Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   35   36   37   38   39   40   41   42   ...   126

124 
 
Bir evin gur yanan iĢığı idin,  
Bir elin sevimli balası oldun.  
Hünərin göylərə ucaltdı səni,  
Yurdumun alınmaz qalası oldun... 
 
 
 
 
 
 
Əliyev Adil Ġsrafil oğlu 
doğulub - 24.11.1969-cu il, 
Cəbrayıl rayonu Karxulu kəndi; 
Ģəhid olub - 22.08.1993-cü il, 
Cəbrayıl rayonu Qaracallı kəndi 
 
 
 
 
 
ADĠL ĠKĠD OĞUL ĠDĠ 
 
Dağların  güney  üzündə  sal  daĢlara  sığınan  Qaracallı  kəndinin  zaman-
zaman  baĢı  çox  bəlalar  çəkib.  Əsrimizin  on  səkkiz-iyirminci  illərində  DoĢulunu 
oda qalayıb üzü aĢağı Arpa dərəsinə qədər irəliləyən erməni daĢnakları bu kənddə 
də  neçə  evin  iĢığını  söndürüblər.  YetmiĢ  illik  zaman  kəsiyi  arxasında  tarixin 
zülmətinə qərq olan o dəhĢətli illəri unutduğumuz bir vaxtda qanımıza yerikləyən 
Andronik nəvələri qeyrətimizi  yenidən  sınağa çəkdilər. Qaracallı, Balyand, DoĢu-
lu, Süleymanlı camaatı yurd sevgisinə, torpaq namusuna sığınıb səksən səkkizinci 
ildən bu yana doğma obalarının müdafiəsinə qalxdılar. DüĢmən üç-dörd il ərzində 
ordu  ilə  xalqın  vəhdətini  qıra  bilməsə  də  öz  məkrli  niyyətindən  əl  çəkmədi.  O 
vaxtlar  Hadrut  tərəfdən  atılan  top  və  qrad  mərmiləri  dağ  kəndlərində  yaĢayan 
camaatın dincliyini pozsa da, onlar doğma ev-eĢiklərini tərk etməyi  heç ağıllarına 
da  gətirmirdilər.  Qaracallı  kəndi  Qala  qapısı  kimi  düĢmənin  üzünə  bağlı  idi  o 
vaxtlar... 
O  bürkülü  yay  səhərində  (15  avqust  1993-cü  ildə)  düĢmən  igidlərimizin 
fədakarlıqla  müdafiə  etdikləri  QuĢçular  kəndinə  hücuma  keçmiĢdi.  Sübhün  gözü 
açılan  kimi  qızğın  döyüĢlər  baĢlamıĢdı  dağlar  qoynunda.  Sayca  bizimkilərdən 
üstün  olan  canlı  qüvvənin  və  ağır  texnikanın  gücü  ilə  irəli  soxulan  quldurları 
əsgərlərimiz çətinliklə dəf edirdilər. Günortaya yaxın daĢnaklar Ģəhid oğullarımızın 
cəsədləri üstən adlayıb QuĢçuları kəməndə saldılar. Qaracallı postunda keĢik çəkən 


125 
 
əsgərlərimizin  QuĢçular  kəndinin  süqutundan  xəbərləri  yox  idi  onda.  Ermənilərin 
üç  tankı  və  bir  neçə  PDM-i  arxadan  hücuma  keçəndə  igidlərimiz  məsələnin  nə 
yerdə olduğunu bilsələr də özlərini itirmədilər. Cəbrayıl "N" hərbi hissəsində xid-
mət etdiyi yarım il ərzində qorxmazlığı və Ģücaəti ilə tanınan vzvod komandiri Adil 
bir anın içərisində top mərmiləri ilə düĢmən tanklarından birini vurdu. Quldurların 
ikinci  tankı  növbəti  atəĢlə  zədələnib  sıradan  çıxdı.  Bu  zaman  qarĢı  tərəfdəki 
tankdan  atılan  atəĢ  igid  komandiri  ağır  yaraladı.  Onu  od-alov  içərisindən  çıxaran 
döyüĢçülərə Adilin sonuncu sözü bu oldu: 
- Qoymayın postumuza düĢmən ayağı dəyə... 
Araz vadisində yerləĢən Karxulu kəndindən idi Adil. UĢaq vaxtlarında ulu 
Maymağan  çinarının  yaĢıl  çətirləri  altda  dayanıb  torpaqlarımızın    əsrarəngiz  
gözəlliklərinə tamaĢa etdikcə qəlbi fərəh hissi ilə döyünərdi onun. Onda həyat Adi-
lin  nəzərində  mahir  rəssam  fırçası  ilə  iĢlənən  romantik  bir  tabloya  bənzəyirdi.  Bu 
lövhənin  ən  gözəgəlimli  naxıĢı  Adilin  ata  ocağı  Karxulu  kəndi,  bir  az  aĢağıda 
dağların  ətəyi  ilə  qıvrıla-qıvrıla  axıb  gedən  Xan  Araz  idi.  O  vaxtlar  DaĢburundan 
Diri  dağına  kimi  uzanıb  gedən  bu  yamyaĢıl  vadidə  torpaq  cazibədar,  ürəkaçan 
görünüĢü ilə göz oxĢayırdı. Adil belə bir oymaqda dünyaya göz açmıĢdı. Sonralar 
tale onu uzaq Çexoslovakiya Respublikasına aparıb çıxarmıĢdı. Burada iki il əsgəri 
müddətini  baĢa  vurandan  sonra  bir  il  də  praporĢik  kimi  qulluq  etmiĢdi.  O  uzaq 
diyarda olarkən bir an da olsun doğma Vətənini unutmamıĢdı Adil. Karxuluya ayaq 
açan  məktubların  hər  sətirindən  yurd  həsrəti  damcılayırdı.  Çexoslovakiyada 
yaĢadığı illərdə yurdumuzda baĢ verən olaylardan narahatçılıq hissi keçirir, erməni 
iĢğalçılarının  bəĢəri  dəyərləri  üstələyən  mənfur  hərəkətlərini  lənətləyirdi. 
Zəngəzur, Göyçə elimizdən soydaĢlarımızın qovulması xəbərini eĢidəndə o vaxtlar 
qəzəbdən  yumruğu  düyünlənmiĢdi  Adilin.  Xocalı  soyqırımından  bəhs  edən 
videolentlərə  tamaĢa  edəndən  sonra  səbri,  dözümü  bircə  tikə  olmuĢdu  onun. 
Ġstəyirdi ki, Vətənə qayıdıb düĢmənə həddini bildirsin. Onun doğmalarına yazdığı 
məktublardan da duyulurdu bu həsrət, bu yanğı: 
 
Torpağından öpüm deyə,  
Yollarından ötüm deyə, 
Sinən üstə bitim deyə,  
Qayıdaram yanına mən... 
 
Adil yurdumuzun qıĢını yad ellərin baharından üstün tutub Vətənə qayıtdı. 
Çox  keçmədi  ki,  əsgərlərimiz  arasında  mahir  topçu  kimi  tanınan  Adilin  atdığı 
mərmilər  düĢmən  məntəqələrinin  külünü  havaya  sovurdu.  YoldaĢları  deyirlər  ki, 
Adil tələbkar olduğu qədər də qayğıkeĢ bir komandir idi. DöyüĢdən qabaq həmiĢə 
əsgərləri ruhlandırardı: 
-Əzizlərim,  yadınızda  saxlayın  ki,  torpaq  ana-bacı  namusumuz,  kiĢi 
vüqarımızdır. Dünyada onu itirməkdən ağır faciə yoxdur... 


126 
 
Elə  bu  amalla  da  son  nəfəsinə  kimi  düĢmənlə  kiĢi  kimi  vuruĢdu  Adil. 
Yaralanandan  bir  həftə  sonra  Bakıdakı  hərbi  qospitalda  ölümündən  qabaq  dediyi 
sözlər  bu  oldu:  "KaĢ  ayağa  qalxıb  yenidən  torpaqlarımızın  keĢiyində  dayana 
biləydim"... 
Adilin  Bakıda  yaĢayan  yaxın  qohumu  Süleyman  onun  haqqında  ürək 
dolusu danıĢır: 
-Qospitalda yatanda tez-tez yanına gedirdim. Ümumiyyətlə, o yaxĢılığı ən 
böyük  meyar  hesab  eləyirdi.  Deyirdi  çalıĢın  ki,  hamıya  yaxĢılıq  edin.  Həm  də  o 
uĢaqlıqdan çox mərd, qeyrətli, Ģir ürəkli idi. Heç nədən qorxmazdı, ölümün gözünə 
dik  baxardı.  Bir  də  torpağa  həddən  artıq  bağlı  idi.  Nə  edəsən  ki,  yaxĢı  adamlar 
həmiĢə həyatdan tez gedir... 
Adil  arzuladığı  günləri  görə  bilmədi.  Ġndi  onun  əvəzindən  əsgər  dostları 
sinələrini  Vətən  torpağına  qalxan  ediblər.  Vaxt  gələcək  ki,  onların  qələbə 
sevincindən Adilin də Ģəhid ünvanına pay düĢəcək... 
 
 
 
 
 
 
Əliyev MüĢfiq Hilal oğlu 
doğulub - 15.09.1969-cu il, 
Cəbrayıl rayonu Cörəkən kəndi; 
Ģəhid olub - 08.01.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
TORPAQ ƏTĠRLĠ ƏLLƏR 
 
MüĢfiqin  əlləri  torpaq  qoxulu,  çörək  ətirli  idi.  O,  dünyaya  halallıq  üçün 
gəlmiĢdi.  Ağlı  kəsəndən  ana  torpaqla  ülfət  bağlayıb  Çərəkən  camaatının  güvənc 
yeri  olmuĢdu.  YaĢadığı  illərdə  Ģöhrət  barədə  fikirləĢib  baĢ  sındırmamıĢdı  MüĢfiq. 
Sarısallıda  mexanizator  peĢəsinə  yiyələnəndən  sonra  qayıdıb  üz  tutmuĢdu  kövĢən 
ətirli ana torpağın qoynuna. "Dəmir atı ilə" üzümlüklərin, taxıl zəmilərinin arası ilə 
sağa-sola  adlayıb  keçdikcə  elə  bil  dünyanı  bağıĢlayırdılar  ona.  Hərdən  yaĢıdları 
ona deyəndə ki, ay MüĢfiq, bu qabiliyyət ki, səndə var, oxusaydın indi əməlli-baĢlı 
bir peĢəyə yiyələnərdin. Qəlbini sızladan belə sözlərə əlüstü cavab verərdi: 
-  Ġnsanlıq  vəzifədə,  ali  təhsil  diplomunda  deyil,  mənim  kimi  adicə 
traktorçu da Vətənin borcunu ləyaqətlə qaytara bilər. Bir də ki, Ģairin sözü olmasın: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə