56
olunması;
– Daxili sistem və maddələr mübadiləsinin rolunun artması;
– Senopopulyasiyaların, biosenozların və senoekosistemlərin
davamlılığının artması.
BİOSENOZ VƏ SENOEKOSİSTEMLƏRİN SƏRHƏDİ – ayrı-
ayrı biosenoz qrupları arasında xətt və ya keçid zolaq.
Kəsgin, mozaik (bir-birilə sərhədlənən qrupların fraqment
kompleksləri ilə), haşiyəli (bir və ya bir neçə keçid zolaqlarla və diffuz
(qarışmış) sərhədlər ayırırlar. Sərhədlərin dəyişməsi ekoton suksessiya
yolu ilə gedir. Bu zaman sərhədin dəyişməsi diffuz (keçid zolaq toxumla
məskən salır) və ya frontal (vegetativ yolla artan dominantın sürünərək
yayılması yolu ilə gedir). Bir çox biosenoz qrupların sərhədi insan
fəaliyyətinin təsirilə pozulmuşdur. (antropogen sərhədlər).
BİOSENOZDA BİTKİNİN SIXLIĞI – Bitkinin boşluğu örtmə
dərəcəsi. Yarus və biohorizontlarda çətirlərin və kök sisteminin həm
üfiqi sıxlığı, həm də şaquli sıxlığı təyin olunur. Faizlə ifadə olunur.
Meşəlikdə bu termin çətirlərin birləşmə dərəcəsi adlanır.
BİOSENOZLARIN AKUSTİKASI – havanın hərəkəti vaxtı
(küləkli havada) yarpaq və budaqların əsməsi və ya tez-tez bir-birinə
toxunması nəticəsində əmələ gələn səslərin dəyişməsi. Dominantlıq
edən növün morfologiyası ilə sıx əlaqədardır. Məs. küləyin sürəti 3 m/s
olduqda palıd ağacının orta səs tezliyi 250-400, titrəkyarpaq qovağınki
630-1200 qs təşkil edir. Tozağacı meşəliyində küləyin sürəti 2 m/s ol-
duqda maksimum səsin spektri 166-250 qs, küləyin sürəti 4 m/s
qalxdıqda bu rəqəm 1000-2500 qs təşkil edir. Bura həmçinin müxtəlif
heyvanların səsi, o cümlədən quşların oxuması daxil olur. B.a. maqnito-
fon və akustik analizatorların köməyi ilə tədqiq edilir.
BİOSENOZLARIN DİNAMİKASI – bax: sindinamika.
BİOSENOZLARIN QURULMASI (YARADILMASI) – yüksək
məhsuldar biosenozların yaradılması. Onların dominantları və
subdominantları məhsuldarlığına, bəzən dekorativliyinə və gigiyena
nöqteyi nəzərincə daha effektli olmalıdır. Fitofaqlardan bura ən öncə
qiymətli məhsul verənlər (məs. maral, meşə, ev heyvanları) daxil edilir.
Bütün daxil edilən yeni növlər ekotopun şəraitinə və formalaşacaq bio-
senotik mühitə qarşı yüksək tolerantlığa (adaptasiyaya) malik olmalıdır.
BİOSENOZUN DOLULUĞU – Senotopun dominant növlərdən
istifadə etmə ölçüsü. Dolu ağaclıq, məsələn (meşə dominantının
müəyyən yaş sinfində) o ağaclığa deyilir ki, o vahid sahədə ən yüksək
oduncaq ehtiyata malik olsun. Bu rəqəm vahid (1) qəbul olunur. Ondan
aşağı doluluqlu meşələr onda bir vahidlərlə (0,9, 08, 07, 06, 05, 04, 03)
57
göstərilir. Meşənin doluluğu hər hansı bir sahədəki ağacların döş hün-
dürlüyündə (1,3 m) en kəsik sahələri və oduncaq ehtiyatı ilə təyin olu-
nur.
BİOSENOZUN HOMOTONLUĞU – biosenoz daxilində
qruplaşmaların oxşarlıq dərəcəsi. B.h. homotonluq indekslərinə görə
təyin edilir.
BİOSENOZUN
İSTİFADƏSİNİN
İSTEHSALAT
EFFEKTİVLİYİ – İstismar olunan biosenozun istismarından alınan
illik gəlir. Aşağıdakı düsturla hesablanır: Nr(%-lə) =
c
c
B
−
. 100, B -
əldə olunan məhsulun qiyməti, C - biosenozu (otlaq, biçənək, meşə)
saxlamaq və onun məhsuldarlığını yüksəltməyə sərf olunan xərci nəzərə
almaqla maya dəyəri.
BİOSENOZUN KONEKSİ – biosenozun strukturu və ya
proyeksiyası. Termini Q.Tişler (1955) irəli sürmüşdür.
BİOSENOZUN MƏHSULDARLIĞI – Vahid zamanda (gün, ay,
il) biosenozun hasil etdiyi biokütlə. Biosenozun bioloji məhsuldarlığının
(avtotrofların ilk məhsulunu, heterotrofların ikinci məhsulunu və
mikroorqanizmlərin biokütləsinin artımını), həcminin məhsulun dəyərli
hissəsinin təyin olunması xüsusilə mühümdür. Məsələn, 20-30 yaşlı şam
meşəsi bir ildə 37,8 t/ha quru maddə hasil edir. İkinci məhsul tamamilə
ilk məhsuldan asılıdır.
BİOSENOZUN MƏHSULU – biosenozun ishal etdiyi biokütlənin
miqdarı. Biosenozun aşağıdakı məhsul növlərini ayırırlar: ilk ümumi
məhsul (brutto-məhsul)-fotosintez və xemosintez yolu ilə produsentlərlə
senoz sisteminə daxil edilən üzvi maddələrin miqdarı, təmiz ilk məhsul
(netto məhsul)-tənəffüsə və fitotrofun istifadə etdiyi maddəni çıxdıqdan
sonra qalan ilk məhsul; ümumi ikinci məhsul-fitotrof və zootrofların
yeni konsumentlərin yaratdığı üzvi maddənin miqdarı; təmiz ikinci
məhsul-tənəffüsə və konsumentlərin sərf etdiyi maddələr çıxıldıqdan
sonra ikinci məhsul; məhsulun ehtiyatı. Təsərrüfat nöqteyi nəzərincə
aşağıdakı B.m. ayırırlar: qiymətli bitki maddə miqdarının ümumi
məhsulu: yararlı məhsul, yəni ümumi məhsulun səmərəli istifadə olunan
hissəsi (məs. istifadə əmsalı çıxılmağı nəzərə alaraq yem məhsulu) və
yararlı məhsulun ehtiyatı.
BİOSENOZUN NİZAMLANMASI (TƏNZİMLƏNMƏSİ) – bio-
senoz qruplarına məqsədyönlü təsirin istiqamətləri:
1) Biosenozları məhsuldar vəziyyətdə saxlamaq (qulluq, səmərəli
istifadə); 2) məhsuldarlığını artırmaq və ya insanın məskən saldığı
58
mühiti yaxşılaşdırmaq: a) Sindinamik dəyişilməyə təsir etmək (demuta-
siya prosesini sürətləndirmək), b) tərkibini dəyişmək (yeni növ daxil
etmək, məs. bitki səpini və ya əkini, qiymətli heyvanların gətirilməsi, az
məhsuldar, zərərli və ziyanlı bitkilərin və heyvanların məhv edilməsi),
biosenotik mühiti yaxşılaşdırmaq (gübrələmə, suvarma, yandırma,
meşədə xidməti qırma aparmaq).
BİOSENOZUN SƏRHƏDLƏRİ – bir növün və ya bir növ qrupu-
nun dominantlığı qurtaran, digər növlərin dominantlığı başlandığı xətt
və ya zolaq.
BİOSENOZUN TİPİ – bax: assosiasiya.
BİOSFER (bio və yun. Spharia -kürə) (Vernadskiy), ekosfer (bir
sıra qərb tədqiqatçıları), biosfer (Dılis) – yer kürəsində canlı həyatın
yayıldığı sahə. B-ə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km),
litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km)
və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin
ümumi qalınlığı 40 km-ə çata bilər. B. digər geosferlərdən ən yüksək
kimyəvi çevrilmələr getməsilə fərqlənir. B. haqda təlimin banisi
V.İ.Vernadskinin fikrincə B.-in maddəsi müxtəlif, lakin geoloji
cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə,
radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil
və biatil maddə) ibarətdir. Müasir B. planetimizdə həyat yaranandan
sonra uzun müddətli təkamülün nəticəsidir.
BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN
METAEKOSİSTEMİ (Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi:
B.e.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri
(biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı
təyin edir. B.e.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın
üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında
kömür, əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar,
riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə
qədər). B.e.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orqanizmlər tə-
rəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə həyat ya-
ranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun təkamülün
nəticəsidir. B.e. termini B.A.Bıkova (1988) məxsusdur.
BİOSFER QORUQLARI – dünyanın müxtəlif coğrafi
vilayətlərində biosferin daha xarakterik, etalon qorunan sahələri. B.q.
müəyyən biocoğrafi vilayətlərin təbii ekosistemlərini və onların geno-
fondunun təbii halında qorunub saxlanması, onların vəziyyəti və
müxtəlif təbii proseslərin gedişi üzərində hərtərəfli müşahidələr apar-
maq məqsədilə yaradılır. B.q.-ın prinsipial sxemi belədir: nüvəsi, yaxud
mütləq qorunan ərazisi; nüvənin ətrafında təsərrüfatda ciddi səmərəli
Dostları ilə paylaş: |