175
qorumaq üçündür" sözlərini xatırlayanda sanki özündə bir yüngüllük hiss etdi.
Övlad ayrılığına dözmək onun üçün nə qədər ağır olsa da, torpağı düĢmənlərdən
qorumağı daha vacib sanırdı.
1993-cü il iyul ayının 7-si idi. Qohum-əqraba, qonum-qonĢu Kamalı yola
salmağa gəlmiĢdilər. XudafisləĢmə anı çatanda Məhəmməd müəllim istəkli
oğlunun boynunu qucaqlayıb:
- Özündən muğayat ol, oğlum! Unutma ki, Vətən, torpaq namusumuzdur.
Onun bir qarıĢını da yağılara vermək olmaz! - deyə ona ata xeyir-duasını verdi.
Anası Səyyarə müəllimə arxasınca su atdı ki, ciyərparasının həyatı həmiĢə aydınlıq
içində olsun...
Kamal Yolçuzadə ordu həyatının ilk günlərindən xoĢ xasiyyəti,
üzüyolalığı ilə komandirlərin, əsgər yoldaĢlarının rəğbətini qazanmıĢdı. Bilik və
bacarığı, dünyagörüĢü ilə də baĢqalarından fərqlənirdi. Andiçmə möhləti çox
çəkmədi. Hərbi təlim baĢa çatdıqdan sonra Zəngilan rayonuna göndərdilər. O,
Zəngilanın müdafiəsində yaxından iĢtirak etdi. Rayon erməni qəsbkarları
tərəfindən iĢğal edildikdən sonra Kamalın xidmət etdiyi hissə Beyləqanda yerləĢdi.
O, görmə qabiliyyəti zəif olduğu üçün mühəndis istehkamçı peĢəsinə yiyələndi.
Kamal burada xüsusi qabiliyyət nümayiĢ etdirdi. Gənc əsgər harada olur-olsun,
istər postda dayananda, istərsə də döyüĢ meydanında bir an da atasının nəsihətlərini
yaddan çıxarmır, komandirlərin əmrlərini sözsüz yerinə yetirirdi. BaĢa düĢürdü ki,
itirilmiĢ torpaqlarımızdan iĢğalçıların çıxarılıb qovulması hər bir əsgərin cəsurluğu
ilə yanaĢı, intizamlı olmasından da çox asılıdır. 1994-cü ilin əvvəllərindən baĢla-
yaraq ordumuzun qazandığı uğurlar zamanı o, bir daha bunun canlı Ģahidi
olmuĢdu.
Füzuli rayonunun Arazboyu kəndləri bir-birinin ardınca ermənilərin
birləĢmiĢ hərbi qüvvələrindən azad olunurdu. Hücumu davam etdirmək üçün
əsgərlərimizin keçəcəyi yerləri ermənilərin basdırdıqları minadan təmizləmək
lazım idi. Bu iĢin yerinə yetirilməsi cəsarət, hünər tələb edirdi. Minaların
partlaması ordumuza böyük itki gətirərdi.
Son dərəcə dəqiqlik tələb edən məsuliyyətli tapĢırığın öhdəsindən
gəlməyə hər adamın qabiliyyəti çatmazdı. Əsgər yoldaĢlarının bir-birinin üzünə
baxdığını hiss edən K.Yolçuzadə bilərəkdən riskə gedərək təhlükəli iĢi öz öhdəsinə
götürdü. Qorxu nə olduğunu eyninə belə gətirməyən igid əsgər çox ustalıqla
minaları zərərsizləĢdirə bildi. Lakin adamın dili
də gəlmir desin, igid əsgər tapĢırığı
uğurla yerinə yetirib geri qayıdanda düĢmən gülləsinə tuĢ gəldi. Onun cəsədini dö-
yüĢ meydanından çıxarmaq mümkün olmadı. Çünki ora düĢmənə çox yaxın idi. Nə
etmək olar. DəhĢətli hadisə baĢ vermiĢdi. Yurdumuzun cəsur oğlu öz həyatı
bahasına onlarla əsgərin ölümünün qarĢısını almaqla yanaĢı hazırlanmıĢ
əməliyyatın müvəffəqiyyətlə baĢa çatmasını təmin etdi. Bu hər adama nəsib
olmayan əsl qəhrəmanlıqdır. Yalnız Vətənini, xalqını sevənlər belə hərəkət edə
bilərlər.
176
K. Yolçuzadə ziyalı ailəsində dünyaya göz açmıĢdı. Mərhum babası Malçı
uzun illər məktəb direktoru iĢləmiĢdi, anası Səyyarə riyaziyyat, atası Məhəmməd
isə ədəbiyyat müəllimidir. Kamal da ailə ənənəsini davam etdirmək arzusu ilə
yaĢayırdı. Fəqət amansız ölüm həvəsini köksündə qoydu. Ömrünün çox erkən
çağlarında Ģəhidlik zirvəsinə ucaldı.
Bilirik Səyyarə bacı, Məhəmməd müəllim, ömrünün 19-cu baharını
yaĢamaq qisməti olmayan Kamal kimi bir igid itirmək ağır dərddir. Bala dağına
dözmək, tab gətirmək o qədər də asan iĢ deyil. Bircə təsəlli ondadır ki, oğlunuz
ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaĢında qəhrəmanlıq zirvəsini
fəth edib. Qəhrəmanlar isə ölmürlər. Sizin belə oğulla ancaq öyünməyə, fəxr
etməyə haqqınız var.
Allah rəhmət eləsin!
Yusifov Elman Bəhram oğlu
doğulub - 17.06.1974-cü il,
Cəbrayıl rayonu Soltanlı kəndi;
Ģəhid olub - 15.08.1993-cü il,
Xocavənd bölgəsi DaĢbaĢı kəndi
BĠR GECƏNĠN FASĠƏSĠ
Son vaxtlar ermənilər yaman quduzlaĢmıĢdılar. Kəndlərimizi, rayon
mərkəzini
raketdən, iriçaplı silahlardan aramsız atəĢə tuturdular. Ancaq niyyətlərini
həyata keçirmək üçün strateji əhəmiyyət kəsb edən yüksəklikləri, ilk öncə isə Cəb-
rayılın giriĢ qapısı olan DaĢbaĢını tutmağa çalıĢır, ağlasığmaz fitnəkarlıqlara əl
atırdılar. DüĢmənin məkrli niyyəti əsgərlərimizi daha diqqətli olmağa, təhlükə
gözlənən postları daim nəzarət altında saxlamağa sövq edirdi. Ancaq heç kimin ağ-
lına gəlmirdi ki, namərd düĢmən zərbəni arxadan vurmağa kirəvə bilər...
Avqust ayının 14-ü idi. Gündüzdən ara-sıra atıĢmalar olsa da axĢamüstü
nisbi sakitlik yaranmıĢdı. Həmin gün Elmangil DaĢbaĢı postunda dayanmıĢdılar.
Birdən erməni quldurlarının ən çox cəmləĢdikləri ġayaq tərəfdən iĢıq gəldiyini gö-
rüb Ģübhələndilər. Dərhal komandirə xəbər verdilər. Əsgərlərimizə həmin nöqtəni