Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   31   32   33   34   35   36   37   38   ...   126

112 
 
Namərd, əlin qurusun – 
Balama necə qıydın? 
 
Sən bizim gözümüzdə  
Bir parça iĢıq idin. 
Sən bizə qəriblikdə  
Arxa, yaraĢıq idin. 
 
Ġnnən belə qəddimiz,  
Düzəlməz bir də, oğul.  
Sənsiz döĢəli qallıq  
Torpaqda, yerdə, oğul... 
 
YetmiĢ  üçüncü  ilin  26  yanvarında  Çullu  kəndində  dünyaya  göz  açan 
Əbilov  Əhəd  Məti  oğlu  üstündə  ayaq  tutub  gəzdiyi  torpağı  həyatı  qədər  sevirdi. 
Kənddəki  səkkizillik  məktəbi  bitirib,  rayon  mərkəzində  orta  təhsil  alandan  sonra 
dünya  onun  gözlərində  üfüq-üfüq  geniĢlənmiĢdi.  Doxsan  birinci  ilin  may  ayında 
hərbi xidmət üçün Moskva Ģəhərinə getsə də burada çox bənd ala bilməmiĢdi. Düz 
beĢ  aydan  sonra  Vətənə  qayıdıb,  imdad  diləyən  torpaqlarımızın  müdafiəsinə 
yollanmıĢdı... 
Rayonun  ən  mənzərəli  guĢələrindən  olan  Qazanzəmi  kəndinin  baĢının 
üstünü  düĢmən  kəsdirəndə  yağıların  qarĢısında  ərən  kimi  dayanmıĢdı.  "Vətəni 
sevmək  imandandır"  -  deyən  ulu  peyğəmbərimizin  müdrik  kəlamları  Əhədi 
qələbəyə  səsləyirdi  o  vaxt.  Ancaq  türk  qanına  susayan  qarı  düĢmənin  məkrli 
planları Əhədin arzularını gözündə qoydu. Ordumuzun pərakəndəliyindən istifadə 
edib  Dağtuması  qana  çalxaladı  yağılar.  Əhəd  ağlar  gözlə  yurd  yerini  tərk  etdi.  O 
gün düĢmən mühasirəsindən çıxan əsgərlərimiz Arazı o üzə keçəndə: - Heyf sənə 
Cəbrayıl, - dedilər, - sən xəyanətin qurbanı oldun... 
Hər  bahar  Ağcabədinin  Erki  düzündə  al-qırmızı  lalələr  açır.  O  lalələrin 
rənginə Əhədin də qanı hopub... 
 
 
 
 
 
 
 
 
 
 
 


113 
 
 
 
Əzimov Namiq Əfsər oğlu 
doğulub - 24.03.1974-cü il, 
Cəbrayıl rayonu DaĢkəsən kəndi; 
Ģəhid olub - 24.12.1993-cü il, 
Füzuli rayonu Böyük Bəhmənli kəndi 
 
 
 
 
 
YUXUN ÇĠN OLDU, BALA... 
 
Dağların ətəyinə sığınan DaĢkəsən kəndi məĢhur alimləri ilə, ürəyi təpərli 
adamları ilə və bir də barlı-bəhərli torpaqları ilə tanınıb zaman-zaman. Bu kəndin 
ulu  keçmiĢi,  müdrik  ağsaqqalı-ağbirçəyi,  AĢıq  Humay  kimi  Ģöhrəti  bir  el-obaya 
sığmayan sənətkarı olub. DaĢkəsən camaatı Azərbaycan pedaqoji elminin korifeyi 
akademik  Mehdi  Mehdizadə,  Oruc  Qüdrətov,  Zəkəriyyə  Mehdizadə,  Dərgah 
Qüdrətov,  Novruz  Hüseynov  kimi  alim  övladları  ilə  fəxr  edib,  onların  adı  ilə 
öyünüblər.  Yurd  savaĢında  neçə-neçə  say-seçmə  oğullarını  itirən  daĢkəsənlilər 
dünyadan  nakam  gedən  Arifin,  Eldənizin,  Elçinin,  Aydının,  Vüqarın,  Hüseynin... 
adını ağılarda əzizləyir, onların ruhu qarĢısında səcdə edirlər... 
Namiq  də  DaĢkəsəndə  böyüyüb  boya-baĢa  çatmıĢdı.  Əfsər  kiĢi  yetmiĢ 
dördüncü ilin baharında dünyaya gələn oğlunu dizinin taqəti gözünün iĢığı bilirdi. 
Ömrünün  on  doqquzuncu  baharını  görmədən  dünyadan  köçən  Namiq  atasının 
neçə-neçə  arzularını  da  özü  ilə  bərabər  gor  evinə  apardı.  O  vaxtdan  ata  Ģəhid 
oğlunu xatirələrində gəzib arayır, onun parlaq surətini yaddaĢında canlandırır: 
-Bir dəfə yaxın qohumumuz Vüqar Hüseynov (bu igid oğlan 1991-ci ildə 
Ģəhid  olduqdan  sonra  Azərbaycan  Milli  Qəhrəmanı  adına  layiq  görülüb)  kəndə 
gəlmiĢdi.  Onda  hələ  Namiq  DaĢkəsən  kənd  məktəbində  oxuyurdu.  Vüqarın  polis 
geyiminə  həsədlə  baxan  oğlum  üzünü  ona  tutub  demiĢdi  ki,  qağa  mən  də  sənin 
kimi  yurdumuzun  keĢiyində  dayanacağam.  Onda  Vüqar  özündən  dörd  yaĢ  kiçik 
olan dostunun kürəyinə əlini vurub: 
-Hələ dərslərini oxu, Allah qoysa sən məktəbi qurtarana - 
kimi 
bu 
harsın  dığalarının  öhdəsindən  biz  özümüz  gələrik.  Bunun  əvəzinə  yaxĢı  bir  sənət 
qazanıb Əfsər əmimin hayına çatarsan, - demiĢdi. 
-Üz-gözündən təbəssüm yağan Namiq balam söz altda qalmamıĢdı onda: 
-Qağa, özün bilirsən ki, uĢaqlıqdan hərbçi olmaq arzusundayam. Onsuz da 
gec-tez bu peĢəyə yiyələnəcəyəm, - söyləmiĢdi. 


114 
 
Vüqarın dəfnində Namiq də iĢtirak edirdi. O, dostunun qəbri üstə and içdi 
ki,  onun  qisasını  özü  alacaq.  Bakıya  qayıdan  kimi  (Namiq  səkkizinci  sinfi 
bitirəndən sonra təhsilini on dörd saylı TPM-də davam etdirirdi) hərbi komissarlığa 
müraciət edib doxsan ikinci ilin əvvəllərində cəbhəyə yollandı... 
Namiqin döyüĢ yolu Ağdamın Qərvənd kəndindən baĢlayıb. O, burada: 
 
Vətən, dağın, daĢın ollam,  
Yazın ollam, qıĢın ollam.  
Dar gündə sirdaĢın ollam,  
Təki unutma məni! 
 
DüĢmən üstə od ələrəm,  
Sənə xoĢ günlər dilərəm.  
Ölsəm qeyrətlə ölərəm,  
Təki unutma məni! 
 
deyib səngərlərə sığındıqca qürur keçirir, qələbə gününün sevinci ilə ovundururdu 
özünü.  Hərdən  od-alov  içərisində  dostlaĢdığı  lənkaranlı  Rəhimov  Qalibə, 
sumqayıtlı  Hüseynov  MəĢdiyə  deyirdi  ki,  Allah  qoysa  müharibədən  sonra  size 
Cəbrayıla qonaq aparacağam. Onda görəcəksiniz ki, bizim tərəflərin əvəzi yoxdur. 
Elə bu ümidlə də günü-günə calayardı Namiq... 
Doxsan  üçün  martında  ad  gününü  qeyd  etmək  üçün  anası  Gülxarla 
birlikdə  Qərvəndə  getmiĢdik.  Bacıları  Ramilə,  Könül  və  qardaĢı  Ramin  də 
dəstəmizdə  idilər.  Yaxın  qohumlarımız  Faiq,  ġair,  Fiday,  Əvəz  Namiqi  öpüb 
oxĢayanda  elə  bil  dünyanı  bağıĢladılar  bizə.  Onda  hələ  döyüĢ  səngərlərində  nisbi 
sakitlik idi. Hardasa  uzaqlardan  gələn təkəm-seyrək  güllə səsləri nəzərə alınmasa, 
cəbhə özünün dinc günlərini yaĢayırdı. Namiqin, onun dostlarının Ģərəfinə yaxĢı bir 
məclis  quruldu  onda.  AxĢamüstü  əsgərlərimizə  xeyir-dua  verib  geri  döndük... 
Füzulinin  ƏrgünəĢ  dağında  topdan  açdığı  atəĢlə  düĢmənin  bir  tankını  vurduğuna 
görə Namiqə beĢgünlük məzuniyyət vermiĢdilər. O, yoldaĢlarından onda da ayrılıb 
geriyə  dönməmiĢdi.  Onu  qınayanlara  cavab  verib  demiĢdi  ki,  Vətəni  və 
yoldaĢlarımı  dar  ayaqda  qoyub  nəinki  beĢ  günlüyə,  heç  bir  saatlığa  da  burdan 
gedən deyiləm. Belə ürəyin, belə təpərin yiyəsi idi o... 
DaĢkəsən  kəndinin  iĢğalından  xeyli  sonra  bizimlə  görüĢməyə  gəlmiĢdi 
Namiq.  Komandirləri  ona  demiĢdilər  ki,  atan  xəstədir,  get  ona  baĢ  çək,  sonra 
qayıdarsan.  Cəmisi  üçcə  gün  yanımızda  qalandan  sonra,  qohum-əqraba  ilə 
sağollaĢıb  yenidən  cəbhəyə  qayıtdı  o.  Onda  ailəlikcə  Beyləqanın  Mil  üzümçülük 
sovxozunda yaĢayan bir qohumumuzun evinə sığınmıĢdıq. sonradan köçüb Bakıya 
gedəsi olduq... 
Namiqin  qara  xəbəri  Bakıda  gəlib  çatdı  bizə.  ĠĢdən  qayıdanda  qardaĢım 
oğlanları  Arzu  və  Yavər  boynumu  qucaqlayıb  dedilər  ki,  eĢitmiĢik  Namiq  ağır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə