QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə16/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   12   13   14   15   16   17   18   19   ...   182

 

41 


 

sürfələrindən ibarət olub abissal və ultraabissalın asudə (dinc) yırtıcıları 

üçün yem hesab olunur. 

BATİSFER – litosferdən sonra gələn Yerin daxili qabığı. 

BATOMETR – laboratoriya tədqiqat məqsədi ilə  dəniz və s. su 

hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. 

Dəniz B.-i, üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc 

qabdır. 


BAYQUŞLAR  (Sirigiformes) – quşlar sinfinin bir dəstəsi.  Əsasən 

siçan, həmçinin xırda onurğalı heyvan və  həşərat yeyir. 134 növü mə-

lumdur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, 

qulaqlı bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşə 

bayquşu, kənd təsərrüfatı  və meşə ziyanvericilərini məhv etdiklərinə 

görə xeyir verən quşlardır; yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan 

vurur. 

BAZA MONİTORİNQİ  – regional antropogen təsir alınmadan 

ümumi biosferin, əsasən təbii hadisələrin vəziyyətinə və mümkün dəyiş-

məsinin proqnozlaşdırılmasına nəzarət. 

BAZİFİLLƏR – qələvi reaksiyalı torpaqlara üstünlük verən heyvan-

lar məs. urobakteriyalar. 



BAZİFİTLƏR – Qələvi reaksiyaya malik olan (pH 7-dən çox olan) 

torpaqlara üstünlük verən bitkilər. Məs. ağ akasiya, sarağan və digər 

kalsefil bitkilər. 

BAZOFİL BİTKİLƏR – bitkilərin bozqır, səhra və yarımsəhralarda 

qələvi torpaqlarda bitməsi. 



BEDLEND (ingiliscə pis torpaqlar) – alçaq dağlıq ərazidə kəskin və 

mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. 

Respublikamızda Bozqır yayla ərazisində daha çox rast gəlinir. 



 

41 


 

III dövr yaylasında bedlend ərazi

BENTOFAQ – Su hövzələri dibində yaşayan orqanizmlərlə qidala-

nan heyvanlar, özləri yalnız qida axtarmaq üçün hövzənin dibinə enir. 



BENTOS  (yun. benthos -dərinlik) – Su ekosistemlərinin dib 

biohorizonlarında yerləşən orqanizmlərin cəmi. B. avtotrof 

orqanizmlərdən (yosunlar, qismən ali bitkilər), əsasən az hərəkətli hete-

rotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, xərçəngkimilər) 

ibarətdir. 

BERİ-BERİ  – Qidada B vitaminin çatışmamasından irəli gəlir. 

Uzun müddət qidada təmizlənmiş şəkər, çox təmizlənmiş taxıl dənəsi (o 

cümlədən düyü) istifadə etdikdə B-b. xəstəliyi baş verir. 

BEYNƏLXALQ COĞRAFİYA  İTTİFAQI (BCİ)  – dünya 

coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə 

yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım 

göstərir, beynəlxalq  əməkdaşlıq  şəraitində aparılmalı  tədqiqatların 

təşkili və  mərkəzləşdirilməsi ilə  məşğul olur, beynəlxalq coğrafiya 

konqreslərini çağırır və s. 



BEYNƏLXALQ BİOLOJİ PROQRAM (BBP) – dünya 

miqyasında insanların iştirakı ilə yaradılmış, eləcə də təbii bitki və hey-

van qruplaşmalarının bioloji məhsuldarlığını öyrənən proqram. (1964 

ildən həyata keçirilir). BBP üzrə Azərbaycanda da geniş  tədqiqatlar 

aparılmışdır. Azərb. MEA biologiya bölməsinin nəzdində BBP-nin res-

publika komitəsi yaradılmış  və 1974-cü ilin sonunadək fəaliyyət 

göstərmişdir. Bu komitə Azərb-da qoruqların, dənizlərin və şirin suların 

flora və faunasının bioloji məhsuldarlığı, flora və faunanın qorunması və 

s. üzrə aparılan elmi-tədqiqat işlərini əlaqələndirirdi. Bu işlərin nəticəsi 



 

43 


 

iki məcmuədə çap etdirilmişdir. (1970, 1972). 



BEYNƏLXALQ HİDROLOJİ PROQRAM (BHP) – 1975-ci ildə 

YUNESKO tərəfindən qəbul olunan beynəlxalq elmi əlaqə: məqsədi 

milli, regional və qlobal proqramlar üzrə su balansının kompleks 

tədqiqi: hidroloji proseslərin öyrənilməsi metodlarının unifikasiyası  və 

su resurslarından səmərəli istifadə olunması, onların qorunması, insan 

fəaliyyətinin hidrosferə təsirinin nəticələrini aşkar etmək və s. 



BEYNƏLXALQ TƏBİƏTİN VƏ  TƏBİİ RESURSLARIN 

MÜHAFİZƏSİ  İTTİFAQI  – JUGN; MSOP – YUNESKO-nun (UN-

ESCO) yanında təbii resurslardan səmərəli istifadə olunması üzrə 

məsləhət statusu əsasında 1948-ci ildə yaradılmış qeyri dövləti təşkilat. 

Bura 130 dövlət, həmçinin 24 Beynəlxalq təşkilatın 502 idarəsi (dövlət, 

elmi, milli və s.) daxildir. 

YUGN-un  əsas fəaliyyət istiqamətləri: elmi-texniki müşavirələrin

xüsusi konfransların hazırlanması və çağırılması; beynəlxalq proqramın 

hazırlanması; Beynəlxalq sazişlərin və  təkliflərin hazırlanması. JUGN 

digər beynəlxalq təşkilatlarla (BMT-nin ətraf mühit üzrə proqramı), 

UNESCO (insan, və biosfer proqramı), yabanı  təbiətin ümumdünya 

fondu, Roma klubu və s. ilə əməkdaşlıq edir, aylıq bülletenlər çap edir, 

elmi-texniki müşavirələrin əsərlərini buraxır. 

BEYNƏLXALQ TƏBİİ RESURSLAR – universal ümumbəşər 

təbii sərvətləri; bura açıq dənizin (iqtisadi zonanın 200 millik 

məsafəsində) canlı  və cansız resursları, Antarktidanın təbii sərvətləri 

daxildir. 



BƏRABƏR YAYILMA – populyasiyada fərdlərin bərabər 

paylanması, bütün fərdlər arasındakı  məsafə eyni olur. B.y.-a fərdlər 

arasında kəskin rəqabət və ya antaqonizm səbəb olur. 

BƏRABƏRYARPAQLILAR    (Isopoda) – ali xərçənglər dəstəsi

detrit, su bitkiləri, yarpaq çürüntüləri ilə qidalanaraq su hövzələrini 

təmizləyir. 

BƏRƏ  – 1) ov gözlənilən yer, pusqu, marıq; 2) çıxacaq yer, yol, 

aralıq; 3) bağ  və bostanların arasındakı  cığır, sərhəd, ara, mərz; 4) 

əkinləri suvarmaq üçün düzəldilən kiçik arx; 5) Sağım zamanı 

qoyunların saxlandığı çəpərlənmiş sahədəki çıxacaq. 



BƏRPA OLUNAN NÖV – yaxın keçmişdə  sıradan çıxmış, nadir 

hesab olunan, hazırda isə fərdlərinin sayı, populyasiyasının müxtəlifliyi 

və arealının ölçüsü təhlükəsiz dərəcəyə (məhv olmaq nöqteyi-nəzərincə) 

çatan növ. B.o.n. xüsusi qərarla müəyyən vaxt keçdikdən sonra Qırmızı 

kitabdan çıxarılır, lakin onun üzərində mükəmməl müşahidələr davam 

etdirilir. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə