Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   47   48   49   50   51   52   53   54   ...   126

158 
 
 
 
 
Əzizov Sədi Ələkbər oğlu 
doğulub - 01.04.1965-ci il, 
Cəbrayıl rayonu Nüzgar kəndi; 
Ģəhid olub - 07.05.1994-cü il, 
Ağdərə bölgəsi 
 
 
 
 
ÖMRÜN ġƏRƏFLĠ AYLARI 
 
Sədi  1972-82-ci  illərdə  kənd  orta  məktəbində  oxumuĢ,  1983-1985-ci 
illərdə  hərbi  xidmətdə  olmuĢdu.  Əsgəri  xidmətdən  sonra  Sumqayıt  Politexnik 
Texnikumuna  daxil  olmuĢ,  1989-cu  ildə  texnikumu  qurtarmıĢ,  texnik-inĢaatçı 
peĢəsinə  yiyələnmiĢdi.  Bir  vaxt  Cəbrayıl  rayonundakı  16  saylı  SMD-də  fəhlə 
iĢləmiĢ, 1991-ci ildən Sumqayıta köçərək, Kompressorlar zavodunda çalıĢmıĢdı. 
1994-cü  ilin  martından  Sədi  Əzizov  Milli  Ordu  sıralarına  çağrılmıĢ,  bir 
müddət Füzuli bölgəsində - Seyidəhmədli, ġükürbəyli, Əbdürrəhmanlı kəndlərinin 
alınması uğrunda qanlı döyüĢlərdə yaxından iĢtirak etmiĢdir. 
1994-cü  il  mayın  7-də  Ağdərə  uğrundakı  döyüĢdə  qəhrəmanlıqla 
vuruĢmuĢ və Ģəhid olmuĢdur. Ailəli idi, ata üzünə həsrət bir oğlu yadigar qalıb. 
 
 
 
 
Ġbayev ġaiq Sevdimalı oğlu 
doğulub - 25.12.1965-ci il, 
Cəbrayıl rayonu Quysaq kəndi; 
Ģəhid olub - 22.12.1993-cü il, 
Cəbrayıl bölgəsi 
 
 
 
 
 
 
 
 


159 
 
TORPAQ ONU ƏZĠZLƏYĠR 
 
O  payız  günlərində  camaatı  perik  düĢən  obalarımızı  görən  gözlər  qan 
ağlayırdı. O payız  günlərində ulu Sirik  meĢələri, Tey və Qala dağları, Tumas ata, 
Süleymanlı  çinarları,  Balyand  aĢırımı,  TeĢdək  dərələri,  Cəbrayıldakı  Dədə  Çinar 
düĢmən  umuduna  qalmıĢdı.  Batmanqılınc  oğullarımız  diĢinə,  dırnağına  qədər 
silahlı  yağıların  qarĢısını  Çapand,  Kavdar,  Quysaq  istiqamətində  kəsib,  Araz 
vadisinə tərəf uzanan yollarda canlı sədd kimi dayanmıĢdılar... 
Doxsan üçünçü ilin 10 oktyabrında erməni quldurları gözlənildiyi səmtdən 
Quysaq  kəndinin  üzərinə  hücuma  keçdilər.  DaĢkəsən  tərəfdən  irəliləyən  düĢmən 
tanklarının qarĢısını kəsən əsgərlərimiz quldurların canlı qüvvəsini təlafata uğrada-
raq kəndi qoruyub saxlaya bildilər. Bir neçə saatdan sonra azğınlaĢan yağılar daha 
böyük qüvvə ilə hücuma keçdilər. Qeyri-bərabər döyüĢdə igid əsgərlərimiz inadla 
vuruĢsalar da, düĢmənin təzyiqi qarĢısında geriyə çəkilməli oldular. 
Bu qanlı döyüĢdə sübhün gözü açılandan toran düĢənə kimi vuruĢanlardan 
biri də Quysaq kəndinin qeyrətli balası Ġbayev ġaiq Sevdimalı oğlu idi. ġaiq doğma 
kəndində yanıb külə dönən evləri gördükcə acığından yerə-göyə sığmasa da, əsgər 
yoldaĢları  ilə  bərabər  geriyə  çəkilmirdi.  Kəndin  yan  tərəfindəki  təpəni  adlayanda 
birdən gözləri od tutub yanan evlərinə sataĢdı. Burda yaĢadığı illər kino lenti kimi 
gözlərinin qabağından ötüb keçdi. Orta məktəbdəki qayğısız uĢaqlıq çağları, ġuĢa 
Kənd  Təsərrüfatı  Texnikumundakı  tələbəlik  həyatı,  yaddaĢının  dərinliklərindən 
oyanıb  onu  səslədi.  Xəyalən  Rusiyada  keçən  əsgərlik  günləri  ilə  görüĢüb, 
kəndlərinin  yan  tərəfindən  dumanlı-çənli  dağlara  tərəf  uzanan  gövĢənliklərlə  üz-
üzə dayandı. QarĢı tərəfdən atılan güllələrdən diksinib ətrafına baxanda yoldaĢları 
gözünə  dəymədi.  Sürünə-sürünə  geriyə  çəkiləndə  bələnin  o  üzündə  iki  yaralı  ilə 
rastlaĢdı.  Yaxından  tanıdığı  komandirinin  və  cavan  bir  kapitanın  yerdə  qıvrıl-
dıqlarını görüb ürəyində: 
-  Heç  kiĢilikdən  deyil  ki,  onları  qan  içində  qoyub  canımı  qurtarım.  Ani 
olaraq özlüyündə qərar qəbul edib, əvvəlcə Bayramov soyadlı komandirini sürüyə-
sürüyə  qaratikan  kollarının  daldasındakı  iri  bir  çuxura  apardı.  Sonra  geriyə 
qayıdaraq kapitanı da eyni üsulla atəĢ altından çıxarıb oraya gətirdi. Artıq qaranlıq 
düĢdüyündən  demək  olar  ki,  göz-gözü  görmürdü.  ġaiq  onların  paltarını  cırıb 
yaralarını  möhkəm  bağladı.  Artıq  taqəti  elə  tükənmiĢdi  ki,  ayaq  üstə  güclə 
dayanırdı. Buna baxmayaraq yaralıları növbə ilə xeyli uzaqlaĢdırıb, Qurdlu dərənin 
dibindəki  çaylağa  çatanda  rahat  nəfəs  aldı.  Bir  azdan  sonra  əsgər  yoldaĢlarının 
yanına  gedib,  yaralıların  vəziyyətini  onlara  söyləyəndə  elə  bil  üstündən  ağır  yük 
götürüldü... 
ġaiq  sonrakı  günlərdə  rayonun Çapand,  SafarĢa,  Səfərabad, Maralyan  və 
Mahmudlu  kəndləri  uğrunda  gedən  döyüĢlərdə  də  yaxından  iĢtirak  edib,  Vətən 
qarĢısında xəcalətli qalmadı... 


160 
 
Dünyaya qurub-yaratmaq eĢqi ilə, torpağa dirilik gətirmək həvəsi ilə göz 
açmıĢdı ġaiq. DüĢmən bizi qeyrət sınağına çəkəndən sonra, yurdumuzu qorumağa 
məcbur  olmuĢduq.  Yanıb  qaralan  taxıl  zəmilərini,  tankların  tırtılları  ilə  əzilən 
üzümlükləri  görəndə  ürəyi  göynəyirdi  onun.  Bütün  bu  müsibətlərə  son  qoymaq 
üçün  haqq  yolunda  axıra  kimi  vuruĢmağa  and  içsə  də,  tanrı  onu  öz  dərgahına 
çağırdı.  Seyfəlidə  qəfildən  ölümün  cənginə  keçən  qeyrətli  eloğlumuz  əbədiyyətə 
qovuĢub,  bir  parça  Vətən  torpağına  qarıĢdı.  Torpaqsa  onun  yolunda  can  verənləri 
heç vaxt unudan, yaddan çıxaran deyil... 
 
 
 
 
 
Ġbrahimov MirbəĢir Bağır oğlu 
doğulub - 2.09.1974-cü il, 
Cəbrayıl rayonu Maralyan kəndi; 
Ģəhid olub - 06.05.1994-cü il, 
Füzuli bölgəsi Arayatlı kəndi 
 
 
ANA TORPAQ ÇAĞIRIRDI... 
 
MirbəĢir Maralyan kəndində anadan olmuĢdu, amma uĢaqlıq illəri ġəkidə 
keçmiĢdi.  Tale  ona  lap  uĢaqlığından  kəm  baxmıĢdı.  BeĢ  yaĢında  ikən  anası  vəfat 
etmiĢ,  buna  görə  də  onu  ġəki  Ģəhərindəki  uĢaq  evinə  vermiĢdilər.  1982-ci  ildə 
ġəkidəki  2  saylı  internat  məktəbinə  daxil  olmuĢ,  1992-ci  ildə  isə  həmin  məktəbi 
bitirmiĢdi.  Ġdmanı  çox  sevirdi.  sənədlərini  Bədən  Tərbiyəsi  Ġnstitutuna  versə  də, 
qəbul  ola  bilməmiĢ,  arzusu  ürəyində  qalmıĢdı.  Bundan  sonra  Maralyana  -  atası 
Bağır  kiĢinin  yanına  qayıdan  MirbəĢir  1993-cü  ilin  aprelindən  hərbi  xidmətə 
yollanmıĢdı. Sanki ana torpaq özü onu buraya öz harayına çağırmıĢdı. Sumqayıtda 
iki  ay  hərbi  təlim  keçdikdən  sonra  Ağdam  cəbhəsinə  göndərilmiĢdi.  Ağdamın  bir 
sıra  kəndlərindəki  döyüĢlərdə  yaxından  iĢtirak  edib,  sonra  Füzulinin  Dilağarda, 
Əhmədbəyli, Qaraxanbəyli, Kürdmahmudlu kəndlərində döyüĢmüĢdü. 
1993-cü  ilin  axırlarında  MirbəĢir  Ġbrahimov  xüsusi  döyüĢ  təlimi  kursu 
keçmək  üçün  Əlibayramlı  Ģəhərinə  göndərilir.  Əlbəttə,  idmana  olan  ciddi  marağı 
və fiziki hazırlığı təlim prosesində də özünü büruzə verirdi. Əlibayramlıdakı kursu 
baĢa  vurduqdan  sonra  onu  yenidən  Füzuli  bölgəsinə  -  Arayatılıya  göndərirlər. 
Növbəti  döyüĢ  postuna  gedən  MirbəĢir  yanına  düĢən  düĢmən  mərmisindən  ağır 
yaralanır və elə həmin gün də dünyasını dəyiĢir. 
Qəlbi torpaq eĢqi, Vətən həsrətilə döyünən MirbəĢirin məzarı Sumqayıtın 
ġəhidlər xiyabanındadır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə