167
Evlərinə qayıdandan sonra valideynlərinin xeyir-duası ilə Taleh Donetsk
vilayətinə gedib oradakı ÜmumqoĢun komandirləri məktəbinin məzunu olan
qardaĢı Salehlə görüĢdü. Onun məsləhəti ilə buradakı sənaye-texnologiya
texnikumunda oxudu. Dostu həmyerlisi Hüseynov ElĢad da burada onunla idi...
Doxsan ikinci ildə Cəbrayıla qayıdanda Ģəhərin nizamını pozulmuĢ gördü
Taleh. Qürbətdə keçirdiyi illərdə burada neçə-neçə ev-eĢik dağılmıĢ, günahsız
adamlar Ģəhid olmuĢdu. Adamların üz-gözündən hüzn qarıĢıq həyəcan yağırdı.
Atasını hərbi geyimdə görəndə məsələnin nə yerdə olduğunu duyub anladı.
Rayondakı ziyalı batalyonunun təĢkilatçılarından biri olan Ġldırım kiĢi açıb-
ağartmasa da Taleh baĢa düĢdü ki, Cəbrayılın taleyi tükdən asılıdır. Ertəsi gün sübh
tezdən ayağa durub səngərə getməyə hazırlaĢan atasına yanaĢdı:
-Sən daĢ qoyan yerə mən baĢ qoymalıyam. Elimizin bu ağır günündə evdə
sakit oturub qala bilmərəm. sən hara, mən də ora...
O gün ata-bala döyüĢ postuna birlikdə yollandılar. Günlərin birində
Ġldırım kiĢi oğlu Talehə ürəyindən keçən arzusunu bildirdi:
-Oğlum, dünya ölüm-itim dünyasıdır. Sabah nə olacaq, onu təkcə bizi
yaradan bilir. Anan da, mən də, elə qardaĢların da istəyirik toyunu eləyək. Razı
olsan Südabəni alardıq sənə. O, özgəsi deyil, halal süd əmmiĢ uĢaqdır, əmisi
Quliyev Səxavət 20 Yanvarda Ģəhid olub, yəqin ki, görmüsən qəbiri Bakının
"ġəhidlər xiyabanı"ndadır. Taleh valideynlərinin arzusuna xilaf çıxmadı onda...
Bir ildən sonra dünyaya gələn körpə Ġldırım kiĢiyə baba, Tamara xanıma
nənə olma səadəti gətirdi. UĢağı ulu nənəsinin adı ilə - Fatma - deyə çağırdılar...
Tanrı bu xoĢbəxtliyi axıradək qismət edə bilmədi onlara. Əvvəlcə bürkülü
avqust axĢamında vahimə ilə yurd yerlərindən perik düĢənlərə qoĢulub
Cəbrayıldakı evlərini tərk etdilər. Sonra Taleh adlı ümid çıraqları söndü onların...
Taleh öləcəyi gündən xeyli uzaqda idi onda. Odun-alovun içərisindən sağ
çıxarmaqla Tanrı onu neçə-neçə ağır sınaqdan çıxarası idi hələ...
Cəbrayılın böhranlı çağları məhĢər gününə söykənmiĢdi elə bil. Kimisi
var-dövlətinin, kimisi əldən gedən torpağın hayında idi onda:
Dağlar diksinirdi
bu qəfil səsdən,
Ölüm yol gəlirdi dumanda, sisdə.
Torpağın yaralı sinəsi üstə,
Bir nisgil göyərib bitirdi o gün.
Üfüqlər heyrətdən çatdı "qaĢını",
Buludlar gözünün tökdü yaĢını.
Kimi sərvətini, kimi baĢını, -
Kimi vicdanını itirdi o gün...
168
Dar ayaqda nə baĢını, nə yurd sevgisini, nə də dözümünü itirdi Ġldırım
kiĢi. Ġtirdiyi təkcə illər boyu halallıqla tikdirdiyi topdağıtmaz ev-eĢiyi oldu onun.
"Elnən gələn, toy-bayramdır" - deyib təsəlli verdi özünə. Və yurd ağrıları ilə ya-
Ģadığı günlərin birində oğlu Talehi Cəbrayıl polisinin sıralarına qoĢub xeyir-dua
verdi ona. Taleh Vətənə layiqli oğul olduğunu döyüĢ postlarında da sübut etdi...
Ömrü boyu xəyanət girdabında baĢ kirləyən erməni dığaları atəĢkəsin
hökm sürdüyü bir vaxtda Ġldırım kiĢini, Tamara ananı gözüyaĢlı qoydular. Mart
ayının 2-də (1995), gecəyarı döyüĢ postunda keĢik çəkməyə gedən Taleh qəfildən
atılan güllənin qurbanı oldu. Cavan bir ailə baĢsız, iki yaĢlı bir körpə atasız qaldı o
gecə...
Talehin dəfnində qarlı-sazaqlı Murovda taqım komandiri olan qardaĢı
Valeh də iĢtirak edirdi o gün. O, Talehin qəbiri üstə and içib dedi: "QardaĢ, sənin
və dünyadan nakam gedən cavanlarımızın qisasını yerdə qoymayacağam".
Azərbaysan əsgərinin Vətən qarĢısında Ģərəfə, amala söykənən bu andı igid
oğullarımızı cihada səsləyir hələ də...
Ġsmayılov Mehdi Lətif oğlu
doğulub - 19.05.1972-ci il,
Cəbrayıl rayonu Horovlu kəndi;
Ģəhid olub - 23.12.1993-cü il,
Gəncə bölgəsi
DÜNYANIN QƏM LEYSANI
1993-cü ilin dekabr ayının sonlarında eĢitdik ki, Gəncə ətrafındakı hərbi
düĢərgələrin birində həmyerlilərimizdən bir neçəsi həlak olub. ġəhid olan
cavanların altı nəfəri Horovlu kəndindən idi. Qəfil xəbər qəm leysanına dönüb
didərginlik ağrıları ilə yaĢadığımız neçə-neçə el-obada yağdı üstümüzə.
Qismətimizə düĢən təzə nisgil payı idi, nizamı pozulan Azərbaycan elimizdə
dünyanın bizi üĢüdən dərd yükü, qəm dəryası idi bu faciə. Hamımız qəfil xəbərdən
yerimizdə donmuĢduq elə bil. Kimimiz günahkarları lənətləyir, kimimiz göz
yaĢları içərisində gilə-gilə əriyirdik...