Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   33   34   35   36   37   38   39   40   ...   126

118 
 
NAKAM ÖMRÜN SƏDASI 
 
Göyçək  bacı  adəti  üzrə  sübh  tezdən  ayağa  qalxıb  ailə  üzvlərinin 
sığındıqları  otaqlarda  yır-yığıĢ  etsə  də,  gördüyü  yuxunun  təsirindən  qurtara 
bilməmiĢdi hələ. Könül anasının gözlərindəki nikarançılıq hisslərini anlayıb: 
- Xeyir ola, ana? - dedi, - harasa getməyə hazırlaĢan adama oxĢayırsan bu 
gün. 
Göyçək bacı kövrəldiyini gizlətməyə çalıĢsa da, titrək səsi evdəkilərin də 
qulaqlarına çatdı: 
-Bu gecə yuxuda Elmar balamı görmüĢəm. Nə qədər səslədimsə də yaxına 
gəlmədi. Bilirəm ki, nədənsə nigarandı, gərək bir azdan qəbri üstə gedəm. 
-Məni də özünlə apar, ana, neçə vaxtdır ki, qardaĢımın üstə getməmiĢəm, 
dilim-dodağım alıĢıb-yanır ondan ötrü. 
Ana Samirəyə tərəf dönüb: 
-Bax,  keçən  dəfəki  kimi  orda  ağlayıb  üz-gözünü  didəcəksənsə, 
aparmayacağam... 
-Ġnsafın  olsun,  ana.  Məgər  qardaĢım  uyuyan  o  məzarın  üstündə  sakit 
dayanmaq  mümkündürmü?  Mən  özüm  sənə  yalvarıb  deyəcəkdim  ki,  özünü  üzüb 
əldən salma, onsuz da gecə-gündüz ağlamaqdan gözlərinin yaĢı da quruyub... 
-Siz  mənə  baxmayın,  özünüzü  toxdaq  saxlayın.  Bir  də  ki,  təkcə  sizin 
qardaĢınız ölməyib ki. Yeddi ildən bəri camaat yasda, ələmdədir... 
Göyçək  ana  o  gün  qızları  Samirə  və  Könüllə  birlikdə  Bakıxanov 
qəsəbəsindəki  ġəhidlər  xiyabanında  uyuyan  ciyərparasına  baĢ  çəkib  onun  qəbrini 
bağrına  basdı.  Oğlu  uyuyan  torpaqdakı  Ģəhid  qəbirlərini  oxĢaya-oxĢaya  elə  bil 
toxdaqlıq tapdı ana: 
-Qurbanı  olduğum  həyatda  dostcanlı  idi,  öləndə  də  dostları  ilə  yan-yana, 
kürək-kürəyədir... 
Elmar  Cəbrayıl  Ģəhər  orta  məktəbini  bitirəndən  sonra  düz  üç  il  Tallin 
Ģəhərindəki hərbi dəniz donanmasında qulluq etmiĢdi. Baltikin mavi suları Xəzərin 
özü kimi doğma gəlmiĢdi ona. Qayıdandan sonra da mavi sulara olan istəyini çıxa-
ra bilməmiĢdi ürəyindən. Ġmtahan verib Bakı Dənizçilik Məktəbinə qəbul olmuĢdu. 
Ġstəyi bu idi ki, Xəzərlə əbədi ülfət bağlayıb onun ayna sularının qoynunda dolaĢıb 
gəzsin. Hələ ürəyində bir həzin nəğmə də qoĢmuĢdu Xəzərə: 
 
Sənin Ģəffaf suların,  
Bir ləkəsiz aynadır.  
Qırçınlı ləpələrin,  
Gözümdə bir dünyadır. 
 
AxĢam, səhər mən sənin  
Sahilində gəzərəm.  


119 
 
Mənim könül sirdaĢım, - 
Xəzərim, ay Xəzərim... 
 
Ana  Vətənimizin  baĢı  üstünü  ölüm  kabusu  kəsdirəndə  Elmar  könül 
verdiyi  Xəzərlə  vidalaĢıb  doğma  Cəbrayıla  qayıtdı.  Evdəkilər  Elmarın  yurd 
istəyinə bələd olduqlarından onu yolundan saxlamadılar... 
Elmar  Sur,  ġiĢqaya,  QuĢçular,  Hintağlar  əməliyyatlarında  fədakarlıq 
göstərib  öz  həyatına  Ģanlı  səhifələr  yazdı.  DöyüĢçü  yoldaĢı  -  xalası  oğlu  MüĢfiq 
Alməmmədov  deyir  ki,  hərbi  əməliyyatlarda  igidlik  göstərdiyindən  ona  kiçik 
leytenant rütbəsi verib vzvod komandiri təyin etmiĢdilər. Hünərinə verilən qiymət 
onun məsuliyyətini daha da artırmıĢdı. Elmar torpaqlarımızı udmaq həvəsinə düĢən 
quldurların dərsini vermək üçün bir yerdə qərar tuta bilmirdi... 
...Cəbrayılın  iĢğalından  sarsılsa  da,  silahı  əlindən  yerə  qoymadı  Elmar. 
sonuncu dəfə doğmalarına baĢ çəkib cəbhəyə yola düĢəndə bacısı Sevinc: 
-  Qağa,  qurban  olum,  -  dedi,  -  özündən  muğayat  ol,  düĢmən  çox 
hiyləgərdir.  Yadında  saxla  ki,  ata-anamız  da,  qardaĢlarımız  Anar,  Arif  də,  biz 
bacıların da yoluna göz dikmiĢik. Bizi boynuburuq qoyma... 
Demə  Ağdam  torpağında  düĢmən  tərəfdə  dayanan  ölüm  nə  vaxtdan  bəri 
həsrətlə  gözləyirmiĢ  yolunu  onun.  Salahlı,  Kəngərli-GüllüCə  istiqamətində  gedən 
döyüĢlərdə  hünərlə  vuruĢsa  da,  düĢmən  gülləsindən  yayına  bilmədi  Elmar.  Ġgid 
komandiri ġakir Abbasovla bir yerdə vuruĢub bir yerdə də Ģəhid oldu. "Namərdlər 
məni  vurdular,  irəli  gedin  qardaĢlar!"  -  bu  sözlər  onun  yaralı  sinəsindən  qopan 
sonuncu nidası oldu. Elmarın nakam ömrünün son sədası dünyamızı hələ də gəzib 
dolaĢmaqdadır. Heç vaxt itən, unudulan deyil bu səda... 
 
 
 
 
 
Əliyev Babək Famil oğlu 
doğulub - 21.05.1971-ci il, 
Cəbrayıl rayonu DaĢkəsən kəndi; 
Ģəhid olub - 04.03.1994-cü il, 
Füzuli rayonu Horadiz kəndi 
 
 
 
 
 
 
 


120 
 
LALƏLƏR BĠTƏCƏK QƏBRĠNĠN ÜSTƏ... 
 
Sən  Azərbaycan  ellərinin  ürəyi  təpərli  bəlası  idin,  Babək.  Ağlın  kəsəndə 
adını  daĢıdığın  qəhrəmanın  qeyrət  simvolumuz  olduğunu  biləndən  sonra  iftixar 
hissi  keçirirdin.  Sənin  nəzərində  Azərbaycan  torpağı  dünyanın  möcüzəsi  idi.  Elə 
zənn  edirdin  ki,  doğulduğun  ata  ocağından  baĢlayır  Vətənin  yol  ayrıcları.  Burada 
dayanıb  payızdan  bahara  üz  tutan  durna  qatarına  tamaĢa  etdikcə  qollarını  geniĢ 
açıb  aranlı  -  dağlı  Azərbaycan  torpağını  bağrına  basmaq  istəyirdin.  Dilində, 
dodağında bu torpağın nəğmə kövrəkliyi dil açırdı sənin: 
 
Bir dünyayam, təbiətin 
Nəfəsindən yaranmıĢam. 
Gözlərindən alov yağan 
Bir ĢimĢəyin həvəsindən 
YaranmıĢam. 
Anam günəĢ baĢım üstə 
Nur çələngi. 
Zaman-zaman igidlərə 
Bayraq olub "Yallı", "Cəngi"... 
Xəritədə bir nöqtəyə 
Bənzəsəm də, 
Ürəklərdə gur nəğməyəm, 
Solmaz duyğu yarpağıyam. 
Ölkə-ölkə, qitə-qitə 
Sözü gəzən 
Azərbaycan torpağıyam... 
 
Bu  torpaq  sənin  varlığın,  hissiyyatın,  can  evin  idi  Babək.  Onun 
cazibəsindən uzaqda yaĢaya bilmirdin. Səksən səkkizinci ildə əsgəri xidmət illərini 
də  doğma  Vətəndə,  Bakıda  baĢa  vurmuĢdun.  Tanrı  valideynlərini  övlad  sarıdan 
yarıtmıĢdı.  Yeddi  qardaĢ,  üç  bacı  böyütmüĢdü  ata  ocağınızın  baĢında.  Hamınız 
atanız Famil kiĢi, ananız ġükufə xanım kimi torpağa  yanımlı idiniz. Atanız ölənə 
kimi  boyunuzu  oxĢayıb  sizinlə  nəfəs  almıĢdı.  ġükufə  ana  kiprikləri  ilə  od 
götürmüĢdü  sizi  böyüdənə  kimi.  Onun  əhliyyətindən  çıxmaq  üçün  od  içindən 
keçməyə belə hazır idiniz... 
Əsgərlikdən  sonra  Bakının  Binəqədi  rayonu  ərazisindəki  evtikmə 
kombinatında  iĢə  girmiĢdin,  Babək.  Tale  aman  versəydi,  xeyirxah  əməllərində 
çoxlarını sevindirib özünə də ev-eĢik düzəldəsi idin. O vaxtlar qardaĢlarından ikisi 
Milli  Orduda  qeyrətlə  döyüĢür,  düĢmənə  qan  uddururdu.  Onların  taleyindən 
narahat  olduğundan  tez-tez  evinizə  baĢ  çəkib  təsəlli  verirdin  anana.  Od  içində 
yanan  Cəbrayıl torpaqlarından uzaqda  yaĢamağı  kiĢi qeyrətinə sığıĢdırmadığından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə