Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   42   43   44   45   46   47   48   49   ...   126

144 
 
hamısı.  Amma  insan  gedir,  cavan  oğlanlar  gedir,  bunun  dağı,  bunun  ağrısı  illər 
uzunu qalacaq. 
Əlbəttə, necə  deyərlər, diĢimizi  diĢimizə  qıcayıb  məyusluğa, ümidsizliyə 
də qapılmaq düz olmaz. Azərbaycan, mən əminəm ki, həmin o nakam oğlanlarının 
da qisası alınacaqdır, iĢğal olunan torpaqlar da qaytarılacaqdır. 
-Sabir  müəllim,  yenə  də  Məhəmmədlə  bağlı  söhbətə  qayıdırıq.  Hər  bir 
adamın uĢaqlıqdan sənətə, peĢəyə meyli olur. O mənada Məhəmmədin də yəqin ki, 
nəyəsə meyli, marağı var idi. 
-  Bu  oğlanın  xasiyyətində,  ruhunda  qəribəliklər  var  idi.  Cəmilin  əsgər 
gedəndə  17  yaĢı  var  idi.  Ġki  il  də  müxtəlif  cəbhələrdə  döyüĢmüĢdü.  Bu  isə  ondan 
bir  neçə  yaĢ  böyük  idi,  amma  heç  bir  həftə  vuruĢmadı.  DöyüĢ  barədə  də  nakam 
oldu  o.  Özünün  elə  həyatdan,  yaĢamaqdan  xoĢu  gəlirdi,  Ģən,  Ģux  boylu-buxunlu 
qəĢəng  bir  oğlan  idi.  Çox  mənalı,  insani  baxıĢları  vardı.  Mən  indi  fikir  verirəm, 
görürəm ki, Cəmilə oxĢayır, sifətcən də, ruhən də Cəmilə oxĢayır. Mən bir az ağıl, 
intellekt  tərəfləri  də  görürəm  adamlarda.  O  da  özbaĢına  imtahan  verdi,  getdi 
Moskva  poliqrafiya  institutuna  girdi.  Ondan  sonra  gəldi,  bir  də  təzədən  imtahan 
verib  burada  Neft  Akademiyasına  girdi.  BeĢinci  kursda  oxuyurdu.  Bir  az 
düĢünürəm  onun  taleyi  haqda,  mənə  belə  gəlir  ki,  o  da  nəsə  bu  həyatda  özünü 
axtarırdı. Çox az danıĢan idi. 
Bir  dəfə  qəribə  bir  iĢ  olmuĢdu.  Goranda  əsgər  kazarmasında  gecə 
yatdıqları  yerdə  bu  görür  ki,  kürəyini  nəsə  bir  Ģey  əzir.  Baxır  ki,  bir  patrondur, 
götürüb cibinə qoyur. Arada bir gün ki, evə gəlmiĢdi, anası döĢ cibində onu görür, 
deyir  ki, bu nədir? Məhəmməd deyir, bu  mənim taleyimdir,  sonra həmin  hadisəni 
danıĢır. Anası deyir at bunu. Deyir yox, bu mənim taleyimdir, saxlayacam onu. Nə 
isə...  Görünür,  burada  da  bir  əlamət  var,  nə  bilim.  Bax,  həmiĢə  gedirdim  onun 
dalınca  elə  bil  ki,  əlim  ona  çatdığı  yerdə,  yenə  də  əlimdən  çıxırdı.  Bir  dəfə  də 
onunla ikilikdə oturub televizora baxırdıq. Bir rus zabiti idi, əsir düĢmüĢdü. Erməni 
tərəfdə  muzdlu  vuruĢan  snayper  qızlardan  danıĢırdı  və  deyirdi  ki,  onların  atdığı 
güllə yayınmır, bir güllə atdısa bir adam ölməlidir. Məhəmmədi də bax beləcə tək 
bir güllə ilə vurmuĢdular. 
-  Siz  ötən  müharibəni  öz  əsərlərinizdə  əks  etdirmisiniz.  Bu  əsərlərin 
bəzilərində Cəmil Əhmədovun da obrazı yaradılıbdır. Bir yazıçı kimi bu müharibə 
və  Məhəmməd  barədə...  bax,  bugünkü  müharibə  və  bu  müharibədə  Məhəmməd 
obrazı... 
-  Bilirsinizmi,  bir  var  insanın  öz  canında,  vücudunda,  qanında  olan  o 
yüksək  keyfiyyətlərin  ona  layiq  Ģəkildə  açılması,  bir  də  var  ki,  elə  bil  ki,  gül 
açılmamıĢ getdi. Amma onun oxuduğu orta məktəbdə onlara həsr olunmuĢ gecə də 
keçirilib Yasamalda, mən də iĢtirak eləmiĢəm. Müəllimləri onu necə tanıyırmıĢlar, 
məktəbdə  açılıb  onun  xüsusiyyətləri.  Qaldı  onu  yazı  masasının  üstünə  ədəbi  əsər 
materialı  kimi  gətirmək  mənim  üçün  çox  ağırdır.  Bu  mümkün  deyil,  çünki  o 
yadıma  düĢəndə  mənim  bütün  ürəyim  parçalanır.  Bir  də  ki,  onu  mövzuya 


145 
 
çevirmək,  kitaba  gətirmək  onun  varlığı,  onun  xatirəsi,  taleyi  önündə  xırda  gəlir 
mənə, nəsə yovuĢdura bilmirəm hələlik. Amma görünür təkcə onun barəsində yox, 
onların  hamısı  barəsində  yazmalı  olacam.  Ġnandırıram  sizi,  ilk  günlərdən 
baĢlayaraq  məzarıstana  gedirəm,  baxıram,  elə  bilirəm  orada  yatanların  hamısı 
Məhəmmədin  qardaĢlarıdır,  mənim  övladlarımdır.  Yəni  onun  ruhu  onlarla 
qovuĢubdur.  Mən  belə  duyğuları  bir  dəfə  yaĢamıĢam.  Cəmilin  qəbrini  gedib 
VarĢava  yaxınlığında  qardaĢlıq  məzarlığında  axtaranda  və  buz  altında  tapanda 
yaĢamıĢam. Ümumiyyətlə, bu müharibə barədə yazılmalıdır, biz onu yaĢamıĢıq. 
 
 
 
 
 
 
Əhmədov Zülfəli Ġbrahim oğlu 
doğulub - 01.04.1972-ci il, 
Cəbrayıl rayonu Çaxırlı kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam bölgəsi 
 
 
 
 
ÖLÜMDƏN GÜCLÜ OĞLAN 
 
O  gün  top-tüfənk  səsindən,  qrad  partlayıĢından  qulaq  tutulurdu  Ağdam 
torpaqında.  Salahlı  -  Kəngərli  istiqamətində  irəliləyən  düĢmənlər  gecəyə  qədər 
burada  səngərə  sığınıb  neçə  gündən  bəri  inadla  müdafiə  olunan  igid  komandir 
ġakir  Abbasovun  döyüĢçülərini  mühasirəyə  almıĢdılar.  Anlar  keçdikcə  mühasirə 
həlqəsi daralmaqda, igidlərimizin sırası get-gedə seyrəlməkdə idi. Hər tərəf açıqlıq 
olduğundan  və  dəstə  qəfildən  düĢmənlə  üz-üzə  gəldiyindən  vəziyyət  çıxılmaz  idi. 
Göz  iĢlədikcə  uzanıb  gedən  üzümlüklərin  arasında  daldalanmağa  dəyməzdi  - 
tənəklərin  yarpağı  töküldüyündən  burda  hər  bir  tərəf  açıq-aydın  görünürdü. 
Arxadan  kömək  gələcəyini  təsəvvür  belə  etmək  olmurdu.  Demək,  dəstə  taleyin 
ümidinə  buraxılmıĢdı  -  ya  axıracan  vuruĢub  məhv olmalı,  ya  da... Yox, onsuz  da 
burda istəsən də, istəməsən də ölümü gözünün altına almalı idin... 
Zülfəli ölümün bircə addımlığında olsa da ondan qorxub eləmirdi. Bilirdi 
ki, onsuz da elə vəziyyətdədirlər ki, qorxunun, filanın xeyri yoxdur. Bir də döyüĢün 
elə vaxtı idi ki, düĢmən baĢ qaldırmağa belə macal vermirdi. Əslində ölüm barədə 
fikirləĢməyə  kiminsə  vaxtı  yox  idi  burda.  Deyəsən  vəziyyətin  çıxılmaz  olduğunu 


146 
 
elə  hamıdan  qabaq  komandir  ġakir  Abbasov  özü  duyub  dərk  etmiĢdi.  O  uĢaqlara 
sonuncu taqqĢırığını verdi: 
-  Mümkün  qədər  düĢmənin  diqqətini  cəlb  etmədən  arxaya  çəkilin.  Mən 
erməniləri bir az ləngitməyə çalıĢacağam. 
-Komandir  mən  səni  tək  buraxmayacağam.  sən  harda,  mən  Zülfəli 
Əhmədov da orada... 
-ġakir, mən də səninləyəm. 
-Mən də... 
Komandir inadın yersiz olduğunu və dar ayaqda dəstəsində yaxĢı tanıdığı 
uĢaqların ondan ayrılmaq istəmədiklərini görüb: 
-Di, yaxĢı, uĢaqlar, hava qaralana kimi düĢmənin qarĢısını saxlaya bilsək, 
axĢam mühasirədən çıxmaq barədə fikirləĢib bir yol tapmaq olar... 
O gün Zülfəli elə bil ölümün özünə də meydan oxuyurdu. Deyəsən fəhmlə 
anlamıĢdı ki, bu döyüĢdən sağ çıxa bilməyəcək. Ona görə də ölümü eyninə almırdı. 
DüĢünürdü ki, onsuz da bir gün yaranan, bir gün də dünyadan köçəcək. Belə yerdə 
ölümü kiĢi kimi qarĢılamaqdan özgə yol yoxdur. Hardansa yadına Doxsan üçüncü 
ilin  may  ayında  ilk  dəfə  yaralanmağı  düĢdü.  Onda  düĢmən  gülləsi  sinəsinin  sağ 
tərəfindən keçib kürəyindən çıxmıĢdı. Bu  yaradan o vaxtlar düz üç ay  yatası oldu 
Zülfəli.  sağalıb  geri  dönəndə  əvvəlcə  Çaxırlı  kəndindəki  evlərinə  qohum-
əqrabasına  baĢ  çəkib  yenidən  cəbhəyə  yola  düĢdü.  Birdən  Zülfəlinin  qulaqlarına 
neçə-neçə  insanın  ətürpədən  harayı  yetiĢdi.  Cəbrayılın  iĢğalı  günlərində  canını 
götürüb  qaçan  adamların  vahiməli  səslərini  elə  bil  təzədən  eĢitdi.  Yana  çevrilib 
baxanda igid döyüĢ yoldaĢlarından birini al-qan içərisində gördü... 
Qəribədir  o  qanlı-qadalı  gündə  Zülfəli  elə  bil  ölümü  əyninə  geymiĢdi. 
DüĢmənin yolu üstə dayanıb durduqca ölümün özü də ona kömək etməkdə idi. Elə 
bil  son  nəfəsdə  onu  səbirsizliklə  gözləyən  ölümlə  dostlaĢmıĢdı  Zülfəli.  Ölümün 
gözlərinə dik baxa-baxa onu bir Ģerin əfsununa salmaq istəyirdi elə bil: 
 
Zəmi kimi biçilmərəm,  
Bir dəryayam keçilmərəm.  
Oda düĢsəm, kiçilmərəm – 
Nəyindən qorxum ölümün. 
 
Qəlbim bilməz hədə nədir,  
YaĢamaq bir möcüzədir.  
Bir gün gələn bir gün gedir – 
Nəyindən qorxum ölümün... 
 
Səhərdən bəri Zülfəlinin hünərinə mat-məəttəl tamaĢa edən ölüm ona qıya 
bilmirdi.  Ölümün  insaf  damarı  üzdə  idi.  Ġstəmirdi  ki,  Zülfəlidən  ötrü  ürəyi  nanə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə