Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   55   56   57   58   59   60   61   62   ...   126

181 
 
duran  özünü  millət  qəhrəmanı  kimi  qələmə  verib,  populist  Ģüarlarla  meydana 
atılırdı. Dünyanın düz vaxtlarında baĢlarını kirləyə bilməyənlər yenicə ayaq tutan 
Milli  Ordumuzun  mühüm  vəzifələrini  qarmalayıb  allaha  bəndəlik  etmirdilər. 
Cəbrayıl  hərbi  alayında  da  belə  idi  o  vaxtlar.  Ġt  yiyəsini,  yiyəsi  itini  tanımırdı 
burda. HarınlaĢdıqca ayağı gözlərinin altını Görməyən bəzi zabitlər orduya yenicə 
gəlib möhkəmlənməmiĢ uĢaqları qızıl gülləyə qurban verirdilər... 
Vahid  Cəbrayılın  süqutuna  qədər  qeyrətlə  vuruĢurdu  cəbhədə.  Xudafərin 
sədalı  torpaqlarımız  harsın  oğullarına  "bəxĢiĢ"  veriləndən  sonra  Arazı  o  üzə 
adlayıb ĠmiĢliyə gəldi... 
Cəbrayılın  igid  oğullarını  hərbi  təlim  keçmək  üçün  Gəncə  ətrafına 
aparmıĢdılar onda.  Cavan əsgərlərimiz yenidən düĢmənlə üz-üzə gəlmək üçün güc, 
qüvvə  toplayırdılar.  Doxsan  üçüncü  ilin  qıĢı  təzəcə  baĢlayırdı  Gəncədə.  Hərbi 
təlimin  qızğın  çağında  mərmi  partlayıĢı  neçə-neçə  qeyrətli  əsgərlərimizlə  yanaĢı 
Kalbalıyev  Vahid  Famil  oğlunun  da  Vətən  üçün  döyünən  ürəyini  əbədi  olaraq 
susdurdu.  Bu  haqqdan  gələn  ölüm  deyildi.  Bəlkə  də  erməni  xəyanətinə 
söykənənlərin  qanlı  bir  addımı  idi.  Vahid  dağılmıĢ  yurd  yerlərimizin  qisasını 
almadan  dünyadan  köçdü.  Vaxt  gələcək  ki,  lay  divar  kürəkli  oğullarımız  onun 
incik ruhunu sevindirəcəklər... 
 
 
 
 
 
 
Kəlbəliyev Cavid Möhübbət oğlu 
doğulub - 03.10.1975-ci il,  
Cəbrayıl rayonu Horovlu kəndi;  
Ģəhid olub - 25.04.1994-cü il, 
Ağdam rayonu Güllucə kəndi 
 
 
 
 
ĠKĠDLƏR ELDƏN GEDƏR 
 
Cəbrayıldan  Füzuliyə  tərəf  uzanan  dağ  yolundan  bir  az  aĢağıda  yaĢıl 
dərələrin  ağuĢuna  sığınan  Horovlu  kəndində  doğulmuĢdu  Cavid.  Ġstiqanlı,  mərd 
adamları ilə, büllur kəhrizi ilə, qədim bağ-bağatıyla və bir də min bir nemət yetirən 
torpağı  ilə  tanınırdı  bu  kənd.  1988-ci  ilin  fevralından  sonra  Cəbrayıldan  o  üzdəki 
dağların  yüksəkliyini  ələ  keçirən  erməni  iĢğalçıları  Horovlunu  hədəf  seçmiĢdilər 
özlərinə. Kəndin  üç-dörd kilometrliyində  qanlı-qadalı  müharibə  getsə  də,  Doxsan 


182 
 
üçüncü ilin avqustuna kimi horovluların əlləri iĢdən soyumamıĢdı. Kəndin qeyrətli 
oğulları  düĢmənin  qarĢısında  qala  kimi  dayanıb  doğma  torpaqlarını  qoruyurdular 
onda.  Camaat  arasında  ölüb-itənlərin  sayı  günbəgün  artsa  da,  igid  oğullarımız 
qeyrətlərinə sığınıb düĢməni aĢağı enməyə qoymurdular... 
Cavid  doxsan  ikinci  ildə  kəndlərindəki  orta  məktəbi  bitirəndən  sonra 
sənədlərini Bakı dənizçilik məktəbinə vermiĢdi. Ġstəyirdi ki, gələcəkdə dənizçi olub 
nəhəng bir gəmidə uzaq-uzaq ölkələri gəzib-dolaĢsın. Ġmtahanların sonunda müsa-
biqədən keçə bilməsə də ruhdan düĢmədi Cavid. Doğma kəndlərinə qayıdıb sovxoz 
fəhlələri ilə çiyin-çiyinə iĢləməyə baĢladı... 
Doxsan  üçüncü  ilin  yazı  yağıntılı  keçdiyindən  horovlunun  taxıl 
zəmilərindən  məhsulu  yığıb,  yığıĢdırmaq  olmurdu  o  yay.  Cavid  qabarlı  əllərinə 
baxdıqca gizli fərəh hissi keçirir, xırmanda qalaqlanan ruzunun bolluğundan ürəyi 
atlanırdı.  Uca  dağların  haça  belində  gizlənib  Horovlunu  hədəfə  alan  düĢmənin 
atdığı qradlar arabir camaatın dincliyini pozsa da, heç kəsin ağlına da gəlmirdi ki, 
bir  azdan  sonra  təpənin  üstündəki  dolu  xırman  da,  illərdən  bəri  kənd  adamlarının 
qabarlı  əlləri  ilə  aĢağı  sıralanan  yarlı-yaraĢıqlı  evləri  də  düĢmən  kəməndinə 
keçəcəkdir... 
Onda  hələ  Cəbrayıllı  igidlərin  dözümü  ovxardan  düĢməmiĢdi.  Onda  hələ 
yurda  sipər  oğullar  QıĢlaqda,  Süleymanlıda,  DaĢbaĢıda,  Dolanlarda,  Sirikdə, 
Qazanzəmi  ətrafında  düĢmənin  üzü  Araza  gələn  yollarında  sədd  kimi 
dayanmıĢdılar... 
Cəbrayıl elimizə bəla qəfildən gəldi o yay. Avqustun on beĢində DaĢbaĢı 
postunda  dayanan  on  səkkiz  igid  əsgərin  amansızlıqla  qətlə  yetirilməsi  xəbəri  bu 
torpağın  əzmini  sındırdı  elə  bil.  ġəxsi  qazanc  məqsədi  ilə  orduya  doluĢan  bir  sıra 
səriĢtəsiz  zabitlərin  qorxaqlığı  (bəlkə  də  gizli  xəyanəti)  ucbatından  düĢmən  bircə 
həftənin içində alınmaz qala hesab edilən Süleymanlı, QıĢlaq, Sirik, Cəbrayıl, Dağ 
Xələfli,  Qazanzəmi,  Hovuslu,  Ġsaxlı,  Daqqumas  yaĢayıĢ  məntəqələrini  iĢğal  edib 
Arazboyu torpaqları hədələməyə baĢladı... 
O  müdhiĢ  günlərdə  Horovlu  kəndi  də  erməni  təcavüzünün  qurbanı  oldu. 
Dövlət  səviyyəsində  etibarlı  kömək  görmədiyindən  vahiməyə  düĢüb  doğma 
torpaqlarını  tərk  edib  qaçanların  Gəyən  çöllərindən  üzü  DaĢburunadək  köçü 
baĢladı... 
O  boranlı  günlərdə  Cavidgilin  ailəsi  də  yurdundan  perik  düĢənlərin 
köçünə  qoĢulub  minbir  əziyyətlə  Biləsuvara  gəlib  çıxdılar.  Rahat  ev-eĢiklərindən 
əlləri  üzülənlər  Muğan  düzündə  talelərinə  düĢən  ağrı-acıları  dəf  etmək  üçün 
Tanrıya üz tutub ondan imdad dilədilər... 
1993-cü ilin dekabr ayında Cavidə çağırıĢ vərəqəsi gələndə o, ləngimədən 
hərbi  komissarlığa  üz  tutdu.  Biləcəri  çağırıĢ  məntəqəsində  onu  cavan  əsgərlərlə 
birlikdə  Nasoslu  qəsəbəsindəki  hərbi  təlim  məntəqəsinə  gətirdilər.  Bir  neçə  gün-
dən  sonra  N.  Tusi  adına  APU-da  iĢləyən  əmisi  Əhməd  Gəlbəliyev  də  onun 


183 
 
görüĢünə  gəldi.  Ağsaçlı  alim  qardaĢı  oğlundan  ayrılanda  əlini  onun  kürəyinə 
vurub: 
- Cavid, oğlum, - dedi, - yadında saxla ki, özümüzə ana bildiyimiz Vətən 
torpağı  bu  gün  sənin  kimi  qeyrətli  oğullardan  imdad  diləyir.  Arzum  budur  ki, 
qələbə  sevinci  ilə  geri  dönəsən.  Allah  qoysa  o  vaxt  ayaqların  altında  qurban 
kəsəcəyəm... 
Əmisinin  sözlərindən  kövrəlsə  də  Cavid  onunla  vidalaĢıb  mətin 
addımlarla əsgər yoldaĢlarına tərəf üz tutur... 
Və bundan sonra Cavidin cəbhə həyatı baĢladı... 
Bakıdan ayrılanda  Cavid  çoxdan bəri üzlərini  görmədiyi  atası Möhübbət 
kiĢini,  anası  Gülbəs  xalanı,  qardaĢı  Fazili,  bacıları  Təranəni,  Firuzə  və  Təricəni 
düĢünə-düĢünə  öz-özünə  təsəlli  verdi  ki,  eybi  yoxdur,  Allah  qoysa 
komandirlərimdən icazə alıb bir gün gedib onlarla da görüĢərəm... 
 
Nisgilində yaĢamaqdan bezmiĢəm,  
Həsrətinə tablaĢmıĢam, dözmüĢəm.  
Demə səndən əllərimi üzmüĢəm,  
Qoynuna yenidən gələydim barı... 
 
Ancaq  Güllücədəki  qanlı  döyüĢlərdən  sonra  Cəbrayıl  torpaqlarına  qədəm 
basmaq  istəyi  də  Cavidin  ürəyində  getdi.  Onu  Mil  düzünün  məĢhur  əmək 
qəhrəmanı  Sərdar  Ġmrəliyevin  uyuduğu  kənd  qəbiristanında  torpağa  tapĢırdılar. 
Atalar "igidlər eldən gedər", - deyiblər. Cavid kimi eldən gedən qeyrətli oğulların 
Tanrı əvəzini versin... 
 
 
 
 
 
 
Kəlbəliyev Nəsir Sirac oğlu 
doğulub - 09.07.1967-ci il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 18.04.1994-cü il, 
Füzuli bölgəsi 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə