Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

 
170 
Qaladan heç kəs düşmədi. 
İkillik danalardan, 
Biri aparılmadı. 
Yığıb qızılla gümüş, 
Nə var arabaya yığıb, 
Toktar başda köp qıpçaq, 
Səs-küylə çıxdı - qalada 
Qalmadı bircə kimsə. 
Yesil* çayı yaxında, 
5640. Yesildə söyüdlər kəsildi, 
Qala darvazasından, 
Qıpçaq çıxdı quzu tək, 
Onlar yaxınlaşdılar, 
Bu qoçaq Koblandıya. 
Günorta besin vaxtı, 
Bu yürüş də çin oldu. 
Koblandının arzusu. 
Yağıdan qurtulmuş el-oba
Koblanı salamladı. 
5650. Düşməni məğlub edib, 
Batırlar sakit oldu. 
Alşaqırın qalasın, 
Qıpçaqlar hamısı birgə, 
On səkkizinci gün tutdular. 
Lənət olmuş düşməndən, 
Hərə öz payın aldı. 
Qıpçaqa düşmən Alşaqır, 
Bütün elin itirdi. 
Altın, gümüş, hər malın, 
5660. Qıpçaqlar hamısın aldı. 
Düşmən qalasın dağıdıb, 
Xoşbəxtliyə çatdılar. 
Ağlayan qıpçaq balasın, 
Sakitləşdirib söylədi: 


 
171 
“Siz mənim çırağımsız!” 
Qənimətim sürünü, 
Qaraspan ətəyinə sürdüm, 
Qıpçaqlar, həm kiyatlar, 
 Bundan çox varlandılar. 
5670. Düşmənin sürüsünü, 
At belində çaparaq, 
Düz Qaraspana sürdük. 
Düşmən gəlmədi yaxın, 
Xuda köməyi oldu. 
Məqsədinə çatdı o, 
Üç gün, üç ay keçmişdi
Qaraspanın ətəyində, 
Azulı gölü* sahilində. 
Toktar başda – köp qıpçaq 
5680. Çadırların qurdular. 
Alşaqır qovulan yerə, 
Yenidən qayıtdılar. 
Göldən qamış qırılıb, 
Qalın qıpçaq el gedib, 
Dayandı Qaraspanda. 
Kafirdən pislik gördü, 
Yaş tökən qalın qıpçaq, 
İkiqat da varlandı. 
Gəlib qondu köp qıpçaq, 
5690. Azulı sahilinə. 
Artıq doğulmuş Koblanın, 
İşi gəldi yönünə. 
Düşmən yaxın gəlmədi, 
Kalmıklardan qənimət, 
Gətirdi öz elinə. 
Haqq yolda olan batır, 
Yığıb çoxsaylı elin, 
Qənimətin hamısın, 


 
172 
Kasıblara payladı. 
5700. Kasıblar bəy oldular
Əcəb razı qaldılar. 
Koblan qoçaq bir ərdi, 
Həm də yenilməz nərdi. 
Keçilərin içində, 
Baş çəkən təkədirsə, 
Qalın qıpçaq elində 
Bu yer ağsaqqalındır. 
Qurtaraq hekayəti
Çatdıraq mahiyyəti, 
5710. Otuz gün toy etdilər, 
Qəlbləri şad etdilər. 
Toy düz qırx günə çatdı, 
Batır Koblanla Qurtqa, 
Arzuya yetişdilər. 
Kəbin məclisi oldu
Qəlblər sevinclə doldu. 
Batır Qurtqa önündə, 
Doxsan iki gözəl qız, 
Yal kəsib, yağ qoydular, 
5720. Bir kasa bal qoydular. 
Batırçün çalışdılar, 
Qıpçaqda ağıllılar. 
Qaməti sərv ağacı, 
Beli sanki karşığa, 
Doxsan iki gözəl qız, 
Yal piyin bud üstündə, 
Qəbul edib dedilər: 
“Batırın gəlini olduq”. 
Qaynadılar, daşdılar, 
5730. Sevincdən söz açdılar. 
Bəylə gəlini öydülər, 
Ayağa məxmər sərdilər. 


 
173 
Dedilər: “Çırağımız 
Yoldan gəlib yorulub”. 
Buna görə də onlar, 
Batıra dincəlmək üçün 
Yataq hazırladılar. 
Bütün ipək yorğanı, 
Yataq üstə qoydular, 
5740. Həm qaydaya saldılar. 
Qırmızı gün batanda, 
Hamı yıxılıb yatanda, 
Bu qızların hamısı 
Koblanı apardılar, 
Ağ çadırın yanına. 
Qurtqa üçün qurulmuş
Ağ çadıra saldılar. 
Özləri də girdilər, 
Nazik bədən ayüzlü 
5750. Qurtqanı batıra verdilər... 
Hekayəti burda kəsək, 
Gəlin, düzünü deyək. 
İzin verin danışım, 
Qurtqa sonra necə oldu, 
Koblançün gör nə etdi, 
Qaraman səmtə getmədi. 
Bilməyirdi neyləsin, 
Ona necə söyləsin. 
Qarlıqa çəkirdi həsrət, 
5760. Yalqızlığasa nifrət. 
Halın bir soruşan yox
Keçirirdi təlaş çox. 
Koblana acığı tutdu, 
Dağda zirvə başında, 
Səkkiz payadan ibarət, 
Qurdu böyük ağ çadır. 


 
174 
İstədi tək yaşasın, 
Düşünüb buladı başın: 
“Səninçün ayrı düşdüm, 
5770. Mən obamdan, elimdən, 
Söylə görüm əvəzin 
Mənə necə qaytardın?” 
Qoy yaşasın dağlarda, 
Gözəl, qəşəng Qarlıqa, 
Akmonşah atla çapır, 
Bax, bu an Koblan batır. 
Yaxınlarını yığıb, 
O gözəl bir toy etdi. 
Bacısı Qarlıqaşı, 
5780. Oraq batıra verdi. 
Oraq oldu yeznəsi, 
Sevindirdi hər kəsi, 
Bir-birinə can oldular. 
Toktar qızı verdikdən 
Sonra qayıtdı evə. 
Otuz gün kef etdilər, 
Qırx günlük toy etdilər, 
Koblan öz bacısının, 
Xəznəsin ata yüklədi. 
 
Koblandıyla  Qurtqanın  toyu  baş  tutduqdan  və  eyni 
zamanda  Koblandı  bacısı  Qarlıqaşı  Oraqa  ərə  verəndən  sonra 
Qaraman  batır  öz  vətəninə  qayıtmağı  qərara  alır  və  deyir: 
“Alşaqırın qız qardaşları Kanıkey və Tinikeylə evlənməliyəm, 
buna görə toy etməliyəm”. Toyuna Koblandıyla Qurtqanı dəvət 
eləyir.  Koblandı  ilə  Qurtqa  Qaramanın  toyuna  gedən  zaman 
onlar yarı yolda Qarlıqa qurduğu çadıra rast gəlirlər. 
 
5790. Bax, beləcə Qaraman, 
Kömək etdi qıpçağa. 


 
175 
Dağda biraz durmağa. 
Könüllərini aldı, 
Sevinclərini böldü, 
Koblandıyla Qurtqaya, 
Həm də gözəl söz dedi
Sadiqliyin göstərdi. 
 Koblandı həmtayından, 
Getməyə izin aldı. 
5800. Pisin dili hiyləgər, 
Əgər dostun yaxşısa, 
Məqsədinə çatarsan. 
Qaramanın dostu düşünür: 
“Koblan ilə Qız Qurtqa, 
Yanına ikiləri gəlsin. 
Toyum bayram olacaq. 
Kanıkey və Tinikey, 
Həm də Koblandı gəlsin. 
Kəbin şənliyi olsun, 
5810. Onlar səhər gəlsinlər. 
Qaraman getdi elinə, 
Qaramanın dəvətindən 
Koblan Qız Qurtqa ilə, 
Arabanı qoşdular, 
Üç yüz nəfər onları, 
Birgə yola saldılar. 
Elə birgə getdilər, 
Hamını heyran etdilər. 
Qaramanın toyuna, 
5820. Üz tutub yol getdilər. 
Qalın qıpçaq balasın, 
Qaramanın elini, 
Görməyi düşündülər. 
Arkada börigöz batır? 
Görənlər unudarmı? 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə