Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   30   31   32   33   34   35   36   37   ...   126

109 
 
məhəbbətinə  sığındığı  torpaqdan  elə  yapıĢmıĢdı  ki,  ondan  ayrılmağı  ağlına  belə 
sığıĢdırmırdı. Elə axırda torpaq yolunda da canından keçdi... 
Cəbrayıl  Ģəhərindəki  yarlı-yaraĢıqlı  evləri  bayquĢ  ulartılı  düĢmən 
"qrad"ları  yandırıb  külə  döndərəndə  iĢini-gücünü  buraxaraq  avtomat  silahdan 
yapıĢdı. Milli Ordumuzun  cavan əsgərlərinə təzə-təzə  üzü-gözü öyrəĢən Teymura 
Tanrı  iki  aylıq  möhlət-aman  verdi.  Bu  iki  ayda  o  bütöv  bir  ömrün  iĢığını-duyu-
munu yaĢaya bildi. Bu iki ayda o Vətənə oğulluq borcunu qaytardı, əbədiyyət adlı 
yolun iĢıq ucunu soraqlayıb tapdı, yağı düĢmənin gözünü  yaĢlı qoydu. YaĢasaydı, 
hələ  neçə-neçə  döyüĢ  səngərindən  səsi-sorağı  gələsiydi  onun.  Demə,  doğulandan 
alnına  DaĢbaĢıda  ölmək  yazılıbmıĢ  onun.  Tale  axırıncı  sınaqdan  üzüağ  çıxardı 
Teymuru.  DaĢbaĢıdakı  o  qanlı  gecədə  son  nəfəsinə  kimi  çarpıĢıb  qəhrəmanlıqla 
həlak  olsa  da  adını  ölülərin  cərkəsinə  yazmadılar  onun.  Elə  indinin  özündə  də 
Teymura heç kəs "ölüb", demir. Biz də igid eloğlumuzun nurlu xatirəsi önündə baĢ 
əyib: 
- QardaĢ, ölüm sənə yaraĢmayır, - deyirik.. 
 
 
 
 
 
Eyvazov Məzahir Sərməst oğlu 
doğulub - 17.05.1971-ci il, 
Cəbrayıl rayonu Məzrə kəndi; 
Ģəhid olub - 07.05.1994-cü il, 
Füzuli rayonu Kərimbəyli kəndi 
 
 
 
 
 
ONUN QƏLBĠ BÖLÜNMƏZDĠR... 
 
Sərməst kiĢi Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun həyətinə çatıb, bir-
iki  dəqiqəliyə  nəfəsini  dərdi.  Qatardan  düĢüb  istəkli  oğlunu  görmək  üçün  birbaĢa 
buraya  gəldiyindən  evdən  göndərilən  sovqatı  da  özü  ilə  gətirməli  olmuĢdu. 
Pilləkənlə  yuxarı qalxanda qoluna qırmızı lent bağlayan cavan bir oğlan qarĢısına 
çıxdı: 
-Sizə kim lazımdı, ay əmi? 
-Oğlum burada oxuyur, təzə qəbul olunub, onu görməyə gəlmiĢəm. 
-Adı, soyadı nədir oğlunuzun? 
-Eyvazov Məzahir Sərməst oğlu, Cəbrayıl rayonundandır... 


110 
 
-Əmi,  yaxĢı  tanıyırdım  oğlunuzu,  çox  diribaĢ  tələbə  idi,  mənimlə  qonĢu 
qrupda oxuyurdu. Ġki aya yaxındır ki... - tələbə oğlan sözünə ara verib həyəcandan 
haldan-hala düĢən kiĢiyə fikir verib tələsik əlavə etdi: - Oğlunuz daha oxumur, iki 
ay əvvəl öz xoĢu ilə cəbhəyə yollanıb... 
-Nə danıĢırsan, a bala, bəs bizə niyə bu barədə xəbər verməyib? 
Oğlan çiyinlərini çəkib: 
-Əmi,  istəyirsən  qalx  yuxarı,  direktorun  özü  ilə  söhbət  elə,  mənim 
bildiklərim bunlardır... 
Sərməst kiĢi Bakıdan evə qayıtmayıb, oğlunun sorağı ilə birbaĢa Ağdərəyə 
yollandı. Gəzmədiyi yer, üz tutmadığı məkan qalmasa da, - oğlunu gördüm deyən 
olmadı.  Vaysına-vaysına,  kor-peĢman  qayıdıb  gəldi  Məzrə  kəndinə.  SuruĢ  bacı, 
qızları Püstə, Qətibə, Məhbubə, Məlahət "Məzahir necədir?" deyəndə elə bil üstünə 
bir qazan qaynar su ələndi. O, evdəkiləri dilə tutub: 
-Özünüzü üzməyin görək, bir yandan bağlayan fələk, bir yandan da açar, - 
dedi. 
SuruĢ ana göynəyə-göynəyə: 
-Nə danıĢırsan, ay  kiĢi, bəs o  məktəbin böyüklərinə demədinmi, biz  sənə 
uĢaq  vermiĢik  ki,  oxudasan.  Daha  deməmiĢdik  ki,  onu  əlimizdən  alıb  odun  içinə 
atasan... 
-Vallah, bu sözləri mən özüm də onlara dedim. Mənə cavabları bu oldu ki, 
ağsaqqal, oğlunun öhdəsindən gələ bilmədik. Dərslər baĢlanar-baĢlanmaz bir bölük 
tələbə ilə yanımıza gəlib - cəbhəyə getmək istəyirik, - dedi. Onları dilə tutsam da, 
xeyiri olmadı... 
SuruĢ ana sağ əlini dizinə çırpıb: 
-Anası ölmüĢ elə əzəldən el qəhri çəkən idi, neyləsin, fəğan qoparan qız-
gəlinlərimizin, ana-bacılarımızın göz yaĢlarına dözə bilməyib yəqin... 
Bir aydan  sonra Məzahir öz ayağı ilə gəlib çıxdı evlərinə. Qohum-qardaĢ 
illər ayrısı kimi boynuna sarıldılar onun. Bacısı Qətibə qardaĢının enli kürəklərinə 
iftixarla baxıb: 
-Bacın  ölsün,  ay  Məzahir,  -  dedi,  -  gör  sifətin  nə  gündədir,  elə  bil  yanar 
kürədən çıxmısan... 
BeĢcə  gündən  sonra  doğmaları  ona  uğur  diləyib  yenidən  cəbhəyə  yola 
saldılar. Bu dəfə Məzahirin sorağı Zəngilandan, Qubadlının Çay Tumas səmtindən 
gəldi.  Evdəkilər  sonradan  öyrənib  bildilər  ki,  Qubadlının  iĢğalından  bir  az  qabaq 
Məzahir  bir  qrup  əsgərlə  Çay  Tumasda  mühasirəyə  düĢərək  dörd  günlük  ağır 
döyüĢdən sonra düĢmən qüvvələrini pərən-pərən salıb geriyə çəkiliblər... 
Məzahiri yaxından tanıyan həmyerlisi Məhəmməd müəllim ondan həmiĢə 
məhəbbətlə söz açır: 
-Məzahirə  Məzrə  kənd  orta  məktəbində  dərs  demiĢəm,  çox  ağıllı, 
düĢüncəli  bir  uĢaq  idi.  Böyüyüb  el  təəssübü  çəkən  bu  igid  oğlan  təkcə  ailələrinə 
deyil, ona dərs deyən müəllimlərə də, doğulduğu torpağa da baĢucalığı gətirdi... 


111 
 
Doxsan  üçüncü  ilin  axırlarında  Horadiz  qəsəbəsinin  azad  edilməsi 
uğrunda gedən döyüĢlərdə misilsiz hünər göstərdiyinə görə komandanlıq Məzahiri 
"hərbi xidmətlərinə görə" medalına təqdim etmiĢdi. Bu yüksək mükafatı sinəsində 
gəzdirmək  ona  qismət  olmadı.  Doxsan  dördün  yeddi  may  günü  Füzuli  rayonunun 
Kərimbəyli  kəndində  postda  dayanarkən  düĢmənin  atdığı  güllə  Məzahirin  Vətən 
eĢqi  ilə  döyünən  ürəyini  dayandırsa  da,  onun  Vətən  sevgisini  yaralaya  bilmədi. 
Bütöv bir ürəklə anamız torpağa qovuĢdu Məzahir... 
 
 
 
 
 
 
Əbilov Əhəd Məti oğlu 
doğulub - 26.01.1973-cü il, 
Cəbrayıl rayonu Çullu kəndi; 
Ģəhid olub - 28.12.1994-cü il, 
Ağcabədi rayonu Ergi düzənliyi 
 
 
 
 
ERKĠDƏ SÖNƏN HƏYAT 
 
Hardasa  təsadüflər  də  insanın  taleyində  mühüm  rol  oynaya  bilir  -  bəzən 
onu  ya  fasiə  ilə,  ya  da  xoĢ  aqibətlə  üzləĢdirir.  Əhəd  o  gün  təsadüfün  qurbanı 
olmasaydı,  ertəsi  gün  ailə  üzvləri  ilə  görüĢəcək,  yeni  ili  onlarla  birlikdə 
keçirəcəkdi. Evlərinə getməyə hazırlaĢdığı yerdə ölüm onu caynağına çəkdi. Əhəd 
Erki düzündəki ön postda yurda keĢik çəkən dostları ilə sağollaĢıb geri qayıdanda 
erməni qiyafəsinə girən minanın kirinə keçib həlak oldu... 
Əsgər  dostları  Əhədin  parça-parça  olmuĢ  cəsədini  tabuta  qoyanda 
qarayanız komandir özünü saxlaya bilmədi: 
-  Ay  qardaĢ,  belə  qəfil  gediĢmi  olar.  Axı,  mən  səni  evinizə  xoĢ  məramla 
göndərmək  istəyirdim  ki,  doğmaların  hünərindən  xəbər  tutub  sevincinlər.  Yeni  ili 
birlikdə keçirib, yanımıza Ģadlıqla qayıdasan. Bu necə ölüm idi, bu necə gediĢ idi, 
ay Əhəd?.. 
YoldaĢlarının  ah-naləsindən  xəbərsiz  olan  Əhəd  yeni  ilin  ilk  günü 
ailələrinin qapısını qara tabutuyla döydü. Didərgin bir atanın fəryadı ürək parçaladı 
o gün: 
Oğul, çərxi-fələyin  
Sözünə niyə uydun?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə