QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə26/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   22   23   24   25   26   27   28   29   ...   182

 

70 


 

BOTANİKA BAĞI – yerli və başqa ölkələrin bitkilərini becərən və 

öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və  mədəni-maarif 

müəssisəsi,  əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək 

məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün 

qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, B.b. 

bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə  də bitki kolleksiyaları 

toplamaqla məşğul olur. 

Azərb. respub.-da B.b. 1934 ildə Bakının dığlıq hissəsində 

salınmışdır. Mərdəkanda filialı var. 

BOTANİKİ  SİSTEMATİKA  – botanikanın bir sahəsi olub bitki 

aləmində növ və digər taksonomik vahidlər arasında filogenetik əlaqəni, 

taksonomik qrupların əmələ gəlməsi yollarını tədqiq edir. 

BOTANİKİ COĞRAFİYA – bax-bitki coğrafiyası. 

BOYALAR – maye maddələr olub rəngini dəyişmək üçün əşyaların 

səthinə  çəkilərək hopdurulur. Qədimdə  işlədilən təbii boyalar toksik 

olmamışdır. Hazırda işlədilən sintetik boyaların tərkibində ağır metallar 

(arsen, civə, qurğuşun, kadmium, xrom, uran) olub zəhərli hesab olunur. 

Bütün sintetik boyalar və həlledicilər insanın sağlamlığı üçün təhlükəli 

sayılır, odur ki, ondan istifadə edərkən ehtiyatlı davranmaq lazımdır. 

Boya kistlərini təmizləmək üçün işlədilən vasitələri kanalizasiyaya 

tökmək məsləhət görülmür. Çünki bütün toksik boyalar və  həlledicilər 

canlı orqanizmləri məhv edir, bununla da məişət axıntılarının 

təmizlənməsi çətinləşir. 



BOYAQ BİTKİLƏRİ  – kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, 

meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və 

pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər, 

M.Qasımova (1980) görə respublikamızda rast gəlinən boyaq bitkiləri 

110 fəsilə  və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in 

təşkil edir. Boyaqçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan 

bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon 

saforası, qoz, nar, zirinc, palıd,  şabalıd, murdarça, tut, qızılağac, 

çaytikanı, zəfəran,  əvəlik, dazıotu, gəndalaş,  ətirşah, söyüd, andız, 

qaraqınıq, yemişan, heyva və s.-ni göstərmək olar. 

M.Qasımov (1980) qeyd edir ki, bir boyaq bitkisindən alınan boyaq 

məhluluna istənilən metalın (alüminium, mis, xrom, dəmir, kobalt, 

qalay, qurğuşun, sink, natrium, kalium və s.) müxtəlif duzlarını  əlavə 

etməklə 10-dan 100-ə  qədər, hətta 3000-4000-ə  qədər rəng və çalar 

almaq mümkündür. 

BOZ TORPAQLAR – səhra və bozqır zonalarının açıq-boz rəngli 

torpaq tipi. Afrika, Şimali və  Cənubi Amerika, Avstraliya, Orta Asiya 




 

71 


 

və qismən Azərbaycanda yayılmışdır. Respublikamızın B.t.-ında 

pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Resp-nın qışlaqları əsasən boz 

torpaqlar zonasındadır. 



BOZQIR (çöl) EKOSİSTEMLƏRİ  – arid kontinental iqlim 

şəraitində  əsasən kserofil taxıl bitkilərinin dominantlığı ilə formalaşan 

ekosistemlər. Azərbaycan Respublikasında bozqır ekosistemlərinə 

Böyük Qafqazda – Bozqır yaylada və Kiçik Qafqazın  dağətəyi 

zonasında rast gəlinir. Burada yarımsəhra – bozqır bitkiləri (yovşan, 

ziyilotu, tonqalotu, bozqır pişikquyruğu, çobantoxmağı) yayılmışdır. 

Ağac və kol növlərindən qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq 

armud, gürcü ağcaqayını və badama rast gəlinir. Qəhvəyi bozqırlaşmış, 

boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Biçənək və ya otlaq 

kimi, bəzən isə  kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. 

Tədqiqatçıların (Qrosheym, Qulisaşvili, Prilipko) fikrincə  Cənubi 

Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir 

bozqır ekosistemləri meşə örtüyünün yox edilməsilə əlaqədardır. 

BOZ-QONUR TORPAQLAR – quru kontinental iqlimi olan 

səhralarda efemerlər və  şoran bitkiləri altında  əmələ  gələn torpaq tipi. 

Müxtəlif dərəcədə  şorakətli,  şoranvarı, yüksək karbonatlı  və gipslidir. 

Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən də Abşeronda 

yayılmışdır. Tərkibində qida maddələri azdır, əsasən otlaq kimi istifadə 

olunur. 


BÖCƏKLƏR,  sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi. 

Qidalanma xüsusiyyətlərinə görə B. bitki yeyənlər (fitofaqlar), 

çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür. Təqr. 140 fəsiləyə 

mənsub 300 minə  qədər növü var. Azərbaycanda 5 minə yaxın növü 

məlumdur. 

BÖYÜMƏ MADDƏLƏRİ  – böyümə stimulyatorların orqanizmin 

böyümə  və inkişafına kiçik konsentrasiyada təsir göstərən üzvi 

birləşmələr. 

BÖYÜMƏ SƏDDİ – populyasiyanın yuxarı böyümə səddi. Mühitin 

həcmi ilə təyin olunur. 



BÖYÜMƏNİN  İNQİBİTORU  – orqanizmin böyüməsinə mane 

olan maddə. Məs. antibiotiklər. 



BRAKONYERLİK – qadağan olunmuş ov tutmaqla, yaxud meşə 

qırmaqla məşğul olan, təbii sərvəti qanunsuz istifadə edilməsi, ovetmə, 

balıqtutma qaydalırını və heyvanlar aləminin mühafizəsi haqqında digər 

tələbləri pozmaqla vəhşi heyvanların ovlanması. Qanunvericilik B.-ə 

görə məsuliyyət (inzibati, cinayət və mülki) nəzərdə tutulur. 

BROBİONT – mamırlar arasında məskunlaşan orqanizm. 



 

72 


 

BRİOLOGİYA – Botanikanın mamırları tədqiq edən sahəsi. 

BRİZ – (frans. brises) – dənizlərin, böyük göl və çayların 

sahillərində  əsas yerli külək. Quru və su səthinin müxtəlif dərəcədə 

qızması nəticəsində əmələ gəlir. 

BUFER ZOLAQLARI   meylli və dik yamaclarda səthi su 

axınlarının birləşərək böyük axın  əmələ  gətirməsinin qarşısını almaq 

məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət 

zolaqlar. B.z. düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğ-

undan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir. 

Yamac çox dik olduqda B.z.-nın eni 2,5-10 m və daha çox, zolaqlar 

arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-

dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z. yaratmaq olar. 



BUFER ZONASI (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, 

milli park və s.) ətrafında müəyyən sahədə (B.z) təsərrüfat fəaliyyəti 

məhdudlaşdırılır. B.z. saxlamaqda məqsəd  əsas qorunan ərazinin 

mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini 

saxlamaqdır. 

BUFERLİK QABİLİYYƏTİ  – mühitin öz parametrlərinin 

dəyişməsinin qarşısını almaq xüsusiyyəti. 



BUXARLANMA – maddənin maye və  bərk haldan qaz halına 

keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, 

onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində 

rütubətin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxara 

çevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır. Tor-

paq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın 

nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. 

Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı 

və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin 

quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. 



BUXARLANMA DƏRƏCƏSİ  – hər hansı bir regionda potensial 

buxarlanmanın göstəricisi, su səthindən və ya izafi rütubətlənmiş tor-

paqdan xüsusi buxarlandırıcı cihazla ölçülür. 

BULAQ – yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Tempe-

raturu 20

°-yə qədər olan B. soyuq B-lar hesab olunur, 20-37° olan sub-

termal B-lar, 37-42

° olan termal B.-lar, 42°-dən yuxarı olan isə isti B-lar 

adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və 

qazlar olan B-a mineral B.-lar deyilir. B-ın əhalinin və sənayenin su ilə 

təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çay-

lar B-lardan qidalanır. 

BULUD – atmosferdə üzən su buxarı kondensasiyası  məhsulunun 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə