83
günlərin birində onun sevimli balası Mübariz də bu ehtiramın saflığı ilə yuyunmalı
olacaqdır...
Doxsan üçünsü ilin axırlarına yaxın Mübarizin sorağı Murovdan gəlirdi. O
burda da Vətən sevgisi ilə hamının hörmətini qazanmıĢdı. Xidmətlərini nəzərə alıb
Mübarizin Türkiyədə təlim keçəcək bir qrup zabitin sırasına qatılması üçün
Müdafiə Nazirliyinə təqdimat göndərilmiĢdi. Nazirliyin razılıq kağızını onun
ölümündən üç gün sonra ailə üzvlərinə təqdim etmiĢdilər. Tale aman versəydi, o,
ordumuz üçün gələcəkdə lazımlı bir zabit hünəri köstərəcəkdi...
DöyüĢ tapĢırığını yerinə yetirərkən ölümü mərdliklə qəbul edən Qasımov
Mübariz Seyfəddin oğlu doxsan beĢinci ilin mayından Hacıqabul Ģəhərindəki
ġəhidlər xiyabanında uyuyur. Yaxın dostları Mustafa, Namiq, Əlövsət, Ramiz və
Tofiqin qəlbində həzin nəğməyə dönən qeyrətli eloğlumuz bir parça Vətən daĢı
kimi yurdun güvənc yerinə çevrilib. Tanrı torpağı sanı yaĢatsın onun əzizlərini...
Qəhrəmanov Əkrəm Həbibulla oğlu
doğulub 13.06.1975-ci il,
Cəbrayıl rayonu Dərzili kəndi;
Ģəhid olub - 12.01.1994-cü il,
Ağdərə rayonu Gödək Burun yüksəkliyi
QƏLBLƏRDƏ YAġAYAN ĠGĠD
"Əli, qardaĢım, mənim döyüĢdə olduğumu anama demə, ürəyi partlayar.
Bilirəm, atamın ruhu gor evində nalə çəkir. DüĢmən əsirliyində qalan atamın və
ulularımızın qəbirlərini gec-tez azad edəcəyik. Vaxt gələcək ki, yenidən mənim
dünyaya göz açdığım Dərzili kəndində Arazın nəğmələrini dinləyə-dinləyə gəzib,
dolaĢarıq... sizə kədərli bir Ģer göndərir və hamınızı bağrıma basıram:
Uca tut baĢını, ölməmiĢəm mən,
EĢqimi yarıya bölməmiĢəm mən.
Doyunca sevinib gülməmiĢəm mən,
Ağlama, anacan, ağlama, yetər"...
84
Bu sətirlər igid döyüĢçü Qəhrəmanov Əkrəm Həbibulla oğlunun yazdığı
sonuncu məktubundan götürülüb. Bu məktubu yazana qədər Əkrəm sözün həqiqi
mənasında odun-alovun içərisindən adlayıb keçib. Onun igidliyinin Ģahidi olan
əsgər dostlarının ürək sözləri də bunu təsdiq edir.
DöyüĢçü Həsənəliyev RövĢən Mehman oğlunun dediklərindən:
- Əkrəmlə birlikdə birinci sinfə getmiĢik. O mənim uĢaqlıq dostum, tələbə
yoldaĢım, qəlb qardaĢım olub. Hələ aĢağı siniflərdə oxuyanda idmana maraq
göstərər, cəldliyi, çevikliyi və qətiyyəti ilə hamımızı heyrətdə qoyardı. Biz Ək-
rəmlə Bakıda texniki-peĢə məktəbində də bir yerdə oxumuĢ, cəbhəyə də eyni
gündə yollanmıĢdıq. Əkrəmin bacarığını görən komandirlərimiz onu PDM-də atıcı
təyin etmiĢdilər. O, öz hərəkəti ilə sübut etdi ki, etimada layiqdir. Öləndə də kiĢi
kimi düĢmən qabağından qaçmadı Əkrəm. Allah ona qəni-qəni rəhmət eləsin...
Səmədov Dəyanət Ağasoltan oğlunun qeydlərindən:
- Biz Əkrəmlə doxsan üçüncü il iyul ayının 21-də cəbhəyə yollanmıĢıq.
Ġlk döyüĢümüz həmin ilin oktyabr ayında Ağdərənin TalıĢ kəndində olub. Burada
keçirilən uğurlu əməliyyat əsgərlərimizin qələbəyə inamını daha da artırdı. Sonrakı
döyüĢ yolumuz Maqadizdən adlayıb keçdi. Qanlı-qadalı keçən bu döyüĢdə də igid
əsgərlərimiz qəhrəmanlıqla vuruĢub düĢməni qaçmağa vadar etdilər. Ağdərənin
Ködək Burun yüksəkliyində gedən döyüĢlər bizim nəyə qadir olduğumuzu bir daha
göstərdi. Mən bu döyüĢlərdə Əkrəmin qorxmazlığına, cəsarətinə heyran qaldım.
Atalar belə igidləri "dörd böyrək oğul" adlandırıblar. Mənim cəsur dostum Əkrəm
qurd ürəyi yemiĢdi elə bil. DöyüĢə atılanda ölümü-zadı vecinə alan deyildi.
Levonarx yaĢayıĢ məntəqəsi uğrunda göstərdiyi hünər onu gözlərimdə daha da
ucaltdı. Bu döyüĢ onun üçün sonuncu olsa da Əkrəm axıra qədər qorxmaz bir oğul
kimi
davam gətirib, Tanrı dərgahına üzü ağ, alnı açıq qovuĢdu...
Gizir Məhərrəmov Novruz Mahal oğlunun ürək sözlərindən:
- Mən Əkrəmlə bütün döyüĢlərdə çiyin-çiyinə vuruĢmuĢam, onunla
bərabər ən odlu nöqtələrdə olmuĢam. Əkrəm sözün əsl mənasında nümunəvi,
intizamlı və qoçaq bir əsgər idi. YaxĢı atıcı olduğundan iki dəfə tabur komandiri,
kapitan Mirzəyev Vaqif tərəfindən pulla mükafatlandırılmıĢdı. O, tərkibində
olduğu desant hücum bölüyü ilə birlikdə TalıĢ yüksəkliyinin, Dədəgül, DonaĢen,
Maqadiz yaĢayıĢ məntəqələrinin azad edilməsində Ģücaət göstərib hamımızın
məhəbbətini qazanmıĢdı. Ködək Burun əməliyyatı zamanı leytenant Ruslan Məm-
mədov, leytenant Həsən Seyidov, sıravi Bəybala Mirzəyevlə birlikdə
düĢmənin xeyli sursatını qənimət kimi ələ keçirmiĢdi. DöyüĢ vaxtı o dayandığı
mövqeyi müdafiə etməklə yanaĢı, yaralı əsgərlərimizə də əl tuturdu. sonuncu
döyüĢdə Əkrəm Ģəhid əsgər dostlarının - Ġbadət Rüstəmovun, Oqtay Abdulə-
liyevin meyitlərini atəĢ altından çıxararkən Ģəhid oldu. Onun xatirəsi qəlbimizdə
əbədi yaĢayacaq...
Bu gün Əkrəmdən təkcə döyüĢ yoldaĢları söz açmır. Yurd-yuvalarından
perik düĢən Dərzili camaatı onun adını iftixarla çəkir: