QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə28/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   24   25   26   27   28   29   30   31   ...   182

 

76 


 

şərait sayılan insanı əhatə edən yerin təbiəti. Cəmiyyətin inkişafında və 

cəmiyyətlə  təbiətin qarşılıqlı  əlaqənin öyrənilməsində C.m.-in rolunun 

müəyyənləşdirilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. C.m. 

insanın  əmək fəaliyyəti sahəsidir. Lakin insanın düşünülməmiş 

fəaliyyəti təbii sərvətlərin tükənməsinə,  ətraf mühitin çirklənməsinə 

səbəb olur, bu isə təbiətdə özünü tənzimləmə mexanizminə böyük təsir 

göstərir. Odur ki, bəşəriyyətin qarşısında təbii resurslardan səmərəli 

istifadə etmək və ətraf mühiti qoruyub saxlamaq problemi günü-gündən 

kəskin şəkildə durur. 



COĞRAFİ ÖRTÜK (TƏBƏQƏ), landşaft örtüyü, epigeosfer – li-

tosfer, hidrosfer, atmosfer və biosferin bir-birilə qarşılıqlı təmasda olan 

Yer təbəqəsi. Mürəkkəb tərkibi və quruluşu ilə xarakterizə olunur. 

Bütünlüklə biosfer və hidrosferi, litosferin hipergenez sahəsini, atmosfe-

rin isə stratopauza təbəqəsinə  qədərki hissəsini  əhatə edir. Maks. 

qalınlığı  təqr. 40 km-dir. C.ö. fiziki coğrafiyanın  tədqiqat obyektidir. 

“C.ö” terminini ilk dəfə 1932-ci ildə A.A.Qriqoryev işlətmişdir. 

COĞRAFİ POPULYASİYA  – coğrafi cəhətdən eyni yaşama 

şəraitində yayılaraq, digər coğrafi şəraitdə məskunlaşan C.p.-dan fərqli 

morfoloji tip yaradan bir növün fərdlər qrupu. 

COĞRAFİ PROQNOZ – təbii coğrafi sistemin gələcəyi, onların il-

kin xassələri və müxtəlif dəyişilmə  vəziyyətləri, o cümlədən insanın 

müəyyən məqsədli və ya qərəzsiz fəaliyyətinin nəticələri haqqında 

məlumatların elmi cəhətdən tədqiqi və təhlili. 



COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olan 

yer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və ya 

digər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır. 

COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olub 

xüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olan 

geniş  ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi 

rayonlaşdırmasının yüksək pilləsindən biri olub coğrafi qurşaq daxilində 

yerləşir. İlk dəfə C.z. V.V.Dokuçayev (1898) tərəfindən təbii-tarixi zo-

nalar kimi ayrılmışdır. C.z. təliminin inkişafında L.S.Berqin (1931) 

müstəsna yeri vardır. O, şimal yarımkürəsinin düzən hissəsində tundra, 

mülayim iqlimin meşələri, meşə-çöl, çöl, Aralıq dənizi, yarımsəhra, 

səhra, subtropik meşələr, tropik səhra, tropik çöl, tropik meşə-çöl (sa-

vanna), rütubətli tropik meşələr zonaları ayırmışdır. 

–  Buzlaq zonası (coğrafi) – arktika və antarktika səhraları  ərazisi, 

həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf 

edilmir. 

– Tundra zonası (coğrafi) – subarktik qurşağın ərazisi olub sərt iq-

limi, daim donuşluğun olması, meşəsizliyi, mamır və  şibyələrin güclü 

inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasatlığı ilə səciyyələnir. 

– Meşə-tundra zonası – subarktik qurşaqda tundra zonasından tayqa 

zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna 

elementlərinin birliyi müşahidə olunur. 

– Tayqa zonası – meşə zonasının şimal hissəsi – mülayim qurşağın 




 

77 


 

iynəyarpaqlı meşələri, özünəməxsus torpaq örtüyü və heyvanat aləmi 

var. 

