Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   38   39   40   41   42   43   44   45   ...   126

133 
 
Bu torpağa sərilərik.  
Qisas günü dirilərik,  
Dayaz qazın qəbrimizi... 
 
 
 
 
 
Əmirov Xıdır Ġsmayıl oğlu 
doğulub - 01.05.1975-ci il, 
Cəbrayıl rayonu Xələfli kəndi; 
Ģəhid olub - 10.01.1994-cü il, 
Füzuli rayonu Qaraxanbəyli kəndi 
 
 
 
 
 
ULU TURAN ƏSGƏRĠYƏM 
 
Dağ  Xələfli  Cəbrayılın  Ģimali-qərb  səmtində,  Hadrutun  erməni 
kəndlərinin əhatəsində yerləĢir. Dan yeri söküləndə al günəĢin ilk Ģəfəqlərindən bu 
kəndə pay düĢür. Yayın qora biĢirən çağlarında da Ziyaratın nəfəsi bu oylağa dağ 
sərinliyi Gətirirdi... 
Xıdırın  ata  ocağı,  nənnisi,  beĢiyi  idi  Dağ  Xələfli  kəndi.  O,  burda   
böyümuĢ,   dağlara   diklənən   cığırları   birnəfəsə qalxıb, kəndlərinin böyründəki 
zirvədən  üfüqlərə  boylanmıĢdı.  Dağ  Xələflidən  baxanda  üzü  Araza  sarı  uzanıb 
gedən  barlı-bəhərli  torpaqlar,  bir-birinə  söykənən  təpələr  göz  oxĢayır.  Gün  çıxan 
tərəfdə  dağların  ətəyi  ilə  qıvrıla-qıvrıla  axıb  gedən  Arazın  suları  bəyaz  lentə 
bənzəyir.  Dağ  Xələfli  kəndinin  daĢlı-çınqıllı  torpaqlarına  dirilik  verən  kənd 
adamları dağların özü kimi əzəmətli vüqarlıdır. Xıdır bu kəndin daĢına, torpağına 
bənzəyirdi  -  yalçın  qayaların  özü  kimi  köklü-köməcli  idi.  Doğulandan  on  üç  il 
sonra  qonĢuluqlarındakı  ermənilərin  sərsəm  "miatsum"  çağrıĢlarını  eĢidəndə  uĢaq 
fəhmi  ilə  duyub  anlayırdı  ki,  ata-babalarımızın  fağır  hesab  edib  mərhəmət 
göstərdikləri  bu  məxluqların  iblis  sifətləri  üzə  çıxmaqdadır.  Onda  hələ  parta 
arxasında  əyləĢərək  ucu-bucağı bilinməyən SSRĠ adlı bir diyarı Vətən bilib, onun 
Ģəninə  uĢaq  ləhcəsi  ilə  Ģerlər  söyləyirdi  Xıdır.  Onda  hələ  ulu  Göyçədən, 
Zəngəzurdan,  Zəngibasardan,  Dilicandan  qovulan  soydaĢlarımızın    müsibətini  
bütövlükdə duyub dərk  edə  bilmirdi. Yurdsuzluq faciəsinin, didərginlik əzabının 
nə  olduğunu  sonradan  biləsiydi  Xıdır.  Ona  qədər  hələ  beĢ  bahar,  beĢ  qıĢ 
yaĢamalıydı.  Cəbrayıl  camaatının  bir  yay  axĢamından  baĢlayıb  payızın  ortasında 


134 
 
sona  çatan  didərginlik  köçü  baĢlayanda  köçgünlüyün  nə  olduğunu  anlayıb  baĢa 
düĢdü... 
Onda cəmisi üç ay bir həftə idi ki, Milli Ordumuzun əskəri idi Xıdır. Onu 
qeyrətli  oğullarımızın  cərgəsinə  yurd  sevgisi,  bayquĢ  xislətli  düĢməndən  qisas 
almaq istəyi  gətirmiĢdi. Orduya  gəldiyi  gündən gizli bir iftixar hissi ilə əynindəki 
əsgər  geyiminə,  əlindəki  avtomat  silahına  nəzər  salıb,  sinəsində  dolaĢan  kövrək 
hisslərin misra pıçıltısı ilə sabaha boylanırdı: 
 
Bu torpağın yad önündə,  
Məğrur duran əsgəriyəm.  
DüĢmənləri niĢan alıb,  
Gözdən vuran əsgəriyəm. 
 
Xətainin nəvəsiyəm,  
Yerin, göyün nəfəsiyəm.  
Bu torpağın gur səsiyəm,  
Ulu Turan əsgəriyəm... 
 
Müstəqil  respublikamızın  təzə-təzə  qəddini  düzəltməyə  çalıĢan  Milli 
Ordusunda  əsgər  olması  ilə  öyünüb  fəxr  edirdi  Xıdır.  Ona  elə  gəlirdi  ki,  yan-
yörəsindəki igid oğlanlar Koroğlu hayqırtılı bir sərkərdənin bircə nərəsi ilə Ģir ki-
mi  düĢmən  üstünə  atılmağa  hazırdılar.  Ancaq  onda  orduya  baĢçılıq  edənlərin 
bəziləri  Qoç  Koroğlunun  yox,  keçəl  Həmzənin,  Qıpçaq  Məliyin,  Səhl  Sumbatın 
belindən  gələnlər  idi.  Doğma  torpaqlarımızın  müdafiəsindən  çox  var-dövlət 
toplamaq,  Ģəhid  meyitindən,  yaralı  fəğanından  qazanc  əldə  etmək,  düĢündürürdü 
onları.  Elə  buna  görə  də  bu  naxələflər  Cəbrayıl  torpaqlarını  qoruyub  saxlamaq 
üçün  canından  keçməyə  hazır  olan  qeyrətli  oğullarımızın  zəhmətini  yerə  vurub 
dədələrimizin  gor  evlərini  düĢmən  tapdağı  altda  qoydular.  Onda  Xıdır  yurdsevər 
oğullarımızla birlikdə Vətənin o biri  səmtində -  Ağdamda  döyüĢürdü. El-obasının 
doğma torpağı ağlar gözlə tərk etdiyini eĢidəndə damarlarındakı qanı dondu elə bil 
onun. 
Vətənin yaxını-uzağı olmur, - deyiblər. Laçın da, Kəlbəcər, Zəngilan da... 
Cəbrayıl  qədər  doğma  idi  Xıdıra.  Ağdamın  Papravənd,  Boyəhmədli  Qaraçinar 
kəndləri uğrundakı döyüĢlərdə də vuruĢub sinəsini Vətən torpağına sipər edirdi... 
Füzuli  cəbhəsinə  gələndə  doğma  yurd  yerlərinə  boylandıqca  ürəyi 
qubarlanırdı onun. Gücü çatsaydı, düĢməni - pərən-pərən salıb üzü Cəbrayıla tərəf 
bir  nəfəsə  qaçar,  Cəbrayıl  çinarının  kökləri  ilə  daranan  büllur  kəhrizin  sularını 
alıĢıb-yanan  sinəsinə  çiləyərdi.  Ancaq  o  ulu  torpaqlara  uzanıb  gedən  düĢmən 
məkrli  olduğu  qədər  də  güclü  idi.  Xaç  qardaĢlarının  köməyinə  bel  bağlayan  bu 
arxalı  köpəklər  quzğun  kimi  leĢ  sorağında  idilər.  Onları  kürüyüb  atmaq  üçün 


135 
 
Vətənin qeyrətli oğullara ehtiyacı var idi. Xıdır bütün bunlara bildiyindən intiqam 
hissi ilə alıĢıb yanırdı... 
Qaraxanbəylidə gedən döyüĢlər səngiyəndə Əmirov Xıdır Ġsmayıl oğlunu 
da  üzlərini  Vətən  torpağına  söykəyən  Ģəhid  oğullarımızın  yanında  yerə  sərili 
gördülər. Onun ruhu snayper  gülləsi ilə vurulan andan Ġmam Hüseyn ucalığına üz 
tutmuĢdu.  Yerdə  al  qanına  bələnən  cəsəd  bir  qulac  gor  evi  soraqlayırdı  özünə. 
Cəbrayıldan  xeyli  uzaqdakı  bir  aramgahda  onu  torpağa  tapĢıranda  Xıdırın  göyləri 
dolaĢan ruhuna bir sərinlik səpildi elə bil... 
 
 
 
 
 
 
Əmirxanov Süleyman Ġbrahim oğlu 
doğulub - 06.01.1973-cü il, 
Cəbrayıl rayonu Kavdar kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
 
TORPAĞIN MƏZAR NAXIġI 
 
O gecə təbiət ayın iĢığında yuyunurdu elə bil. Göylərin ulduz atəĢfəĢanlığı 
dağların  üstünə  iĢıq  səpirdi  o  gecə.  Ziyaratın  sərin  mehi  yarpız  ətrinə,  çiçək 
qoxusuna  qarıĢıb  torpağın  üstə  çilənməkdə  idi.  On  beĢ  avqust  axĢamı  DaĢbaĢı 
kəndi  səssizlik  sorağı  ilə  özünün  gecə  ömrünün  Ģirinliyinə  tələsirdi.  O  gecə  açıq 
havada  ulduzlara  tamaĢa  edən  cavanlar  qarabaqara  üstlərinə  gələn  ölümdən 
xəbərsiz idilər. Süleymanla Arifin gecənin səssizliyini diksindirən söhbəti dağların 
yaddaĢına yazılmaqda idi o gecə: 
- Bilirsən, Arif, mənə elə gəlir ki, son günlər düĢmən nə isə çox məkrli bir 
plan hazırlayır. 
-  Dostum,  düĢmən  onsuz  da  həmiĢə  məkrlidir.  Ancaq  onu  de  ki,  bizim 
Cəbrayıl  alayı  get-gedə  didilib  parçalanmaqdadır.  Fikir  verirsənmi  bəzi 
komandirləri orduya Vətən sevgisi yox, var-dövlət tamahı gətirib. 
-  Bunları  yaxĢı  bilirəm,  əzizim.  Dava  günü  bəzi  qorxaq  komandirlərin 
dalda-bucaqda baĢ kirləmələri adamı iyrəndirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə