79
ermənilər Cəbrayıl torpaqlarına da əl uzadıblar. Doğma torpaqdan küsüb getsə də
bu məĢum xəbərdən sonra özü ilə bacara bilməyib. Yurd həsrəti ilə döyünən ürəyi
onu Vətənə səsləyib. Ulu Azərbaycan elimizin ağır bir günündə rahat yaĢamağı
kiĢilik qüruruna sığıĢdara bilməyib Mayis. Soltanlıya çatan kimi doğmaları ilə
görüĢərək rayondakı hərbi hissəyə yollanıb. Əlinə silah alaraq uca dağların
aĢırımındakı səngərlərə sığınanda ürəyi təskinlik tapıb...
DöyüĢçü dostları Yelmarla, Vahidlə birlikdə itgin düĢdüyü günə kimi
neçə-neçə hərbi əməliyyatda iĢtirak edib, ölümün sağından, solundan adlayaraq
düĢmənin üstünə gedib. Sonuncu döyüĢü doxsan üçüncü ilin 10 aprelində olub.
Anası Adilə bacı o günləri indi də yaxĢı xatırlayır: "Mayis neçə gün idi ki, xəstə
idi. Elə hey deyirdik ki, ay oğul, get həkimdən kağız al, gəl müalicə olun. Razı
olmurdu. Yanına gəlib-gedən yoldaĢlarından eĢitmiĢdi ki, yaxınlarda döyüĢ
olacaq.Bir səhər tez həyat yoldaĢı ġəfa xanım deyir ki, yola düĢməzdən qabaq
məni kənara çəkib dedi ki, qızımız olsa adını Nərgiz qoyarsınız. Oğlumuz olsa...
Dalını
deyə bilmədi, qəhər elə bil boğazına tıxanmıĢdı onun...
Mayis üçün sonuncu olan o döyüĢdə əsgər dostları əməliyyatda iĢtirak
etməyinə razı olmayıblar onun. Mayis inad göstərib və elə bil ölümü öz əli ilə satın
alıb...
Sirik əməliyyatının uğursuzluğu gizli bir xəyanətdən soraq verməkdə idi.
Bu xəyanət Mayis kimi neçə-neçə qeyrətli Vətən oğlunun faciəsi ilə sona çatdı. Bir
ana hələ də oğul gözləyir, bir gəlinin yollara boylanmaqdan gözlərinə qaranlıq
çöküb. Bir qız səhər-axĢam "qayıt qardaĢım, qayıt!" deyə dünyaya ün salır.
Ümidləri üzülməyib hələ. Ancaq... Təki bu xəbər yalan olsun...
Vəliyev Azər Məhəmməd oğlu
doğulub - 27.05.1971-ci il,
Cəbrayıl rayonu Xələfli kəndi;
Ģəhid olub - 17.05.1993-cü il,
Xocavənd rayonu Hərəkül kəndi
BĠR HƏZĠN NƏĞMƏSƏN...
Sınaq meydanıdır bu həyat özü,
Ġgidi bükülməz dizindən tanı.
80
Ürəyə məlhəmdir dostun hər sözü,
Namərdi sərtləĢən üzündən tanı.
Həyatda ürəyinin odu-gözü ilə, tay-tuĢları arasında səmimiyyəti, cəbhədə
igidliyi ilə tanınan Azər, dünyaya may ayında göz açıb. Cəbrayıl torpağında mayın
özgə aləmi var. Ġllah da Araz qırağında, Diri dağı səmtində, mayın gəliĢi ilə
Xudafərin körpülərindən üzü aĢağı - Araz vadisinin dağların ətəyinə baĢ qoyduğu
yerdə gül gülü, çiçək çiçəyi çağırır. Diri dağının sıldırımları üstən gündoğana
boylanan Qız qalası, Mazannənə, Qurbaninin qəbrini on altıncı yüzillikdən bəri
sinəsində əzizləyən yovĢanlı, qaratikanlı təpə təbiətin al-əlvan rənkinə boyanır.
Diri dağının Araza qədər uzanan torpaq ətəyinin üstən keçib gedən dəmiryol
xəttinin beĢ-on addımlığında tikilən evlərdən baxanda elə bilirsən ki, qədim bir
qalanın içərisindəsən. Bir vaxtlar Bakı-Yerevan dəmir yolu dediyimiz bu xəttin
üstündə balaca bir stansiya da var idi. SərniĢin qatarlarının azacıq dayanıb nəfəsini
dərdiyi bu yeri stansiya Xələfli adı ilə tanımıĢıq sonralar. Burda dəmir yol xətti
Arazın beĢ-on addımlığından keçib gedir. Xələfli camaatı yurd-yuvasından perik
düĢməsəydi bu bahar günlərində də çiçəyi çırtlayan Diri dağının ilahi gözəlliyinə
söykənəsiydilər. Heyf ki, indi onlar doğma yerlərindən xeyli uzaqlarda bir-birini
soraqlayırlar...
Azərin uĢaqlıq və gənclik illərinin izləri Araz qırağında, Diri dağının
yamaclarında yaĢayır indi də. Bir vaxtlar uzaq Kareliyaya gedib çıxmıĢdı Araz.
Burdakı iki illik əsgər həyatı cansıxısı keçməsə də Vətəndən gələn dəhĢətli xəbər-
lər üzürdü onu. Tifaqı
pozulan Zəngəzur, Göyçə elimizin nisgili yerindən oynadırdı
onu. Xocalı soyqırımının sədasını eĢidəndə Vətənə qayıdacağı günləri sayırdı. Ata-
anasından, qardaĢlarından, yeganə bacısı Pərvanədən ötrü burnunun ucu
göynəyirdi. Anası Göyçək tez-tez yuxularına girirdi onun. Bilirdi ki, evdəkilər
ondan ötrü bərk nigarandırlar. Evlərinə qayıdanda düĢünürdü ki, çətin günlər
arxada qalıb. Demə narahatlıqla dolu ömrünün təlatümləri qabaqda imiĢ hələ...
Göyçək ana oğlunun cəbhəyə ketmək istədiyindən xəbər tutanda
havalandı bir az:
-Dərdin mənə gəlsin, - deyib Azəri bağrına basdı, - neçə ildir ki, həsrətini
çəkirəm. Rayonumuzda o qədər varlı uĢaqları var ki, heç əsgərliyə də getməyiblər.
EĢitdiyimə körə, indi də ayaqlarını evdən kənara qoymurlar. Vətən qeyrəti çəkmək
təkcə sənə qalmayıb ki...
-Nə danıĢırsan, ana. Mən o, dediyin uĢaqlardan deyiləm. Məgər məni sən
özün böyütməmisənmi? Sən mənə döĢlərindən südlə bərabər qeyrət hissi də
əmizdirməmisən? Sənin kimi ananın oğlu Vətənin dar günündə xəlvətdə baĢ
kirləyə bilməz.
-Bayaqdan bəri ana ilə balanın sözlərinə qulaq asan Məhəmməd kiĢi
söhbətə bir növ yekun vurdu:
-halal olsun, oğlum, - dedi, - səndən elə bu cür də cavab gözləyirdim...
81
Əvvəllər Azər rayonun Sur, "Armudlu" postlarında yurda keĢik çəkirdi.
Komandirləri Azərdən razılıq edir, döyüĢçü dostları ondan məhəbbətlə söz
açırdılar. Sur döyüĢündən sonra Hərəküldəki postda dayanıb ermənilərin
hərəkətlərinə göz qoyurdu. Evdəkilərə hərdən zarafatla deyirdi ki, qorxmayın Əz-
rayılla sülh bağlamıĢıq. O mənə dəyib-toxunmaz. Amma Azər haradan biləydi ki,
torpaqlarımıza tamah salıb, günümüzü göy əskiyə bükən erməni quldurları,
xəyanət yolu tutan alçaq xislətli bu yaramazlar fürsət tapan kimi...
Azərin qanı çilənən torpaqda lalələr bitir. Onların al ləçəkləri Ģəhid
eloğlumuzun qanlı dodaqlarına bənzəyir.
Araz mənim sözlü dilim,
Dəli-dolu Kür eĢqimdir.
CoĢğun Xəzər ümman boyda
Gur eĢqimdir.
Ürəklərdə gur nəğməyəm,
Solmaz duyğu yarpağıyam.
Ölkə-ölkə, qitə-qitə sözü gəzən
Azərbaycan torpağıyam...
Qasımov Mübariz Seyfəddin oğlu
doğulub - 30.11.1969-cu il,
Cəbrayıl Ģəhəri;
Ģəhid olub - 10.05.1995-ci il,
Murov bölgəsi
BĠR DOĞMA MƏZAR VAR HASIQABULDA...
Son iyirmi altı ildən bəri ilk dəfə idi ki, Mübarizin ad günü göz yaĢları
içərisində keçirilirdi. Ġlk dəfə idi ki, 20 noyabrdakı ad günündə Mübarizin özü yox,
qara haĢiyəli Ģəkli iĢtirak edirdi. Kubra ananın, Seyfəddin kiĢinin beli bükülmüĢdü
o gün. Eyvazla Bəhruzun ürəkləri sızlayır, Mina, Sona, Solmaz, Sevil, Yasəmən,
ġəfa hıçqırıqlarını boğa bilmirdilər. Təkcə Könül üzdə də olsa toxdaq görünürdü.
Onun Ģəhid qardaĢına həsr etdiyi bir Ģer ağlayırdı o gün: