151
Əhmədov Anar Bilal oğlu
doğulub - 12.11.1973-cü il,
Cəbrayıl rayonu Məstanlıbəyli kəndi;
Ģəhid olub - 09.01.1994-cü il,
Ağdam rayonu Salahlı kəndi
ARAZI AYIRDILAR
Anarın uĢaqlıq və ilk gənclik illəri Xan Arazın sahillərində keçmiĢdi.
Anadan olduğu Məstalıbəyli kəndi Arazın lap iki addımlığında idi. Di gəl ki, bu
qədər yaxınlıqda olan Arazın hay-küylü sularına yaxınlaĢa bilmirdi o vaxt. UĢaq
ağlıyla ha fikirləĢirdisə də dünyanın bu qəribə iĢlərindən baĢ çıxartmırdı Anar.
Sonralar ağlı kəsdikcə çox Ģeyləri düĢünüb anladı. 1979-cu ildə Qumlaq kənd orta
məktəbinə daxil olub 1989-cu ildə 10-su sinfi bitirmiĢdi. Elə məktəbi qurtaran ili
də Füzulidə sürücülük kursunu bitirib, sevib-seçdiyi peĢənin sahib olmuĢdu. Bu
illərdə artıq respublikanın hər yerində əks-səda verən Qarabağ hadisələri keniĢ
vüsət almıĢdı. Elə buna görə də 1991-ci ilin martında Cəbrayılda yaradılmıĢ "N"
hərbi hissəsinin əsgərlərinin cərgəsinə qoĢulmuĢdu. Üç ildən artıq qanlı döyüĢlərdə
çarpıĢan Əhmədov Anar Bilal oğlunun qəhrəmanlıqlarla dolu cəbhə həyatı da elə
buradan baĢlamıĢdı.
Ġlk əvvəllər Anar döyüĢçü dostları ilə Xocavənd (keçmiĢ Hadrut)
rayonunun kəndlərinin ermənilərdən təmizlənməsində yaxından iĢtirak etmiĢ,
sonralar Süleymanlı, QuĢçular, Sirik postlarında döyüĢlərdə vuruĢmuĢdu. 1992-ci
ilin Sur və ġiĢqaya döyüĢlərində fərqlənmiĢdir. 1993-cü ildəki uğursuzluqlar Anarı
varından yox edirdi. Lakin buna baxmayaraq o, döyüĢlərdə əzmlə vuruĢurdu. 1993-
cü ilin oktyabrında vuruĢa-vuruĢa Xudafərin körpüsünə gələn Anar yoldaĢları ilə
Ġran sərhədini keçərək, oradan da ĠmiĢliyə gəlir. Buradan isə yenidən Gəncəyə
yollanır. Bir az sonra Cəbrayıl batalyonu döyüĢçülərinin bir hissəsi Gəncədən
Ağdama döyüĢlərə yola salınır. Və bu döyüĢlərin birində - Salahlı-Kəngərli
uğrundakı döyüĢdə Anar Əhmədov qəhrəmancasına Ģəhid oldu. Vətənin müqəd-
dəsliyi yolunda daha bir Vətən oğlu ömrünü doğma torpağa bağıĢladı.
152
Əhmədov Yaqub Rza oğlu
doğulub - 12.1972-ci il,
Cəbrayıl rayonu Hovuslu kəndi;
Ģəhid olub - 13.04.1994-cü il,
Ağdam bölgəsi
QƏFĠL GÜLLƏ
KeçmiĢ sovet ordusunda əvvəlki nizam-intizam yox idi. Hər addımbaĢı
milli ayrı-seçkilik aydınca hiss edilirdi. Lakin hər cür çətinliklərə baxmayaraq gənc
Yaqubun nümunəvi xidməti rus zabitlərinin diqqətini cəlb etmiĢdi. Dəfələrlə
komandanlıq, onun valideynlərinə təĢəkkür məktubu göndərmiĢdi. Hərbi xidmətin
baĢa çatmasına 6 ay qalmıĢ Xocalı soyqırımı haqqında eĢitdiyi dəhĢətli xəbər onu
bütün varlığı ilə sarsıtdı. Daha qırmızı imperiya ordusunda xidmət etməyi mənasız
hesab edərək yubanmadan darda qalan Vətənin harayına çatmağı qərarlaĢdırdı.
Y. Əhmədov evlərinə dönəndə erməni quldurları çox fəallaĢmıĢdılar.
Rayonumuzun onlarla həmsərhəd olan ətraf kəndlərinə tez-tez basqın edirdilər.
Yaqubun gəliĢindən anası ġərqiyyənin sevinci yerə-göyə sığmamıĢdı. Onun üz-
gözündən öpə-öpə: "Allaha çox Ģükür ay oğul, nə yaxĢı gəlib çıxdın, -demiĢdi. -
Zamanə çox qarıĢıqdı, bala, bu gündən sahaba etibar qalmayıb. Bir tərəfdən də bu
erməni yanmıĢlar halal çörəyimizi haram ediblər".
- Qorxma, ay ana, o dığalara bir toy tutacağıq ki, ağılları baĢlarına gəlsin.
Onda bilərlər ki, qonĢuluq haqq-sayını itirmək necə olur, - deyə Yaqub anasına
toxtaqlıq verdi. Yaqubun nə demək istədiyini baĢa düĢən ana çox yalvarıb-yaxardı.
Dedi ki, qardaĢları Nəcməddin, Ədalət könüllülər dəstəsindədi, heç olmasa o, evdə
qalsın. Yolunu gözləməkdən gözlərinin kökü saralan qoca atasının, bacılarının
vəziyyətini nəzərə alsın. Ancaq heç nə Yaqubu fikrindən döndərə bilmədi. Rayon
hərbi komissarlığına gedib könüllü olaraq milli ordu sıralarına yazıldı.
O, Sur, ġayaq, DaĢbaĢı, Sirik, Süleymanlı postlarında düĢmənlə üz-üzə
dayandı. Harada olduqca geniĢ hərbi biliyi, ən baĢlıcası isə qoçaqlığı ilə
komandirlərin, əsgər yoldaĢlarının sevimlisinə çevrilmiĢdi. Həmin kəndlərin
müdafiəsi zamanı dəfələrlə igidlik göstərdi, çoxlu erməni dığasını məhv etdi.
Əfsuslar olsun ki, Yaqub kimi oğullarımızın igidliklərinə baxmayaraq, Cəbrayıl
yağı düĢmənin qanlı caynağına keçdi.