53
hazırkı yüksək təşkil olunmuş formalara kimi inkişafı; növ
populyasiyalarının növmüxtəlifliklərinin bərpa olunmaz dəyişikliyi və
adaptasiyası; ardıcıl genetik çevrilmələrin (dəyişikliklərin) ifadəsi; canlı
təbiətin bərpa olunmayan və müəyyən qədər istiqamət almış inkişafı; bu
inkişaf populyasiyaların genetik tərkibinin dəyişməsi, adaptasiyanın
formalaşması, növlərin əmələ gəlməsi və ölməsı, biogeosenozların və
bütövlüklə biosferin yenidən dəyişməsi ilə müşayiət olunur (nəticələnir).
B.t. paleontoloji, fizioloji, biokimyəvi və genetik məlumatlarla təsdiq
edilir. B.t. nəzəriyyənin ilk elementlərinə Herakl, Demokritin
əsərlərində rast gəlinir. B.t.-ün ilk daha mükəmməl nəzəriyyəsini J.B.
Lamark (1809) hazırlamışdır. Sintetik nəzəriyyəyə əsasən B.t. mutasiya
və təbii seçmənin nəticəsidir. B.t. nəzəriyyəsi (darvinizm) ekologiya ilə
sıx bığlıdır. B.t. terminini biologiyada ilk dəfə olaraq Fransa təbiətşünası
Ş.Bone (1762) işlətmişdir.
BİOLOJİ TƏMİZLƏMƏ – su və torpaqdan kənar və ya zərərli
agentlərin canlı orqanizmlərin köməyilə təmizlənməsi, onlar bu
qarışıqların süzülməsinə və ya dığıdılmasına səbəb olaraq mühitin ilkin
xassələrini bərpa edir.
BİOLOJİ TƏNƏZZÜL – üzvi aləmin təkamülündə ikinci əsas
istiqamət. B.t. keçirən hər hansı bir növün və ya sistematika qrupun
(cins, fəsilə, dəstə və i.a.) fərdləri mühitə uyğunlaşa bilmədiyinə və
yaşamaq uğrunda mübarizədə məğlub olduğuna görə, yayıldıqları sahə
getdikcə məhdudlaşır, növün fərdləri və sistematik qrupun miqdarı
azalır, nəhayət yoxa çıxır.
BİOLOJİ TƏRƏQQİ – üzvi aləmin təkamülündə iki əsas
istiqamətdən birincisi. B.t. keçirən hər hansı bir növün və ya sistematika
qrupunun (cins, fəsilə, dəstə və s.) fərdləri getdikcə çoxalır, onların
yayılma sahəsi genişlənir; növ daxilində müxtəliflik artır.
BİOLOJİ TOPLANTI (YIĞINTI) ƏMSALI – orqanizmdə topla-
nan maddələrin (radionuklid, pestisid, dərman, mikroelementlər və s.)
miqdarının ətraf mühitdəki miqdarına nisbəti.
BİOLOKASİYA – heyvanların ətraf mühitdə öz mövqeyi, və öz
vəziyyətinə nəzərən hər hansı bir obyektin mövqeyini (istiqamətini,
məsafəsini və s.) müəyyənləşdirməsi.
BİOLÜMİNESSENSİYA – canlı orqanizmlərin işıq verməsi.
BİOM – biosferin müəyyən iqlim və digər şəraitinə uyğunlaşan
müəyyən flora və fauna ilə səciyyələnən böyük bir ərazisi. Məs. tundra
B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa
görə dəyişilir. (əvəz olunur).
BİOMETEOROLOGİYA – Yer atmosferində meteoroloji və
54
kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı
əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi
diqqət verilir.
BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki
populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin
əlamətlərini, keyfiyyət və kəmiyyət dəyişkənliklərini riyazi (variasiya)
statistika üsulları ilə təhlil edir.
BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə
formaları və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları.
Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın xüsu-
si qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar, kol-
lar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir.
Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar,
otyeyənlər və s. B.
BİOMORFOGENEZ – filogenez və ya ontogenezdə həyat şəraiti
ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı
prosesi.
BİONOMİYA – Ekologiyanın sinonimi. E.Hekkel tərəfindən «Yes-
testvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürülmüşdür.
BİOPOLİMERLƏR – canlı orqanizmlərin əsası olan yüksək mole-
kulyar təbii birləşmələr (zülallar, nuklein turşuları və s.)
BİOPOLYAR YAYILMA, BİOPOLYARLIQ
– canlı
orqanizmlərin coğrafi yayılması – hər iki yarım kürənin soyuq və
mülayim enliklərində hər hansı eyni növün (cinsin) məskunlaşması, tro-
pik qurşaqda isə onun olmaması (məs., dişsiz kitlər, qulaqlı tülenlər və
s.).
BİOPOLYARLIQ NƏZƏRİYYƏSİ – bu nəzəriyyəyə əsasən arkti-
ka və antarktida vilayətlərinin biotaları oxşardırlar (ekvivalentdirlər),
hər ikisi üçüncü dövr flora və faunasının derivatları sayılır. B.N. L.S.
Berq tərəfindən geniş hazırlanmışdır.
BİORİTMOLOGİYA, XRONOBİOLOGİYA – Biologiyanın
orqanizmlərin ritm, bioloji proseslər, o cümlədən miqrasiya, böyümə,
qidalanma proseslərini öyrənən bölməsi.
BİOSENOLOGİYA – biosenozlar haqqında elm. Biosenozları,
onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını,
mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər
arasındakı münasibəti öyrənir.
BİOSENOLOJİ MÜHİT – orqanizmlərin xarici mühitə birgə
təsirilə əsasən maddələr mübadiləsi vasitəsilə yaranan, biosenozun dax-
ili mühiti. B.m.-in əsasını xarici mühitin (hava, mineral, su)
55
xüsusiyyətləri təşkil edir. İki hissəyə bölmək olar: humusu, ölü kütləsi
və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş
radiasiyasının tərkibi, xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi
ilə birlikdə hava (klimatop) dəyişir.
Dəniz biosenozlarında B.m. öz xüsusiyyətlərilə ayrılır: suda həll olan
üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər,
nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır.
B.m. biosenozun ayrılmaz hissəsi olub onu senoekosistemə (biogeo-
senoza) çevirir.
BİOSENOTİK (SENOTİK) AMİL – mənbəyi yalnız ayrıca orqa-
nizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə
fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir.
BİOSENOTİK REAKSİYA – ekosistemin suksessiyasının sonun-
cudan əvvəlki mərhələsi.
BİOSENOTOP – 1) ekosistemin abiotik tərkibi: biosenozların bio-
topu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin si-
nonimidir.
BİOSENOZ – Quru və su hövzəsinin müəyyən, nisbətən eyni
(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən
əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu.
Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu
ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən
üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3.
redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər.
Yerüstü biosenozların biokütləsini əsasən ali bitkilər (produsentlər)
təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-
0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir
qədər çox olur.
BİOSENOZ VƏ SENOEKOSİSTEMİN
İNKİŞAFINDA
PROQRESSİV VƏ REQRESSİV ƏLAMƏTLƏR – senoekosistemin
inkişafını və qismən onun demutasiyasını göstərən əlamətlər proqressiv,
onun əks mənası isə reqressiv əlamətlər sayılır. Proqressiv əlamətlər:
– Senoekosistemin ümumi quruluşunun və biohorizontlarının
mürəkkəbləşməsi;
– biokütlə və ölükütlənin, həmçinin onların ehtiyat enerjisinin
artması;
– fitosenozun məhsulunun biosenozun tənəffüsünə nisbətinin vahidə
yaxınlaşması;
– sinoekosistemlərdə məhsulun onun ehtiyatına nisbətinin azalması;
– xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə
Dostları ilə paylaş: |