Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   48   49   50   51   52   53   54   55   ...   126

161 
 
 
Ġmanov Müslüm Cəmil oğlu 
doğulub - 24.09.1969-cu il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
O GÜNLƏRĠ TEZ GÖRƏYDĠK... 
 
Cəbrayıl  torpağı  səksən  səkkizdən  üzü  bəri  1993-cü  il  avqust  ayının  on 
beĢi  gecəsindəki  qədər  ağır  müsibəti,  faciəni  görməmiĢdi  hələ.  O  bürkülü  yay 
axĢamı  son  beĢ  il  ərzində  düĢmən  qarĢısında  alınmaz  qala  kimi  dayanan  DaĢbaĢı 
postu ilk dəfə idi ki, yağı tapdağı altda qalmıĢdı. 
O gün ağır elli Böyük  Mərcanlının  səkkiz igid oğlu Ģəhid  olandan sonra, 
düĢmənin caynağına keçmiĢ, vətən qeyrəti çəkən bu cavanların cəsədləri tanınmaz 
hala  salınmıĢdı.  Səkkiz  atanın  bir  anın  içərisində  beli  bükülmüĢ,  oğul  deyib  nalə 
çəkən səkkiz ananın dili-ağzı qabar bağlamıĢdı o gün. Səkkiz evin illərdən bəri gur 
yanan  iĢığını  fələk  bir  anda  söndürmüĢdü  öz  əli  ilə.  Yox,  bu  fələyin  iĢi  deyildi. 
Cəmil  kiĢiylə,  Suğra  anayla  fələyin  nə  düĢmənçiliyi  vardı,  axı.  Nə  qədər  insafsız 
olsaydı  belə  onların  Müslüm  adlı  balasına  qıyıb  əl  qaldırmazdı  fələk.  O  gecə 
DaĢbaĢıda  Müslümün  və  onun  əsgər  dostlarının  -  uĢaqlıq  yoldaĢları  Arifin, 
Fərhadın, Cəbrayılın... qanını axıdan fələk deyildi - iblis cildinə, Ģümür qiyafəsinə 
girən erməni quldurları idi... 
O  gecə  Suğra  ana  çimir  eləməmiĢdi,  gözünü  yummamıĢdı  sübhə  kimi. 
Ürəyi dinclik tapmırdı  sinəsində.  Gözlərini  yuman kimi Müslümün iniltisi  gəlirdi 
qulaqlarına. Elə bil oğlunun öldürüldüyü əyan olmuĢdu ona. Eyninə gələnləri açıb 
söyləyə  bilmirdi  qorxusundan  kiməsə.  AxĢama  yaxın  Müslümün  qanlı  cəsədini 
gətirən maĢın həyətdə dayananda varından yox oldu bu qadın... 
Müslümün dayısı Yaqub Xudiyevin dediklərindən: 
-  O  gün  bacım  oğlunun  qanlı  cəsədi  evə  gətiriləndə  onun  cənazəsindən 
yapıĢanlardan  biri  də  mən  idim.  Ġçəridə  Müslümün  al-qana  boyanmıĢ  əsgər 
paltarını əynindən çıxaranda dəhĢətdən tüklərim biz-biz oldu. Ġyirmi dörd yaĢlı bu 
cavanın bədənində güllə yerlərinin, zədələrin sayı-hesabı bilinmirdi. Hiss olunurdu 
ki, o yaralanıb düĢmən əlinə keçəndən sonra dəhĢətli bir iĢgəncəylə qətlə yetirilib. 
BaĢının arxa hissəsi küt bir alətlə xıncım-xıncım edilmiĢ, boğazı boynunun ardına 
kimi  kəsilmiĢ,  sağ  qolu  sındırılmıĢ,  aĢağı  nahiyələrinə  ağır  zərbələr  endirilmiĢdi. 
Bir vaxtlar onun saçlarını sığallayan əllərim yaralarına toxunduqca ürəyimdən qara 
qanlar axırdı o gün. 
Müslüm  Cəmil  müəllimin  yeddi  övladının  ən  istiqanlısı  idi.  Sözündən, 
söhbətindən  Ģirinlik  yağırdı  onun.  Ömründə  bir  qarıĢqanı  belə  ayaqlamamıĢdı 


162 
 
Müslüm.  1969-cu  il  sentyabr  ayının  24-də  Mərcanlı  kəndində  anadan  olmuĢdu. 
Ailədə  qardaĢ-bacılarının,  məktəbdə  Ģagird  yoldaĢlarının,  müəllimlərin  sevimlisi 
idi.  Orta  məktəbdə  oxuduğu  illərdə  dram  dərnəyinin  ən  fəal  üzvlərindən  idi. 
Çoxlarına  elə  gəlirdi  ki,  o,  qeyri-adi  uĢaqdı.  Müxtəlif  fənlərə  ürəkdən  bağlandığı 
kimi  incəsənətə  də  həvəsi  sonsuz  idi.  Orta  məktəbi  bitirəndən  sonra  Ġncəsənət 
Ġnstitutuna qəbul olmaq arzusu ilə imtahan vermiĢdi. Kim bilir, o ili müsabiqədən 
keçsəydi, bəlkə də həyatı özgə səmtə, ayrı axara düĢəcəydi... 
Amma  1987-ci  ildən  1989-cu  ilə  kimi  qırmızı  imperiyanın  ordusu 
sıralarında xidmət etməli olmuĢ, onun əsgərlik yolu Xarkovdan baĢlayıb Saratovda 
sona çatmıĢdı... 
Bir vaxtlar böyük arzularla, xəyallarla yaĢayırdı. Ali təhsil almaq ən ülvi 
istəyi idi onun. Nə yaxĢı ki, bu dünyada tələbə həyatının Ģirinliyini də dadıb duya 
bilmiĢdi. Bakıda menecer hazırlayan məktəbin ikinci kursunda oxuyurdu o. Doğma 
torpaqlarımız  erməni  quldurlarının  həmləsinə  məruz  qalanda  daha  dözmədi 
Müslüm.  Özünün  uĢaqlıq  dostları  Ariflə,  Fərhadla,  Qorxmazla  birlikdə  gedib 
qoĢuldular  Cəbrayıldakı  "N"  hərbi  hissəsinin  əsgərlərinə.  Ġkidlikdə  tayı-bərabəri 
yox  idi  onun.  Əsgər  yoldaĢları  arasında  mahir  topçu  sayılırdı.  ġəhid  olduğu  günə 
kimi  Cəbrayıl  torpaqlarındakı  Əfəndilər,  Balyand,  Mülkədərə,  QuĢçular,  Sirik, 
DaĢbaĢı  postlarında  el-obamızı  etibarla  qoruyur,  döyüĢlərdə  düĢmənin  baĢına  od 
yağdırırdı... 
Müslümün bacısı ġəfiqə müəllimə deyir ki, qardaĢım çox həssas idi. Onun 
adı ilə öyünürdük həmiĢə. Məni və bacılarım ġükufəni, Səadəti, Afəti qardaĢlarım 
Nizamidən və Niyazidən artıq istəyərdi. QardaĢımız Nizaminin fidan balası Ülvini 
oxĢamaqdan yorulmaz, vaxtı oldu-olmadı evimizdə hər iĢə əl atardı... 
Toyların, məslislərin yaraĢığı idi Müslüm. Nurlu baxıĢlarından, ifadəli üz-
gözlərindən  təbəssüm  əskik  olmazdı  onun.  Ürəyindən  ata-ana  məhəbbəti,  Vətən 
qeyrəti  və  bir  də  doğma  el-obasına  ülvi  sevgi  hissləri  var  idi.  Çətinə  düĢəndə 
arzularına, ümidlərinə söykənirdi. 
ġəhid  olmazdan  beĢ  gün  qabaq  komandirlərindən  icazə  alıb  evlərinə 
gəlmiĢdi.  Qayıdıb  gedəndə  Müslüm  evdəkilərə  demiĢdi  ki,  dayandığımız  DaĢbaĢı 
postu Cəbrayıl torpaqlarının qala qapısıdır. Biz bu qapını yağıların üzünə möhkəm 
bağlaya bilsək, düĢmən biz  səmtə bircə addım da ata bilməz. O  gün bütün  varlıqı 
ilə öz torpağına bağlı olan bu igid oğlan hardan biləydi ki, topların, mərmilərin aça 
bilmədiyi qala qapılarını xəyanətin gizli əlləri düĢmənin üzünə taybatay aça bilər. 
Və  Cəbrayıldakı  DaĢbaĢı  xəyanətindən  düz  bir  həftə  sonra  düĢmən  öz  niyyətinə 
çata bildi. Altı il ərzində igidlərimizin qanı bahasına etibarla qorunan torpaqlarımız 
düĢmən tapdağı altda qaldı... 
Xeyli  vaxtdır  Suğra  ananın  uzalı  əlləri  oğlu  Müslümün  Mərcanlı 
qəbiristanındakı gor evinə çatmır. Xeyli vaxtdır torpaq nisgili, oğul dərdi göynədir 
bu ananı. Bu həsrət onun dodaqlarında tumurcuq-tumurcuq ağıya çevrilir elə hey: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə