri  olan  obrazları  xüsuslilə 
fərqləndirmək olar: ata-ana üçün onlar yeganə və ən əziz oğlu-
durlar,  onlar  ölülərinin  məzarı  üzərində  yandırılan  çırağa  bən-
zədilir, onlar möcüzəli dualarla yenidən doğmuş ulduzlardır. 
Əsərdə batırın mahiyyətini təşkil edən çoxsaylı epitetlər-
dən də geniş istifadə edilir. Koblandı dünyada xeyirxah doğul-
muşlardan  ən  yaxşı  insandır.  O,  xalq  hökmdarıdır.  Beləliklə, 
batırın  xarakteristikasında  müqayisələrdən,  troplardan  geniş 
istifadə  edilir  ki,  bu  da  ənənvi  türk  eposunun  çərçivələrindən 
kənara çıxmır. Məsələn, batır güclü bir nəhəng kimi göstərilir. 
O, sanki  canavar  qoyunu məhv edən kimi  at  çapıb düşmənləri 
tikə-tikə edir. Döyüşdən qabaq o, nər dəvə kimi nərildəyir. Onu 
belə  görən  düşmənlərdən  hər  biri  pələng  qulanların  üstünə 
düşən kimi ondan qaçırlar. 


 
246 
Poemada batırın qəsbkarlarla mübarizə və döyüşləri kifa-
yət qədər poetikləşdirilmiş və romantikləşdirilmişdir. İlk baxış-
da  zahiri  görünüşünə,  fəaliyyət  və  gücünə  görə  Koblandı  və 
onun dəstəsinə uduzmayan qızılbaşların qırxminlik süvarisi bu 
qıpçaq  oğlunun  gücü  qarşısında  aciz  görünür.  Düşmənlər  qə-
zəbli, qəddar, alçaq hissləri və mənfur niyyətləri ilə seçilsə də, 
xaql  gücünü,  qüvvəsini,  düşüncəsini  və  müstəqillik  ideallarını 
özündə  təcəssüm  etdirənlər  qarşısında  tablaya  bilmirlər.  Buna 
görə  də  qızılbaş  batırları  ilə  üz-üzə  dayanıb  söz  atışmaları  və 
hərbə-zorba  səhnələrində  Koblandının  baş  qəhrəman  kimi 
hadisələrin  dramatikləşməsinə  təsiri  nəzərəçarpacaq  dərəcəd 
hiss olunur.  
“Koblandı-batır”da batırın şərti, eyni zamanda ümumiləş-
dirilmiş  obrazı  təqdim  olunmuşdur.  Onun  ənənəvi  silahı  sıra-
sında  batırın  bulqar  oxu,  almaz  kimi  iti  bulat  oxu,  qızılla 
bəzədilmiş  silahı,  qırx  arşınlıq  kamanı  və  s.  vardır  ki,  bunları 
da guya Davudun özü döyüb hazırlamışdır. 
Koblandının  döyüş  görkəmi  digər  türk  xalqlarının  batır 
epik dastanlarındakı portretinə uyğun şəkildə göstərilir ki, o da 
yürüşdən  qabaq  müxtəlif  təsvirlərdə  öz  əksini  tapır.  O,  ağ 
dəbilqəni  geyib,  öz  noğay  şaşqasını  belinə  taxır,  atını 
yəhərləyib, oxunu götürüb gedir. 
“Epik qaydaya”uyğun olaraq batır heç də öz döyüş atın-
dan kənarda təsvir olunmur. O, bütün döyüşlərdə və yürüşlərdə 
məhz  onun  inanılmış  dostu  və  dostun  köməkçisi  kimi  çıxış 
edir.  Məsələn,  Tayburıl  batırın  arvadı  tərəfindən  böyüdülüb, 
yedizdirilib,  saxlanılmışdır.  Onun  əsərdə  digər  mühüm  xü-
susiyyətləri  də  əks  olunur.  Bu  xüsusiyyətlər  batır  tulparına  – 
döyüş atına xasdır. O digər mühüm, üstün, əfsanəvi keyfiyyət-
lərlə fərqlənir. O qanadlıdır, cəld ayaqlıdır, gözəldir, dözümlü-
dür, yorulmazdır, çapanda quş kimi uçur, ən çətin məqamlarda 
öz  sahibi  ilə  danışa  bilir,  onun  bütün  tapşırıqlarını  yerinə 
yetirir. Atın belə xarakteristikası mənəvi xüsusiyyətlərdən irəli 
gəlir,  onun  böyüdülməsi,  həm  də  öyrədilməsinin  təsviri  ilə 


 
247 
olduqca  sıx  əlaqədədir.  Yalnız  uzun  müddətdən  sonra  xüsusi 
yemlə  yedizdirilir, ondan sonra o qeyri-adi  şəraitdə  yaşayır. O 
qızıl  alaçıqda  günəş  şüasından,  gün  işığından  və  küləkdən 
qorunur.  Burada  “Koroğlu”nun  Qıratı  yada  düşür.  Atın  öyrə-
dilməsi, əhliləşdirilməsi prosesi gedir və Tayburıl burada bütün 
digər fərqli keyfiyyətlərinə görə əsil batır atı kimi göstərilir.  
At  öz  sahibinə  yaxındır,  ona  bağlıdır  və  onu  böyüdən 
Qurtqanı öz anası hesab edir. Onun bütün harayına, səsinə hay 
verir, ona yaxınlaşır, hətta onun səsi lap uzaqlardan gəlmiş olsa 
belə,  onu  axtarıb  tapır  və  ondan  ayrılan  məqamda  dizini  yerə 
atıb ana kimi dodaqlarını uzadaraq onun sinəsinə sıxılır.  
Atın  təsvirində  xüsusən  batırın  at  çapdığı  səhnələrdə 
hiperbolizasiya daha yaxşı görünür. Tayburıl hara ayaq basırsa, 
orada az qala yer titrəyir, daşlar ayağı altından göylərə sıçrayır. 
Ən  güclü  at  çapan  batır  Koblandı  isə  bütün  silahlarla  yaraq-
lanıb-yasaqlananda  adi  fəsdən  də  yüngül  görünür  və  atın 
belində  sanki  quş  kimi  səkir.  Belə  xarakterik  hiperbolizə 
edilmiş təsvirlər əsərin bir neçə yerində dəfələrlə təkrar olunur. 
Ənənəvi  müqayisələr  və  epitetlər,  həm  də  qəhrəmanın 
atının  yüksək  keyfiyyətlərini  və  gözəlliyini  əks  etdirir.  Məsə-
lən,  atın  alnı  ay  kimi  yanır,  qulaqları  qamış  kimi  uzanır,  özü 
ceyran kimi bərk qaçır; o sanki bal kimi şirindir; qaçarkən san-
ki  məftil  tək  əyilir,  irəliyə  qayış  kimi  dartılır;  düşmən  üzərinə 
canavar kimi şığıyır və s. Batırın atı müxtəlif tipli müqayisələr 
kontekstində  daha  güclü  görünür.  Məsələn,  o  yazda  göydən 
tökülən yağış damcılarına bənzədilir. 
Əsərdə  batır  atının  adı  ilə  bağlı  epitet  və  metaforalar 
olduqca səciyyəvidir. At burada sadiq dost olmaqla, gözəl səsi, 
kişnərtisi  ilə  seçilir.  O,  çox  gözəl  heyvandır.  Poemadakı  yığ-
cam  metaforalarda  Orta  Asiya  xalqlarının  qəhrəmanlıq  eposu 
üçün xarakterik xüsusiyyətlər öz əksini tapır: 
 
 Burıl – xeyirxah heyvan, 
 O – qanadlı bir şahin. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə