Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   54   55   56   57   58   59   60   61   ...   126

178 
 
bəndələri  cavankən  dünyadan  aparır.  Və  bunun  müqabilində  nakam  bəndələrinə 
əbədi olaraq xatırlanmaq haqqı verir... 
Kazımov  Vahab  Mahmudlu  stansiyasında  doğulub  yaĢadığı  illərdə 
çevikliyi  ilə  tanınıb,  bu  istiqanlı  oğlan  oxuduğu  məktəbdə  müəllimlərinin  də 
diqqətini  özünə  çəkmiĢdi.  ġükürbəyli  kənd  orta  məktəbinin  idman  Ģərəfini 
ləyaqətlə qoruyan Vahab ara-sıra keçirilən yarıĢlardan qalib kimi qayıtdıqca mək-
təb yoldaĢlarının həsəd dolu baxıĢlarını hiss etsə də, hər yerdə özünü sadə aparırdı. 
Elə  buna  görə  də  çoxlarının  sevimlisi  idi  o.  Orta  məktəbin  yuxarı  siniflərində 
Vahab  gələcək  sənətini  də  sevib-seçmiĢdi  -  ali  pedaqoji  məktəbin  idman  fa-
kültəsində  oxumaq  istəyi  ilə  yaĢayırdı  bu  yeniyetmə  oğlan. Tanrı  aman  versəydi, 
xoĢ bir gələcək gözləyirdi onu... 
Gündən-günə yurdumuzda miqyasını geniĢləndirən qanlı-qadalı müharibə 
Vahabı da  yolundan  saxladı.  O,  yurd  sevgisini oxumaqdan üstün tutub 1992-ci il 
iyunun 26-da cəbhədə döyüĢən igidlərimizin cərgəsinə qoĢuldu... 
Milli  Ordumuzun  Cəbrayıl  hərbi  hissəsində  Vahabın  böyük  qardaĢı  Ġlqar 
da  döyüĢürdü  onda.  Keçirilən  hərbi  əməliyyatlarda  hər  iki  qardaĢ  bəzən  birlikdə 
iĢtirak edir, yan-yana dayanıb düĢmənin üstünə od yağdırırdılar. Bir dəfə, deyəsən, 
"Göy  Kədik"  əməliyyatından  bir  az  əvvəl,  Ġlqar  Vahaba  demiĢdi  ki,  qardaĢ,  hər 
ikimizin  bu  əməliyyatda  iĢtirak  etməyimiz  düzgün  deyil.  Atalar  demiĢkən,  Ģər 
deməsən xeyir gəlməz. Vahab əlüstü ona etiraz edib: 
-Mən  səni  tək  buraxa  bilmərəm.  Anama  söz  vermiĢəm,  necə  ki,  canımda 
can var səninlə döyüĢə birlikdə gedəcəyəm... 
XoĢbəxtlikdən o döyüĢdə hər iki qardaĢ axıra kimi cəsarətlə vuruĢub sağ-
salamat geri dönmüĢlər... 
Anası ġəfiqə xanım deyir ki, Vahab martın  əvvəllərində icazə alıb bir-iki 
günlüyə  evimizə  gəlmiĢdi.  QonĢuluqdakı  Sabir  adında  bir  oğlandan  Vahab  üçün 
aldığım bir dəst xarici kostyumu onun əyninə geyindirib: 
-Mübarəkdir,  Vahab,  -  dedim.  -  Gün  o  gün  olsun  ki,  bu  kostyumu  ali 
məktəbə geyəsən. 
Vahab heç özü də bilmədən ürəyimi qırdı onda: 
-Eh, ay ana,  görək hələ bu dava nə vaxt baĢa çatır. Ona qədər ya qismət, 
kimi yaĢaya, kim qala... 
-Qurban olum, ay Vahab, belə deyib ürəyimi üzmə. Allah qoysa institutda 
oxuyacaqsan da, toyunu da eləyəcəyik... 
Vahab elə bil "səhvini" anlayıb mənə ürək-dirək verdi: 
-Qorxma ana, mən sözgəliĢi dedim bunları, hələ ölümə qədər görüləsi iĢlər 
çoxdur. Bir də ki, kimin alnına nə yazılıbsa, o da olacaq... 
-Elə bil ölümü özünə ayan olmuĢdu o gün. Birdən nə desə yaxĢıdır mənə? 
-Ana,  gəl  bəri  baĢdan  Ģərt  kəsək,  ölüb-eləsəm,  ağlayıb  özünü  üzmə. 
Yadında saxla ki, taleyin verdiyindən qaçmaq olmaz... 


179 
 
Və  səhərisi  gün  anası  ilə,  atası  YaĢarla,  kiçik  qardaĢı  Anarla  sağollaĢıb 
yenidən cəbhəyə qayıtdı Vahab... 
Allahverdiyeva  Rəfiqə  müəllimənin  dediklərindən:  iyul  ayının  (1992) 
əvvəllərində Sumqayıt Ģəhərindəki iĢ yerimdən evə dönəndə eĢitdim ki, bacım oğlu 
Vahabı ağır vəziyyətdə Bakıya gətiriblər. Tez özümü çatdırdım ona... 
Həkimlərin  qayğısı  sayəsində  üç  aydan  sonra  yaraları  sağalmağa  baĢladı 
Vahabın. Ayağa duran kimi təzədən cəbhəyə can atdı. Ġstəyirdi ki, QıĢlaq postunda 
dayanarkən  onu  yaralayan  düĢmənlərdən  xəstəxanada  yatarkən  üç  ay  ərzində 
çəkdiyi əziyyətlərin əvəzini çıxsın... 
ġəfiqə bacı deyir ki, avqust ayının 13-də (1993) evimizə gəlmiĢdi Vahab. 
ĠĢdən  qayıdanda  onu  divanın  üstə  uzanan  görüb  ehtiyatla  yan  otağa  keçdim. 
Hənirimi  eĢidib  ayağa  qalxaraq  boynuma  sarıldı.  Sabahısı  gün  gedəndə  dedi  ki, 
arxayın olun iki-üç gündən sonra yenidən sizə baĢ çəkəcəyəm... 
O  son  görüĢdən  bircə  gün  sonra  DaĢbaĢı  postundan  cənazəsini  gətirdilər 
Vahabın.  On  doqquz  yaĢlı  bu  cavanın  yarıaçıq  gözlərindən  elə  bil,  "illər,  sizdə 
nəyim  qaldı?"  sualı  asılıb  qalmıĢdı.  Bu  cavabsız  sual  el-obanın  çiyinlərində  gor 
evinə  yollanan  Vahabın  arxasınca  boylanıb  hönkürə-hönkürə  misralara 
çevrilməkdəydi o gün: 
 
Bu dünyanın yolu uzun,  
Duyğularım qıĢım, yazım.  
Ömür mənim qarım, buzum – 
Ġllər, sizdə nəyim qaldı? 
 
 
 
 
 
Kalbalıyev Vahid Famil oğlu 
doğulub - 13.06.1969-cu il, 
Cəbrayıl rayonu Horovlu kəndi; 
Ģəhid olub - 22.12.1993-cü il, 
Gəncə bölgəsi 
 
 
 
 
ÖMRÜN ġƏHĠDLĠK YOLU 
 
ġəhidlərin  ömür  yolu  paralel  tale  xətlərinə  bənzəyir.  Alın  yazıları  kimi 
qeyrətdə  də  bir-birlərinə  oxĢarı  var  onların.  Hardasa  ömür  yolları  bir  nöqtədə  uc-


180 
 
uca  düyünlənib,  Tanrı  qapısına  üz  tutur.  Bəlkə  elə  buna  görə  də  Ģəhidlərimizdən 
söz  açan  yazılarımızda  hardasa  oxĢarlıq,  üst-üstə  düĢən  məqamlar  açıq-aydın  hiss 
olunur.  Bu  bizdən  asılı  deyil,  bu  iĢdə  istedadı,  qələmi  günahlandırmaq  əbəsdir. 
Bəzən taleyi, alın yazısı al günəĢin zərrəsi kimi oxĢar olan igid oğullarımızın döyüĢ 
yolları da paralel xətlərə bənzəyir. Cəbrayıl elimizin perik düĢüb yurda səpələndiyi 
bir  vaxtda  Ģəhid  ailələri  ilə  görüĢüb  onların  qeyrətli  balalarının  ömür  cizgilərini 
aramaq istəyimiz təkcə bizdən asılı deyil... 
Vahidin  ömür  yolu  altmıĢ  doqquzuncu  ilin  on  üç  iyunundan  baĢlayıb. 
Valideynləri  Famil  kiĢini  (atası  bir  neçə  il  qabaq  dünyasını  dəyiĢib),  Gülü  bacını 
Horovluda  zəhmət  adamları  kimi  tanıyıblar.  1987-1989-cu  illərdə  Primorsk 
diyarında  əsgəri  xidmətdə  olub  Vahid.  Ġllər  boyu  əsgər  -  Azərbaycan  balalarını 
Amurda, Qazağıstan çöllərində, Uzaq  ġərqdə... fəhlə kimi iĢlədib  müasir silahlara 
yaxın  buraxmayan  imperiyanın  məkrli  sifəti  doxsanıncı  illərdən  sonra  bəlli  oldu 
bizə. Üstümüzə yağılar ayaq açanda əsgəri xidmətlərini fəhlə batalyonlarında baĢa 
vuran  ürəyi  təpərli  oğullarımız  adicə  avtomat  silahın  belə  "dilini"  döyüĢ 
meydanlarında öyrənməli oldular. Vahid də aldadılan, imperiya hərbi qanunlarının 
hökmü ilə ömrünün iki ilini havayıdan itirən cavanlarımızdan idi... 
Horovluya qayıdandan  sonra Cəbrayıl Ģəhərindəki çörək zavodunda fəhlə 
iĢləyirdi Famil.  El-obamızın dincliyi pozulub, tifaqı dağılanda çörək ətirli əlləri ilə 
silahdan yapıĢmalı oldu. Kəndlərində deyiklisi olsa da, müharibə qurtarandan sonra 
evlənmək arzusunda idi. Onu hamıdan artıq istəyən bacısı Tamellanın: 
-Ay  qağa,  icazə  ver  xeyir  iĢini  eləyək,  vallah  toyunda  qol  götürüb 
oynamaqdan  ötrü  neçə  ildir  yolunu  gözləyirəm  -  sözlərini  eĢidəndə  qarayanız 
sifətindən boylanan- təbəssümlə: 
-Darıxmayın,  hələ  evlənmək  vədəsi  deyil.  Kəndimizdə  o  qədər  namərd 
gülləsinə tuĢ gələn cavanlarımız var ki, onların qanını almayınca evlənmək fikrinə 
düĢən deyiləm, - deyirdi. 
Belə vaxtlarda anası Gülsümun bulud kimi dolan gözlərindən öpüb: 
- Qurban olum ay ana, - deyirdi. - Allah qoysa evlənəcəyəm də, nəvələrin 
də olacaq. Bir azca səbir edin, müharibə bu gün, sabah baĢa çatasıdır... 
Vahid  bu  sözləri  deyəndə  hardan  biləydi  ki,  bu  müharibə  bəzi  üzdəniraq 
soydaĢlarımızın  qazanc  yeri,  gəlir  mənbəyidir.  Belələri  heç  vaxt  müharibənin 
qurtarmasını istəməzlər. Əslində müharibəyə-zada oxĢamırdı bu savaĢ. Surda hərbi 
əməliyyat keçiriləndə  Füzuli  bölgəsindəki  hərbi hissədən  səs  gəlmirdi.  Qubadlıda 
ərənlərimiz  düĢmən  üstünə  yeriyəndə  Zəngilanın  baĢbilənləri  düĢmənlə  "sülh" 
danıĢıqları  aparırdı.  ġınıx  od  tutub  yananda  Qazax,  Tovuz  topa  tutulanda  Tərtər, 
Ağdam  susurdu.  Bu  gizli  oyunların  mənasını,  mahiyyətini  bir  tərəfə  yozub  çıxara 
bilmirdi Vahid. Əslində bu onun əsgəri borcuna aid deyiddi. Bircə onu bilirdi ki, 
qarĢı  tərəfdə  arxalı  köpək  timsallı  düĢmən  timsah  kimi  ağzını  açıb  Horovlunu, 
QıĢlağı, Dağ Tuması, Mərcanlını, DaĢkəsəni... udmağa hazırlaĢır. Onun qarĢısında 
tab  kətirmək  üçün  gərək  ağıllı  sərkərdən,  güclü  arxan  ola.  O  vaxtlar  hər  yerindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə