Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   37   38   39   40   41   42   43   44   ...   126

130 
 
 
 
 
Əliyev Qüdrət Səfər oğlu 
doğulub - 23.12.1965-ci il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
Ģəhid olub - 18.05.1994-cü il, 
Füzuli rayonu AĢağı Əbdülrəhmanlı kəndi 
 
 
 
 
SƏN VƏTƏN ÜÇÜN DOĞULMUġDUN... 
 
Soltanlı  kəndində  dünyaya  göz  açıb,  ömrünün  iyirmi  doqquzuncu 
pilləsində Ģəhidlik adını "qazanan" Əliyev Qüdrət Səfər oğlu didərginlik dövründə 
doğmalarının  sinəsinə  çal-çarpaz  dağ  çəkib.  Qüdrət  1983-cü  ildə  orta  məktəbi 
bitirəndən sonra sovet ordusu sıralarında qulluq etmiĢdi. Ġkiillik əsgər həyatı onun 
gözünü elə açmıĢdı ki, o ətrafda cövlan edən hadisələrə yetkin ağılla qiymət verə 
bilirdi. 
Bədnam yenidənqurmanın fitnə-fəsad törədəcəyini fəhm etmiĢdi. Riyakar 
Qorbaçovun  aĢkarlığı  baĢımızda  çatlayanda  Qüdrət  yanılmadığını  baĢa  düĢdü.  O, 
bildi  ki,  Dağlıq  Qarabağ  məsələsini  ortaya  atmaqla  SSRĠ-ni  dağıtmağı  qarĢılarına 
məqsəd  qoyanlar  yurdumuzu  qana  çalxayacaqlar.  Əsgərlikdən  qayıdandan  sonra 
doğma  Soltanlı  kəndində iĢləyib özünə  gün-güzəran düzəldən bu oğlanın əndiĢəsi 
yerə-göyə  sığmırdı.  Arazboyu  obalarda  nisbi  sabitlik  hökm  sürsə  də,  o  vaxtlar 
rayonun  dağ  kəndləri  oda  qalanır,  Ģəhid  tabutları  gündə  bir  oymağa  üz  tuturdu. 
Yaxından tanıdığı Rufizin, Maisin, Yelmarın, Elmarın, Faiqin, Rantiqin ölümü onu 
kipriklərindən  dara  çəkdiksə  Qürbət  öz-özünü  bağıĢlaya  bilmirdi.  Belə  ağır  bir 
gündə  Vətən  qeyrəti  çəkən  oğul  kənardamı  qala  bilərdi?  Bu  hisslərin  təsiri  ilə 
Qüdrət könüllü Ģəkildə yurdun qala timsallı oğullarının sırasına qoĢuldu... 
Onda Cəbrayıl elimiz öz gücü ilə düĢmən qarĢısında duruĢ gətirir, qeyrətli 
oğullarımızın  enli  kürəklərinə  sığınaraq  torpağı  əkib,  becərir,  yurd-yuva  qəhri 
çəkirdilər... 
Doxsan  üçüncü  ilin  payızında  baĢımız  üstən  ötüb  keçən  qara  tufan  bizi 
didərgin  salandan  sonra  da  Qüdrət  silahı  yerə  qoymadı.  Füzuli  rayonundakı 
Arazboyu  və  dağətəyi  kəndlərin  azad  edilməsində  yaxından  iĢtirak  edib,  minlərlə 
ailənin çırağını sönməyə qoymadı... 
1994-cü ilin 18  mayı  yurd  savaĢında ad-san qazanan bir eloğlumuzun da 
həyatına  son  nöqtə  qoydu.  AĢağı  Əbdülrəhmanlı  kəndi  ətrafında  döyüĢ  postunda 


131 
 
olarkən düĢmən gülləsi Qüdrəti qəfil haqladı. Qüdrətdən söz açan bu yazıda onun 
adını kövrək misralarla anıb, cəmi Ģəhidlərimizə rəhmət diləyirik: 
 
SığınmıĢdın təmiz ada,  
Niyə qəfil düĢdün oda?  
Vətən üçün doğulanlar,  
Unudulmur bu dünyada... 
 
 
 
 
 
Əliyev Vahid Balağa oğlu 
doğulub - 16.04.1970-ci il, 
Cəbrayıl Ģəhəri; 
itkin düĢüb 
Cəbrayıl rayonu Sirik kəndi 
 
 
 
 
 
"QĠSAS GÜNÜ DĠRĠLƏRĠK..." 
 
"Mənim Doxsana yaxın yaĢım var. Dünyanın hər üzünü görüb, həyatın hər 
sınağından çıxmıĢam. Ancaq hələ indiyə kimi erməni nankorluğu qədər dəhĢətli bir 
hadisənin  Ģahidi  olmamıĢam.  Ġllər  boyu  qonĢuluq  edib,  duz-çörək  kəsdiyimiz  bu 
yaramaz  millətin  demə  buynuzu  qarnındaymıĢ.  Fürsət  ələ  keçən  kimi  igid 
oğullarımızın  meyitləri  üstən  adlayaraq,  bizi  el-obamızdan  perik  saldılar.  Allah 
baisin  evini  yıxsın,  bu  ahıl  çağımda  məni  gorgahımdan  didərgin  salıb,  Vahid 
balamı  əlimdən  aldı.  O,  mənim  üçün  təkcə  istəkli  nəvə  deyildi,  evimizin  dirəyi, 
arxamız-dayağımız idi". 
Doğma  torpaq  və  nəvə  itkisinə  dözməyərək  bu  yaxınlarda  dünyasını 
dəyiĢmiĢ MürĢüd babayla görüĢəndə ürək yanğısı ilə demiĢdi o, bu sözləri... 
O nisgilli görüĢdən sonra Əliyevlər ailəsi ilə vidalaĢıb yola çıxanda Minə 
ana sonuncu arzusunu da bildirmiĢdi bizə: "sizin qadanızı alım, Vahiddən yazanda 
mənim ürəyimdən keçən bir qatar sözü də qatın kitabınıza. Ürəyimi dara çəkən bu 
ağıda  balalarım  Vaqifin,  Zahidin,  Vəfanın  qardaĢ  həsrəti  var".  Bunları  deyəndən 
sonra Minə ana ürəyinin nisgilini sözə çevirib səpmiĢdi arxamızsa: 
 
Tayada bəlim yandı,  


132 
 
Əl atdım, əlim yandı.  
Oğul-oğul deməkdən,  
Ağzımda dilim yandı. 
 
Apardı çaylar məni,  
Həftələr, aylar məni.  
Yüküm qurğuĢun yükü,  
Yordu bu taylar məni. 
 
Ürəyimdə dağım var,  
Talan olmuĢ bağım var.  
Allah, görən qabaqda – 
Daha hansı çağım var... 
 
Cəbrayıl camaatının halal bir insan kimi tanıdığı Balağa kiĢinin ocağında 
dünyaya  göz  açmıĢdı  Vahid.  Cəbrayıl  Ģəhərini  üç  tərəfdən  ağuĢuna  alan  dağların 
özü  kimi  vüqarlı  böyüyüb,  Xan  Çinara,  büllur  kəhrizə  baxmaqdan  doymayan  bu 
oğlan  doğulduğu  elin  ilahi  gözəlliyi  ilə  fəxr  edirdi.  Namərd  qonĢularımızın 
atdıqları "qradlar"  suyumuzu  bulandıranda  Vahid daha  dözə  bilmədi.  1992-ci ilin 
oktyabr ayında iĢlədiyi idarədəki rabitəçi peĢəsi ilə vidalaĢıb, silaha sarıldı... 
Qarabağ  savaĢından  qabaq  ürəyində  çox  Ģeylər  arzulayırdı  Vahid.  Gəncə 
Ģəhərindəki 37 saylı TPM-də toxuculuq sənətinə yiyələnmiĢdi. Ġstəyirdi ki, Ģərəfli 
peĢəsi  ilə  insanların  karına  gəlsin,  ailənin  halallıq  üstə  köklənən  ənənəsini  davam 
etdirsin.  Evlənib  ailə-uĢaq  sahibi  olsun.  Ġxtiyar  MürĢüd  babasının,  atası  Balağa 
kiĢinin,  anası  Minənin  qulluğunda  dursun,  onların  əhliyyətinin  azacıq  da  olsa 
əvəzini qaytarsın... 
Vahidin  həyatda  arzuları  çox  olsa  da,  heç  vaxt  Ģöhrət  barədə 
düĢünməmiĢdi.  Heç  ağlına  da  gəlməzdi  ki,  ürəkdən  sevdiyi,  bəyaz  çalmalı 
zirvələrinə, yamyaĢıl yamaclarına heyranlıqla baxdığı Vətən torpağı onu nə vaxtsa 
Ģəhidlik Ģöhrətinə qovuĢduracaq... 
Onun döyüĢ yolu Sirik batalyonundan baĢlamıĢ, Ziyarat dağının o üzündə 
sona  çatmıĢdı.  Vahid  düz  altı  aya  yaxın  ulu  Sirik  dağlarının  yaĢıl  çuxasına 
bənzəyən  meĢələrin  qoynuna  sığınıb,  düĢmənin  baĢına  od  yağdırmıĢdı.  O,  qanlı-
qadalı  döyüĢlərin  birində  yaxın  dostları  Mayis  Verdiyev  və  Yelmar  Əliyevlə 
birlikdə  geri  qayıtmamıĢdı.  Ġndiyə  kimi  onları  gah  itkin,  gah  da  Ģəhid  deyə 
soraqlasaq  da,  öldü-qaldılarından  xəbər  tuta  bilməmiĢik  hələ  də.  Ġtkin  olsaydılar 
bəlkə  də  hardasa  soraqlarını  eĢidər,  özümüzü  Ģirin  bir  gümanla  ovundurardıq. 
Ġndiyə  kimi  səslərini  eĢidə  bilməsək  də,  qələm  dostumuz  Hüriyyətin  bir  Ģerinə 
sığınıb elə bil onlar: 
 
Koroğlu kimi ərlərik,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə