Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   39   40   41   42   43   44   45   46   ...   126

136 
 
-  Kinolarda  görmüĢük  ki,  döyüĢ  vaxtı  zabit  öz  dəstəsinin  önündə  gedib 
əsgərləri ruhlandırar. Bizdə isə əksinədir. Hamısını demirəm, komandir var ki, hələ 
burnuna barıt iyi dəyməyən uĢağı qabağa buraxıb özü müxtəlif bəhanələrlə aradan 
çıxır... 
- Bütün bunları görəndə bilirsən ağlıma nə gəlir? - Süleyman söhbətə bir 
azca  ara  verib  sualına  cavabı  özü  verdi:  -  Mənə  elə  gəlir  ki,  belələrinin  günahı 
ucbatından bizim Cəbrayılı da Laçının, ġuĢanın, Kəlbəcərin aqibəti gözləyir... 
-  Ağzını  xeyirliyə  aç,  qardaĢ.  Allah  o  günü  bizə  göstərməsin...  Bilirsən, 
Süleyman, gələcəkdə nə edəcəm? 
-  Səni  demirəm,  Ancaq,  Arif,  mən  müharibə  qurtaran  kimi  Kavdardakı 
evimizə  qayıdıb  oturacağam  bir  maĢının  sükanı  arxasında.  Heç  bilirsən  Ģofer 
olmağı  necə  arzulamıĢam?  Sarısallıdakı  məktəbi  qurtarıb  əlimə  vəsiqə  alanda  elə 
bilmiĢəm bax, bu DaĢbaĢı dağlarını mən yaratmıĢam... 
-  Süleyman,  Allah  qoysa  dava  qurtarandan  sonra  fırçanı  əlimə  götürüb 
birinci dəfə DaĢbaĢının gecə mənzərəsini yaradacağam. Özü də necə var o Ģəkildə. 
Bir  tərəfdə  özümüzü  söhbət  eləyən  vəziyyətdə  təsvir  edəcəyəm,  o  biri  yanda 
dostlarımız Müslümü, Fərhadı, Mətləbi, Nurəddini... çəkəcəyəm... 
- Ay aman, bir tabloya bu qədər əsgəri necə yerləĢdirəcəksən? YaxĢı gecə 
keçir, get, bir azca çimir elə, mən postdakı uĢaqların yanında dayanaram... 
O gecə  DaĢbaĢı dağları,  yalçın qayalara  sığınan cavan əsgərlər düĢmənin 
niyyətindən  xəbərsiz  idilər.  Bir  azdan  amansız  bir  döyüĢ  baĢlamalıydı  burda. 
Ölümə tərəf addımlayanların içərisində Süleyman da var idi o gecə... 
Ailədə  yeddi  uĢağın  dördüncüsü  idi  Süleyman.  Səksən  doqquzuncu  ildə 
anası  Elmira  dünyasını  dəyiĢəndə  qəlbinin  telləri  qırılmıĢdı  elə  bil  onun.  Harada 
olsa için-için ağlayıb həsrətini göz yaĢlarına çevirərdi. Hərdən kəndlərindəki qəbi-
ristana  gedib  Elmira  ananın  ruhu  ilə  üz-üzə  dayanardı.  Belə  vaxtlarında  sözlər 
qəhərə çevrilib boğazına tıxanardı onun: 
 
Dünyamız dərdinə darlıq edərdi,  
Sən necə məzara sığırsan, ana... 
 
Doxsanıncı ilin mayında sovet ordusu sıralarına çağrılsa da, qürbətdə çox 
qala  bilməmiĢdi.  Qayıdıb  anasının  məzarına  baĢ  çəkəndən  sonra  torpaqlarımızı 
qorumağa  getmiĢdi.  Süleymanlı,  QuĢçular,  Mülkədərə  postlarında  dönə-dönə 
bərkdən-boĢdan çıxmıĢdı... 
Anasının qəbri ondan ötrü ən əziz and yeri idi. Süleyman ürəyində Elmira 
ananın  ruhuna  and  içmiĢdi  ki,  son  nəfəsinə  kimi,  torpağa  sədaqətli  olacaq.  O 
müdhiĢ  DaĢbaĢı  gecəsində  amansızlıqla  qətlə  yetiriləndə  də  son  nəfəsinə  kimi 
sözünün üstə durdu... 


137 
 
Ġbrahim kiĢi neçə  vaxtdır ki,  yönünü  Ģəhid oğlunun  əsirlikdə  qalan qəbri 
səmtdən  çevirə  bilmir.  Ata  yaxĢı  bilir  ki,  Ģəhid  məzarları  Kəbəyə  gedən  yolun 
naxıĢları kimi heç vaxt saralıb-solan deyil... 
 
 
 
 
 
 
 
 
Əsgərov Elxan ġamil oğlu 
doğulub - 30.05.1972-ci il,  
Cəbrayıl rayonu Hacılı kəndi;  
Ģəhid olub - 20.01.1994-cü il, 
Füzuli rayonu Qorqan kəndi 
 
 
 
 
ZĠRVƏYƏ GEDƏN YOL 
 
ġəhidlik əlçatmaz, ünyetməz zirvəyə bənzəyir. O ucalığa qovuĢmaq yalnız 
cəsarətli,  qeyrətli  adamlara  qismət  olur.  ġəhidliyə  gedən  yol  Vətən  sevgisindən, 
yurd  istəyindən,  qəlbin  ümman  məhəbbətindən  keçib  gedir.  ġəhidlər  Tanrının  ən 
sevimli bəndələridir - deyiblər. 
Bu müqəddəs  yolun yolçularından biri də Əsgərov Elxan  ġamil oğludur. 
Elxan  1972-ci  ildə  Cəbrayıl  rayonundakı  Hacılı  kəndində  anadan  olmuĢdu.  Ata 
ocaqına bütün varlığı ilə bağlı olan Elxan illər keçdikcə duyub anlamıĢdı ki, Vətən 
qeyrət,  namusdur,  insanın  gücü,  qüdrəti,  ürəyin  təpəridir.  Elxan  bütün  bunları  ilk 
növbədə ailə üzvlərinin, xüsusi ilə atası ġamilin timsalında duyub anlamıĢdı. Aran 
torpaqların  dağətəyinə  baĢ  qoyduğu  yerdə  binə-binə  böyüyən  Hacılı  kəndində 
ġamil  kiĢini  halal  bir  insan  kimi  tanımıĢdı  el-obası.  Bəlkə  elə  buna  görədir  ki, 
torpaqlarımıza  düĢmən  diĢ  qıcadanda  ilk  dəfə  silaha  sarılanlardan  biri  də  ġamil 
olmuĢdu.  Onda  hələ  Elxan  keçmiĢ  imperiyanın  Vladiqafqaz  Ģəhərində  əsgəri 
xidmətdə idi. Buradakı motoatıcı alayda Elxanı bacarıqlı bir əsgər kimi tanıyırdılar. 
Xidmət  etdiyi  hərbi  hissədə  qabiliyyətini  nəzərə  alıb  ona  baĢ  serjant  rütbəsi 
vermiĢdilər. Elxan doğma elimizdən uzaqlarda olsa da Qarabağ elimizdə baĢ verən 
hadisələrdən  xəbər  tutduqca  ürəkdən  yanıb-yaxılırdı.  O,  ilk  cavanlıq  fəhmiylə 
duyub anlayırdı ki, üzləĢdiyimiz faciənin kökləri çox-çox uzaqlara üz tutub gedir. 
Və bir də Elxan onu bilirdi ki, torpaqlarımızı yalquzaq iĢtahıyla udmağa hazır olan 


138 
 
düĢmən  məkrli,  hiyləgər  və  amansız  bir  məxluqdur.  O  iblis  qanımızı  tökməkdən 
həzz  alır,  xaraba  qoyduğu  yurd-yuvamızın  ərĢə  qalxan  tüstüsünü  ciyərlərinə 
çəkdikcə  bayquĢ  xislətiylə  qəhqəhə  çəkib  sevinir.  Ġllər  boyu  çörəyimizi  yeyib 
üzümüzə  gülən bu düĢmən demə  ayağımız  altda  quyu qazırmıĢ  bizlərə.  Zəngəzur 
mahalındakı, Göyçə elindəki torpaqlarımızı qamarlayıb əlinə keçirəndən sonra ulu 
yurdumuzun  hesabına  "dənizdən  dənizə"  uzanan  bir  dövlət  yaratmaq  xülyasına 
düĢən qaniçən ermənilər əllərinə fürsət keçən kimi üstümüzə atıldılar... 
Bu  dərdə,  müsibətə  dözməyib  düĢmənin  nankorluğunu  həzm  edə 
bilməyən oğullarımız sinələrini Vətən torpağına sipər etdilər. Laçında, Kəlbəcərdə, 
Qubadlıda,  Zəngilanda  -  Elxanın  ata  ocağı  Cəbrayılda  bayquĢ  ulartılı  mərmilər 
torpaqlarımıza  sancılanda  dünyagörmüĢ  ağsaqqal-ağbirçəklərimiz  dedilər  ki,  bu 
xəmir hələ çox su aparacaq... 
Əsgəri  xidmətdən  yenicə  qayıdıb  el-obasını  ağlar  gündə  görən  Elxan 
Əsgərov  qəlbinin  hökmü  ilə  gedib  igid  oğullarımızın  sırasına  qoĢuldu.  Cəbrayıl 
alayının  igid  bir  əsgəri  kimi  ulu  torpaqlarımız  QuĢçuların,  Surun,  QıĢlağın 
müdafiəsində  yaxından  iĢtirak  etdi  Elxan.  Əzəldən  dözümlü  və  cəsarətli 
olduğundan gülləni gözünə sıxsaydın kipriyini qırpan deyildi. Postlarda dayananda 
da,  soyuq  səngərlərə  sığınıb  düĢmənin  baĢına  od-alov  yağdıranda  da  sayıqlığını 
itirən  deyildi.  Bilirdi  ki,  qarĢıdakı  insan  qanına  susayan  məkrli  bir  düĢməndir.  O, 
uĢağa, qocaya rəhm etmədən qarĢısına çıxan hər Ģeyi məhv etməyə, insan əlləri ilə 
tikilənləri  oda  yaxmaqa  hazırdır.  Bütün  bunları  varlığı  ilə  duyub  hiss  etdiyindən 
Elxan  döyüĢ  zamanı  təkcə  özünü  deyil,  çiyin-çiyinə  dayanıb  Vətənə  sipər  olan 
oğullarımızı  da  sayıqlıqla  qorumağa  çalıĢırdı.  Deyirlər  insan  çətin  anda  sınanır, 
onun  qəlbi,  mənəviyyatı  üzə  çıxır.  Elxan  dönə-dönə  düĢmənlə  üz-üzə  dayandıqca 
silahdan daha möhkəm yapıĢır, həmlələri cəsarətlə dəf edirdi. Əslində ölümə həmi-
Ģə  hazırdı  o.  Yeri  düĢəndə  deyirdi  ki,  biz  ölüb-itən  Ģəhid  oğullarımızdan  artıq 
deyilik.  Elə  bir  vaxt  gəlib  çatıb  ki,  ana  deyib  mehrinə-məhəbbətinə  sığındığımız 
Vətən torpağının yolunda "uf" demədən ölməyə hazır olmalıyıq... 
Ancaq ölmək üçün doğulmamıĢdı Elxan. YaĢamaq üçün, döyüĢmək üçün, 
qələbə günümüzün sevincini görmək üçün dünyaya gəlmiĢdi o. Ayrı-ayrı döyüĢlər 
zamanı düĢmən əsgərlərini məhv etdikcə qələbə günümüzün yaxınlıqda olduğunu 
hiss  edirdi.  Belə  vaxtlarda  yenilməz  bir  əsgərə,  qeyrətli  bir  igidə  dönürdü. 
DöyüĢlərdən  birində  qolundan  yaralansa  da  səngərdən,  düĢmən  qabağından 
uzaqlaĢmamıĢdı... 
1993-cü il oktyabr ayının 24-də Vətənin bir parçası olan doğma torpaqları 
ağlar  gözlə  tərk  etmiĢdi  Elxan.  Və  o  vaxtlar  qeyrətli  oğullarımızla  birlikdə  Elxan 
da and içmiĢdi ki, günahsız yerə qanına qəltan olan, yurd-yuvası dağılan insanların 
qisasını  almayınca  silahı  yerə  qoymayacaq.  ġəhid  olduğu  son  ana  kimi  sözünün 
üstə  kiĢi  kimi  dayandı  Elxan.  Əvvəlcə  Ağdam  bölgəsində  düĢmənin  baĢına  od 
yağdıran  bu  igid  oğlan  döyüĢ  zamanı  altı  erməni  quldurunu  məhv  etdi.  Bundan 
sonra Elxanın və onun döyüĢçü dostlarının səsi, sədası Füzuli cəbhəsindən eĢidildi.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə