QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə23/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   19   20   21   22   23   24   25   26   ...   182

 

61 


 

süzgəc materialı tökülür. Süzgəc təbəqəsinin hünd. 1,5-2 m, dənələrinin 

ölçüləri 30-40 mm, alt döşənək təbəqəsi dənələrinin ölçüləri isə 60-100 

mm-dir. Çirkab süzgəc materiallarından keçərkən onun üzərində bakte-

riya və göbələklərdən ibarət bioloji təbəqə  əmələ  gəlir. Həmin təbəqə 

çirkabın üzvi maddələrini oksidləşdirmək və minerallaşdırmaq yolu ilə 

təmizləyir. 

BİOTA  (yun. biote -həyat)  – biosenozun, assosiasiyanın, həmçinin 

daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora 

və fauna). B.-nın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, 

mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. B. termini ən çox 

biocoğrafiyada istifadə olunur. 

BİOTAKSİYA, SİSTEMATİKA, TAKSONOMİYA  – canlı 

orqanizmlərin təsnifatı ilə məşğul olan elmi fənn. 



BİOTEXNİYA  – faydalı heyvanların sayını artırmaq və 

məhsuldarlıq xassələrini yaxşılaşdırmaq məqsədi ilə  tətbiq olunan 

tədbirlər kompleksi. 

BİOTEXNOLOGİYA  – bioloji proseslərin, obyektlərin və 

materialların sənayedə istifadə olunması. B. – perspektiv sahə olub ətraf 

mühitə mənfi təsiri minimuma endirir. 

BİOTERMOGENEZ – Kimyəvi energiyanın istiliyə çevrilməsi bio-

fiziki prosesi. B. proses zamanı hər orqanizm üçün xarakterik olan tem-

peratur realizə olunur. 

BİOTİK AMİLLƏR  – orqanizmlərə digər orqanizmlərin təsiri 

(bitki və heyvanın bir-birilə  və birinin digəri ilə  əlaqəsi, yırtıcıların və 

parazitlərin təsiri, yemlə təmin etmə və i.a.). 

BİOTİK DÖVRAN – bax bioloji dövran. 

BİOTİK  ƏLAQƏ  – biosenozda orqanizmlərin bir-birilərilə 

əlaqələrinin müxtəlif formaları. 



BİOTİK FAKTORLAR – orqanizmə  təsir göstərən canlı  təbii 

faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər). 



BİOTİK MÜHİT  – canlı orqanizmlərin (heyvan, bitki, 

mikroorqanizmlər) mühiti və onların təsiri (qarşılıqlı və abiotik mühitə). 



BİOTİK POTENSİAL  – növ populyasiyasının nəzəri maksimal 

artması sürəti. 



BİOTOKSİN – canlı orqanizmlərin ifraz etdiyi toksin. 

BİOTOP, EKOTOP – eyni relyef, iqlim və digər abiotik amillərə 

malik olan su hövzəsində  və ya quruda müəyyən biosenozun məskən 

saldığı sahə. Aşağıdakı B.-ları ayırmaq olar: polipedon, yəni torpaq su-

dibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hi-

drotop, su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müx-



 

62 


 

təlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. B. ter-

mini adətən ekoloqlar tərəfindən işlədilir. 

BİOTROFLAR – digər orqanizmlərin bioloji kütləsi ilə qidalanan 

orqanizmlər (yırtıcılar, parazitlər, simbiontlar). 



BİRƏBÖCƏKLƏR  –  (Chrysomelidae) – yarpaqyeyən böcəklər 

fəsiləsi. 5000-ə yaxın növü var. Azərbaycanda zolaqlı taxıl birəsi, qara 

xaççiçək birə, cənub çuğundur birəsi, böyük taxıl birəsi və s. növləri 

var.  Əksər növləri taxıla, kartofa, bostan-tərəvəz bitkilərinə  və s. zərər 

verir. Mübarizə tədbirləri: alaqlar məhv edilir, kimyəvi maddələr (meta-

fos, heksaxloran, xlorofos və s.) tətbiq olunur. 



BİRƏLƏR  (Aphaniptera) – parazit həşərat dəstəsi. 1000-ə yaxın 

növü məlumdur. Azərbaycanda 58 növü qeydə alınmışdır: insan birəsi, 

it birəsi, pişik birəsi, cənub siçan birəsi və s. daha çox yayılmışdır. 

İnsan, at və pişik birəsi, taun və bir çox yoluxucu xəstəliyin keçirisidir. 

Mübarizə  tədbirləri: binalar təmiz saxlanmalı, döşəmə 2-5%-li sabun-

karbol məhlulu ilə yuyulmalı və s. 



BİRİLLİK BİTKİLƏR – həyatını bir vegetasiya dövründə (adətən 

2-5 aya) başa vuran bitkilər. B.b.-in toxumu yazda və ya yayda cücərir, 

bitki payızda toxum verib, məhv olur. B.b.-ə  kətan, qarabaşaq, yazlıq 

buğda, yulafca, əkin qərənfili və s. daxildir. Öz inkişafını daha tez (1-2,5 

aya) başa vuran B.b. efemerlər (erkən baharotu, şərq bozağı, xırda qa-

rayonca və s.) adlanır.  Əlverişsiz  şəraitdə öz həyatını bir il ərzində ta-

mamlaya bilməyən bəzi B.b. çoxilliklərə çevrilir. (məs., Arktikada və 

yüksək dağ şəraitində bitən qırtıc bitkisi). 



BİRLƏPƏLİLƏR (Monocotyledones) – örtülütoxumlular şöbəsinin 

bir sinfi. Toxumunda bir ləpənin olması ilə xarakterizə edilir. 65 mindən 

artıq növü məlumdur. Keçmiş SSRİ-də 2600-dən çox növü yayılmışdır. 

Əksəriyyəti ot bitkiləridir. Subtropik və tropik ölkələrdə  ağac 

formalarına da təsadüf edilir. Ərzaq (buğda, çovdar, çəltik, qırtıc və s.) 

dekorativ (zanbaq, sünbülçiçək və s.), lifli, dərman və s. bitkilərin 

əksəriyyəti birləpəlidir. 

BİSSİNOZ – pambıq tozu ilə uzun müddət nəfəs aldıqda insanın ağ 

ciyər xəstəliyinə tutulması. 



BİTKİ ANATOMİYASI  – botanikanın bitki orqan və 

toxumalarının daxili quruluşunu öyrənən elm bölməsi. 



BİTKİ BAKTERİOZLARI  – bakteriyaların törətdiyi bitki 

xəstəlikləri. B.b-nın törədiciləri bitkiyə  zədələnmiş yerlərdən, yarpaq 

ağızcıqlarından, çiçək nektarisindən və b. məsamələrdən keçir. Onlar 

xəstə toxum və bitki qalığı, habelə həşərat, molyusk, nematod və s. ilə 

ətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz, 



 

63 


 

fındıq və s. bitkilərə böyük zərər vurur. 



BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) – yer səthində bitki 

növləri və onların digər taksonomik kateqoriyalarının yayılması 

qanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c. 

sahələrinə bölünür. 



BİTKİ DOMİNANTLARI  – bitki qruplaşmalarında (fitosenozlar-

da) və ya biosenozların əsas qatlarında üstünlük, yəni dominantlıq edən 

bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edən növlər subdominantlar, 

əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkil edən növlər isə kondo-

minantlar adlanır. Bir çox bitki qruplaşmalarında (o cümlədən meşədə) 

əsas yarusda mütləq üstünlük təşkil edən dominantı ayırmaq çətin olur. 

Belə fitosenozlar polidominant fitosenoz adlanır. Bir növ üstünlük təşkil 

edən isə monodominant fitosenoz adlanır. Fitosenozların təsnifatı domi-

nantlara görə verilir. 

BİTKİ FORMASİYASI – Eyni bitki növündən təşkil olunmuş ha-

kim yarusdakı assosiasiyların məcmusu. B.f.-na genetik və ekoloji 

cəhətdən müxtəlif assosiasiyalar daxil ola bilər. 

BİTKİ GENEFONDUNUN QORUNMASI – bitkinin 

növmüxtəlifliyini saxlamaq üzrə təbdirlər kompleksi. B.g.q. üçün qoruq-

lar, təbii parklar, botaniki və kompleks yasaqlıqlar, rezervatlar və digər 

qorunan obyektlər təşkil olunur; botanika bağlarında və  təcrübə 

stansiyalarında yerli və introduksiya olunmuş növlərin genefondunun 

bankı yaradılır; qiymətli bitkilərin mədəni yetişdirilməsi metodları 

işlənib hazırlanır; introduksiya, reintroduksiya və repatriasiya üzrə işlər 

genişləndirilir; bitkinin bitmə mühitinə ümumi bioloji və ekoloji qiymət 

və onun gələcəkdə dəyişməsi proqnozlaşdırılır, qırmızı kitab burxılır və 

s. B.g.q. təbiəti mühafizənin tərkib hissəsidir. 



BİTKİ XƏSTƏLİKLƏRİ – xəstəlik törədiciləri və əlverişsiz mühit 

şəraiti kimi müxtəlif təsirli səbəblərin nəticəsində baş verən pataloji hal. 

B.x. bitkilərin quruluşunun, funksiyalarının (fotosintez, tənəffüs, su 

cərəyanı, qida maddələri) pozulması zamanı baş verir və orqanizmin 

vaxtından  əvvəl məhvinə  və ya onun ayrı-ayrı orqanlarının 

zədələnməsinə səbəb olur. 30 mindən çox müxtəlif B.x. məlumdur. B.x. 

kənd və meşə  təsərrüfatına böyük zərər vurur. B.x. məhsulun 

keyfiyyətini, toxumun cücərmə qabiliyyətini aşağı salır və s. B.x-ni 

öyrənən və onlara qarşı mübarizə  tədbirləri hazırlayan elm fitopatolo-

giya adlanır. 



BİTKİ QRUPLAŞMASI  – bir-biri ilə, eləcə  də mühitin biotik və 

abiotik komponentləri ilə mürəkkəb qarşılıqlı  əlaqədə olan avtotrof və 

heterotrof bitkilərin məcmusu (müəyyən sahədə). 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə