36
110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava
və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük
əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və
s.) ölçülür.
ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi
tərkibi ilə
əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi,
çirkləndiricilərin olması).
ATMOSFER FİZİKASI – atmosferdə baş verən fiziki proses və
hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini,
onların radiasiyasını udması və şüalandırmasını və buxarın
kondensasiyasını, buludların və yağıntıların əmələ gəlməsini,
atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu
hadisələr arasındakı asılılığı və s. öyrənir.
ATMOSFER TƏZYİQİ – atmosferin Yer səthinə və cisimlərə et-
diyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə
qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760
mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni
ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə
ölçülür.
ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim-
yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis
təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir.
ATMOSFERİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – atmosferin
çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları
ilə yuyulması.
ATMOSFERİN RADİOAKTİVLİYİ – atmosferdə təbii və süni
mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer
qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu
göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii
radioaktivliyin mənbəyinə həmçinin kosmik şüalar aiddir. Radioaktiv
izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və
sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs-
tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox
ölkələrdə aparılır.
ATMOSFERİN SİRKULYASİYASI
– atmosferdə hava
axınlarının, o cümlədən tsiklon, antitsiklon, musson və passatların
ümumi sistemi.
ATMOSFERİN ŞƏFFAFLIĞI – atmosferin radiasiya, o cümlədən
görünən işığı buraxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi
(toz hissəciklərilə, karbon qazı, kükürd, azot, aerozollarla) A.ş. azaldır.
37
A.ş.-nın pozulmasının ən qlobal nəticəsi parnik effekti hesab olunur.
ATOLL (ing. atoll) – tropik qurşaqda mərcan riflərinin əmələ
gətirdiyi daxili laqunları qapayan qövsvari ada.
ATOM BOMBASI – atom nüvəsinin parçalanma reaksiyası
nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin
ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. İlk
A. b. İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. A.b.
havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi
dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ A. b-nı sınaqdan
çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki
(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına
ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam
ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha
35 min adam ölmüşdür.
ATOM ELEKTRİK STANSİYASI (AES) – nüvə yanacağını
«yandırmaq» hesabına enerji əldə edən elektrik stansiyası. AES – ra-
dioaktiv çirklənmə nəticəsində ətraf mühitə təsir göstərir, qəza vaxtı da-
ha təhlükəli təzadlar baş verir. AES, həm də güclü istilik çirklənmə fak-
torudur.
ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK Atom
enerjisindən dinc sahədə beynəlxalq əməkdaşlağın inkişafı məqsədilə
1957-ci ildə yaradılmışdır. (10-dan çox dövləti birləşdirir).
ATTRAKTANTLAR (yun. attraho – özümə çəkirəm) – Öz iyi ilə
zərərli həşərat, gəmirici və b. orqanizmləri özünə cəlb edən təbii və sin-
tetik (kimyəvi) maddələr. Son vaxtlar A.-dan bitkinin zərərvericilərdən
mühafizəsində istifadə edilir.
AUTEKOLOGİYA – ekologiyanın bir bölməsi; bitki, göbələk və
heyvanat aləminin yaşadığı mühitlə olan qarşılıqlı əlaqəsini, onların
ekoloji amillərlə olan davamlılığını, orqanizmin fizioloji və morfoloji
adaptasiya prosesini tədqiq edir. A.-nın xüsusi bölməsi antekologiya
adlanır.
AUTVELLİNQ (ing. aut – kənar, well – sel kimi axmaq) –
estuarilərdən dənizə biogen maddələrlə zəngin olan suyun axması.
AZ YARARLI SÜXURLAR
–
bitkinin inkişafı üçün əlverişsiz fizi-
ki və kimyəvi xassələrə malik olan süxurlar. Belə süxurlarda bioloji
rekultivasiyanın aparılmasını təmin etmək üçün kimyəvi, aqrokimyəvi
və meliorativ araşdırmaların aparılması tələb olunur.
AZALAN NÖV – fərdləri və populyasiya müxtəlifliyi nəzərə çar-
pacaq dərəcədə durmadan azalmağa doğru gedən növ.
AZDUZLU (ŞORTƏHƏR) SU – Duzun qatılığı 10q/l-rə qədər
38
olan su.
AZOY MÜHİT – canlı orqanizmlərdən mərhum olan mühit
(vulkanın krateri, hiperqalin su və s.).
AZONAL BİTKİ ÖRTÜYÜ, İNTROZONAL BİTKİ ÖRTÜYÜ
– heç bir yerdə müstəqil zona əmələ gətirməyən, lakin müxtəlif zonalar-
da rast gəlinən bitki örtüyü. A.b.ö. müxtəlif litoloji çılpaq süxurlar
üzərində, müəyyən zona üçün xas olmayan izafi rütubətli və ya əksinə
çox az rütubətli sahələrdə, şoran və s. yerlərdə inkişaf edir. A.b.ö.-nə
bataqlıq, çay gətirmələri, duzlu su hövzələri bitkiləri də daxildir.
AZOT BAKTERİYALARI – havadan azotu fiksasiya etmə
qabiliyyəti olan aerob bakteriyalar qrupu.
AZOT GÜBRƏLƏRİ – bitkilərin azot qidasının mənbəyi kimi
istifadə edilən üzvi və mineral maddələr.
Azot, mineral A. g.-nin tərkibində ammonyak (NH
3
), nitrat (NO
3
),
ammonyak - nitrat (NH
3
və NO
3
) və amid (NH
2
) şəklində olur.
Ammonyaklı gübrələrə ammonium-sulfat, ammonium-xlorid, am-
monium-bikarbonat və maye azot gübrələri aiddir.
Ammonyaklı-nitratlı gübrələrə ammonium şorası və ammonium
sulfonitrat aiddir.
Nitratlı gübrələrə natrium şorası, kalsium şorası (kalsium-nitrat),
kalium şorası (kalium-nitrat) aiddir.
Amidli gübrələrə karbamid (sidik cövhəri), kalsium-sianamid və
karbalid-formaldehid aiddir.
AZOT FİKSASİYASI – molekulyar atmosfer azotunun (N
2
)
kimyəvi birləşmə şəklinə salınması və azotlu maddələrə çevrilməsi pro-
sesi. Azotfiksə edən mikroorqanizmlər, o cumlədən yumrucuq
bakteriyaları torpaqda, şirin su hövzələrində, dəniz və okeanlarda
yaşayan mikroorqanizmlər A.f.-na səbəb olur. A.f. azotun təbiətdə dövr
etməsində böyük rol oynayan, torpaq və su hövzələrini azotlu
birləşmələrlə zənginləşdirən ən mühüm bioloji prosesdir.
AZOT FİKSƏ EDƏN MİKROORQANİZMLƏR, AZOT
FİKSATORLARI – havanın molekulyar azotunu mənimsəyərək onu
üzvi birləşmələrə çevirir. A.f.m.-ə paxlalı bitkilərlə (noxud, yonca və s.)
simbioz (müştərək)) həyat tərzi keçirən Phisobium cinsindən olan və
sərbəst yaşayan bakteriyalar aiddir. Köklərində yumrucuqlar əmələ
gələn paxlalı bitkilər əkilmiş 1 ha torpaqda il ərzində 100-250 kq-dan
çox molekulyar atmosfer azotlu maddələrə çevrilir. Bə’zi aktinomisetlər
və paxlasız bitkilərin (qızılağac, akasiya, iydə və s.) köklərində yumru-
cuq əmələ gətirən mikroorqanizmlər də A.f. m.-dir. Bir çox göy-yaşıl
yosun növləri, bə’zi qırmızı və yaşıl yosun növləri, bə’zi qırmızı və
Dostları ilə paylaş: |