QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə27/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   23   24   25   26   27   28   29   30   ...   182

 

73 


 

toplantısı. B. diametri bir neçə mikron olan su damcılarından, buz 

kristalcıqlarından və ya bunların qatışığından  əmələ  gəlir. B. başlıca 

olaraq troposferdə toplanır. B.-u təşkil edən elementlər iriləşdikcə 

ağırlaşır və yağıntı əmələ gəlir. 

BULUDLUQ – Səmanın buludlarla ötürülmə  dərəcəsi, 10 ballıq 

şkala ilə müəyyən edilir. B.sıfır bal olduqda göy buludsuz, 10 bal ol-

duqda isə tam buludlu olur. B. hava və iqlimi xarakterizə edən mühüm 

amillərdən biridir. 



BURAĞAN – Burula-burula əsən şiddətli qarlı və yağışlı külək. 

BUZLAQ  – Dağ yamacı  və ya dərə üzrə  ağırlıq qüvvəsinin təsiri 

altında yavaş-yavaş  hərəkət edən buz kütləsi. B. bərk yağıntıdan (qar-

dan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və 

buxarlanan sudan xeyli çox olur, daha doğrusu B. iqlim qar sərhədindən 

yuxarıda, qarın toplanması üçün relyef formalarının  əlverişli olduğu 

yerdə əmələ gəlir. Adətən hər B. qar sərhədi ilə iki hissəyə bölünür: bu 

sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və 

o, buza çevrilir. Qar sərhədindən aşağıda isə ablyasiya sahəsi, yəni B-ın 

əridiyi və buxarlandığı sahə yerləşir. 

BUZLAQ EROZİYASI  – yüksək dağlıq zonası buz kütlələrinin 

qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda 

rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri 

qismən hamarlaması prosesi.  

Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq 

(«təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur. 

Respublikamızda B.e. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-

dən yüksək olan ərazilərdə müşahidə olunur. 



BUZLAQ GÖLÜ

 

– buzlağın fəaliyyəti ilə bağlı göllər (məs. 

Skandinaviyadakı göllərin çoxu). 

BUZLAQLARARASI EPOXALAR – Yerin geoloji tarixində 

antropogendə buzlaq epoxaları arasında isti iqlimlə xarakterizə edilən epox-

alar. Antropogendə 4 buzlaq epoxası (GENS, MİNDEL, RİSS və VURM) 

və üçüncü buzlaqlararası epoxa (GÜNS-Mindel, Mindel-Riss, Riss-

VURM) ayırd edilir. Güns-Mindel buzlaqlararası epoxası  təqr. 75 min il 

bundan əvvəl olmuşdur. 

 

 



 

74 


 



 

CALAQ – hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya 

tumurcuğunu (gözcüyünü) başqa bitkiyə calamaq. C.-dan şaxtaya, 

xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni 

tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur. 

Meyvəçilikdə  və dekorativ bağçılıqda göz və  qələm C.-ından istifadə 

olunur. 


CANLI ÇƏPƏR  – avtomobillər işləyən  şose və küçələr boyu səs-

küyün qarşısını almaq, həmçinin bəzi zəhərli qazları, tozları və s. udmaq 

və ya neytrallaşdırmaq məqsədilə  ağac və kolların sıx  əkilməsi. C.p. 

həmçinin bağ  və bağçaların sərhədi boyu mal-qaradan qorumaq üçün 

salınır. Cökə, ağcaqayın, palıd, qoz, lələk, maklyura ağacları və birgöz, 

dəfnə, samşit, rozmarin, böyürtkan kolları C.p. üçün çox effektli sayılır. 



CANLI QAZINTI – keçmiş geoloji dövrlərdən çox az miqdar 

nüsxələri indiyə qədər qalan, tapılana qədər məhv olmuş sayılan növ. 



CANLI MADDƏLƏR– biosferdə canlı orqanizmlərin cəmi. 

Kütləyə, elementar kimyəvi tərkibə, biokimyəvi enerjiyə malikdir. Canlı 

maddələrdə 40-a yaxın kimyəvi element aşkar edilmişdir. Onlardan ok-

sigen, hidrogen, karbon, azot, fosfor və kükürd daha böyük əhəmiyyət 

daşıyaraq zülalların, yağların və karbohidratların tərkibinə daxil olur. 

Planetimizdə canlı maddələrin ümumi kütləsi 85-1000 milyard ton quru 

halda üzvi maddədən ibarətdir. C.m. biosferdə bir sıra fundamental 

funksiya daşıyır (qaz, oksidləşmə, reduksiya və s.). C.m. terminini elmə 

V.İ.Vernadski (1940) daxil etmişdir. 

CANLI TƏBİƏT  – Dünyada və ya konkret bir ərazidə olan bitki, 

heyvan, insan, göbələk, şibyə, bakteriya və virusların cəmi. 



CANLI TƏBİƏTİN QORUNUB SAXLANMASI – canlı 

orqanizmləri (ekosistemləri) deqradasiyadan və  məhv olmaqdan 

qorumağın təmin olunması üçün xüsusi tədbirlərin yerinə yetirilməsi. 

C.t.q.s. bəşəriyyətin əsas qlobal problemlərindən biri hesab olunur. 



CƏMİYYƏTİN MÜHİTƏ  TƏZYİQİ  – təbii resursların 

istismarının intensivlik dərəcəsi; sənaye, k.t. istehsalının genişlənməsi, 

əhalinin artması və onun maddi tələbatının yüksəlməsi, təbiətin əleyhinə 

texnologiyadan istifadə edilməsi ilə əlaqədar mühitə təzyiq də artır. 



CƏNGƏLLİK – digər bitki növünün daxil olmasına əngəl yaradan 

sıx kol və ağac qruplaşmaları. Belə yerdə çox vaxt ağac yarusu olmur. 

Respublikamızda böyürtkan, vel (ayıdöşəyi növü), qaratikan, göyəm, 

topulqa və s. cəngəllik yaradır. 




 

75 


 

CİNS  – 1) Qohum növləri birləşdirən təsnifat kateqoriyası. 2) Ev 

heyvanlarının ayrı-ayrı növlərinə məxsus populyasiyalar, saylar. 



CİVƏ – ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub at-

mosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi 

birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. 

COĞRAFİ BARYER (SƏDD, SƏRHƏD) – Yerüstü (materik, ada) 

heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi 

maneə (dəniz, okean, dağ). C.b. olması endemiklərin formalaşmasında 

əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan izolə olunduğu 

üçün 70%-i endem növlərdən təşkil olunmuşdur. 

COĞRAFİ  DƏYİŞKƏNLİK  – Populyasiya (növ) daxilində  hər 

hansı əlamətin variasiyaları. 



COĞRAFİ EKOLOGİYA – Bax: geoekologiya. 

COĞRAFİ ELEMENT – bir areal tipində növlərin məcmusu. Geo-

botaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında C.e.-dən 

geniş istifadə olunur. 

COĞRAFİ  İRQ  – bir növün populyasiyasının ümumi arelın bir 

hissəsində 

məskunlaşaraq bir-birindən taksonomik cəhətdən 

fərqlənməsi. Populyasiyanın yerli coğrafi  şəraitə uyğunlaşması 

nəticəsində  əmələ  gəlir. C.i. ekoloji irqə yaxındır. C.i. dəyişkənliyi bir 

çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur. 



COĞRAFİ İZOLYASİYA (AYRILMA) – bir növün və yaxud bi-

ri-birinə yaxın qohum olan növlərin populyasiyalarının coğrafi ayrılması 

(əlaqələrinin kəsilməsi). C.i. şəraitində allopatrik növyaranması baş ve-

rir. 


COĞRAFİ QÜTBLƏR  – Yer oxunun Yer səthi ilə  kəsişdiyi 

nöqtələr. Şimal və Cənub C.q.-i mövcuddur. Bütün coğrafi meridianlar 

C.q.-də birləşir.  Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində 

yerləşir və onu ilk dəfə 1909-cu ildə R.Piri fəth etmişdir. Cənub coğrafi 

qütbü Antarktida materikindədir və ona birinci olaraq 1911-ci ildə 

R.A.Amundsen çatmışdır. 



COĞRAFİ LANDŞAFT  – Təbii-ərazi kompleksi; birtipli geoloji 

quruluş, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları, 

həmçinin morfoloji strukturu ilə seçilən və genetik cəhətdən yekcins 

olan  ərazi. C.l.-ın 2-ci mənası landşaftın maddi komponentləri 

arasındakı qarşılıqlı  təsir və  əlaqənin xüsusiyyətləri və onun yaranma 

səbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onların dinamik-

liyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar, torpaq, 

hava kütlələri, bitki və heyvanlar C.l.-ın komponentləridir. 

Komponentlərin landşaftdaxili əlaqəsi maddələr və enerji mübadiləsi ilə 

həyata keçirilir. Azərbaycan Respublikasında yarımsəhra, dağ-çöl, dağ-

meşə, dağ-çəmən landşaftları daha geniş yer tutur. C.l.-ların tədqiqi və 

onların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadə 

məsələlərinin öyrənilməsi və  həllində mühüm elmi və  təcrübəvi 

əhəmiyyəti var. 



COĞRAFİ MÜHİT – cəmiyyətin mövcudluğu üçün daimi və zəruri 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə