QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə19/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   15   16   17   18   19   20   21   22   ...   182

 

50 


 

BİOQÜTB YAYILMASI  –  şimal və  cənub yarımkürələrinin 

mülayim enliklərində eyni növdən (cins, ailə) ibarət orqanizmlərin aralı 

yayılması, ancaq onlarda tropik qurşaqda rast gəlinməməsi. Dəniz 

orqanizmləri üçün səciyyəvidir. 



BİOLİTLƏR, ORQANOLİTLƏR  – üzvi aləmin fəaliyyəti 

nəticəsində törənən mineral və süxurlar. B.-ə qabıqlı foraminiferli, mər-

canlı əhəngdaşları, diatomit,sponqolit, qazıntı kömür, torf və s. aiddir. 

BİOLOGİYA – canlı  təbiət haqqında elmlər kompleksi. B. bütün 

həyati hadisələri, canlıların quruluş  və funksiyalarını, onların təbii 

qruplaşmalarını, yayılmasını, mənşəyi və inkişafını, bir-birilə, eləcə  də 

cansız təbiətlə əlaqəsini öyrənir. 



BİOLOJİ AKTİV MADDƏLƏR–Orqanizmlərin fəaliyyətində, o 

cümlədən regenerasiyası  və böyük artımına təkan verən və ya onu 

zəiflədən hər hansı bir maddə. B.a.m.-ə fotohormonlar, hormonlar və bir 

sıra digər maddələr: neft boy maddələri, herbisidlər və s. aiddir. 



BİOLOJİ AKTİVLİK – orqanizm həyatının aktiv (fəal) fazası. 

BİOLOJİ AMİL – Bilavasitə canlı orqanizmin və ya onun istənilən 

birliyinin törətdiyi amil. (məs. yırtıcı  və onun qurbanının  əlaqəsi, 

qurbanın sayının azalması faktorudur). 

BİOLOJİ  AŞINMA  – orqanizmlərin həyat fəaliyyəti nəticəsində 

süxurların, eləcə  də mineralların mexaniki parçalanması  və kimyəvi 

dəyişməsi prosesi. B.a. zamanı orqanizmlər süxurlardan mineral 

maddələri ayıraraq üst qata toplayır və torpaq əmələ  gəlməsinə  şərait 

yaradır. Bitki köklərinin buraxdığı karbon qazı  və mikroorqanizmlərin 

xarici mühitə ifraz etdiyi müxtəlif turşular suxur və mineralların 

parçalanmasına səbəb olur. Torpaqda yaşayan heyvanların ifrazatı 

süxurları mexaniki aşındırır. 



BİOLOJİ BARYER (MANEƏ, SƏDD)  – növ və ya qrupun 

yayılmasına maneçilik göstərən istənilən təbii bioloji sədd. Məs., meşə 

bozqırın yayılmasına maneçilik göstərir; tozlayıcı cücülərin olmaması 

entofil bitkilərin yayılmasına mane olur və s. 



BİOLOJİ ÇİRKLƏNMƏ – istismar edilən ekosistemlərə və ya tex-

noloji qurğulara təsadüfi və insan fəaliyyəti nəticəsində  həmin 

qruplaşma və qurğu üçün yad olan, arzu olunmayan bitki və heyvanat 

növünün müdaxiləsi. 



BİOLOJİ DÖVRAN, KİÇİK MADDƏLƏR DÖVRANI  – Yer 

üzərində  həyat başlanan vaxtdan orqanizmlərin həyat fəaliyyəti ilə 

yerinə yetirilən kimyəvi elementlərin və maddələrin dövranı. B.-d.-da 

əsas rolu ilkin produsentlər (yaşıl bitkilər və xemosintez edən 

mikroorqanizmlər), konsumentlər (heyvanlar) və redusentlər (saprofit 



 

51 


 

orqanizmlər, ən çox bakteriyalar) oynayır. 



BİOLOJİ DÖVRANIN SÜRƏTİ  – vahid zamanda yaranan və 

parçalanan canlı maddənin maksimum miqdarı. 



BİOLOJİ DÖVRANIN TUTUMU – kimyəvi elementlərin canlı 

orqanizmlərin tərkibində eyni vaxtda maksimum miqdarı. 



BİOLOJİ FAKTORLAR – canlı orqanizmlərin mühitə bilavasitə 

və vasitəli təsiri ilə əlaqəsi olan faktorlar qrupu. 



BİOLOJİ İNDİQATORLAR – öz iştirakı və ya özünün olmaması 

ilə  ətraf mühitin xarici görünüşünü, kimyəvi tərkibini və davranışını 

dəyişməklə reaksiya göstərən orqanizmlər. 

BİOLOJİ KADASTR – müəyyən ərazinin (akvatoriyanın) fauna və 

florasının sistemləşdirilmiş məlumat toplusu. 



BİOLOJİ MELİORASİYA (su obyektlərinin) – bioloji tədbirlərin 

köməyi ilə su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq. 



BİOLOJİ  MƏHSULDARLIQ  – ekoloji sistemə daxil olan bitki, 

heyvan və mikroorqanizm biokütləsinin artımını ifadə edən bioloji 

anlayış. B.m. ayrı-ayrılıqda bitki və heyvan növü və populyasiyalarının 

miqdarı ilə müəyyən edilib vahid zamanda sahə, yaxud həcmə düşən 

məhsulla ölçülür. Orqanizmlərin bütün populyasiyalarının vahid sahəyə 

düşən məhsuldarlığı B.m.-ğı xarakterizə edir. B.m. kəmiyyətcə onun 

nəticəsinə  əsasən, quru halda üzvi maddənin illik bioloji 

məhsuldarlığına görə qiymətləndirilir. (t/ha, il, q/m

2

-il).  İki cür B.m. 



ayırırlar:  İlk və ikinci B.m. Avtotrof orqanizmlərin məhsulu ilk 

məhsuldarlıq, özü isə produsentlər (məhsul yaradanlar) adlanır. Hetero-

trof orqanizmlərin məhsulu ikinci məhsuldarlıq, özləri isə konsumentlər 

(ehtiyacı olanlar) adlanır. 



BİOLOJİ  MƏSKUNLAŞMA  – müəyyən sahədə  məskunlaşan bir 

və ya bir neçə növ bitki və heyvan orqanizmlərinin məcmusu. 



BİOLOJİ MÜHİT  – orqanizm qruplaşmaları ilə yaradılan və 

dəyişdirilən mühit. 



BİOLOJİ NƏZARƏT – insandan və ya digər bioloji obyektlərdən 

çirkləndiricilərin konsentrasiyasını, qida mübadiləsini və 

biotransformasiyasını analiz etmək məqsədilə sistematik şəkildə 

nümunələrin götürülməsi. Analiz və onun nəticələri, adətən, nümunə 

götürülən gündən başlayaraq bir həftə davam etdirilir. 

BİOLOJİ NOHUR (SÜNİ GÖL) – kiçik yaşayış  məntəqələrinin, 

sənaye müəssisələrinin (əsasən yeyinti) və s.-nin çirkab sularını 

təmizləmək məqsədilə yaradılan süni nohur. 

BİOLOJİ OPTİMUM  – bax: ekoloji optimum. 

BİOLOJİ ÖZÜNÜTƏMİZLƏMƏ  – biosenozun çirkləndirici 



 

52 


 

maddələrin zərərli təsirini neytrallaşdırma qabiliyyəti. Biosenozun bu 

xassəsindən çirkab və içməli suların təmizlənməsində geniş istifadə olu-

nur. 


BİOLOJİ PREPARATLAR, BİOPREPARATLAR  –Kənd 

təsərrüfatında istifadə olunan bioloji mənşəli vasitələr (dərmanlar). 

Heyvanlarda parazitar və infeksiya xəstəliklərinin diaqnostikası, 

profilaktikası  və müalicəsi, heyvanların artımı  və  məhsuldarlığını 

yüksəltmək, həmçinin bitkilər ziyanverici və  xəstəliklərdən mühafizə 

etmək məqsədilə  işlədilir. B.p.-ra mikrobioloji maddələr (antibiotiklər, 

hormonlar və s.) daxildir. 

BİOLOJİ REKULTİVASİYA – torpaqların münbitliyinin bərpası 

üzrə  tədbirləri özündə birləşdirən və texniki rekultivasiyadan sonra 

həyata keçirilən rekultivasiya mərhələsi. Bura fauna və floranın 

fəaliyyətinin dirçəldilməsinə  və torpaqların təsərrüfat baxımından 

məhsuldarlığının bərpasına aid kompleks aqrotexniki və fitomeliorativ 

tədbirlər daxil edilir. Rekultivasiyanın bütün istiqamətləri bioloji 

mərhələdə başa çatdırılır. 

BİOLOJİ RESURSLAR, BİORESURSLAR – sənaye obyekti olan 

və sayıla bilən orqanizmlər. Tükənən, bərpa oluna bilən təbii resurs 

kateqoriyasına aiddir. B.r. ın mühafizə olunmasının əsas prinsipi onların 

səmərəli istifadəsi üçün təbii  şəraitinin optimal saxlanması  və süni 

istehsalına şərait yaratmaqdır. 

BİOLOJİ  SƏDD  – rəqabət, yırtıcılıq və digər bioloji faktorlarla 

əlaqədar orqanizmlərin yayılması yolunda kənar edilə bilməyən 

müqavimət. 

BİOLOJİ SİSTEMLƏR – canlı sistemlərin quruluş prinsipinə görə 

təkmilləşmə  dərəcəsi: molekul, hüceyrə, toxuma, orqan, orqanizm, po-

pulyasiya, növ, biosenoz, ekosistem, biosfer. 

BİOLOJİ SPEKTR – hər hansı bir sahədə bitki biomorflarının 

tərkibi (faizlə). Keçmiş Sovetlər  İttifaqında dominant və 

subdominantların B.s.-ri aşağıdakı kimidir:

 

 



 

Ağaclar Kollar 

Otlar 

Yarpağını 



tökən 

Həmişə 


yaşıl 

Yarpağını 

tökən 

Həmiş


ə yaşıl 

Yarım 


kollar 

Çoxillik Birillik 

11 3 14 2 

57 6 



 

 

 



 

 

 



 

BİOLOJİ TARAZLIQ – təbii komplekslərin (biogeosenozların) di-

namiki stabilliyini saxlamaq. 



BİOLOJİ  TƏKAMÜL  – orqanizmin ən aşağı inkişaf pillələrdən 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə