Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   46   47   48   49   50   51   52   53   ...   126

155 
 
torpaqlarımızın müdafiəsinə ilkin qalxanlardan olmuĢdu. Kəndlərimizin müdafiəsi 
zamanı yaralansa da müalicə olunub yenidən döyüĢ meydanına qayıtmıĢdı. O, son 
damla qanı qalanadək döyüĢdü. Yurdumuzu iĢğalçılardan xilas etmək üçün ölümün 
gözünə  dik  baxaraq  qələbəyə  gedən  yolda  canını  qurban  verdi.  Ġnanırıq  ki,  Pənah 
Əliyev kimi qəhrəman oğullarımızın qanları ilə sulanmıĢ bu yol Cəbrayıla, ġuĢaya, 
Xankəndinə,  Laçına,  Kəlbəcərə...  gedəcək,  uzanaraq  uzanacaq,  Zəngəzurda,  Göy-
çədə baĢa çatacaq. 
 
 
 
 
 
 
Əhmədov Əhliman Cəbrayıl oğlu   
doğulub - 1974-cü il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 01.1995-ci il, 
Bakı Ģəhəri 
 
 
 
 
SAĞALAN DEYĠL 
 
O, kiçik yaĢlarından Xan Arazın nəğmələrini dinləməkdən doymazdı. Bu 
nəğmələrdən  bir  həsrət,  bir  hicran  boylanırdı.  Sonralar  Əhliman  böyüdükcə  o 
taydan  eĢitdiyi  sözlərin  doğmalığını  görüb  təəccüblənərdi.  Kəndin  kənarı  ilə 
çəkilən  tikanlı  məftillər  imkan  vermirdi  ki,  həsrətində  olduğu  Arazla  görüĢə. 
Əhliman get-gedə anlayırdı ki, o məftillər iki qardaĢı bir-birinə  həsrət qoyub. Bir 
Vətən, bir torpaq iki yerə parçalanıb. Hərdən Əhliman bir quĢ olub o taya uçmaq, 
ÜçqardaĢ deyilən dağın zirvəsinə qonub hər iki sahili seyr etmək istəyirdi. 
Ġllər  bir-birini  əvəz  edir,  Əhliman  böyüyürdü.  1992-ci  ildə  orta  məktəbi 
bitirdi,  Ağdam  mexanizasiya  texnikumuna  daxil  oldu.  Bu  elə  vaxt  idi  ki,  artıq 
erməni  faĢistləri  yurdumuzu çapıb-talayır, adamları öz doğma evlərindən didərgin 
salırdılar.  Əhliman  Cəbrayıl  batalyonunda  xain  qonĢularla  döyüĢə  baĢlamaq 
məcburiyyətində  qaldı.  Yanıb  talanan  kəndlərin  ermənilər  tərəfindən  iĢğal  olması 
igid  döyüĢçünün  qəlbini  ağrıdırdı.  Yalançı  vədlər,  xəyanət  və  satqınlıq  baĢ  alıb 
gedirdi.  Məhz  belə  xəyanətlərin  nətisəsində  Cəbrayıl  iĢğal  olundu.  Əhliman  və 
döyüĢ  dostları  Ġran  ərazisindən  keçərək  Gəncədəki  Nizami  poliqonuna  yola 
düĢdülər. 


156 
 
Həsrətin  üstünə  ağır  bir  həsrət  də  əlavə  olundu.  Doğma  yurd.  el-oba 
həsrəti  Murov  dağı  uğrunda  gedən  döyüĢlərdə  Əhliman  düĢmənlərlə  dəfələrlə 
qarĢı-qarĢıya gəlmiĢdi. Topçu kimi Əhlimanın atdığı mərmilər sərrast və dəqiq idi. 
Neçə-neçə yağı qanına qəltan edilmiĢdi. 
1994-cü ilin mart ayında döyüĢ postundan qayıdıb çadırda dincələn zaman 
ermənilərin atdığı mərmi çadıra düĢüb. Yanğın bir anda hər yanı bürüyüb. 4 nəfər 
yoldaĢı ilə birlikdə ağır dərəcədə xəsarət alan Əhliman bir ay hospitalda yatdıqdan 
sonra  təzədən  Murov  dağına  döyüĢə  yollanmıĢdı.  Elə  o  vaxtdan  ürəyində  ağrılar 
baĢlamıĢdı. Bu ağrı gündən-günə daha da Ģiddətlənirdi. 
Əhliman tez-tez öz yoldaĢlarına doğma Cəbrayıldan söhbət açır, bu ağrıya 
dözə  bilmədiyini  söyləyirdi.  Qəm-qüssə  pəhlivan  kimi  döyüĢçünü  Ģam  kimi 
əridirdi.  Yox,  Əhliman  xəyanətlə,  satqınlıqla  barıĢa  bilmirdi.  Son  vaxtlar  onda 
haqsızlığa  qarĢı  bir  üsyan  baĢ  verirdi.  Xəstəliyi  getdikcə  ağırlaĢırdı.  Həkimlərin 
səyinə  baxmayaraq,  sağalmaz  dərdə  düçar  olan  Əhliman  axır  ki,  ordudan  tərxis 
olundu. Həsrətə, qəmə dözə bilməyən Əhliman 1995-ci ilin yanvar ayında gözlərini 
həmiĢəlik  yumdu.  Ġndi  Əhlimanın  ruhu  doğma  Cəbrayıldan  uzaqlarda  nigaran-
nigaran dolaĢır. 
 
 
 
 
 
Əhmədov BaxıĢ Oruc oğlu 
doğulub - 02.05.1966-cı il,  
Cəbrayıl rayonu DaĢ Veysəlli kəndi; 
Ģəhid olub - 16.03.1995-ci il,  
Füzuli rayonu Əbdürrəhmanlı kəndi 
 
 
 
 
 
ZƏFƏRLƏ ÇIXDI 
 
Komandanlığa  məlumat  daxil  olmuĢdu  ki,  erməni  yaraqlıları  hücuma 
keçməyə  hazırlaĢırlar.  Hətta,  hücumun  vaxtı  da  dəqiq  müəyyənləĢdirilmiĢdi. 
Yağıların  basqınının  qarĢısını  almaq  üçün  əməliyyat  planı  hazırlandı.  Postları 
möhkəmləndirmək  üçün  buraya  nisbətən  hərbi  hazırlıqlı  gənclərdən  ibarət  əlavə 
qüvvə  göndərildi.  BaxıĢ  da  onların  arasındaydı.  Erməni  quldurlarını  yaxına 
buraxmamaq  üçün  kənd  ətrafında  pusqu  quruldu.    Gecədən  xeyli  keçmiĢ 
yaxınlaĢan  ermənilər  atəĢə  tutularaq  darmadağın  edildi.  15-20  nəfər  yaraqlının 


157 
 
murdar  meyiti  döyüĢ  meydanında  qaldı.  Qalanları  isə  qaçıb  aradan  çıxa  bildi. 
Əməliyyatın  itkisiz  baĢa  çatmasında  BaxıĢ  Əhmədov  da  əsl  mərdlik  nümayiĢ 
etdirdi. 
B. Əhmədov 1983-cü ildə MinbaĢılı kənd orta məktəbini bitirmiĢdi. Bir il 
sonra  sovet  ordusu  sıralarına  çağrılmıĢdı.  BaxıĢ  çox  istəyirdi  ki,  ali  təhsil  alsın. 
Vətəninə, xalqına gərəkli bir mütəxəssis olsun. Tale elə gətirdi ki, o, hərbi xidməti 
baĢa  vurduqdan  sonra  Bakı  sənaye  Pedaqoji  Texnikumuna  qəbul  edildi.  Orta 
ixtisas  təhsilini  müvəffəqiyyətlə  baĢa  vurub  ölkəmizin  paytaxtında  iĢləməyi  üstün 
tutdu. Bu o illərə təsadüf edirdi ki, Bakı dəniz kimi dalğalanırdı. Xalq öz azadlığı 
uğrunda  mübarizəyə  qalxmıĢdı.  Gənc  BaxıĢ  da  xalq  hərəkatından  kənarda 
qalmamıĢdı. Qırmızı imperiya ordusunun vəhĢiliyinin, onun törətdiyi qanlı yanvar 
hadisəsinin  Ģahidi  olmuĢdu.  Qəlbi  el-oba  üçün  döyünən  gənc  1992-ci  ildə  doğma 
kəndlərinə  qayıdır  və  çoxdan  gözaltı  etdiyi  Növrəstə  xanımla  ailə  həyatı  qurur. 
Lakin tale gənc ailənin üzünə gülmədi. BaĢımızın üstündə cövlan edən qara yel bu 
iki gəncin yenicə qovuĢduğu səadəti əlindən aldı... 
1993-cü  ilin  ortalarında  xəyanətkar  qonĢularımız  iĢğalçılıq  fəaliyyətini 
geniĢləndirərək kəndlərimizi təhlükə altına almaları bütün qeyrətli oğullarımız kimi 
B. Əhmədovu da silaha sarılmağa məcbur etdi. Torpaqlarımızın hər qarıĢı uğrunda 
gedən  qanlı  savaĢlarda  igidliklə  döyüĢdü.  YaralanmıĢ  və  Ģəhid  olmuĢ 
əsgərlərimizin döyüĢ meydanından uzaqlaĢdırılmasında həyatını təhlükə qarĢısında 
qoymuĢdu.  Dəfələrlə  yağılarla  üz-üzə  gəlmiĢ,  mühasirəyə  düĢmüĢdü.  Ġgid 
eloğlumuz  hamısından  ərənlər sayağı zəfərlə çıxdı. Bütün  döyüĢ boyu bir dəfə də 
olsun  namərd  gülləsi  yaxın  düĢməyən  bir  vaxtda  minaya  düĢərək  min  bir  arzu  ilə 
döyünən  qəlbi  həmiĢəlik  dayandı.  8  övlad  böyüdüb  ərsəyə  çatdıran  Sitarə  ana 
sonbeĢiyinin  faciəli  ölümünə  dözə  bilməyərək  dünyasını  dəyiĢdi.  ġəhidin  Biləsu-
var  rayonu  ərazisindəki  4  saylı  çadır  düĢərgəsində  məskunlaĢan  atası  Oruc  kiĢi, 
həyat  yoldaĢı  Növrəstə  və  üzünü  doyunca  görmədiyi  5  yaĢlı  qızı  Sara,  qardaĢları 
tezliklə torpaqlarımızın iĢğaldan azad edilərək əzizlərinin qisasının alınacağı günü 
görmək ümidi ilə yaĢayırlar. Biz də bu inamla yaĢayır və qətiyyətlə bildiririk ki, o 
gün mütləq gələcək. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə