Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

 
164 
Qaladan bu dəfəsə, 
Çıxdı kalmık Qara. 
Kobləkə elə onu da 
Nizəsi ilə oynatdı. 
5430. Qılıncla doğradılar, 
Batırlar tez onları, 
Yerlə yeksan etdilər, 
Hücum edən kalmıkları, 
Növbə ilə dördləri 
Lap dərz kimi əzdilər. 
Qoçaqların ardınca, 
Qılıncın göydə tutaraq
Çayın bərk axını tək, 
Qızılbaşlar öncülü, 
5440. Kobiktinin böyük oğlu, 
Birşimbay başda xəz papaq, 
Yanında əsgərləri, 
Özü on beş yaşında, 
İki qızı almışdı, 
Alşaqırın kürəkəni. 
Düşmən Alşaqır üstə gəldi, 
Birşimbay azad olub biləli. 
Əsir aldığı Koblandan, 
Döyüşsüz ayrılmaqdan, 
5450. Başqa bir yol görmədi. 
Dəbilqəsin geyindi,  
Yandan qılıncın asdı, 
Nizəsini götürdü, 
Qalanın ağzın açdırıb, 
Birşimbay ordan çıxdı. 
Çıxıb çapdı Birşimbay, 
Birinin boğazından yapışıb, 
Qışqırdı: “Mən gəlincə siz, 
Qoçaqlıq göstərdiniz!” 


 
165 
5460. Birşimbay çapıb gəldi. 
Artıq heç nə deməyib
Koblandını bir sancdı, 
Qarlıqanı bir sancdı, 
Oraq batırı da sancdı, 
Birşimbay kəhər atda, 
Yerindən qopub çapdı. 
Bir düşündü - çevrildi, 
Yeni nizə götürdü. 
Oraq batırı sancdı. 
5470. Qaramanı da sancdı, 
Qarlıqanı da sancdı, 
Koblandını da sancdı, 
Yerdən sıçradı, çapdı, 
Alnından da tər axdı. 
Birşimbayın qeyrəti, 
Qaynayırdı, daşırdı, 
Səf durmuş batırları, 
Bax, beləcə Birşimbay, 
Hər birini dalbadal, 
5480. Nizəsi ilə sancırdı, 
Cana nizə taxanda, 
Dördüncüdə güc tükəndi. 
Qarlıqa görəndəki, 
Gücləri tam tükəndi, 
“Buna heyvan da dözməz. 
İnsan qəlbi dəhşətdən, 
Heç vaxt özünə gəlməz. 
İgidlər, burda durun! 
Ona bir yol tapmasam. 
5490. Öldürərəm mən, - dedi. 
Mənim böyük əkəmin 
Gücü bir batman artıq, 
Birşimbayınsa gücü, 


 
166 
Əkəmin də gücündən
Səkkiz batman artıqdı. 
Gəzdirdiyi dəbilqə 
 Heç nə ilə deşilməz, 
Qılıncla da bölünməz. 
Var bircə çıxış yolu, 
5500. Darvazadan arxada, 
Dəbilqəsilə duran, 
Öldürüb getsə məni, 
Arxadan onu vuran, 
Fürsət föftə verməyin”. 
Qara kəhər atın çapdı, 
Qarlıqa qız ər idi. 
Qoçaq idi Qarlıqa. 
Bu Koblandı batırsa, 
İnanırdı ər qıza. 
5510. Kələklə götürməsəm, 
Öldürmək olmaz onu. 
Başdan çıxarıb börküsün 
Saçın yaydı Qarlıqa. 
Akmonşahı qamçıladı, 
Əldən çıxıb bir anda. 
Birşimbayla üz-üzə, 
Çapıb getdi Qarlıqa. 
Çataraq ona dedi: 
Baxın görün nə dedi: 
 5520. Anlayın* Birşimbay, 
Gəl qulaq ver sözümə. 
Sən gedəli, Birşimbay, 
Qalanı düşmən basdı, 
Viran etdilər eli. 
Koblan zindandan qaçdı, 
Yığaraq əsgərləri. 
Tezcə buraya gəldi. 


 
167 
Atam lap gücdən düşdü
Döyüşdə canın verdi. 
5530. Sən, ey mənim çırağım, 
Düşməni qırıb məhv etdin, 
Hamını xilas etdin, 
Özünə lap qəsd etdin, 
Yalqız qaldın, Birşimbay, 
Atanın gücü çatmadı, 
Ərlərin üçü qaçdı. 
Mən isə dözəmmədim, 
Onlar dalınca qaçdım. 
İndi lap ölsəm də mən
5540. Qəlbimdə rahatam mən, 
Xudam daim rəhimdil, 
Məni tanıyıb çırağım, 
Atını döndərmədin, 
Sən heç mənim səmtimə. 
Sən tək olan çırağım, 
Mənim doğma qardaşım, 
Sənə qurbandır canım! 
Məndən qaçmış üç düşmən, 
Özləri qayıtdılar. 
5550. Bax indi, budur onlar, 
Sözümə qulaq as, çırağım, 
Qəm çox didir içimi, 
Düşmənsə məhv olmayıb, 
Nədən kədərlənməyim, 
Ağlım, kara gəlmədi, 
Heç üzümə gülmədi. 
Sənə mən çatammadım, 
Qaldıq düşmən yanında. 
5560. Gəl, sən mən yaralını, 
Gözdən kənara apar
Sonra da geri qayıt. 


 
168 
Düşmənlərə divan tut, 
Ey, gözümün çırağı! 
Xudam hər ikimizi, 
Birgə yapdı, yaratdı. 
Qəlbimə dəyirlərsə -  
 Buna dözmək olarmı?! 
Öz qanın bahasına, 
5570. Sən yaralar alanda 
Börküsünü çıxardı. 
Birşimbayla bir vaxtda, 
Bir doğulan Qarlıqa, 
Dayanıb yaş tökürdü. 
Birşimbay sonra söylədi: 
“Oy, apəkə*, bilmədim, 
Yağı içində idin. 
Mən heç səni görmədim, 
Öz iti nizəmlə mən, 
5580. Hey düşməni didirdim, 
Gözüm heç nə görmürdü
Səni də tanımırdım. 
Bir bəri gəl can apar, 
Səni dağa aparram, 
Sonrasa qayıdaram. 
Qayıdıb gəlib bura, 
Üç batırı vuraram. 
Birşimbay öndə çapırdı, 
Qarlıqasa arxada. 
5590. Hanı sənin peysərin? 
Harda ölümcül yerin? 
Birşimbay sakit gedirdi, 
Qarlıqa zərbə vurdu. 
Birşimbay keçi kimi, 
Zərbədən yerə sərildi. 
Keçə yorğan köhnəlir. 


 
169 
Görüb, gedir, baxmırdı. 
Doğma bacı Qarlıqa 
Nizəsini tuşlayıb, 
5600. Düz peysərindən vurdu. 
Ağ kəhər çox tərləyib, 
Birşimbay birdən qışqırdı.  
“Can apa”, – deyib hönkürdü, 
“Qoy ölür-ölsün” dedi! 
Birşimbayı Qarlıqa, 
Əcəbcə məğlub etdi. 
Qoçaqlığın göstərdi
Ərliyin sübut etdi, 
 Öz ala atıyla o, 
5610. Yaman bərk gedirdi o, 
 Üç batırlara çatdı, 
Qarlıqaya ümid artdı. 
Qarlıqanı gördülər, 
Ona heyran oldular. 
Düşməni məğlub edib, 
Ərlər batırlar ilə 
Öz işlərin gördülər. 
Qarlıqa at çapanda, 
Necə oldusa Birşimbay, 
5620. Onun məkrindən öldü. 
Bu məkr olmasaydı, 
Ər oğul Birşimbaya, 
Mümkünmü qalib gəlmək? 
Qarlıqayla Koblandı, 
Qaraman ilə Oraq, 
Hamısı bir nəfər tək
Bir yerə yığışdılar. 
Koblanın üzü güldü, 
Bəxti yaxşı gətirdi. 
5630. Birşimbayın izinə, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə