Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   36   37   38   39   40   41   42   43   ...   126

127 
 
ġöhrəti gəzməzlər demiĢ babalar,  
O özü adamı axtarıb tapar... 
 
MüĢfiq  həyatda  heç  vaxt,  özü  demiĢkən,  ad-san  sorağında  olmasa  da, 
halallığı  ilə  Ģöhrətə  qovuĢmuĢdu.  Doğma  Cərəkən  kəndində,  qonĢuluqdakı 
Horovluda  onu  bacarıqlı  bir  kombaynçı  kimi  tanıyırdılar.  Ġyun  ayı  çatar-çatmaz 
MüĢfiqin  sorağı  dəmyə  torpaqlarda  sarı  kəhrəba  kimi  dalğalanan  zəmilərdən  gə-
lərdi. Topladığı taxıl kəndin üst tərəfindəki xırmanda qalaqlandıqca ürəyi sinəsinə 
sığmazdı onun. Bərəkət qoxulu qabarlı əllərinə baxdıqca Tanrısına gündə min dəfə 
Ģükür edirdi. 
Evlərindəki dolu təknə, camaatın günü-güzəranı qəlbini dağa döndərirdi... 
MüĢfiqin  əlləri  silahdan  yapıĢmaq  istəyindən  uzaq  olsa  da,  səksən 
yeddinci  ildə  dinc  peĢəsi  ilə  vidalaĢıb  əsgərliyə  yollanmıĢdı.  Ukraynanın  Kiyev 
vilayətində  keçirdiyi  iki  il  onu  bir  az  qollu-qanadlı  etmiĢdi.  Halallığı,  düzlüyü 
burda  da  karına  gəlmiĢdi.  Üzüyola  olduğundan  xətrini  çox  istəyirdilər  MüĢfiqin. 
Əsgərlikdə də vaxtını havayı keçirməmiĢdi, gecəni-gündüzə qatıb bir neçə peĢəyə 
yiyələnmiĢdi.  Səksən  doqquzuncu  ildə  doğma  kəndlərinə  qayıdanda  MüĢfiqin  əl 
qabiliyyəti  çoxlarını  heyrətdə  qoymuĢdu.  MaĢını  xarab  olan,  "məiĢət  cihazı" 
kökdən  düĢən  üstünə  qaçırdı  onun.  Heç  kimi  naümid  qaytarmadığından  hamının 
sevimlisi idi. Onun halallığa söykək olan çörək ətirli əlləri bol ruzu sorağında idi. 
Taleyin hökmü  ilə  günlərin bir  günündə  bu  əllər  silahdan  yapıĢmalı oldu.  Harayı 
ərĢə  çatan  torpaqlarımızın  sızıltıları  onu  odlu-alovlu  səngərlərə,  döyüĢ  postlarına 
çəkib  apardı.  Getməzdən  bir  gün  qabaq  bərəkət  timsallı  kombaynı  təhvil  verib, 
unudulmaz Ģairimiz Səməd Vurğunun poetik misralarını dilinə gətirdi: 
 
Bilsin ana torpaq, eĢitsin Vətən, - 
Müsəlləh əsgərəm mən də bu gündən... 
 
Ulu  Sirik  torpaqlarında  yurda  keĢik  çəkən  bu  yanımlı  oğlan  baĢından 
dumanı, çəni əskik olmayan dağlara, yaĢıl donlu meĢələrə, lilparlı bulaqlara baxıb 
heyrətlə dillənmiĢdi o vaxt: 
-  Gör,  əclaflarda  iĢtaha  bax,  ha!  Ġstəyirlər  ki,  bu  cür  yerləri  alsınlar. 
Ölsəniz də bir addım qırağa qoyan deyilik... 
MüĢfiq dilində and kimi səslənən bu sözlərə son nəfəsinə kimi sadiq qaldı. 
Doxsan  üçün  aprelində  yaralansa  da,  ikiaylıq  ayrılıqda  sonra  yenidən  əsgər 
dostlarının yanına qayıtdı... 
Cəbrayılın  iĢğalı  onun  qəlbini  sızlatsa  da,  düĢməndən  qisas  alsın  deyə 
Ağdam  ətrafında,  Füzuli  istiqamətində  gedən  döyüĢlərdə  yaxından  iĢtirak  etdi. 
ġəhidliyə qovuĢanda da düĢmən gülləsinə arxa çevirmədi... 


128 
 
MüĢfiqin  əlləri  torpaq  nəfəsli,  çörək-ətirli  idi.  Barıt  qoxusu  onun  üz-
gözündə  kölgələnsə  də  bərəkətə  söykənən  əllərinə  yaxın  düĢə  bilmirdi.  Torpaq 
ətirli bu əllər özü ilə gor evinə ulu bir müqəddəslik apardı... 
 
 
 
 
 
 
Əliyev Zahid Səttar oğlu 
doğulub - 29.07.1972-ci il,  
Cəbrayıl rayonu QıĢlaq kəndi;  
Ģəhid olub - 19.04.1994-cü il,  
Füzuli rayonu Horadiz bölgəsi 
 
 
 
 
 
QATĠL, ƏLĠN QURUSUN... 
 
"Müəllimlik  həyatımda  neçə-neçə  uĢaqla  rastlaĢmıĢam,  onların 
xarakterinə, qabiliyyətinə bələd olmuĢam. Zahid tanıdığım, dərs dediyim uĢaqların 
heç  birinə  bənzəmirdi.  O,  qabiliyyətli  olduğu  qədər  də  ürəyiaçıq,  doğru  danıĢan, 
yurdu candan sevən bir oğul idi. Heyf ki, namərd düĢmən gülləsi onu tez yaxaladı". 
Bu  sözləri  bir  vaxtlar  QıĢlaq  məktəbində  Əliyev  Zahid  Səttar  oğluna  dərs  deyən 
Misirxan müəllimin dilindən eĢitmiĢik. 
Sadə  bir  ailədə  boya-baĢa  çatan  Zahid  də  Ģəhid  həmyerliləri  Pəhlivan, 
Əkbər və Soltan kimi QıĢlaq kəndini əvəzsiz bir məkan, ulu yurd yeri bilirdi özünə. 
Ürəyinin dərinliklərində hələ ona bir Ģer də qoĢmuĢdu: 
 
Bu kənd mənim qeyrətim,  
Hünərim, - ad-sanımdı.  
Dünyamıza ün salan,  
Əbədi ünvanımdı... 
 
Zahid  kənd  səkkizillik  məktəbini  bitirəndən  sonra  Beyləqanın  Mil 
üzümçülük sovxozunda yaĢayan qardaĢı Ġsrafilin yanına köçüb orta təhsilini orada 
baĢa  vurmuĢdu.  sovxozdakı  texniki-peĢə  məktəbində  oxuyanda  çilingər  olmağı, 
əllərinin zəhməti ilə ruzu qazanmağı arzulayırdı. Sevdiyi peĢəyə  yiyələnsə də, bu 
sənətin  vüsalına  yetiĢməyə  tale  ona  macal  vermədi.  Ermənilərin  qonĢuluğundakı 


129 
 
kəndlərinin rahatlığı pozulduğundan Zahidin ürəyi doğmalarının yanında qalmıĢdı. 
QardaĢı Rasimin yaralandığını eĢidəndən sonra əli iĢdən tamam soyumuĢdu onun. 
Doxsan  ikinci  ilin  payızında  cəbhəyə  getmək  istəyini  evdəkilərə  bildirəndə  etiraz 
etdilər ona: 
-Onsuz da daha QıĢlaq xarabalığa dönüb. 
-Daha orda nəyimiz qalıb ki... 
-Vətənə arxa durmaq təkcə sənin payına düĢməyib ha. Nə çoxdur daldada 
baĢ kirləyən varlı uĢaqları. Onlar nə vaxt cəbhəyə getsələr, sən hamıdan qabaq üz 
tutarsan oraya... 
Zahid  deyilənlərə  axıra  qədər  qulaq  asıb,  ürəyindən  keçənləri  dilinə 
gətirdi: 
-Siz nə danıĢırsınız, məgər Vətən təkcə bizim QıĢlaqdımı? Əgər belədirsə, 
bəs indiyə qədər bizim kəndimizdə Ģəhid olanlar nədən ötrü candan keçiblər? Axı, 
bu  günün  sabahı  da  var.  Vətənin  ağır  günündə  onun  harayına  arxa  çevirənlər  nə 
xalqın, nə də vicdanlarının ittihamından qaça bilməyəcəklər... 
Bir müddət Zahidin sorağı Ağdərənin odlu nöqtələrindən gəldi. Səttar kiĢi, 
Suğra  bacı  bir  qayda  olaraq  sübhü  diri-gözlü  açır,  cəbhə  xəttindən  gələn  barıt 
qoxulu xəbərləri ürək çırpıntısı ilə izləyirdilər. 
Zahid Cəbrayıl hərbi alayına dəyiĢiləndə evdəkilər bir azsa yüngülləĢdilər. 
Ġndi  daha  uzaqda  deyildi,  gözlərinin  qabağında  vuruĢurdu.  Cəbhədə  kəĢfiyyatçı 
peĢəsinə yiyələnən Zahid Əliyev Sur, ġiĢqaya, GünəĢli, QuĢçular əməliyyatlarında 
yaxından  iĢtirak  edib,  cəsurluğu  ilə  hamının  hörmətini  qazandı.  QardaĢ-bacıları 
onun  adı  ilə  öyünür,  dostları  iftixar  hissi  keçirirdilər.  Tanrı  özü  də  elə  bil  onun 
tərəfində  idi.  Ən  qızğın  döyüĢlərdə  belə  düĢmən  gülləsindən  salamat  qurtaran  bu 
igid əsgəri dostları zarafatla "güllə batmaz" adlandırırdılar... 
Doxsan dördüncü ilin baharı Zahidgilin ailəsinə dərd-ələm gətirdi özü ilə. 
Cəbrayılın  Füzuli  torpağı  ilə  qovuĢduğu  yerdə  -  Lələ  təpəsi  ətrafında  gedən  qanlı 
döyüĢlər Zahidin də həyatını sona çatdırdı. Dumanlı-sisli dağlara bürünən ata oca-
ğına  tərəf  boylanan  qıĢlaqlı  igidi  yağı  gülləsi  çoxdan  güdürmüĢ  demə.  Bir  neçə 
yaralı  döyüĢçünün  həyatını  sönməyə  qoymayan  eloğlumuz,  özünü  namərd 
gülləsindən  qoruya  bilmədi.  "Qatil,  əlin  qurusun",  -  sözləri  dodaqlarında  donub 
qaldı onun... 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə