188
Rəfayılgilin qoruduğu postu düĢmən çoxdan idi ki, ələ keçirmək istəyirdi.
Ancaq igid zenitçilərimiz quldurlara aman vermir, güclü zərbələr endirməklə onları
əvvəlki mövqelərinə çəkilməyə məcbur edirdilər. Bu igid oğlanın döyüĢ yolu 1993-
cü il avqustun 15-də sona çatdı. Əsgərlərimizdən sayca qat-qat artıq olan
düĢmənlər DaĢbaĢı postunda yurda keĢik çəkən igidlərimizi gecənin bir aləmində
mühasirəyə aldılar. Qeyri-bərabər vuruĢda əsgərlərimiz sonuncu nəfəslərinə qədər
mərdliklə vuruĢub bir addım da geri çəkilmədilər. On səkkiz nəfər Ģəhidin arasında
Ģəmkirli balası Rəfayıl da var idi o gecə...
Cəbrayıl camaatı Rəfayılın tabutunu al-qumaĢa tutub ehtiramla yola
saldılar o səhər. Məmməd kiĢinin, Zərəngiz ananın qeyrətli balası Rəfayıl
Gülməmmədov ġəmkir torpağına Ģəhid kimi qayıtdı. DaĢbaĢı faciəsi yada düĢəndə
Rəfayılın adı da ehtiramla anılır, cəbrayıllı Ģəhid anaları onu da ağılara qatıb
əzizləyirlər:
Vətən üçün oddan keçdin,
Bir qeyrətli igid oldun.
Sən ġəmkirdə doğulmuĢdun,
Cəbrayılda Ģəhid oldun...
Mehdiyev Zaur Murad oğlu
doğulub - 19.05.1975-ci il,
Bakı Ģəhəri;
Ģəhid olub - 25.04.1994-cü il,
Tərtər bölgəsi
MƏNĠ UNUTMAYIN...
Doxsan beĢinci ilin yanvar ayının ilk günlərində Bakıda olarkən taleyin
didərginlik ağrı-acıları ilə üzləĢən həmyerlilərimizdən eĢitdik ki, Etibar müəllim
neçə vaxtdır ki, bizimlə görüĢmək arzusundadır. Ertəsi gün soraqlayıb tapdıq.
Cəbrayıl ərazisi düĢmən əlinə keçəndən sonra Binəqədi rayonu ərazisində yaĢayan
qohumlarına pənah gətirib Etibar. Dağlar qoynundakı Qaracallı kəndindən sonra
sığındığı qohum evi onu sıxsa da taleyin qəfil sınağına sinə gətirib gec-tez doğma
189
yurd yerlərinə qayıdacağı ümidi ilə yaĢayır Etibar. Ġl yarım ayrılıqdan doğan
həsrətlə görüĢəndən sonra ona:
-EĢitdik yaxın qohumlarından Ģəhid olan var. Allah rəhmət eləsin, torpağı
sanı yaĢayasınız...
Etibar dərindən köksünü ötürüb:
-Elə buna görə sizi axtarıram. Aydın kiĢi mənə bərk-bərk tapĢırıb ki, harda
tapsam sizi onun yanına aparım, - dedi...
Yarım saatdan sonra Koroğlu küçəsində "Qaracallı məhləsi" adı ilə
tanınan evlərdən birinin qapısını döyüb içəri keçdik...
Aydın dayı Cəbrayıl rayonunun Qaracallı kəndində dünyaya göz açıb. Bu
oymağın dağına, yamacına, hər qarıĢ torpağına belə bələddir. 1941-ci ilin hərb
tufanı onu da doğma el-obasından perik salıb. ĠĢtirakçısı olduğu Böyük Vətən
müharibəsindən sonra baĢı müsibətlər çəkib. Stalin repressiyasının cəhənnəm
əzablarını gözü ilə görüb "o dünyadan" sınıb-sıxçalanmıĢ vəziyyətdə qayıdan bu
zəhmətkeĢ kiĢi axır ki, Bakıda qərar tutub. Ağır illərdə ona arxa-dayaq olan alman
qızı Ella xanımla əl-ələ verib özlərinə ev-eĢik düzəldiblər. Cəbrayılın iĢğalından
sonra Qaracallıdan olan yaxın qohumlarına əl uzadıb onları isti ocaqlarının baĢında
əyləĢdirib...
Demə illər boyu kipriyi ilə od daĢıyan Aydın dayının görəcəkli günləri
arxadaymıĢ. Ömrünün ahıl çağlarında yurd ağrısı
çəkmək bir yana, Ģəhid oğul itkisi
ilə göz yaĢları axıtmalıymıĢ o da...
Zaur babası Aydın kiĢinin himayəsində böyüyüb. Dünyanın min bir üzünü
görən Aydın dayı onu özünə nəvə yox, oğul payı hesab edib. Zaur 1992-ci ildə
Binəqədi rayonundakı 276 saylı orta məktəbi bitirəndə Aydın babanın, Ella
nənənin uçmağa qanadı olmayıb. Doğma ata ocağı ilə qırılmaz tellərlə bağlı olan
Aydın kiĢi dünyanın düz vaxtlarında Zaurun əllərindən tutub dönə-dönə
Qaracallıya aparıb. Ġndi özünün kövrələ-kövrələ dediyi kimi, ürəyində tutubmuĢ ki,
Zaur böyüyüb ərsəyə yetəndən sonra onunla birlikdə doğma kəndinə qayıdıb
ömrünün qalan illərini burada yaĢasın...
Ella nənə deyir ki, fərasətli uĢaq idi Zaur. Orta məktəbdə oxuduğu illərdə
idmanın karate növü ilə məĢğul olmuĢdu. Ġngilis dili ilə dərindən maraqlandığından
hələ aĢağı siniflərdə oxuyarkən bu dildə sərbəst danıĢıb yazırdı. Orta məktəb
müəlliməsi Zərifə xanım onu öz oğlu kimi sevir, gələcəyinə böyük ümid bəsləyirdi.
Özündən kiçik qardaĢı Emin, xalası qızı Könül adı ilə öyünürdülər Zaurun...
Torpaqlarımızda müharibə getdiyi bir zamanda yurdunu ürəkdən sevən
Mehdiyev Zaur Murad oğlu da əlinə silah alıb düĢmən qabağına çıxdı. YaĢıdları
arasında həlim xasiyyətli bir oğlan kimi tanınan Zaur soyuq səngərlərə sığınıb
Vətən torpağını qeyrətlə qoruyurdu. Ən çətin dəqiqələrdə belə qarabuğdayı sifə-
tindən təbəssüm əskik olmurdu. Məkrli düĢmən cildinə girib onu qarabaqara
izləyən ölümü yaxına buraxmırdı Zaur. Ella nənə, yaxın qohumları deyirlər ki, hər
dəfə görüĢəndə ona deyirdik ki, Zaur, amandır, özünü qoru, kirəvəni əldən vermə.