– Qarışıq meşələr zonası – mülayim qarşaqda qarışıq iynəyarpaqlı 



və enliyarpaqlı meşələrin ərazisi. 

– Meşə zonası – mülayim, subtropik, tropik, subekvator və ekvator 

qurşaqlarında müxtəlif meşə tipləri zonası. Mülayim qurşaqda tayqa, 

qarışıq və enliyarpaqlı meşələr zonası ayrıca zona kimi ayrılır. 

–  Meşə-çöl zonası  – mülayim və subtropik qurşağın meşə  və çöl 

əraziləri bir-birini əvəz edən zona. 

– Çöl (bozqır) zonası – mülayim və subtropik qurşaqlarda meşəsiz 

kserofit xarakterli sıx ot örtüyünə malik olan ərazilər. 

–  Aralıq dənizi zonası  – subtropik qurşaqda yerləşib ilboyu 

rütubətliyin qeyri barəbər olmasilə  (əsasən qış yağıntısı) səciyyələnir. 

Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir. 

– Subtropik zona – Yerin subtropik qurşaqlarına daxil olan bir sıra 

zonalar (şimal və cənub yarımkürələrdə): həmişəyaşıl subtropik meşələr 

və kolluqlar, subtropik qarışıq musson meşələri, subtropik meşə-çöl, çöl, 

(bozqır) yarımsəhra və səhralar. 

– Yarımsəhra zonası – mülayim, subtropik və tropik qurşaqlarda çöl 

zonasından səhra zonasına keçid ərazilərdə yerləşib (quru-kontinental 

iqlim  şəraitində) münbit olmayan, çox vaxt şorakət torpaqlarda seyrək 

kserofit bitki örtüyünə malikdir. 

– Səhra zonası – mülayim, subtropik və tropik qurşaqların çox quru 

kontinental iqlimi şəraitində,  əksər halda şorlaşmış torpaqlarda seyrək 

bitki örtüyü. 

– Savanna zonası – tropik və subtropik qurşaqlarda tək-tək ağac və 

kolluqlar ot bitkiləri fonunda. 

–  Tropik zona – Yerin şimal və  cənub yarımkürəsinin tropik 

qurşaqlarında rütubətli sıx tropik meşələri, tropik seyrək meşələri, quru 

çöl və savannalar, tropik yarımsəhra və səhraları. 

COĞRAFİYA  – Təbii və istehsal ərazi komplekslərini və onların 

komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və 

ictimai coğrafiya elmlərinin vahid sistem şəkilindəki birliyi. C. elmləri 

sisteminə təbiət və ya fiziki coğrafiya (ümumi fiziki coğrafiya, geomor-

fologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq C.-sı, siyasi 

C.), həmçinin tədqiqat üsullarına görə texniki elmlərə aid edilən karto-

qrafiya da daxildir. C.-ya ölkəşünaslıq və digər elmlərin materialları ilə 

yanaşı, coğrafiya və kartoqrafik məlumatlardan istifadə edən tibbi C. və 

hərbi C. da aiddir. 

COĞRAFİYA XƏRİTƏLƏRİ  – Yer səthinin kağız üzərində 

kiçildilmiş, ümumiləşdirilmiş, riyazi müəyyənləşdirilmiş  təsviri; müx-

təlif təbii və ictimai hadisələrin yerləşməsini, vəziyyətini və  əlaqəsini 

göstərir. Məzmununa görə C.x. ümumcoğrafi və tematik (xüsusi) 

xəritələrə bölünür. Ümumcoğrafi xəritələr relyef, hidroqrafiya, bitki ör-

tüyü, yaşayış  məntəqələri, yollar şəbəkəsi və s. göstərilməklə Yerin 

səthini  əks etdirir. İri miqyaslı ümumcoğrafi xəritələrə topoqrafik 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə