224
“Koblandı” poemasına ilk dəfə diqqət yetirən tədqiqatçı-
lardan biri qazax alimi və maarifçisi Çokan Çingisoviç Valixa-
novdur. Poema üzərində ayrı-ayrı müşahidələri biz həm də
P.A.Falevin və yuxarıda adını çəkdiyimiz Tuzemetsin əsərlə-
rində də tapa bilərik.
XX əsrdə “Koblandı-batır” eposunun hərtərəfli öyrənil-
məsi
ilə akademik Muxtar Auezov,
Sabit Mukanov,
Saken Sey-
fullın, akademik A.S.Orlov, professor K.Jumaliyev, B.Kenje-
baev, A.Marqulan, M.Qabdullin və başqaları məşğul olmuşlar.
Batır Koblandı ondan yaşca böyük digər bahadırlar
(Yedige, Şora, Qəmbər, Tarqın) və özündən balacalar (Alpa-
mıs, Yer Sain) kimi ilkin variantda heç də qazax adlandırılma-
mışdır. Bu onunla izah olunur ki, epik abidələrin mənbələrində
bu qəhrəmanlarla bağlı olan məsələlər elə bir dövrü əks etdirir
ki, o zaman qazaxların siyasi ittifaqı hələ də yaranmamış,
mövcud olmamış, qazaxlar tayfa-qəbilə birliklərinə sahib olma-
mışlar. Onlar məhz bu etnik nüvədə qazax xalqının kimliyini
əks etdirmiş və Qızıl Orda tərkibində noğaylı adı altında bir-
ləşmişlər. Qızıl Ordanın Qazaxıstan ərazisində tənəzzülündən
sonra ilk böyük dövlət birliyi: Ağ Orda (o da iki yerə bölün-
məklə köçəri özbək – şeybanilərdən və qazaxlardan) və Noğay
Ordasından ibarət idi. Faktik olaraq bu ərazilərdə eyni tayfa və
qəbilələr yaşayırdılar. Lakin hakimiyyət burada müxtəlif
hökmdar sülalələrinin əlində idi. Ona görə də hökmdar süla-
lədən asılı olaraq onları müxtəlif cür adlandırırdılar. Məsələn,
qıpçaq tayfaları – gah noğaylar, gah özbəklər, gah da qazaxlar
adlandırılırdı. Lakin əvvəlki dövrlərdə qıpçaq etnoniminin özü
bütün bu üç adların üçünü də əhatə edir və şərq müəllifləri
tərəfindən bu səhralarda yaşayanlar bugünki Qazaxıstan ərazi-
sində yaşayan əhalinin adını özündə əks etdirirdi.
Qazaxlara, qaraqalpaqlara, noğaylara, başqurdlara, Krım
və Barabin tatarlarına məlum olan Koblandı batır haqqında
dastan qıpçaqların kalmık və qızılbaş xanlarına qarşı apardıq-
ları mübarizəyə həsr olunmuşdur. Qazax poemasında qıpçaq-
225
ların döyüş qəhrəmanlıqları əks olunur. Qaraqıpçaq Koblandı
kiyatlarla ittifaqda olduğundan heç kim tərəfindən məğlub
edilməyən bir batır idi. O, özündə nəinki tək özünün, hətta
kollektivin güc və imkanlarını əks
etdirir və bu mənada o tayfa-
qəbilə ittifaqının başçısı rolunu yerinə yetirirdi. Batır çoxsaylı
düşmənlərinə qalib gəlir, doğma torpaqları bir-birinin ardınca
azad edir, öz tayfa-qəbiləsini həm işğaldan, həm də bəladan
qurtarırdı. Bununla belə, Koblandı heç zaman dağıdılmış, əldən
salınmış qəbilələrin birləşdiricisi rolunda çıxış etmirdi. Bunu
həm də poemada öz əksini tapmış lap uzaq keçmiş hadisələrin-
də görürük. Bu dövrdə köçəri qəbilələr hələ də konsolidasiya
olunmamış, qazaxlar bir xalq kimi təşəkkül tapmamışdılar.
Lakin bu dövrdəki hərbi qarşıdurmalarda ayrı-ayrı uluslar xan-
larla birlikdə torpaqların müdafiəsinə qalxaraq ümumi məqsəd
altında birləşmişdilər.
Poemanın məzmununda köçəri maldarların patrialxal
tayfa-qəbilə həyat tərzi əksini tapmışdır. Qərb-Türk xaqanlığın-
da (ilkin feodal dövləti XII əsrin sonlarında Cənubi və Cənub-
Şərqi Qazaxıstan ərazisində yaranmış) əsrlər ərzində tayfa və
tayfa birliyi kimi ağsaqqallar institutu mövcud olmuşdur ki,
sonralar bu tayfa artıq qantayfa birliyində özünə yer almamış-
dır. Qəbilə və tayfaların başında bəylər dururdular. Bəylər çox-
saylı mal-qara sahibi idilər. Müharibələr əksər hallarda nəinki
xanın istəyi, həm də köçəri mal-qara saxlayanların xətti ilə
gedirdi. Köçərilərin başçıları ilbəil gah bir yerdə, gah digər bir
yerdə qışlamaq üçün dayanır və dayandıqları düşərgələrdə in-
sanları, öz ailələrini təhlükədən qoruyurdular. Qış düşər-
gələrinə köçəri feodalların başçıları gəlirdilər. Yayda feodallar
artıq yaylağa gedir və özlərinə sadiq köçərilərin yanında olur-
dular. Oturaq həyat tərzi keçirən əhali torpaqla məşğul olanlar-
dan, onu əkib-becərənlərdən və sənətkarlardan ibarət idi ki,
onlar da bəyləri və xanları ərzaq və digər məhsullarla təchiz
edirdilər. Belə yaşayış məntəqələri – şəhərlər Semireçyedə
(Cetisu-Yeddisy), Cənubi Qazaxıstanda VII-VIII əsrlərdən