QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə20/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   16   17   18   19   20   21   22   23   ...   182

 

53 


 

hazırkı yüksək təşkil olunmuş formalara kimi inkişafı; növ 

populyasiyalarının növmüxtəlifliklərinin bərpa olunmaz dəyişikliyi və 

adaptasiyası; ardıcıl genetik çevrilmələrin (dəyişikliklərin) ifadəsi; canlı 

təbiətin bərpa olunmayan və müəyyən qədər istiqamət almış inkişafı; bu 

inkişaf populyasiyaların genetik tərkibinin dəyişməsi, adaptasiyanın 

formalaşması, növlərin  əmələ  gəlməsi və ölməsı, biogeosenozların və 

bütövlüklə biosferin yenidən dəyişməsi ilə müşayiət olunur (nəticələnir). 

B.t. paleontoloji, fizioloji, biokimyəvi və genetik məlumatlarla təsdiq 

edilir. B.t. nəzəriyyənin ilk elementlərinə Herakl, Demokritin 

əsərlərində rast gəlinir. B.t.-ün ilk daha mükəmməl nəzəriyyəsini J.B. 

Lamark (1809) hazırlamışdır. Sintetik nəzəriyyəyə əsasən B.t. mutasiya 

və təbii seçmənin nəticəsidir. B.t. nəzəriyyəsi (darvinizm) ekologiya ilə 

sıx bığlıdır. B.t. terminini biologiyada ilk dəfə olaraq Fransa təbiətşünası 

Ş.Bone (1762) işlətmişdir. 

BİOLOJİ  TƏMİZLƏMƏ  – su və torpaqdan kənar və ya zərərli 

agentlərin canlı orqanizmlərin köməyilə  təmizlənməsi, onlar bu 

qarışıqların süzülməsinə və ya dığıdılmasına səbəb olaraq mühitin ilkin 

xassələrini bərpa edir. 



BİOLOJİ  TƏNƏZZÜL  – üzvi aləmin təkamülündə ikinci əsas 

istiqamət. B.t. keçirən hər hansı bir növün və ya sistematika qrupun 

(cins, fəsilə, dəstə  və i.a.) fərdləri mühitə uyğunlaşa bilmədiyinə  və 

yaşamaq uğrunda mübarizədə  məğlub olduğuna görə, yayıldıqları sahə 

getdikcə  məhdudlaşır, növün fərdləri və sistematik qrupun miqdarı 

azalır, nəhayət yoxa çıxır. 



BİOLOJİ  TƏRƏQQİ  – üzvi aləmin təkamülündə iki əsas 

istiqamətdən birincisi. B.t. keçirən hər hansı bir növün və ya sistematika 

qrupunun (cins, fəsilə, dəstə  və s.) fərdləri getdikcə çoxalır, onların 

yayılma sahəsi genişlənir; növ daxilində müxtəliflik artır. 



BİOLOJİ TOPLANTI (YIĞINTI) ƏMSALI  – orqanizmdə topla-

nan maddələrin (radionuklid, pestisid, dərman, mikroelementlər və s.) 

miqdarının ətraf mühitdəki miqdarına nisbəti. 

BİOLOKASİYA  – heyvanların  ətraf mühitdə öz mövqeyi, və öz 

vəziyyətinə  nəzərən hər hansı bir obyektin mövqeyini (istiqamətini, 

məsafəsini və s.) müəyyənləşdirməsi. 

BİOLÜMİNESSENSİYA – canlı orqanizmlərin işıq verməsi. 

BİOM – biosferin müəyyən iqlim və digər  şəraitinə uyğunlaşan 

müəyyən flora və fauna ilə səciyyələnən böyük bir ərazisi. Məs. tundra 

B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa 

görə dəyişilir. (əvəz olunur). 



BİOMETEOROLOGİYA  – Yer atmosferində meteoroloji və 


 

54 


 

kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı 

əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi 

diqqət verilir. 



BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki 

populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin 

əlamətlərini, keyfiyyət və  kəmiyyət dəyişkənliklərini riyazi (variasiya) 

statistika üsulları ilə təhlil edir. 



BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə 

formaları  və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları. 

Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın xüsu-

si qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar, kol-

lar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir. 

Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar, 

otyeyənlər və s. B. 

BİOMORFOGENEZ – filogenez və ya ontogenezdə  həyat  şəraiti 

ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı 

prosesi. 

BİONOMİYA – Ekologiyanın sinonimi. E.Hekkel tərəfindən «Yes-

testvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürülmüşdür. 



BİOPOLİMERLƏR – canlı orqanizmlərin əsası olan yüksək mole-

kulyar təbii birləşmələr (zülallar, nuklein turşuları və s.)  



BİOPOLYAR YAYILMA, BİOPOLYARLIQ 

– canlı 


orqanizmlərin coğrafi yayılması – hər iki yarım kürənin soyuq və 

mülayim enliklərində hər hansı eyni növün (cinsin) məskunlaşması, tro-

pik qurşaqda isə onun olmaması (məs., dişsiz kitlər, qulaqlı tülenlər və 

s.). 


BİOPOLYARLIQ NƏZƏRİYYƏSİ – bu nəzəriyyəyə əsasən arkti-

ka və antarktida vilayətlərinin biotaları oxşardırlar (ekvivalentdirlər), 

hər ikisi üçüncü dövr flora və faunasının derivatları sayılır. B.N. L.S. 

Berq tərəfindən geniş hazırlanmışdır. 



BİORİTMOLOGİYA, XRONOBİOLOGİYA  – Biologiyanın 

orqanizmlərin ritm, bioloji proseslər, o cümlədən miqrasiya, böyümə, 

qidalanma proseslərini öyrənən bölməsi. 

BİOSENOLOGİYA – biosenozlar haqqında elm. Biosenozları, 

onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, 

mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı  əlaqəsini və növlər 

arasındakı münasibəti öyrənir. 



BİOSENOLOJİ MÜHİT  – orqanizmlərin xarici mühitə birgə 

təsirilə əsasən maddələr mübadiləsi vasitəsilə yaranan, biosenozun dax-

ili mühiti. B.m.-in əsasını xarici mühitin (hava, mineral, su) 



 

55 


 

xüsusiyyətləri təşkil edir. İki hissəyə bölmək olar: humusu, ölü kütləsi 

və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş 

radiasiyasının tərkibi, xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi 

ilə birlikdə hava (klimatop) dəyişir. 

Dəniz biosenozlarında B.m. öz xüsusiyyətlərilə ayrılır: suda həll olan 

üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, 

nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. 

B.m. biosenozun ayrılmaz hissəsi olub onu senoekosistemə (biogeo-

senoza) çevirir. 



BİOSENOTİK (SENOTİK) AMİL  – mənbəyi yalnız ayrıca orqa-

nizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə 

fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir. 

BİOSENOTİK REAKSİYA  – ekosistemin suksessiyasının sonun-

cudan əvvəlki mərhələsi. 



BİOSENOTOP – 1) ekosistemin abiotik tərkibi: biosenozların bio-

topu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin si-

nonimidir. 

BİOSENOZ  – Quru və su hövzəsinin müəyyən, nisbətən eyni 

(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən 

əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu. 

Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu 

ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən 

üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3. 

redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər. 

Yerüstü biosenozların biokütləsini  əsasən ali bitkilər (produsentlər) 

təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-

0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir 

qədər çox olur. 

BİOSENOZ VƏ SENOEKOSİSTEMİN 

İNKİŞAFINDA 

PROQRESSİV VƏ REQRESSİV ƏLAMƏTLƏR – senoekosistemin 

inkişafını və qismən onun demutasiyasını göstərən əlamətlər proqressiv

onun əks mənası isə reqressiv əlamətlər sayılır. Proqressiv əlamətlər: 

– Senoekosistemin ümumi quruluşunun və biohorizontlarının 

mürəkkəbləşməsi; 

– biokütlə  və ölükütlənin, həmçinin onların ehtiyat enerjisinin 

artması; 

– fitosenozun məhsulunun biosenozun tənəffüsünə nisbətinin vahidə 

yaxınlaşması; 

– sinoekosistemlərdə məhsulun onun ehtiyatına nisbətinin azalması; 

– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə