Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

 
212 
 
Dastanda işlənmiş toponimlər, etnonimlər,                      
 hidronimlər və folklor-etnoqrafik terminlərin şərhi 
 
1.
 
Ağa – qazaxlarda qardaş mənasında işlənir. 
2.
 
Aksay  –  Qazaxıstanda,  o  cümlədən  Dağıstanda, 
Şimali  Qafqazın  türklər  yaşayan  bir  sıra  ərazilərində  tez-tez 
rast gəlinən yer adı. 
3.
 
Aladağ – folklorda və ədəbiyyatda rast gəlinən Qırğız 
silsiləsi. 
4.
 
Alalı – kəhər at.  
5.
 
Aynagöl  gölü  –  Cənubi  Qazaxıstanda  bir  neçə 
göllərin  adı.  Burada  hadisələrin  hər  hansı  konkret  yerə 
aidiyyatı yoxdur.  
6.
 
Almadın  qulağa  –  yəni  qulaq  asmadın,  saya 
salmadın. 
7.
 
Alp bala – igid, qoçaq bala. 
8.
 
Amanbəy – dastanda yer adı. 
9.
 
Arka – Mərkəzi Qazaxıstanda geniş səhra adı. 
10.
 
Apəkə – bacı mənasında işlənmişdir. 
11.
 
Arıs – dastanda işlənmiş bu ənənəvi epik sətir söylə-
yici  tərəfindən  qafiyə  axtarışı  zamanı  mətnə  daxil  edilmiş  yer 
adıdır.  
12.
 
Atasu – Sarısu çayının sol qolu. 
13.
 
Artıq  –  burada  hamıdan  hörmətli  mənasında  işlən-
mişdir. 
14.
 
Aynalayn – əzizim, qadan alım. 
15.
 
Ayrıqotu – kolluqda bitən ot. 
16.
 
Azulı – Qazaxıstanda göl adı. 
17.
 
Batır – igid, pəhləvan. 
18.
 
Besin –  günün ikinci  namazı. Dastanda  günorta  mə-
nasında işlənmişdir. 
19.
 
Bədik – qazax epik poeziyasında ənənəvi başlanğıc. 


 
213 
20.
 
Bəybişə – qazaxlarda evin böyük arvadına, xanımına 
deyilir. 
21.
 
Bibifatimə  –  iki  hissədən  ibarət  bu  adın  «Bibi»  his-
səsi xanıma müraciət formasında, «Fatimə» hissəsi Məhəmməd 
Peyğəmbərin birinci arvadı Xədicədən doğulmuş qızının adıdır. 
Dastanda müqəddəs hamilərdən biri kimi çıxış edir.  
22.
 
Bikeş  –  köhnə  qazax  adət-ənənəsinə  görə  qadın  əri-
nin qohumlarını adı ilə çağıra bilməzdi. Buna görə də Qarlıqa 
Qurtqanı başqa adla çağırırmış. 
23.
 
Bulqar  kamanı  –  Buxara  yayı»  – ifadəsi söyləyici 
tərəfindən  batırın  silahının  xüsusi  keyfiyyətlərini  qeyd  etmək 
üçün  işlənmişdir.  Qədim  dövrlərdə  Bulqariyada  məşhur  ka-
manlar hazırlanırdı ki, belə kamanlar üçün Buxarada hazırlanan 
polad yay lazım gəlirdi.  
24.
 
Borigöz  –  qədim  zamanlardan  geniş  tanınan  müali-
cəvi ot. 
25.
 
Canlar  –  burada  var-dövlət  və  insanlar  nəzərdə 
tutulur. 
26.
 
Cem – çay adı. 
27.
 
Cəbr  –  burada  ona  əziyyət  vermək  mənasında 
işlənmişdir. 
28.
 
Çətənə – bitki. 
29.
 
Dariqə  –  əfsanəvi  cəngavər  qız.  O,  yalnız  ona  qalib 
gələ  biləcək  igidə  ərə  getməyə  and  içmişdir.  Dariqəyə  yalnız 
imam Əli qalib gələ bilmişdir. Dariqə dastanda güc və sədaqət 
rəmzi kimi çıxış edir. 
30.
 
Davud  –  dəmirçilərin  hamisi,  özü  də  mahir  dəmirçi 
Davud  peyğəmbər.  Xalq  rəvayətlərində  onun  qeyri-adi  qılınc 
və  dəbilqə  düzəltdiyi  söylənilir.  Qılınca  sarınan  qazax  igidləri 
Davud peyğəmbəri çağırmaqla döyüşə girərmişlər. 
31.
 
Dop  –  oyun  zamanı  oyunçuların  əyri  dəyənəklə 
qovduqları dəyirmi ağac parçası. 
32.
 
Eşik – burada yer mənasında işlənmişdir. 


 
214 
33.
 
El  qopub  –  burada  Qaraspan  dağında  el  yerləşib 
mənasında işlənmişdir. 
34.
 
Əkə  –  qazaxlarda  böyük  qardaşa,  böyüyə  müraciət 
formasıdır.  
35.
 
Ələmət – düşmənin başına oyun açma. 
36.
 
Gök madyan – at adı. 
37.
 
Görümdik  –  gəlini,  yaxud  təzəcə  doğulmuş  uşağı 
birinci göstərən şəxsə verilən hədiyyə. 
38.
 
Gözdü göl – dastanda göl adı. 
39.
 
Göz saldı – burada göz gəzdirdi mənasında işlənmişdir. 
40.
 
Göz salmadın – burada qayğı göstərmədin mənasın-
da işlənmişdir. 
41.
 
Həzrət  –  1.Əlahəzrət,  cənab;2.  Allahın  və  peyğəm-
bərlərin adının önündə duran ad. Dastanda Xızır kimi işlədilir. 
Guya yeraltı dünyada bulaq tapıb içdikdən sonra o, ölümsüzlük 
əldə  etmişdir.  Xızır  peyğəmbər  onu  görənlərin  hamısına  xoş-
bəxtlik  bəxş  etmişdir.  Onu  yalnız  sağ  əlindəki  baş  barmağının 
sümüksüz  olmasından  tanımaq  mümkün  imiş.  Allah  Xızırı 
susuzluqdan yanan insanları xilas etməyə göndəribmiş. 
42.
 
İrqa – qızılgül ailəsinə daxil olan bitki.  
43.
 
İxlas (İlyas) – xalq rəvayətlərinə görə Orta Asiya və 
Qazaxıstanda  dənizlərdə  üzüb  yolunu  azan  səyyahların 
köməkçisi İlyas peyğəmbər. 
44.
 
Karşığa – qırğı (quşları ovlayan quş). 
45.
 
Kaskarlıq – epik dağ adıdır. 
46.
 
Kaus – noyabr ayının qədim adı. 
47.
 
Kebis – qalın dəridən tikilmiş dabanlı qadın ayaqqa-
bısı.  Bahadırlara  bu  ayaqqabıları  qızılı  və  gümüşü,  əksər 
hallarda isə yaşıl saplarla tikirmişlər. 
48.
 
Kərəgə – ən iri böyük və geniş yurta. 
49.
 
Kiyat  –  qazaxların  etnogenezinin  formalaşmasında 
iştirak edən tayfalardan birinin adı. 
50.
 
Kozı  Korpeş  və  Bayan  Slu  –  eyniadlı  qazax  xalq 
lirik məhəbbət dastanın qəhrəmanlarıdır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə