76
Gözlərin yollarda qalıbmı mənsiz?
Yaman dərddir atasızlıq, bilirəm,
Lalə yanaqların solubmu mənsiz?
Gülzarla soltanın bəxt ulduzları Mingəçevirdə qovuĢmuĢdu. O vaxtlar
Soltan Boz dağın qoynundakı nəhənk AZDRES-də iĢləyirdi. Kollektivdə xətir-
hörməti, adı-sanı var idi. Yurdumuzun baĢı üstünü müharibə kabusu kəsdirəndə o
da Mingəçevirin ilk könüllülərinə qoĢulub Vətən torpağını qorumağa getmiĢdi. Bir
müddət səsi-sorağı ġuĢadan, Ağdərədən, Çaykənddən gəlmiĢdi Soltanın. Arada
vəziyyət bir az sakitləĢəndə Mingəçevirdəki iĢ yerinə qayıdıb fəaliyyətini davam
etdirmiĢdi...
...Doğma Cəbrayıldan gələn barıt qoxulu xəbərlər Soltanın da yuxusunu
ərĢə çəkməkdə idi. Dağlar qoynunda yerləĢən QıĢlağa atılan toplar Kür sahilində
rahatlıq vermirdi ona. Atası Həsən kiĢini, anası GülĢəni, bacıları ġöləni, ġövkəti,
Gülyazı, Elyazı düĢündükcə odsuz-osaqsız yanıb qovrulurdu. BaĢa düĢürdü ki,
həyatı bu cür davam edə bilməz. Günlərin birində təzə-təzə isiniĢdiyi Ģəhərlə
vidalaĢıb Cəbrayıla yola düĢdü...
...Ağır texnikanın, odlu silahların "dilini" yaxĢı bilirdi Soltan. Elə buna
görə də Cəbrayıllı döyüĢçülər baĢına pərvanə kimi dolanır, ondan çox Ģey
öyrənməyə çalıĢırdılar. Ona üz tutanları Soltan naümid qoymurdu, kimisinə atəĢ
açmağı öyrədir, kimisinə döyüĢ vaxtı müdafiə olunmağın, atəĢdən yayınmağın
sirrlərini aĢılayırdı... Kiçik leytenant S. Verdiyev odlu, alovlu döyüĢ səngərlərində
də simurq quĢu timsalında idi. Sur və QıĢlaq kəndlərində "Ağ yol" əməliyyatında
özünü cəsur bir əsgər kimi göstərə bilmiĢdi. Qeyrətli dostları Zahid, Ġlqar, Rantiq,
Sabir, Əkbər böyük qardaĢı sanırdılar onu özlərinə. On səkkiz nəfərlik bölüyə
komandir təyin olunandan sonar Soltanın qayğıları bir az da artıb çoxalmıĢdı. Hər
bir əsgərin üstündə yarpaq kimi əsir, dəliqanlı cavanları yersiz hərəkətlərdən
çəkindirirdi...
...QuĢçular kəndi ətrafında gedən qanlı döyüĢlər bir neçə saat idi ki, ara
vermirdi. Soltan daĢların arası ilə irəli sürünüb ovucunun içində sıxdığı qumbaranı
düĢmən səngərinə atdı. Ani bir partlayıĢdan sonra uĢaqları irəliləməyə qoymayan
atəĢ nöqtəsi susduruldu:
-Di, gəbərin köpək uĢağı, axı burada nə ölümünüz var sizin.
Əsgərlərimiz ələ keçirilən düĢmən postuna çatanda yerdə Soltanın əli ilə
öldürülən bir neçə quldur meyiti görüb rahat nəfəs aldılar. Rantiq iri əsgər bıçağını
çıxarıb meyitlərdən birinə yaxınlaĢmaq istəyəndə Soltanın amiranə səsi eĢidildi
-Dayan görüm, nə etdiyindir sənin?
-Komandir, bu canilərin qulaqlarını kəsib uĢaqlara ərmağan aparacağam...
-Heç utanıb qızarırsan, Azərbaycan əsgərinə belə hərəkət yaraĢmaz. Onlar
artıq bizə pislik etmək qüdrətindən məhrumdular. Meyitə əl vurmaq günahdır...
-Onlar azmı divan tutublar bizim Ģəhid meyitlərinə?
77
-Onlar quldurdular, iblisin, Ģeytanın törəməsidirlər. Yadında saxla ki, biz
insanıq, goreĢən deyilik.
Soltanın son sözləri Rantiqin əl-qolunu yanına saldı. Bıçağı qatlayıb
cibinə qoyandan sonra dilləndi:
-Vallah, Soltan, sənin əvəzin yoxdur. Bu ürəklə Tanrı səni təkcə xəlq
eləyib...
...Son dəfə ölümündən bir gün qabaq evlərinə gəlmiĢdi Soltan. Balalarını
bağrına basıb duz kimi yalamıĢdı onda. Qayıdıb gedəndə Gülzara, valideynlərinə
ürək-dirək verib:
-Sabah onlara yaxĢıca bir ibrət dərsi verib yanınıza qayıdacağam, -
demiĢdi...
...O gün igid əsgərlərimiz QuĢçular istiqamətində güclü hücuma
keçmiĢdilər. Bu döyüĢdə dəstənin önündə gedirdi Soltan. Qeyrətli oğullarımızın
həmlələrinə tab gətirməyən quldurlar xeyli itki verərək geri çəkilməkdə idilər.
DöyüĢün qızğın çağlarında 30-40 metr aralıdan atılan snayper gülləsi Soltanı ağır
yaraladı. YoldaĢları harayına gəlsələr də onun həyatını xilas etmək mümkün
olmadı. O, Vətən qarĢısında sonuncu borcunu verib dünyadan köçdü. Elə bil
qardaĢları Elxan, Elman və Elgünün belini sındırdı...
...Doxsan üçün yayından Soltan öz nakam ömrünün davamını həzin
nəğmələrdə, kövrək Ģerlərdə yaĢayır. Ġgid eloğlumuzun bacısı ġölə xanım
qardaĢına ünvanladığı bir Ģerdə ondan məhəbbətlə söz açır:
YaĢ süzüldü yanaqlara,
Qəm əlindən gedim hara?
Qondum uca budaqlara,
Qövr elədi dərdim, qardaĢ!
...Ġnnən belə Soltanın bir ömrə sığmayan müqəddəs Ģəhid adını həmiĢə
əzizləyib yaĢadacağıq. ġair demiĢkən:
Bizdən ayrı düĢənlərə,
Borcumuzdur bu ehtiram...
78
Verdiyev Mayis Akif oğlu
doğulub - 20.10.1969-cu il,
Cəbrayıl rayonu Soltanlı kəndi;
itkin düĢüb - 10.04.1993-cü il,
Cəbrayıl rayonu Sirik kəndi
QAYIT, QARDAġIM, QAYIT...
"Gecədən xeyli keçsə də kəndin aralığından tez-tez ötüb keçən maĢınların
səsi səksəkəli adamların yatağına qor salmıĢdı elə bil. ĠĢığımız olmadığından anam
onluq lampanı yandırıb ortaya qoymuĢdu. Mən qəzet oxuyurdum, kiçik qardaĢım
isə sabahkı dərslərinə hazırlaĢırdı. Atamla anam divanda oturub nə haqda isə
yavaĢdan danıĢırdılar. Nənəm yerə sərili döĢəyin üstə oturub lal baxıĢlarını qapıya
dikmiĢdi. Otaq yarıqaranlıq olduğundan üzünün ifadəsini sezmək olmurdu onun.
Ara-sıra çəlimsiz əllərini tərpətməyindən hiss edirdim ki, Tanrı ilə "danıĢır", dua
oxuyur. Hamımız bikef idik, Cəbrayıldan o üzdəki dağlarda keçirilən bugünkü
əməliyyatın uğursuz sonluqla baĢa çatması qanımızı qaraltmıĢdı. Ən əsası Milli
Orduda xidmət edən əmim oğlu Mayisdən səs-soraq yox idi. Adətən o, döyüĢdən
sonra bizə baĢ çəkib, həyəcanımıza son qoyardı...
Qapı aralanan kimi bibim oğlu Telman və onun bacısı Cəmilə kandara
ayaq qoydular. Telman hərbi keyimdə idi. Üst-baĢı palçığa bulaĢmıĢ, paltarı didim-
didim olmuĢdu. Rənginin avazımağından hiss etdik ki, nə isə olub. Cəmilə tablaĢ-
mayıb "Mayis" deyə hönkürəndə elə bil dünya baĢıma hərləndi..."
Bu qeydlər Verdiyev Mayisin əmisi oğlu, Ankara Qazi Universitetinin
tələbəsi Seymur Verdizadənin bizə göndərdiyi yazıdan götürülüb...
Mayis Soltanlının sayılıb-seçilən cavanlarından idi. Orta məktəbi yaxĢı
qiymətlərlə bitirsə də təhsilini davam etdirməyə macalı olmayıb. Əvvəlcə
doğmalarından iki illiyə ayrılıb əsgəri xidmətə yola düĢüb. Doğma respublikamıza
qayıdandan sonra bir iĢin qulpundan yapıĢıb, kiĢi kimi yaĢamaq istəyib. Ancaq
addımbaĢı ayaq tutub yeriyən haqsızlıqlar onun qarĢısında sədd kimi dayanıb.
Ġstəyib ki, ali məktəblərin birinə üz tutsun, Ancaq biləndə ki, burada da rüĢvətsiz
heç nəyə qabil olmaq mümkün deyil, tamam əl-qolu boĢalıb. Gücü ona çatıb ki,
günlərin birində qürbətə üz tutub haqsızlığın, yiyəsizliyin meydan suladığı bir
məmləkətdən uzaqda dayansın. Düz bir il uzaq Kemerovada ürəyini tuta-tuta
Vətənə sarı boylanıb. Bir axĢam "Zaman" xəbərlər proqramından eĢidib ki,
Dostları ilə paylaş: |