Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   56   57   58   59   60   61   62   63   ...   126

184 
 
DAĞLARA SIĞINAN ÖMÜR 
 
Ulu  dağların,  durna  gözlü  bulaqların  həsrətinə  dözməyən  Nəsir  hər  il 
yayın əvvəllərində Gəyəndən adlayıb Həkəri çayı boyunca üzüyuxarı Laçına tərəf 
diklənər,  Hoçazdan  keçib  FərmiĢ  təpədə  dincini  alardı.  Erməni  vəhĢiləri  Laçını 
kəməndə salandan sonra qəfəsə salınmıĢ Ģirə bənzəyirdi Nəsir. Rayonun Ģimalında 
yüksələn  dağlara  üz  tutsa  da,  buradan  atılan  qradların  vahiməli  səsləri  dağı-daĢı 
lərzəyə salır, sürünü hürküdüb əlindən çıxarırdı... 
Qarabağ savaĢı baĢlayandan sonra bəlkə də hamıdan artıq Nəsirin növrağı 
pozulmuĢdu.  Aranın  istisinə  dözməyə  tabı-taqəti  qalmamıĢdı  heç.  Bir  yandan  da 
dilsiz-ağızsız  qoyun-quzunun  örüĢünün  kasadlığı  Nəsiri  yandırıb  tökürdü.  ġayaq 
yüksəkliyi  ermənilər  tərəfindən  ələ  keçiriləndən  sonra  dərdinin  üstə  təzə  dərd 
gəlmiĢdi  onun.  Erməni  vəhĢiliyi  ilə  dönə-dönə  üzləĢən  camaatın  dözümü-tavanı 
qalmamıĢdı daha. Çoxlarının bir ayağı qaçaqaçda idi... 
Ġllər boyu köç yolu ilə dağa-arana gedib Ģad-xürrəm evinə qayıdan Nəsir o 
müdhiĢ oktyabr günlərində ilk dəfə idi ki, erməni vəhĢiliyi ilə üzbəüz dayanmıĢdı. 
Nəsir  dilini  diĢi  ilə  tutub  ürəyindən:  "Öldü  var,  qoyun-quzunu  bu  köpək  uĢağına 
verdi  yoxdur",  -  dedi.  -  "Qoy,  düĢmən  əlinə  keçincə  elin  bərəkəti  sulara  qərq 
olsun".  O,  dediyi  kimi  də  etdi.  Arazdan  o  üzə  keçəndə  özü  ilə  təkcə  çomağını 
çıxara  bilmiĢdi.  Hirsindən  onu  da  qolu  gəldikcə  qolaylayıb  Cəbrayıl  rayonunun 
Saatlı Ģəhərində yerləĢən hərbi komissarlığına gəldi... 
"Anam  on  uĢaq  doğub,  biri  olmasa  da  keçinər,  Ancaq  Vətənsiz  yaĢamaq 
olmaz..."  Bu  Nəsirin  öz  sözləridir,  cəbhəyə  yollananda  deyib.  Ġllər  boyu  halal  bir 
sənətin qulpundan yapıĢan Nəsir çomağını yerə sancıb, avtomat silahdan yapıĢmalı 
oldu.  Doxcan  dördüncü  ilin  aprel  ayının  on  səkkizinə  kimi  qeyrətlə  vuruĢub.  Heç 
kimdən əskik olmadığını sübuta yetirdi... 
Beyləqanın  3  saylı  Sovxozundakı  qəbiristanda  ölüm  yuxusuna  gedən 
Nəsirin  ailə  ocağında  Sevil  adlı  qız  balası  böyüyür.  Tanrı  onu  yaman  gözdən 
qorusun... 
 
 
 
 
 
 
 
 
 
 
 
 


185 
 
 
 
 
Kərimov Elçin AmaĢ oğlu 
doğulub - 15.03.1975-ci il, 
Bakı Ģəhəri; 
Ģəhid olub - 31.12.1993-cü il, 
Ağdam rayonu Salahlı kəndi 
 
 
 
 
NAMƏRD, ƏLĠN QURUSUN 
 
Yayın  qızmar  günlərinin  birində  Ruqiyyə  nənə  "Səda"  qəzeti 
redaksiyasına gəlib bizimlə görüĢdü. Özü ilə gətirdiyi Ģəkli əzizləyə-əzizləyə: 
-Namərd, əlin qurusun, belə oğula da qıyarlarmı? - dedi. -Anası ölmüĢ nə 
görmüĢdü  dünyada?  On  səkkiz  yaĢı  hələ  tamam  olmamıĢdı  Elçin  balamın.  Körpə 
uĢağa bənzəyirdi... 
Ruqiyyə nənə Ģəklə maraqla baxdığımızı görüb təzədən odlandı elə bil: 
-Elçini tanıyırdınızmı?  
Susduğumuzu görüb sualına özü cavab verməli oldu: 
-Eh,  hardan  tanıya bilərdiniz  onu. Təzə-təzə boyu çıxırdı.  UĢaq olmasına 
baxmayın,  çinar  kimi  qollu-qanadlı  idi.  Anası  ölmüĢ  DilĢad  balamın  gözünün  ilk 
ovu idi Elçin. Atası AtaĢ gözləri üstə saxlayırdı onu. Bir yanımlı, istəkli oğul idi ki, 
günün  günorta  çağı  əli  çıraqlı  gəzsəydin,  tayını-bərabərini  tapmazdın  onun.  Əlin 
qurusun, namərd, niyə qıydın Elçinimə... 
Ruqiyyə  nənə  o  gün  elə  kövrəlmiĢdi  ki,  onu  ovundurmağa  hünərimiz 
çatmırdı.  Ürəyimizdən  keçən  nisgilli  duyğular  kövrək  misralara  çevrildikcə  Elçin 
barmaq boyda Ģəklindən boylanmaqdaydı dünyamıza: 
 
DüĢmənin qarĢısında,  
Nə sındın, nə əyildin.  
On səkkiz yaĢ nədir ki,  
Sən ölməli deyildin. 
 
Novruz  bayramına  beĢ  gün  qalmıĢ  Bakı  Ģəhərində  doğulmuĢdu  Elçin. 
Valideynləri doğma DaĢkəsən kəndinə üz tutanda o, təzə-təzə ayaq açıb yeriyirdi. 
Ağlı  kəsəndən  ana  təbiətin  vurğunu  idi.  Kəndlərindən  yuxarıdakı  dağlara,  Araza 
tərəf  sıralanan  gündə-gündə  təpələrə  baxmaqdan  doymurdu.  Baharın  ilk 
çağlarından  yayın  ortalarınadək  çiçəyi  əskik  olmayan  yaĢıl  yamacları  gəzib 


186 
 
dolandıqca  cənnət  hesab  edirdi  DaĢkəsən  torpağını.  Orta  məktəbin  son  sinfində 
oxuyarkən  ürəyində  qət  etmiĢdi  ki,  hərbçi  olacaq.  Bəlkə  elə  buna  görə  də  əli 
attestata  çatan  kimi  sənədlərini  Bakıdakı  hərbi  məktəbə  verdi.  Müsabiqədən  keçə 
bilməsə də özünü sındırmadı. Buradakı tikinti idarələrinin birində çilingər iĢləməyə 
baĢladı. Niyyəti növbəti dəfə hərbi məktəbə üz tutub təzədən bəxtini sınamaq idi. 
Hərbi  komissarlıqdan  çağırıĢ  vərəqəsi  gəldiyini  eĢidən  kimi  yubanmadan 
doğma  Cəbrayıla  qayıtdı  Elçin.  Ġki  gündən  sonra  onun  səsi,  sədası  Murovdan 
eĢidildi.  Talemi,  yoxsa  torpaq  istəyimi  onun  yolunu  yenidən  Cəbrayıl 
torpaqlarından  saldı.  Elçin  burada  Cəbrayıllı  igidlərə  qoĢulub  düĢmənlə  üz-üzə 
dayandı.  1993-cü  ilin  avqust  ayında  QuĢçular,  Qaraçallı,  Süleymanlı  kəndləri 
uğrunda  gedən  döyüĢlərdə  fəal  iĢtirak  edib  oddan,  alovdan  keçdi.  Bədəninin  sol 
tərəfindən qəlpə yarası alsa da döyüĢün axırına kimi mövqeyini tərk etmədi... 
1993-cü ilin payızında Kərimov Elçin  AtaĢ oğlu artıq  Ağdam bölgəsində 
idi.  Ata  ocağı  DaĢkəsənə  əlləri  yetiĢməsə  də  Vətən  torpağının  bir  parçası  bildiyi 
Salahlını qorumaq üçün son gücünü toplamaqda, iradəsini köməyə çağırmaqda idi. 
Hələ çox cavan olsa da, döyüĢlərdə xeyli təcrübə qazanmıĢ, düĢmən həmlələrindən 
qorunmağın yolunu öyrənmiĢdi, bəlkə ona görə də ölümü eyninə gətirmir, döyüĢə 
ürəklə atılırdı. 
Deyirlər  düĢmən  adətən  ən  igid  əsgərləri  birinci  növbədə  susdurmağa 
çalıĢır.  O,  qarlı-boranlı  dekabrda  yağı  gülləsi  Elçini  tez  haqladı.  Onun  al-qanı 
Ağdam  torpağına  çilənəndə  ruhu  Tanrı  dərgahına  üz  tutdu.  Ulu  varlıq  Elçinin 
gəliĢini gözləyirdi elə bil, qollarını geniĢ açıb onu məhəbbətlə bağrına basdı. Elçin 
Tanrı dərgahının əbədi sakinlərindən biri oldu həmin gün... 
Elçinin  Bakıxanov  qəsəbəsindəki  qəbiristanda  əzizlənən  gor  evi 
torpağımızın  qürub  üzünə  boylanmaqdadır  hələ  də.  Orada  viran  qalan  yurd 
yerlərimiz haray çəkir, igid oğullarımızı qisasa çağırır. Ulularımız "qisas qiyamətə 
qalmaz", - deyiblər... 
Hər  dəfə  Elçin  yadımıza  düĢəndə  Ruqiyyə  nənənin  bir  az  kövrək,  bir  az 
üzüntülü səsi gəlir qulaqlarımıza: 
-Namərd, əlin qurusun, Elçinimə niyə qıydın?.. 
Bu səs yaxamızdan yapıĢıb bizə: 
-Ölümə  ölüm,  qana  qan,  -  deyir.  -  Ulu  yurd  yerlərimizi  azad  edib  Ģəhid 
oğullarımızın qisasını almayınca yaxamızdan əl çəkən deyil bu səs...  
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə